* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Sözlə ifadə etmək, bildirmək, anlatmaq, demək, söyləmək, nəql etmək. Ağır-ağır danışmaq. Düzünü danışmaq. Həyəcanla danışmaq. Danışa bilməmək. Əhvalatı danışmaq. Məsələni açıq danışmaq. – [İkram] Səlimovun yanına gedib, əmisi haqqında bildiklərini ona danışmalı idi. Ə.Əbülhəsən. Əbil çalışırdı ki, Dildar arvadın qəlbinə toxunan bir söz belə danışmasın. Ə.Vəliyev. // Dinmək, söz söyləmək. Heç kəs danışmırdı. – Bir-birimizin qorxusundan ağzımızı açıb danışa bilmirdik. M.S.Ordubadi. Hakim müqəssirin yerindən danışmağına qəzəbləndi. Mir Cəlal. 2. Bir dildə fikrini yaxşı ifadə etməyi bacarmaq. Rusca yaxşı danışmaq. 3. Söhbət etmək. Yenə o bağ olaydı; Yenə sizə gələydik; Danışaydıq, güləydik. M.Müşfiq. [Sarıköynək] xəlvət qalın bir meşə içində bulunduğumuzu qətiyyən nəzərə almayaraq, sərbəstcəsinə danışır, məni məşğul edirdi. S.Hüseyn. 4. Fikir söyləmək, mühakimə yürütmək, müzakirə etmək. Bütün şəhər bu barədə danışır. Bu xüsusda hələ danışacağıq. – Hər yerdə müharibə təhlükəsindən böyük bir nifrət və həyəcanla danışırlar. M.İbrahimov. 5. Çıxış etmək, nitq söyləmək. Atəşin danışmaq. Hərarətlə danışmaq. – Səlim qızğın danışırdı. Ə.Vəliyev. 6. Qiymət haqqında bir qərara gəlmək, şərtləşmək; kirə etmək. Faytonları danışdıq. M.S.Ordubadi. Bu qoçular gedib, üç gecə oxumağa xanəndə danışarlar. R.Əfəndiyev. 7. Bəhs etmək, xəbər vermək, yazmaq. On altıncı nömrəmizdə molla Tarqulunun siğə barəsində etdiyi vəzindən bir neçə söz danışmışıq. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / danışmaq3 1. DANIŞMAQ (müxtəlif mənalarda) O gecəni Zəki Əhmədlə çox xoş keçirdilər. Yedilər, içdilər, müxtəlif mövzularda danışdılar (A.Şaiq); BƏHS ETMƏK Alma, palıd, şam ağacı hal ilə; Eylədilər bəhs bu minval ilə... (M.Ə.Sabir); DƏRDLƏŞMƏK (dərdləri haqda danışmaq) Marqarita, qarı ilə bir neçə saat dərdləşdi (Çəmənzəminli); GÖFTGÜ ETMƏK (köhn.) [Əziz bəy:] Buyur, Səkinə xanımın özü ilə göftgü edə bilərsən (M.F.Axundzadə); QONUŞMAQ Çünki müsəlmanca qonuşmaq mana; Eybdir! Öz eybimizi anlarıq! (M.Ə.Sabir); MÜKALİMƏ ETMƏK Molla Həmid: Bu üç gündə bəni-adəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq ona mümkün deyil (M.F.Axundzadə); SÖHBƏT ETMƏK (ELƏMƏK) Gəl ikimiz söhbət edək; Duraq üzbarı bəxtəvər (Vəli Miskinli). 2. DANIŞMAQ, ÇIXIŞ ETMƏK, NİTQ SÖYLƏMƏK 3. danışmaq bax söyləmək 2 4. danışmaq bax dinmək
Azərbaycan dilinin sinonimlər lüğəti / danışmaq1 DANIŞMAQ – DİNLƏMƏK Danış bir-bir, dinləyim; Kaman kimi inləyim (S.Rüstəm). DANIŞMAQ – SUSMAQ Kişi var nə dinər, nə də danışar; Qoyar el yolunda ürəyini o (Ə.Cəmil); Cahandar ağa susurdu (İ.Şıxlı).
Azərbaycan dilinin antonimlər lüğəti / danışmaq1 1. говорить, переговаривать, разговаривать; 2. сговориться, уговориться, договориться;
Azərbaycanca-rusca lüğət / danışmaq2 глаг. 1. говорить: 1) пользоваться устной речью. Uşaq danışmağa başladı ребёнок начал говорить, ara vermədən danışmaq говорить без умолку, telefonla danışmaq говорить по телефону 2) владеть каким-л. языком. Rus dilində danışmaq говорить по-русски, alman dilində danışmaq говорить по-немецки 3) выражать в речи мысли, мнения; сказать. İş haqqında danışmaq говорить о работе, həqiqəti danışmaq говорить правду, yalan danışmaq говорить ложь 4) толковать о ком-л., о чём-л. Bütün şəhər danışır весь город говорит, nə danışırlar что говорят, nədən danışırlar о чём говорят, danışırlar ki, … говорят, что … 2. разговаривать: 1) вести разговор, беседовать. Dostu ilə danışmaq разговаривать с другом, musiqidən danışmaq разговаривать о музыке 2) поддерживать общение с кем-л. Onunla danışmağa dəyməz с ним не стоит разговаривать 3. выступать, выступить (перед публикой). İclasda danışmaq выступить на собрании, hərarətlə danışmaq выступать с жаром 4. рассказывать, рассказать. Məzəli əhvalat danışmaq рассказать смешную историю, danışmaqla qurtarmaq olmaz обо всём не расскажешь, müfəssəl danışmaq рассказать подробно о чём-л., qısa danışmaq рассказать коротко о чём-л., olduğu kimi danışmaq рассказать всё как есть, tərcümeyi-halını danışmaq рассказать автобиографию 5. сговориться, договориться. Öz aralarında danışmaq сговориться между собой 6. разг. советоваться, посоветоваться. Qohumları ilə danışmaq (məsləhətləşmək) посоветоваться с родственниками ◊ danışmağa dəyməz не стоит говорить, sən nə danışırsan что ты говоришь, не может быть; bu barədə danışmayaq не будем говорить об этом; nə danışırsan danış, ancaq … что ни говори, но …, adından danışmaq kimin говорить от имени кого, чьего, чего
Azərbaycanca-rusca lüğət / danışmaq1 f. 1. to speak* (d.); to tell* (d.); həqiqəti ~ to tell* / to speak* the truth; ingiliscə ~ to speak* English; yalan ~ to tell* a lie, to tell* lies; 2. (tamamlıqsız) to speak*, to talk; Uşaq hələ danışmır The child doesn’t speak / talk yet; auditoriya qarşısında ~ to speak* to an audience; xeyrinə ~ to speak* well for; açıq ~ to speak* frankly / openly; bir kəsin haqqında yaxşı (pis) ~ to speak* well (ill) of smb.; Onlar bir-biri ilə danışmırlar They are not on speaking terms; Danışır Bakı (radio) This is Baku calling; Sən nə danışırsan?! What are you speaking / talking about?!
Azərbaycanca-ingiliscə lüğət / danışmaq1 f. parler vt, causer vi, bavarder ; fransızca ~ parler français ; yalan ~ mentir vi ; xeyrinə ~ parler en faveur de qn ; Danışır Bakı! Ici Bakou!
Azərbaycanca-fransızca lüğət / danışmaq1 гл. 1. рахун; луькӀуьнун; ərəbcə danışmaq араб чӀалал рахун; danışa bilməmək рахаз тахьун; 2. гаф лугьун, куьтӀун, чуькьун; 3. лугьун; фикир лугьун; düzünü danışmaq дуьз рахун; əvvəl düşün, sonra danış. Ata. sözü сифте фагьума, ахпа рахух; 4. экъечӀна лугьун, экъечӀна рахун (речь); 5. ихтилат авун, ихтилатун, гафарун; 6. къимет рахун, къимет луькӀуьнун, шартӀ хьун; 7. бягьс авун, хабар гун, кхьин.
Azərbaycanca-ləzgicə lüğəti / danışmaq