Türkmən dastanları
Türkmən şifahi xalq ədəbiyyatının ən geniş yayaılmış janrı dastanlardır. Türkmənlər bu janrı "dessan", "epos", "anonim dessan", "avtorlu dessan" və s. kimi terminlərlə adlandırırlar. Beymuhammet Ataliyeviç Garriyev 1947-ci ildə dastanları belə təsnif etmişdir:
1. Qəhrəmanlıq dastanları:
"Goroqlı", "Yusup-Ahmet", "Alı bey Balı bey", "Dövletyar" və s. dastanlarda türkmənlərin tarixi, qəhrəmanlıq keçmişi, yadellilərə qarşı mübarizəsi bədii əksini tapmışdır. Qəhrəmanlıq dastanlarında qəhrəmanın doğumu, ad alması, təlim və tərbiyəsi, ata-silaha yiyələnməsi, yaxınları ilə vidalaşaraq düşmənlərinə qarşı mübarizəyə qalxması və sairədən bəhs edilir.
2. Məhəbbət dastanları:
"Şahsenem bile Qarip", "Yusup bile Züleyxa", "Zöhre bile Tahir", "Gül-Senuber", "Necep oğlan", "Aslı bile Kerem", "Xuyrlukqa-Xemra", "Sayatlı Xemra" və s. dastanlarında əsas süjet məhəbbət üzərində qurulmuşdur.