dastanlar sözü azərbaycan dilində

dastanlar

Yazılış

  • dastanlar • 75.0000%
  • Dastanlar • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dastanlar
Dastan – Mərkəzi Asiya, İran, Türkiyə və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. == Azərbaycan dastanları == Azərbaycan şifahi xalq ədəbiyyatının özünəməxsus xüsusiyyətləri ilə seçilən və geniş yayılmış janrlarından biri olan dastanlar xalqımızın qəhrəmanlıq mübarizəsini, vətənə, torpağa bağlılığını, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyini, ülvi duyğularını əks etdirir. Folklorşünas Məmmədhüseyn Təhmasibin verdiyi məlumata görə, 150-yə yaxın əsərə malik bu janrın çoxəsrlik inkişaf tarixi vardır. X-XI əsr hadisələri ilə səsləşən qədim nümunələrin elmə məlum olması əslində bu janrın tarixinin qədimliyindən xəbər verir. Dastan termini bolşevik inqilabından sonra bu janra verilmiş addır.
Azərbaycan dastanları
Azərbaycan dastanları (az.-əski. آذربایجان داستان‌لاری‎) — Azərbaycan şifahi xalq ədəbiyyatının tərkib hissəsi. "Kitabi Dədə Qorqud" dastanının mənşəyi Mərkəzi Asiya olsa da, oğuzların sıx məskunlaşdığı Azərbaycan ərazisində formalaşıb. Buradakı hekayə və mahnılar XIII əsrin başlanğıcından gec olmamaqla formalaşmış, XV əsrdən gec olmamaqla yazıya alınmış olmalı idi. Dastanın günümüzə azərbaycan dilindəki Drezden əlyazması və XVI əsr türkcəsinə yaxın Vatikan əlyazması gəlib çatıb. Dastan oğuzların işğal edilmiş Qafqaz torpaqlarında "kafirlərlə" mübarizəsində bəhs edir. Oğuz xanla bağlı "Tarix-i Oğuz" dastanının isə Nizami Gəncəvinin "İsgəndərnamə"si ilə bənzər süjet xətlərinə malik olması bu dastanın da Azərbaycanda yaradılmasını sübut edir. Həm "Kitabi-Dədə Qorqud", həm də "Oğuznamə" dastanı müxtəlif Azərbaycan miflərinin mənşəyidir. Səfəvi dövründə Azərbaycan xalq dastanları — "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" dastanları yaradılmışdır. Yerli dialektlər və klassik dil arasında körpü rolunu oynayan bu dastanlar zamanla Osmanlı, özbək və fars ədəbiyyatlarına nüfuz edir, hətta azərbaycan xalqı ilə əlaqələr nəticəsində "Aşıq Qərib" dastanı erməni və gürcülərə keçir.
Dünya dastanlarının siyahısı
Epos (Dastan) hər hansı bir xalqın tarixi hadisələrə yanaşmasını yansıdan qəhrəman-əfsanəvi folklor əsərdir. Bir çox eposlar (dastanlar) şeir formasındadırlar.
Qazax dastanları
Qazax folkloru, o cümlədən qazax dastanları uzun əsrlər boyu inkişaf yolu keçmiş və müxtəlif dövrlərdə formalaşmışdı. Tədqiqatçılar qazax qəhrəmanlıq dastanının yaranmasını Qızıl Orda dövrünə aid edərək ayrı-ayrı epik əsərlərin XIV əsrin sonunda və XV-XVI əsrlərdə təşəkkül tapdığını qeyd edirlər. Qazax dastanlarında xalqın ictimai-siyasi həyatında baş vermiş hadisələr, o cümlədən xalqın azadlıq, haqq-ədalət uğrunda tarixi mübarizəsi, gələcəklə bağlı arzu və diləkləri əsas yer tutur. Günümüzədək yaşadılan qazax dastanları, əsasən, qəhrəmanlıq və sosial-məişət dastanları olmaqla iki qrupa bölünür. Qəhrəmanlıq dastanlarının əsas mövzusunu dastanın əsas qəhrəmanları olan igid batırlar tərəfindən doğma vətənin yadelli işğalçılardan qorunması təşkil edir. Bu qəhrəmanlar torpağa sevgi, düşmənə nifrət, dönməzlik, şücaət, mərdlik kimi xalqın malik olduğu ən üstün keyfiyyətləri təcəssüm etdirirlər. Belə dastanlara “Alpamıs”, “Qoblandı batır”, “Er Sayın”, “Er Tarqın”, “Er Kökşe”, “Qambar batır”, “Qırx batır” dastanları və s. aiddir. Bu dastanlar həm də irihəcmli olması ilə diqqəti cəlb edir. Məsələn, “Qoblandı batır” dastanı 10 000 misra təşkil edir.
Türkmən dastanları
Türkmən şifahi xalq ədəbiyyatının ən geniş yayaılmış janrı dastanlardır. Türkmənlər bu janrı "dessan", "epos", "anonim dessan", "avtorlu dessan" və s. kimi terminlərlə adlandırırlar. Beymuhammet Ataliyeviç Garriyev 1947-ci ildə dastanları belə təsnif etmişdir: 1. Qəhrəmanlıq dastanları: "Goroqlı", "Yusup-Ahmet", "Alı bey Balı bey", "Dövletyar" və s. dastanlarda türkmənlərin tarixi, qəhrəmanlıq keçmişi, yadellilərə qarşı mübarizəsi bədii əksini tapmışdır. Qəhrəmanlıq dastanlarında qəhrəmanın doğumu, ad alması, təlim və tərbiyəsi, ata-silaha yiyələnməsi, yaxınları ilə vidalaşaraq düşmənlərinə qarşı mübarizəyə qalxması və sairədən bəhs edilir. 2. Məhəbbət dastanları: "Şahsenem bile Qarip", "Yusup bile Züleyxa", "Zöhre bile Tahir", "Gül-Senuber", "Necep oğlan", "Aslı bile Kerem", "Xuyrlukqa-Xemra", "Sayatlı Xemra" və s. dastanlarında əsas süjet məhəbbət üzərində qurulmuşdur.

"dastanlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dastanlar nədir? #dastanlar sözünün mənası #dastanlar nə deməkdir? #dastanlar sözünün izahı #dastanlar sözünün yazılışı #dastanlar necə yazılır? #dastanlar sözünün düzgün yazılışı #dastanlar leksik mənası #dastanlar sözünün sinonimi #dastanlar sözünün yaxın mənalı sözlər #dastanlar sözünün əks mənası #dastanlar sözünün etimologiyası #dastanlar sözünün orfoqrafiyası #dastanlar rusca #dastanlar inglisça #dastanlar fransızca #dastanlar sözünün istifadəsi #sözlük