Daurlar
Dahurlar — Çin Xalq Respublikasında milli azlıq statusuna sahib 55 etnik qrupdan biri, monqol dilli xalq.
== Mənşə ==
Daur toplumunun necə formalaşdığı tam olaraq aydın deyil, belə ki, onların etnik mənşəyinə dair müxtəlif tədqiqatçı müəlliflər tarixən iki cür yanaşma formalaşdırıblar. Birinciyə görə daurlar kökən olaraq monqol mənşəlidir, ancaq sonradan güclü şəkildə tunqus-mancur təsirinə məruz qalmışdırlar. İkinciyə əsasən isə daurlar tunqus-mancur mənşəli qövm olmuş, ancaq 13-14-cü əsrdə monqol dilində danışmağa başlamışdırlar. Daurlar isə özlərini monqol dilli Kidan (Kitay və ya Xitay) xalqının birbaşa varisi hesab edirlər.
Hazırda tədqiqatçıların çoxu daurları monqol kökənli hesab etməkdədir. Daurların ana dilində "Daur" sözü "əkinçi" mənasını verir. Bu ada ilk dəfə Min sülaləsinin Çində hakimiyyətdə olduğu dövrə (1368-1644) aid məxəzlərdə rast gəlinir.
== Dil ==
Ana dillərindən başqa Daurların əksəriyyəti çin və monqol dillərində, az bir qismi isə evenk, qazax və mancur dillərində danışa bilir.
1990-cı il siyahıyaalınması zamanı Çində daur dilində danışanların sayı 84.950 nəfər olmuşdur.