Anime və manqa janrları
Anime və manqa, filmlər kimi müxtəlif janrlara bölünürlər:
== Məqsədi auditoriyasına görə ==
Kodomo, tam adı kodomomuke manqa (子供向け漫画) və kodomomuke anime (子供向けアニメ) — 12 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulub. Kodomoda kobudluq və qəddarlıq olmur. Nümunələr: "Maya arı", "Qrendayzer", "Speed Racer".
Şonen — 12-dən 16-18 yaşına qədər oğlanlar üçün anime. Xususiyyətləri: şoco ilə müqayisədə daha dinamik süjet. Dostluğa, həyata və ya döyüş idman növlərindəki rəqabətə əsaslanır, xeyli gülməli səhnələrdən ibarət olurlar (məsələn, Dragon Ball Z, Rurouni Kenshin). Qızlar oğlanların cəsurluğunu daha aydın göstərmək üçün qəsdən daha gözəl və seksual çəkilirlər (Tenchi Muyo!, Love Hina,Rosario+Vampire). Janraltıları: sentay, spokon (idman və idmançılar haqqda); harem (bir oğlan və çoxlu qız). Daha yaşlı oğlanlar üçün ayrıca seynen janrı var.
Şoco — 12-dən 16-18 yaşına qədər qızlar üçün anime.