daşduz sözü azərbaycan dilində

daşduz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • daşduz • 72.0000%
  • Daşduz • 28.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Daşduz
Daşduz— Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhərində qəsəbədir. Bu dağətəyi ərazi Naxçıvan şəhərindən cənub-qərbində 12 km məsafədə yerləşir. == Etimologiya == Daşduz adının mənası qədim türk dilindən Daş (qaya, daş) və duz sözlərinin birləşməsindən yaranmışdır. Naxçıvanın Daşduz yatağı da buarada yerləşir, kəndin adı da buradan götürülmüşdür.
Naxçıvan Daşduz Yatağı
Naxçıvan Daşduz Yatağı — Babək rayonunu ərazisində, Naxçıvan şəhərindən 12km şimal-qərbdə, Duzdağın cənub yamacındadır. == Haqqında == Geoloji quruluşunda Üst Miosen və Dördüncü dövr yaşlı çöküntülər iştirak edir. Üst Miosen çöküntüləri tərkibində əhəngdaşı, mergel, alevrolit və vulkan külü laycıqları olan gil, qumdaşı və müxtəlif dənəvər qumlardan ibarətdir. Yataqda 5 daşduz layı aşkar edilmişdir və yalnız üst hissədəki iki lay sənaye əhəmiyyətlidir.. I lay yer səthindən 105-178 m aşağıda yerləşir və duzun qalınlığı 4,4-10,3 m (orta qalınlıq 6,0m) təşkil edir. II lay I laydan 6-9 m qalınlığında gil layı ilə ayrılır və duzun qalınlığı 6,3- 10,8 m təşkil edir. Duzun rəngi gilli-qumlu törəmələrin miqdarından asılı olaraq ağ və açıq-bozdur. Yataq 1926-cı ildən istismar olunur. NaCl-un miqdarı 92-98,5%-dir. Yatağın sənaye ehtiyatı 124506 min tondur.
Nehrəm Daşduz yatağı
Nehrəm Daşduz yatağı — Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 12 kilometr cənub-şərqdə, Qızılburun dəmir yolu keçidindən 4 kilometr şimalda Nehrəm qəsəbəsi ətrafında yerləşir. == Ümumi məlumat == Geoloji quruluşunda Orta Miosenin karaqan horizontunun gil və duzları iştirak edir. 1946-cı ildə aşkar edilmişdir. Yataqda duz qatının qalınlığı cənub-şərqdən (43.0 metr), şimal-qərbə (92.0 metr) doğru artır. Duzun tərkibində Natrium xloridin miqdarı 78-92 faizdir. Həll olmayan qalıqlar 11-17 faiz təşkil edir. Natrium xloridin miqdarı aşağı olduğuna görə yataq susuzlaşdırılmış soda istehsalı məqsədilə öyrənilmişdir. Yatağın ehtiyatı 1378 milyon tondur.
Püsyan Daşduz Yatağı
Püsyan Daşduz Yatağı — Şərur rayonunun Püsyan kəndi ətrafındadır. == Haqqında == 1955-ci ildə aşkar edilmişdir. Düz laylarının qalınlığına görə yataq Nehrəm daşduz yatağını xatırladır. Geoloji yaşına görə duz daşıyan çöküntüləri Orta Miosen dövrünə hesablanmışdır. Yataq hələlik dəqiq öyrənilməmişdir.Daşduzdan məişətdə və mal-qaranın yemlənməsində,kalsitləşdirilmiş soda hazırlanmasında və.istifadə olunur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 476.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.39

daşduz sözünün leksik mənası və izahı

daşduz sözünün rus dilinə tərcüməsi

  • 1 каменная соль

    Azərbaycanca-rusca lüğət / daşduz
  • 2 сущ. каменная соль: 1. горная порода, состоящая из хлористого натрия. Daşduz layları пласты каменной соли 2. вещество белого цвета, получаемое из материала хлористого натрия, употребляемое как приправа к пище

    Azərbaycanca-rusca lüğət / daşduz

daşduz sözünün inglis dilinə tərcüməsi

daşduz sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#daşduz nədir? #daşduz sözünün mənası #daşduz nə deməkdir? #daşduz sözünün izahı #daşduz sözünün yazılışı #daşduz necə yazılır? #daşduz sözünün düzgün yazılışı #daşduz leksik mənası #daşduz sözünün sinonimi #daşduz sözünün yaxın mənalı sözlər #daşduz sözünün əks mənası #daşduz sözünün etimologiyası #daşduz sözünün orfoqrafiyası #daşduz rusca #daşduz inglisça #daşduz fransızca #daşduz sözünün istifadəsi #sözlük