Daşkənd sözü azərbaycan dilində

Daşkənd

Yazılış

  • Daşkənd • 99.3624%
  • DAŞKƏND • 0.5491%
  • daşkənd • 0.0531%
  • DaŞkənd • 0.0354%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Daşkənd
Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 334,8 km², əhalisi 2,5 milyon nəfərdir (2020). Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir. Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2009-cu ilə olan məlumata görə şəhərin əhalisi 2 milyon 221 min nəfərdir. Şəhər 11 inzibati rayona bölünür. == Adı == Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir.
DAŞKƏND GÖYÇƏ
Daşkənd — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. == Tarixi == Daşkənd indiki Ermənistan ərazisindəki Göyçə mahalının Şərq hissəsində yerləşmiş, qədim tarixə malik bir kənddir. Daşkənd sözünün mənası "sıldırım qayalıq və sal daşlardan ibarət yer" deməkdir. Kəndin bir hissəsi dağlıq, çaylarla əhatə olunan düzənlik göy yamaclardan ibarətdir. Daşkənd kəndi XIV əsrin sonunda, (1387-1388) yaranmışdır. Daşkənd kəndinin sakini 130 yaş ömür sürmüş Hacı Məmməd kişinin dediyinə görə kəndin himi Gəncə bölgəsindən gələn Hacı Hüseyn adlı dövlətli kişi və qohumları tərəfindən salınmışdır. Hacı Hüseyn kəndin himini salarkən həmin yerin münbit torpağının maldarlıq üçün əhəmiyyətli, bol sulu bulaqlarla əhatə olunduğuna görə yaşayış yeri seçmişdir. Kəndin ərazisi Qazax mahalının otaraq və yaylaq yerləri olmuşdur. Kənd Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur. İnzibati cəhətdən Basarkeçər (indiki Vardenis) rayonunun azərbaycanlı kəndlərindən ərazicə və əhalinin sayına görə ən böyüyü olmuşdur.
Daşkənd (Göyçə)
Daşkənd — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. == Tarixi == Daşkənd indiki Ermənistan ərazisindəki Göyçə mahalının Şərq hissəsində yerləşmiş, qədim tarixə malik bir kənddir. Daşkənd sözünün mənası "sıldırım qayalıq və sal daşlardan ibarət yer" deməkdir. Kəndin bir hissəsi dağlıq, çaylarla əhatə olunan düzənlik göy yamaclardan ibarətdir. Daşkənd kəndi XIV əsrin sonunda, (1387-1388) yaranmışdır. Daşkənd kəndinin sakini 130 yaş ömür sürmüş Hacı Məmməd kişinin dediyinə görə kəndin himi Gəncə bölgəsindən gələn Hacı Hüseyn adlı dövlətli kişi və qohumları tərəfindən salınmışdır. Hacı Hüseyn kəndin himini salarkən həmin yerin münbit torpağının maldarlıq üçün əhəmiyyətli, bol sulu bulaqlarla əhatə olunduğuna görə yaşayış yeri seçmişdir. Kəndin ərazisi Qazax mahalının otaraq və yaylaq yerləri olmuşdur. Kənd Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur. İnzibati cəhətdən Basarkeçər (indiki Vardenis) rayonunun azərbaycanlı kəndlərindən ərazicə və əhalinin sayına görə ən böyüyü olmuşdur.
Daşkənd (Konya)
Daşkənd (Konya) - Türkiyənin Konya ilində kənd. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Daşkənd (Xocalı)
Daşkənd (əvvəlki adı: Daşuşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Daşuşen kəndi Daşkənd kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. == Tarixi == Qarabağ silsiləsindədir. XIX əsrdə İrandan gəlmə erməni ailələri burada məskunlaşdırıldıqdan sonra kənd Daşuşen (daşlıq kənd) adlandırıldı. 1992-ci ildən kəndin keçmış adı özünə qaytarılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşkənd kəndinin əhalisinin faktiki sayı 119 nəfər, qeydiyyatdakı əhalinin sayı 120 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşkənd kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Daşkənd (Yardımlı)
Daşkənd — Azərbaycan Respublikasının Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Daşkənd kəndi Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. == Toponimikası == Oykonim daş (burada "qaya") və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib "qayada yerləşən kənd" mənasındadır. Özbəkistanda Daşkənd adlı vilayət və yaşayış məntəqəsi var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir. == Din == Kənddə Daşkənd məhəllə məscidi dini icması fəaliyyət göstərir.
Daşkənd (dəqiqləşdirmə)
Yaşayış məntəqələri AzərbaycandaDaşkənd (Xocalı) — Xocalı rayonunda kənd. Daşkənd (Yardımlı) — Yardımlı rayonunda kənd. 13 iyun 2008-ci ildə ləğv olunmuşdur. Yeni Daşkənd — Bərdə rayonunda kənd.ErmənistandaDaşkənd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Daşkənd (Özbəkistan)
Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 334,8 km², əhalisi 2,5 milyon nəfərdir (2020). Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir. Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2009-cu ilə olan məlumata görə şəhərin əhalisi 2 milyon 221 min nəfərdir. Şəhər 11 inzibati rayona bölünür. == Adı == Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir.
Daşkənd bəyanatı
Daşkənd bəyanatı — Daşkənd Bəyannaməsi Hindistan və Pakistan arasında 10 yanvar 1966-cı ildə imzalanmış və 1965-ci ildə Hind-Pakistan müharibəsini həll edən sülh sazişi idi. Sülh 23 sentyabrda iki xalqı atəşi dayandırmağa məcbur edən xarici qüvvələrin müdaxiləsi ilə əldə edilmişdi. Münaqişə qızışa bilər və başqa gücləri cəlb edə bilər. == Tarixi == 1966-cı il yanvarın 4-dən 10-dək Özbəkistan Sovet Sosialist Respublikasında, Sovet İttifaqında (indiki Özbəkistan) Daşkənddə daha daimi yaşayış məntəqəsi yaratmağa çalışmaq üçün toplantı keçirildi.Baş nazir Aleksey Kosıginin təmsil etdiyi Sovetlər Hindistanın Baş naziri Lal Bahadur Şastri və Pakistan Prezidenti Məhəmməd Əyyub Xan arasında moderatorluq etdi. == Bəyanatın məqsədi == Konfrans uğur kimi qiymətləndirildi. Hindistan və Pakistan qüvvələrinin münaqişədən əvvəlki mövqelərinə, avqustdan əvvəlki mövqelərinə, 1966-cı il fevralın 25-dən gec olmayaraq; heç bir xalq bir-birinin daxili işlərinə qarışmaz; iqtisadi və diplomatik əlaqələr bərpa olunacaq; hərbi əsirlərin nizamlı şəkildə köçürülməsi olacaq və hər iki lider ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində çalışacaqlar. == Bəyanatdan sonrakı mərhələ == Razılaşma hər iki ölkədə tənqid olundu, çünki onların xalqı əldə etdiklərindən daha çox güzəşt gözləyirdi. Daşkənd Bəyannaməsinə uyğun olaraq 1966-cı il martın 1-də və 2-də nazirlər səviyyəsində danışıqlar aparıldı. Bu danışıqların nəticəsiz olmasına baxmayaraq, diplomatik mübadilə bütün yaz və yay aylarında davam etdi. Kəşmir məsələsində fikir ayrılığı olduğu üçün bu danışıqlardan nəticə əldə olunmayıb.
Daşkənd klanı
Daşkənd klanı Özbəkistanın Daşkənd şəhəri ilə bağlı olan, ölkənin Milli Təhlükəsizlik Xidmətini (Milliy Xavfsizlik Xizmati), 2005-ci ilin sonlarından etibarən isə Daxili İşlər Nazirliyini təsir altında saxlayan güclü siyasi qruplaşmadır. Onun Özbəkistan hökumətinə nəzarətdə ən böyük rəqibi isə Səmərqənd klanıdır.Daxili İşlər naziri, Səmərqənd klanının üzvü Zakir Almatov 2005-ci ilin sonlarında səhhəti ilə əlaqədar xidmətini davam etdirə bilməyəcəyini bildirərək istefa verdi. Onun yerinə Prezident İslam Kərimov Daşkənd klanından olan, Milli Təhlükəsizlik Xidmətinin direktor müavinini təyin etdi. Bəzi analitiklərin ehtimalına görə, 1999-cu il Daşkənd terror aktlarını məhz Almatovun rəhbərliyi altında Daxili İşlər Nazirliyi həyata keçirmişdi. Digərlərinin fikrincə isə bombalı hücumların həmin vaxt Daşkənd klanının başçısı Rüstəm İnoyatovun rəhbərliyi altında Milli Təhlükəsizlik Xidməti tərəfindən təşkil edilmişdi. Analitiklər hesab edir ki, 2004-cü ildə Daşkənd və Buxarada baş vermiş bombalı hücumlar da Daxili İşlər Nazirliyi əleyhinə Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş ola bilər.
Daşkənd kəndi
Daşkənd — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. == Tarixi == Daşkənd indiki Ermənistan ərazisindəki Göyçə mahalının Şərq hissəsində yerləşmiş, qədim tarixə malik bir kənddir. Daşkənd sözünün mənası "sıldırım qayalıq və sal daşlardan ibarət yer" deməkdir. Kəndin bir hissəsi dağlıq, çaylarla əhatə olunan düzənlik göy yamaclardan ibarətdir. Daşkənd kəndi XIV əsrin sonunda, (1387-1388) yaranmışdır. Daşkənd kəndinin sakini 130 yaş ömür sürmüş Hacı Məmməd kişinin dediyinə görə kəndin himi Gəncə bölgəsindən gələn Hacı Hüseyn adlı dövlətli kişi və qohumları tərəfindən salınmışdır. Hacı Hüseyn kəndin himini salarkən həmin yerin münbit torpağının maldarlıq üçün əhəmiyyətli, bol sulu bulaqlarla əhatə olunduğuna görə yaşayış yeri seçmişdir. Kəndin ərazisi Qazax mahalının otaraq və yaylaq yerləri olmuşdur. Kənd Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur. İnzibati cəhətdən Basarkeçər (indiki Vardenis) rayonunun azərbaycanlı kəndlərindən ərazicə və əhalinin sayına görə ən böyüyü olmuşdur.
Daşkənd metropoliteni
Daşkənd metropoliteni (özb. Toshkent metropoliteni) — Özbəkistanın paytaxtı Daşkənddə metropoliten xətlərini birləşdirən nəqliyyat sistemidir. SSRİ dövründə açılan 7-ci metrodur, 1977-ci ildən istifadəyə verilmişdir. Almatı metropoliteni ilə birlikdə Mərkəzi Asiyadakı iki metro sistemindən biridir. Köhnə Sovet metrolarının kimi çox dərindir və stansiyaları dəbdəbəli şəkildə dekorasiya edilmişdir. Daşkənd metrosu 4 xətdən ibarət olmaqla, 66,5 kilometrdir və 48 stansiyadan ibarətdir. 2019-cü ilə qədər metro 71.2 milyon sərnişin daşımış və hər gün 189.200 sərnişini qəbul etməkdədir. Hər stansiyada 1 silahlı polis durur və metro ilə stansiyanın şəkillərinin qanunsuz çəkilməsinin qarşısını alır. == Tarixi == Daşkənd metrosunun yaradılması haqqında planların hazırlanması 1966-cı ilə düşünülməyə başlansa da, həmin ildəki Daşkənd zəlzələsindən sonra işlər 1968-ci ilə təxirə salındı. İlk xəttin inşasına 1972-ci ildə başlandı və bu xətt 6 avqust 1977-ci ildə istifadəyə verildi.
Daşkənd tramvayı
Daşkənd tramvayı (özb. Toshkent tramvaylari) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində 1912–2016-cı illərdə fəaliyyət göstərən ictimai nəqliyyat növü. Daşkənd tramvayı Mərkəzi Asiyanın ən qədim tramvayıdır. == Tarixi == === Konka === Daşkənd tramvayının tarixi 1896-cı ildə, Daşkənd şəhər idarəsi Daşkənd tramvayının imtiyaz müqaviləsi üzərinə qurulması və istismarı mövzusunda Belçikanın anonim şirkəti olan "Taşkentskiy tramvay" (rus. «Ташкентский трамвай», azərb. «Daşkənd tramvayı»‎) ilə müqavilə imzalasıyla başlayır. İlk konka xəttinin inşa prosesinə 1897-ci ildə start verilmişdir. İlk konka xətti stansiyadan başlayıb, Duxovskaya (indiki Əmir Teymur Bulvarı), Məhramskoy (indiki Özbəkistan Bulvarı), Zerabulakskoy, Cizzaxskoy (indiki Buxara), Romanovskaya (indiki Böyük Turon), Vorontsovskaya (indiki Süleymanova), Çernyayevskaya (indiki İstiqbol), Şayxantohur (indiki Navoy Prospekti) küçələrindən keçərək, tramvay anbarının olduğu köhnə qəsəbədəki Çorsu bazarına qədər idi. Vaqon konkası 31 mart 1901-ci il tarixində açılmışdır. İkinci konka xətti isə, 5 aprel 1903-cü il tarixində açılmışdır.
Daşkənd vilayəti
Daşkənd vilayəti — Özbəkistanda vilayət. 1938-ci il yanvarın 15 -də təşkil edilmişdir. Sahəsi 15,3 min km², Әhalisi isə 2,6 milyon nəfərdir (2012). 15 tumanı (rayon), 16 şəhəri, 18 şəhər tipli qəsəbəsi var. Mərkəzi Daşkənd şəhəridir. == Təbiəti == Daşkənd vilayəti ərazisinin çox hissəsi dağ ətəyi düzənlikdir. Şimal-şərq və şərq hissələrini Qərbi Tyan-Şan dağlarının silsilələri (Çatkal– 4045 m, Pskem – 4299 m və s.) tutur. Daşkənd vilayəti yüksək seysmik zonadadır. Faydalı qazıntıları: qonur kömür, mis filizi, polimetallar, tikinti materialları və s. İqlimi kəskin kontinentaldır.
Daşkənd Aqrar Universiteti
Daşkənd Aqrar Universiteti - kənd təsərrüfatı üçün mütəxəssislər yetişdirən universitetdir. Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərir. Daşkənd vilayətinin Qibray rayonunda yerləşir. == Tarixi == 1930-cu ildə Orta Asiya Kənd Təsərrüfatı İnstitutu adı ilə fəaliyyətə başladı. 1934-1991-ci illərdə isə Daşkənd Kənd Təsərrüfatı İnstitutu adı altında fəaliyyət göstərən Orta Asiya Universitetinin Əkinçilik Fakültəsinin bazasında quruldu və 1991-ci ilin aprelində Daşkənd Dövlət Aqrar Universitetinə çevrildi. 1992-ci ildə bakalavr səviyyəsində mütəxəssis hazırlamaq üçün Nukus filialı yaradıldı. 2003/04 tədris ilində əyani şöbədə 3047 əyani, 2040 bakalavr və 236 magistr tələbəsi olmaqla 5321 tələbə, 53 elmlər doktoru və 166 elmlər namizədi olmaqla 457 professor və müəllim vardı. == Haqqında == Universitetdə (2004) aqronomiya, aqrokimya və torpaqşünaslıq, bitki mühafizəsi, bağçılıq və meşəçilik, zoomühəndislik və ipəkqurdu yetişdirilməsi, iqtisadiyyat, mühasibat, peşə təhsili tədris edilir. İnstitutun daxilində 35 şöbə, bir muzey (1980), 1 milyondan çox əsərdən ibarət elmi kitabxana, kənd təsərrüfatı mərkəzi və işçilərin hazırlanması üçün bir mərkəz var.
Daşkənd Televiziya Qülləsi
Daşkənd Televiziya Qülləsi (özb. Toshkent Teleminorasi) — Özbəkistanın paytaxtı Daşkənddə yerləşən 375 metr hündürlüyü ilə dünyanın 11-ci ən hündür televiziya qülləsidir. Tikintisinə 1978-ci ildə başlanmış və 6 il davam edərək 15 yanvar 1985-ci ildə tamamlanmışdır. Qüllə 1985-ci ildən 1991-ci ilədək dünyanın üçüncü ən hündür qülləsi idi. Bundan başqa televiziya qülləsinin tikintisi qərarı 1971-ci sentyabrın 1-də qərara alınmışdır. Qüllə poladdan tikilmişdir. Qüllənin dizaynı Terxiev, Çaruçov & Semaşko firması tərəfindən verilmişdir. == İstifadəsi == Qüllə, əsasən, televiziya və radio yayımı məqsədiylə istifadə edilir. Siqnallar hətta Daşkəndin ən uzaq vilayətlərindən Qazaxıstanın bəzi regionlarına da çata bilir. Qüllə həmçinin dövlət təşkilatları və departamentləri ilə əlaqə məqsədiylə də istifadə olunur.
Daşkənd dövləti (1784)
Daşkənd dövləti — 1784—1807-ci illərdə Daşkənd və Türkistan vilayətlərinin müasir ərazisində mövcud olan müstəqil dövlət qurumu. 1808-ci ildə Kokand xanlığı tərəfindən fəth edildi və xanlığa qatıldı. == Tarixi == XVIII əsrin əvvəllərində özbək qəbiləsi olan yuzlar, Daşkənd və Sırdəryanın orta axınındakı bəzi bölgələri ələ keçirdilər.XVIII əsrin ortalarında Daşkənd tarixində problemli bir dövr var ki, şəhərdə kalmıkların (1758-ci ildə Çindən məğlub olmasından əvvəl) və Qazax xanlarının (əvvəlcə kalmıkların vassallı idilər, kalmıklar məğlub olduqdan sonra - müstəqil), Əbdülkərim biyin rəhbərlik etdiyi kokandların və az da olsa Buxara hökmdarlarının mənafeləri kəsişirdi. Şəhər dəfələrlə əldən-ələ keçib. Bundan əlavə, Daşkəndin özündə daxili mübarizə şəhərin dörd hissəsində — dahada (özb. Daha) — Kukça, Sibzar, Şeyxantaur və Beşağaçda hökm sürürdü. Hər birinin başçısı olan — hakimlər, qalan bölgələri özlərinə tabe etdirməyə çalışırdılar. 1780-ci illərdə uzun və qanlı çəkişmələr dözülməz hala gəldi. Daşkənddə ticarət və əl sənətlərinə faydalı təsir göstərə biləcək vahid müstəqil dövlət yaratma ehtiyacı vardı. Bu vaxt Şeyxantaur hakimi hakimiyyəti oğlu Yunushocaya təhvil verərək ölür.
Daşkənd xanlığı
Daşkənd xanlığı Özbəkistan dövlətinin paytaxtı Daşkənddə yerləşən orta əsrlərdə Özbək-Qazax dövləti. Xanlığın tarixini üç dövrə bölmək olar. 1501-ci ildə Buxara xanlığının tərkibində yaradılmış və muxtar idarə edilmiş, lakin xanlar vali təyin edilmişlər. 1597-ci ildə II Abdulla xan Şeybani vəfat edəndə Qazax xanlığı Daşkəndi ələ keçirdi və şəhərə gələcək qazax xanları hakim oldular. 1613-cü ildə Tursun Məhəmməd xan müstəqilliyini elan edərək müstəqil xanlığa çevrildi. O, bir müddət xanlığı idarə etdi; 1627-ci ildə Qazax xanlığı Daşkəndi tutdu və xanlıq dağıdıldı.
Daşkənd zooparkı
Daşkənd zooparkı (özb. Toshkent hayvonot bogʻi; rus. Ташкентский зоопарк) – Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən zoopark. == Tarixi == Zoopark 1924-cü ildə Özbəkistan Milli Universitetinin zooloqlarının təşəbbüsü ilə açılmışdır və cəmi 3 ha sahəyə malik idi. 1940-cı illərin sonlarında artıq zooparkda 200-ə qədər heyvan növü saxlanılırdı. 1992-ci ildə zooparkın sahəsi 10,7 ha, burada saxlanılan heyvan növlərinin sayı 270-dən çox idi. 1994-cü ildə Özbəkistan Respublikası Nazilər Kabinətinin verdiyi qərarla zooparkın dünya standartlarına uyğunlaşdırılması qərarlaşdırılmışdır. 1997-ci ildə zooparkın sahəsi 21,5 ha olmuşdur.1998-ci ildən zoopark Beynəlxalq Avro-Asiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür. == Haqqında == Zooparkın sahəsi 21,5 ha təşkil edir. Burada 385 növdən 3000-dən çox heyvan saxlanılır.
Daşkənd şəhəri
Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 334,8 km², əhalisi 2,5 milyon nəfərdir (2020). Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir. Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2009-cu ilə olan məlumata görə şəhərin əhalisi 2 milyon 221 min nəfərdir. Şəhər 11 inzibati rayona bölünür. == Adı == Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir.
Lokomotiv Daşkənd
Lokomotiv (Daşkənd) - Özbəkistanın futbol klubu == Tarixi == 2001-ci ildə yaranıb.
Yeni Daşkənd
Yeni Daşkənd — Azərbaycan Respublikasının Bərdə rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dəniz səviyyəsindən 120 metr yüksəklikdə yerləşən kənd rayon mərkəzindən 10 km qərbdə, Bərdə-Tərtər avtomobil yolundan 2 km aralı, Qarabağ düzündə, Aran coğrafi bölgəsindədir. Tərtər çayı kənddən 2,5 km məsafədən keçir və kəndin cənub sərhədini təşkil edir. Yaşayış məntəqəsi Bərdənin Tərtər yolu üstündəki sonuncu kəndi olmaqla uzunluq dairəsi 40.23'9"N, en dairəsi 47.2'10"E olan meridianların kəsişdiyi nöqtədə yerləşir. Yeni Daşkənd kəndi Tərtər rayonunun Sarıcalı və Kürdlər, Bərdə rayonunun isə Şatırlı, Çəmənli, İmamqulubəyli və Zümürxan kəndləri ilə həmsərhəddir. == Tarixi == === Etimologiya === Yaşayış məntəqəsi XX əsrin 50-ci illərində Ermənistan SSR-in Basarkeçər rayonunun Daşkənd kəndindən kütləvi şəkildə köçürülmüş ailələr tərəfindən salındığına görə belə adlandırılmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin ikinci dəfə, yenidən salındığını, ikinci komponenti isə köhnə kəndin adını bildirir. === XX əsr === Türkiyəni öz təsir dairəsinə salmaq istəyən Sovet rəhbərliyinə görə, Ermənistanda yaşayan azərbaycanlılar Türkiyə ilə gözlənilən münaqişədə potensial "beşinci kolonna" rolunu oynaya bilərdilər. Azərbaycanlıların tarixi torpaqlarından köçürülməsinin səbəbləri sırasında Kremlin siyasi dairələrində erməni lobbisinin aktiv fəaliyyəti və xaricdən Ermənistan SSR-ə köçürülmüş ermənilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması da qeyd olunurdu. Bu prosesin nəticəsində SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərarına uyğun olaraq, 1948–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanıldı.
Daşkənd zəlzələsi (1966)
Daşkənd zəlzələsi — 1966-cı il aprel ayının 26-da, səhər saat 5.23-də Daşkənddə 8-13 kilometr dərinlikdə Rixter şkalası ilə 8-9 bal gücündə zəlzələ. 1966-cı il aprel ayının 26-da, səhər saat 5.23-də Daşkənddə 8-13 kilometr dərinlikdə Rixter şkalası ilə 8-9 bal gücündə zəlzələ baş verdi. 10-12 saniyə davam edən təkanlar Daşkənddə böyük dağıntılara və insan tələfatına gətirib çıxardı. Yenə də rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 36 min bina qismən və ya tamamilə dağılmış, 78 min ailə (300 min nəfər) evsiz-eşiksiz qalmışdı. Hadisə yerinə gələn SSRİ rəhbərliyi təcili şəkildə Daşkəndin yenidən inşa edilməsi barədə qərar qəbul etdi. Nəticədə 3,5 il ərzində şəhər yenidən inşa edildi. Zəlzələ zamanı rəsmi məlumatlara görə, cəmisi 8 nəfər ölmüş, 150 adam isə yaralanmışdı. Amma bu rəqəmlər də inandırıcı görünmür. Çünki 2 milyon kvadratmetr yaşayış sahəsi, 236 rəsmi dövlət idarəetmə binası, 700 ictimai və ticarət binası, 181 təhsil ocağı, 245 sənaye müəssisəsi, 185 tibb və 36 mədəni-məişət obyekti dağılmışdı. Üstəlik, zəlzələ səhərə yaxın baş verdiyindən insan tələfatı daha böyük olmalı idi.
Daşkənd İslam İnstitutu
İmam Buxari adına Daşkənd İslam İnstitutu özb. Imom Buxoriy nomli Toshkent islom instituti/Имом Бухорий номли Тошкент ислом институти) — Daşkənddəki ali mənəvi təhsil müəssisəsidir. SSRİ-də yeganə ali İslam təhsil müəssisəsi idi. İslam alimlərini, imam-xətibləri, ərəb dili müəllimlərini hazırlayır. İnstitutun ərazisində bir memarlıq abidəsi - Daşkənd Namazqox məscidi yerləşir. == Yerləşməsi == Daşkənd İslam İnstitutu 18-ci Zarkaynar keçidi, 47a ünvanında yerləşir.Təhsil müəssisəsinin ərazisində bir memarlıq abidəsi - Həzrəti İmam məscid kompleksinin bir hissəsi olan Daşkənd Namazqox məscidi yerləşir. == Tarixi == Təhsil müəssisəsi SSRİ-nin ən böyük müsəlman dini xadimi, Orta Asiya və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Ziyauddinxan İbn İşon Babaxanın təşəbbüsü ilə yaradılmışdır. İnstitutun tarixi 1970-ci ildən bəri fəaliyyət göstərən məscidlərin imam-xətibləri üçün hazırlıq kurslarından başlayır. Sonra, 1971-ci ildə, kurslar əsasında ali təhsil müəssisəsi - Ali İslam Məhəd yaradıldı. 1991-ci ildə Daşkənd İslam İnstitutu adlandırıldı.
Lokomotiv Daşkənd FK
Lokomotiv (Daşkənd) - Özbəkistanın futbol klubu == Tarixi == 2001-ci ildə yaranıb.
Azərbaycan Mədəniyyət Mərkəzi (Daşkənd)
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi — Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsi 9 ünvanında yerləşən Mədəniyyət təşkilatı. Qeyd edək ki, Daşkənddə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra (2010-cu il) açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Baş naziri Şavkat Mirziyayev iştirak etmişlər. Bina ilə tanışlıq zamanı məlumat verildi ki, azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. Samir Abbasov 1998-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-İnformasiya fakültəsinə daxil olmuş, 2002-ci ildə sözügedən fakültədə Biblioqrafiyaşünaslıq ixtisası üzrə magistratura təhsili almışdır. 2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasında "XXI əsrdə Azərbaycan kitabxanalarının aftomatlaşdırılması problemləri" mövzusu üzrə disertantı olmuşdur. Əmək fəaliyyətinə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında - kitabxanaçı, biblioqraf, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Elmi İnformasiya şöbəsində - mütəxəssis, aparıcı mütəxəssis, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Siyasəti şöbəsində və Nəşriyyat, reklamın təşkili, informasiya şöbəsində məsləhətçi vəzifələrində çalışmışdır. 2013-cü ilin fevral ayından Özbəkistan Respublikasındakı Azərbaycan Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. S.Abbasov həmçinin Azərbaycan Səfirliyinin mədəniyyət, turizm, təhsil və diaspora məsələləri üzrə attaşesidir. == Tarixi == 27 sentyabr 2010-cu ildə mərkəzin binasının əsaslı təmir və bərpadan sonra açılışı olmuşdur.
Aşıq Nəcəf Daşkəndli
Aşıq Nəcəf (1876, Daşkənd, Yeni Bəyazid qəzası – 5 fevral 1919, Göyçə mahalı, Yeni Bəyazid qəzası) — Ustad aşıq, şair. Aşıq Ələsgərin şəyirdi. == Həyatı == Nəcəf Allahverdi oğlu 1876-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Nəcəf olduqca yaraşıqlı, boylu-buxunlu, cüsəlli insan olub. Mükəmməl bilik, dərin hafizə, möcüzəli səs sahibi olan Aşıq Nəcəf səliqə-səhmanı, ədəb-ərkanı ilə həmişə diqqəti çəkər, aşıqdan çox bəyə, bəyzadələrə oxşayarmış. Aşıq Nəcəf Aşıq Ələsgərə on il şəyirdlik edib, onunla ağır məclislər yola salıb. Dədə Ələsgərin ən çox sevdiyi şəyirdlərindən biri olmuşdur. Onun səsi Aşıq Əsədin səsi ilə uyğun gəldiyindən hər ikisinə məsləhət görərmiş ki, siz daim bir yerdə olun, bir yerdə çalıb oxuyun. Yüksək səs tempirinə görə Aşıq Nəcəflə Aşıq Əsəd otuzluq lampanı dəfələrlə toy məclislərində söndürərmişlər. Aşıq Əsəd həmişə səmimiyyətlə etiraf edərmiş ki, Daşkəndli Aşıq Nəcəfin səsi mənimkindən yüksək və məlahətli idi.
Daşkənd Beynəlxalq Hava Limanı
İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanı — (özb. Islom Karimov Toshkent Xalqaro Aeroporti) - Özbəkistanın ən əsas və Mərkəzi Asiyanın üçüncü hava limanı (Qazaxıstanının Alma-Ata və Astana hava limanlarından sonra). Daşkənd şəhərinin mərkəzindən 12 km aralı yerləşir. == Ümumi məlumat == İCAO II kateqoriyasına malik olan bu aeroport, Uzbekistan Airways-in əsas qovşağı olmaqla yanaşı, Mərkəzi Asiya və Özbəkistanın ən böyük aeroportudur.Aeroport 2 terminal malikdir: Terminal 2 beynəlxalq uçuşları, Terminal 3 isə yerli uçuşları tənzimləyir.Terminal 2 2001-ci ildə yenidənqurulmuşdur.Saatlıq 1000 sərnişin tutuma illik isə 2 milyon sərnişin tutumuna malikdir.Binada yerləşən digər obyektlərə isə, gözləmə otaqları,CİP və VİP zalları,restoranlar və barlar,pul mübadilə ofisləri,duty-free mağazaları,bilet satış və yoxlama məntəqəqləri və 24 saat işləyən aptek aiddir.Terminal demək olar ki, maksimal tutumla işləyir.2 saata isə bütün qeydiyyat işləri görülür. Terminal 3 2011-ci ildə açılıb və 400 nəfərlik saatlıq tutma malikdir.2 terminal pist vasitəsilə bir-biri ilə ayrılıb. Özbəkistan hökuməti Daşkənd HAva limanını 2030-cu ildə alternativ bir məntəqəyə koçurməyi planlaşdırır.
Daşkənd Dövlət Hüquq Universiteti
Daşkənd Dövlət Hüquq Universiteti (DDHU) — dövlət ali təhsil müəssisəsi. Ölkənin paytaxtı Daşkənddə yerləşən aparıcı Özbəkistan hüquq tədqiqat mərkəzlərindən biridir. Universitet Özbəkistanda milli hüquq elmləri və təhsil mərkəzi kimi tanınan aparıcı universitetlərdən biridir, nüfuz yerli səviyyədə geniş yayılıb və respublikadan çox kənara çıxır. 2021-ci ildə Daşkənd Dövlət Hüquq Universiteti Times Higher Education-a görə dünyanın TOP-500 universitetlərinə daxil edilmişdir. Universitetin tərkibinə on iki ixtisas və üç ümumi təhsil şöbəsi, beynəlxalq standartlara uyğun peşə hüquq təhsili və karyera inkişafı mərkəzi, cinayətlərin qarşısının alınması, ictimai təhlükəsizlik sahəsində hüquqi kadrların hazırlanması və yenidən hazırlanması üzrə ixtisaslaşmış şöbə və akademik lisey daxildir. Bundan əlavə, universitet Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin təhsil sisteminə daxil olan 14 peşə hüquq kollecinə metodiki rəhbərlik və koordinasiya da təmin edir. Universitetin rektoru - hüquq elmləri doktoru Xakimov Rəhim Rəsulhonoviç. DDHU Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin yurisdiksiyasındadır. Beləliklə, Universitetin rektoru eyni zamanda Özbəkistan Respublikası ədliyyə nazirinin müavinidir. == Tarixi == Universitetin tarixi 1918-ci il aprelin 21-də Türkistan Dövlət Universitetinin sosial-iqtisadi fakültəsi əsasında bir hüquq şöbəsinin yaradıldığı vaxtdan başlayır.
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu (özb. Тошкент тўқимачилик ва енгил саноат институти) — Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki dövlət ali təhsil müəssisəsi. == Tarixi == Daşkənd Tekstil İnstitutunun əsası 1932-ci ildə qoyulmuşdur. İlk illərdə institutda iki fakültə: "Pambığın ilkin emalı" və "Mexanika texnologiyası" var idi. Tələbələr 4 ixtisas : pambığın ilkin emalı, toxuculuq, iplik və ipək texnologiyası üzrə məzun olurdular. 1932-33-cü illər ilk tədris ilində institutda 125 tələbə təhsil alıb. 1935-ci ildə institutun dördmərtəbəli binası istifadəyə verildi (bu gün 2-ci tədris binasıdır). O dövrdə institutda 6 istehsalat, 5 tədris laboratoriyası, 5 sinif otağı, idman zalı, kitabxana var idi. 1947-ci ildə institut qiyabi proqramlar üzrə tədrisə başladı; 1955-ci ildə - Mühəndis-iqtisadiyyatı sahəsi üzrə iqtisadi təhsil verməyə başladı. 1958-ci ildə institutda axşam təhsili fakültəsi açıldı.
Daşkənd aşıqları və şairləri
Daşkənd aşıqları və şairləri — toplu == Çapı == Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. == Kitab haqqında == "Daşkənd aşıqları və şairləri" adlanan bu kitabda qədim türk-oğuz yurdu olan Göyçə mahalının Daşkənd kəndində, eləcə də Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayıb-yaratmış aşıqların, şairlərin və şairələrin həyat və yaradıcılığı haqqında məlumatlar öz əksini tapmışdır. Məsləhətçi. Sərraf Şiruyə Redaktor. f.e.d. professor Hüseyn İsmayılov Ön sözün müəllifi.
Daşkənd aşıqları və şairləri (kitab)
Daşkənd aşıqları və şairləri — toplu == Çapı == Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. == Kitab haqqında == "Daşkənd aşıqları və şairləri" adlanan bu kitabda qədim türk-oğuz yurdu olan Göyçə mahalının Daşkənd kəndində, eləcə də Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayıb-yaratmış aşıqların, şairlərin və şairələrin həyat və yaradıcılığı haqqında məlumatlar öz əksini tapmışdır. Məsləhətçi. Sərraf Şiruyə Redaktor. f.e.d. professor Hüseyn İsmayılov Ön sözün müəllifi.
Daşkənd və daşkəndlilər (kitab)
Daşkənd və daşkəndlilər — Göyçə mahalı Basarkeçər rayonu Daşkənd kəndi haqqında tarixi, coğrafi məlumatlar, ailə başçılarının 2012-ci ilə olan siyahısı və telefon nömrələri. == Kitab haqqında == Kitabın ideya müəllifi və məsləhətçisi Rüstəm Dastanoğlu, tərtib edəni və redaktoru Araz Yaquboğlu, toplayanı isə Əfəndi Babayevdir. Bu kitabda tarixi Azərbaycan ərazisi olan Göyçə mahalında yerləşən Daşkənd kəndinin tarixi və coğrafiyasına aid məqalələr, Göyçə aşıqlarının, bu kəndin məşhur qələm sahiblərinin xalqımıza, Göyçə və Daşkəndə həsr olunmuş şeirləri də öz əksini tapmışdır. Bununla yanaşı, kitabda yaşadıqları şəhər və rayonlar üzrə olmaqla Daşkənddən olan bütün ailə başçılarının əlifba sırası ilə siyahısı, ev və mobil telefon nömrələri verilmişdir. 17 oktyabr 2013-cü ildə Mədəniyyət TV-nin "Qobustan" verilişində "Daşkənd və daşkəndlilər" kitabı haqqında veriliş getmişdir. Verilişdə əlavə olaraq Göyçə mahalının Daşkənd kəndinin tarixi və coğrafiyası haqqında da məlumatlar verilmişdir. Filmin ssenari müəllifi Avdı Qoşqar, çıxışçılar isə professor İbrahim Bayramov, araşdırıcı Rüstəm Dastanoğlu və tədqiqatçı Araz Yaquboğlu olmuşdur. Kitab haqqında "525-ci qəzet"də ""Daşkənd və daşkəndlilər" — itirilmiş Göyçədən yazılanlar" adlı məlumat xarakterli məqalə çap olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 17.91 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 37.69
2003 •••••••••••••••••• 32.68
2004 ••••••••••••••••••• 34.02
2005 •••••••••••• 22.27
2006 ••••• 9.23
2007 ••••••• 12.26
2008 •••••••• 13.40
2009 ••••••••••••••••••• 34.40
2010 ••••••••••••••• 26.42
2011 •••••••••••••••• 28.74
2012 ••••••••••••••••• 30.29
2013 •••• 6.13
2014 •••••• 9.78
2015 ••• 4.59
2016 ••••• 8.16
2017 ••••• 9.27
2018 •••• 7.34
2019 •• 3.76
2020 •••••••••• 18.83

daşkənd sözünün rus dilinə tərcüməsi

daşkənd sözünün fransız dilinə tərcüməsi

"daşkənd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#daşkənd nədir? #daşkənd sözünün mənası #daşkənd nə deməkdir? #daşkənd sözünün izahı #daşkənd sözünün yazılışı #daşkənd necə yazılır? #daşkənd sözünün düzgün yazılışı #daşkənd leksik mənası #daşkənd sözünün sinonimi #daşkənd sözünün yaxın mənalı sözlər #daşkənd sözünün əks mənası #daşkənd sözünün etimologiyası #daşkənd sözünün orfoqrafiyası #daşkənd rusca #daşkənd inglisça #daşkənd fransızca #daşkənd sözünün istifadəsi #sözlük