Dalton sözü azərbaycan dilində

Dalton

Yazılış

  • Dalton • 90.6977%
  • DALTON • 4.6512%
  • dalton • 4.6512%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Con Dalton
Con Dalton (ing. John Dalton, 6 sentyabr 1766, İqlsfild, Kamberlend, İngiltərə — 27 iyul 1844, Mançester, İngiltərə) — ingilis fiziki və kimyaçısı. Atom və Molekul təliminin baş direktoru. == Həyatı == Con Dalton 1803-cü ildə bir sıra elementlərin nisbi atom kütlələrinin birinci cədvəlini tərtib etmiş, atom-molekul təliminin inkişafında böyük rol oynamışdır. Eləcə də Daltonun adıyla görmə qabiliyyətindəki problem - daltonizm adlandırılmışdır. O özü də bu xəstəlikdən əziyyət çəkmişdir və 1794-cü ildə bu haqda yazmışdır. == Daltonun Atom Nəzəriyyəsi == Daltonun Atom Nəzəriyyəsi atomlar haqqında elmi nəzəriyyədir. Dalton bu teori ilə elementlərin müəyyən üsullarla birləşməsi səbəbini aydınlaşdırdı. Atomların ideyası həmin vaxt məlum idi, lakin geniş qəbul edilməmişdi. Daltonun bu teorisi həqiqi müşahidə üzərində qurulmuşdu.
Dalton-Plan
Dalton Plan — fərdiləşdirilmiş tədris sistemi. == Təsviri == 20-ci əsrin əvvəllərində H.Parkherst tərəfindən yaradılmış, Dalton (ABŞ, Massaçusets ştatı) şəhərinin adı ilə adlandırılmışdır. Dalton Plan üzrə tədrisin təşkili zamanı şagirdlər ümumi sinif fəaliyyətindən asılı olmurlar, onlara həm məşğələ, müxtəlif fənlərin öyrənilməsi ardıcıllığının seçimində, həm də iş vaxtından istifadədə sərbəstlik verilirdi. Dərs ilinin əvvəlində hər bir şagird müəllimlə müəyyən tapşırıqların müstəqil və vaxtında yerinə yetirilməsinə dair müqavilə bağlayırdı. == Xüsusiyyətləri == Şagirdlər ayrı-ayrı fənlər üzrə kabinet-laboratoriyalarda (Dalton Planın digər adı – laboratoriya planı buradan götürülmüşdür) işləyərək burada fənn müəllimindən məsləhət ala bilirdilər. Dalton Plan tədris tempini şagirdlərin qabiliyyətinə uyğunlaşdırmağa imkan yaradır, onları müstəqilliyə, təşəbbüskarlığa, səmərəli iş metodları axtarmağa, məsuliyyət hissini artırmağa sövq edirdi. 1920-ci illərdə SSRİ məktəblərində Dalton-Planın ifrat fərdiliyini aradan qaldırmaqla, onu modifikasiya etmək cəhdləri göstərilmişdir. Bu cəhdlər briqada-laboratoriya tədris metodu formasında öz ifadəsini tapırdı. Dalton Plan elementləri, məs. “müqavilə”lərin tətbiqi ABŞ-nin bir sıra məktəbində hələ də saxlanmışdır.
Dalton Plan

Dalton Trambo
Daltron Trambo (ing. Dalton Trumbo; 9 dekabr 1905[…] – 10 sentyabr 1976[…], Los-Anceles, Kaliforniya) — ssenarist, yazıçı, rejissor. == Həyatı == Ceyms Dalton Trambo 1905-ci ildə Koloradoda anadan olmuşdur. Hələ məktəbdə oxuduğu illərdə yerli qəzetlərin birində müxbir kimi fəaliyyət göstərir və orada müxtəlif mülki təşkilatların işini işıqlandırırdı. O, hələ Kolorado Universitetində oxuyarkən də jurnalistlik işini davam etdirirdi. Trambo öz sənətini peşəkarlıq səviyyəsinə "Vogue" jurnalı ilə əməkdaşlığı zamanı çatdırmışdır. Onun ilk mətbu əsəri sosrealizm janrında yazılmış "Tutqunluq" idi və bu qəzet məhsulu Kolorado ştatının geridə qalmış sadə əhalisinin həyatından bəhs edirdi. Dalton Trambo kinematoqrafla 1936-cı ildən əlaqə saxlamağa başlasa da artıq XX əsrin 40-cı illərində o, Hollivudun ən tanınmış müəlliflərindən biri idi. Dalton Trambonun antihərbi romanı olan "Conni silah götürdü" əsəri 1939-cu ildə Milli ədəbi mükafat (National Book Award) qazanmışdır. Trambo 40-cı illərdə ABŞ-nin kommunist partiyasına qoşulmuşdur.
Dalton qanunları
Dalton qanunları — qazların xassələrinə aid fiziki qanunauyğunluqları təsvir edən üç qanun. == Haqqında == Con Daltonun 1801,1802 və 1803-cü illərdə kəşf etdiyi bu qanunlar onun fiziki atomistikasının mahiyyətini təşkil etmiş və Daltonun kimyəvi atomistikasının əsası olmuşdur. Dalton qanunlarının müasir ifadələri xronoloji ardıcılıqla verilmişdir. Parsial təzyiqlər qanunu:qaz qarışıqlarının təzyiqi onların parsial təzyiqlərinin cəminə bərabərdir(qarışığı təşkil edən hər bir qazın ayrılıqda qarışığın həcmini tutduğu zaman göstərdiyi təzyiqə parsial təzyiq deyilir). Qızdırılma zamanı qazların bərabər (müntəzəm) genişlənmə qanunu: sabit təzyiqdə bütün qazlar temperaturun yüksəlməsi ilə eyni dərəcədə genişlənir. Qazların mayelər tərəfindən udulması qanunu: verilən mayedə sabit temperaturda qaz qarışığı komponentinin həll olunması onun parsial təzyiqi ilə mütənasibdir və qarışığın təzyiqindən və başqa komponentlərin təbiətindən asılı deyil;bu qanun Henri qanununa mühüm əlavədir. Dalton qanunları real qazların xassələrinin ideal xassələrinə yaxın olduğu və qazın həll olunmasının zəif olduğu şəraitdə ödənir. == Mənbə == "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası. Bakı.
Timoti Dalton
Timoti Dalton (ing. Timothy Dalton) — Böyük Britaniya aktyorudur. Daha çox Edvard Roçester və Ceyms Bond rolları ilə məşhurluq qazanmışdır. == Həyatı == Timoti Dalton 21 mart 1946-cı ildə Vöyük Britaniyanın Uels qraflığının Şimali Uels bölgəsində yerləşən Denbişir unitar inzibati ərazisinin Koluin Bey şəhərində dünyaya gəlmişdir. Atası İkinci dünya müharibəsində yaradılan, Böyük Britaniyanın "Xüsusi əməliyyatların idarə edilməsi" kəşfiyyat-diversant bölməsində xidmət etmişdir. Bu bölmə rəsmi olaraq 1946-cı ildə ləğv edilmişdir. Həmin ildə Timoti Daltonun atası, ailəsi ilə birgə Derbişir qraflığının Belper şəhərinə köçür. Timoti Dalton 16 yaşında məktəbi bitirmiş və teatrda çalışmışdır. 1966-cı ildən başlayaraq filmlərdə, ardınca televiziya seriallarında iştirak etməyə başlayır. 1983-cü ildə Şarlotta Brontenin yazdığı "Ceyn Eyr" əsəri əsasında Culian Emyes tərəfindən çəkilən "Ceyn Eyr" filmində iştirak etmişdir.
Cozef Dalton Huker
Cozef Dalton Huker (ing. Joseph Dalton Hooker; 30 iyun 1817[…] – 10 dekabr 1911[…] və ya 1911) — ingilis botaniki və səyyahı. == Bioqrafiyası == 1844–1859: Flora Antarctica: the botany of the Antarctic voyage. 3 vols, 1844 (general), 1853 (New Zealand), 1859 (Tasmania). Reeve, London. 1846–1867: Handbook of the New Zealand flora 1849: Niger flora 1849–1851: The Rhododendrons of Sikkim-Himalaya 1854: Himalayan Journals, or notes of a naturalist, in Bengal, the Sikkim and Nepal Himalayas, Khasia Mountains … 1855: Illustrations of Himalayan plants 1855: Flora indica, with Thomas Thomson 1858: with George Bentham, Handbook of the British flora. ("Bentham & Hooker") 1859: A century of Indian orchids 1862–1883: with George Bentham, Genera plantarum 1870; 1878: The student's flora of the British Isles. Macmillan, London. 1872–1897: The flora of British India 1898–1900: Handbook to the Ceylon flora 1904–1906: An epitome to the British Indian species of Impatiens == Çap olunmuş əsərləri == Hooker J. D. On the flora of Australia: Its origin, affinities, and distribution, being an Introductory essay to the Flora of Tasmania. — L.: Lovell Reeve, 1859 (ing.) Hooker J. D. On the origin and distribution of species: Introductory essay to the Flora of Tasmania // American Journal of Science and Arts.
Joseph Dalton Hooker

Dalton atom modeli
Dalton atom modeli Con Daltonun 1805-ci ildə bugünkü atom modelinin əsasını qoyduğu modeldir. Çox mütənasiblik qanununu kəşf etdi. Daltonun atom nəzəriyyəsinə görə, elementlər kimyəvi cəhətdən bir-birinə eyni olan atomları ehtiva edir. Müxtəlif elementlərin atomları bir-birindən fərqlidir. Bu atom nəzəriyyəsinə görə, kimyəvi birləşmə iki və ya daha çox elementin sadə nisbətdə birləşməsi nəticəsində əmələ gəlir. Dalton kimyəvi reaksiyalara girən maddələr arasındakı kütlə münasibətlərinə əsaslanaraq atomların nisbi kütlələrini də tapdı. Müasir atom nəzəriyyəsi Dalton nəzəriyyəsinə əsaslanır, lakin bəzi hissələr dəyişdirilib. Atomun parçalandığını və elementlərin eyni atomlardan deyil, izotopların qarışığından ibarət olduğunu bilirik. Daltonun atom nəzəriyyəsi kimyəvi reaksiyaları izah etməkdə, maddəni başa düşməkdə və atomun əsas xüsusiyyətlərini açmaqda böyük faydalar təmin etmişdir. Bu səbəbdən ilk elmi atom nəzəriyyəsi hesab olunur.
Daltonizm
Daltonizm — rəngli görmənin anadangəlmə pozuntusu; əsasən, qırmızı və yaşıl rəngləri seçmə qabiliyyətinin olmaması ilə səciyyələnir. Ən çox kişilərdə təsadüf edilir. == Ümumi məlumat == İlk dəfə ingilis fiziki C.Dalton 1794 ildə təsvir etmişdir. Daltonizm digər görmə funksiyalarının pozulması ilə müşayiət olunmur, lakin onun aşkara çıxarılması bütün nəqliyyat növlərində, bəzi sənaye sahələrində işləyən şəxslərin, ayrı-ayrı qoşun növü hərbi qulluqçularının, habelə rəssamların, kimyaçıların və başqalarının peşə yararlılığının təyin olunması üçün əhəmiyyətlidir. Daltonizmin diaqnostikası polixromatik cədvəlin (bir rəngdə olan rəqəm və ya fiqurun eyni parlaqlıqlı digər rəng fonunda göstərilməsi), anomaloskopun (əsas rənglərin qavranma həddinin ölçülməsi), xüsusi kompüter proqramının köməyilə yerinə yetirilir. Daltonizm Xəstəliyə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə yerləşən konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hər hansı birinin və ya hər üçünün az olması yaxud da heç olmamasıdır. İrsən keçən xəstəlikdir. İlk dəfə olaraq 1798-ci ildə ingilis Con Dalton adlı bir kişidə rast gəlinən və sonradan onun adı ilə adlandırılan daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir. İngiltərədə nəşr olunan Nature jurnalında dərc olunan bir xəbərə əsasən Amerika alimləri daltonizmdən əziyyət çəkən Sam və Dalton adlı iki meymun üzərində 2 il müddətində bir təcrübə aparmışlar. Təcrübədə gözün torlu qişasındakı işığı qəbul edən sinir hüceyrələrini qırmızı və yaşıl rəngi qəbul edə bilməsi üçün lazım olan zülalı təmin etdilər və nəticədə meymunlar rəngləri görməyə başladı.
Fragaria daltoniana
Fragaria daltoniana (lat. Fragaria daltoniana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Senecio daltonii
Senecio daltonii (lat. Senecio daltonii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2004 ••••••••• 0.34
2006 •••••••••••• 0.45
2008 ••••••• 0.24
2009 ••••••••••••• 0.48
2010 ••••••••••••••••• 0.64

"dalton" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dalton nədir? #dalton sözünün mənası #dalton nə deməkdir? #dalton sözünün izahı #dalton sözünün yazılışı #dalton necə yazılır? #dalton sözünün düzgün yazılışı #dalton leksik mənası #dalton sözünün sinonimi #dalton sözünün yaxın mənalı sözlər #dalton sözünün əks mənası #dalton sözünün etimologiyası #dalton sözünün orfoqrafiyası #dalton rusca #dalton inglisça #dalton fransızca #dalton sözünün istifadəsi #sözlük