Dabanıyasdı Mehmed Paşa
Dabanıyasdı Mehmed Paşa (ö. 1639) — IV Murad dövründə ümumilikdə 4 il 8 ay 14 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır.
Albaniyanın Plyevlya kəndində dünyaya gəlmişdir. Darüssəadə ağası Hacı Mustafa ağanın xidmətinə alınmış, onun yanında saray tərbiyəsi almışdır. Onun xidmətindən miraxurluğa gətirilmiş, çox keçmədən vəzir rütbəsiylə Misir bəylərbəyi seçilmişdir.
18 may 1632 tarixində IV Muradın əmriylə edam olunan Topal Rəcəb Paşanın yerinə sədarətə gətirildi. Xəbəri aldıqdan sonra dərhal İstanbula gələn Mehmed Paşa ilk iş olaraq 10 iyun günü Sənan Paşa köşkündə ayaq divanı tərtiblədi. IV Muradın da iştirak etdiyi bu ayaq divanında divan vəzirləri, üləma, yeniçəri və sipahi ağaları Quran-i Kərimə and içərək padşaha bağlı olduqlarını və aralarındakı üsyançıları təslim edəcəklərinə söz verdilər. Nəticədə qısa zaman ərzində Saka Mehmed, Cin Əli və digər üsyan rəhbərləri təslim edildilər və şəhər mərkəzində edam olundular. Üsyanda iştirak edən ancaq ələ keçirilməyən sipahilərin adları ocaq dəftərlərindən silindi.