dialekti sözü azərbaycan dilində

dialekti

Yazılış

  • dialekti • 94.8718%
  • Dialekti • 5.1282%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ararat dialekti
İrəvan dialekti (erm. Երևանի բարբառ Yerevani barbař) — şərqi erməni dilinin İrəvan və onun ətrafında danışılan dialekti. Qrabar sözləri İrəvan dialektinin lüğət tərkibinin əhəmiyyətli hissəsini təşkil edir. Tarix boyu bu dialekt bir çox dillərin, xüsusən də rus və fars dillərinin təsirinə məruz qalmışdır və bu gün çoxlu alınma sözlər var. Bu gün erməni dilinin ən geniş yayılmış dialektidir.Tarixən bu dialekti əsasən danışıldığı Ağrı vadisinə istinadən Ararat dialekti kimi tanınırdı. XIX əsrdə müasir ədəbi erməni dilinin yaradılması üçün səylər göstərilmişdir. 1841-ci ildə erməni yazıçısı Xaçatur Abovyan İrəvan dialekti yazdığı "Ermənistanın yaraları" romanını tamamlamışdır. 1918-ci ildə İrəvan Birinci Ermənistan Respublikasının paytaxtı elan edildiyinə görə İrəvan dialektinin əhəmiyyəti artmışdır. Sovet dövründə şərqi erməni dili və İrəvan dialekti üstünlük təşkil edən rus dilinin güclü təsiri altına düşmüşdür və 1980-ci illərin sonunda ruslaşdırma erməni dilinin gələcəyi üçün zərərli hesab edilmişdir.Bu gün İrəvanda yaşayan ən azı 1 milyon insan danışıq ermənicəsinin əsasını təşkil edən İrəvan dialektində danışır. Bundan əlavə, Ermənistanda, qondarma Dağlıq Qarabağ Respublikasında və Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda faktiki olaraq bütün dialektika təhsil sistemi vasitəsilə İrəvan dialektinin təsiri altındadır.
Arbereş dialekti
Arbereş dialekti (alb. Arbërishtja) Arbereşcə (alb. Lengua Arbëresh), İtaliyanın cənub-şərqində və Yunanıstanın şimal-şərqində danışılan bir Hind-Avropa dilidir. Alban ləhcəsi olan Arbereşcə, eynilə Alban dili kimi Latın əlifbası ilə yazılır. Albaniya, Makedoniya və Kosovoda danışılan dialektdir. Alban dili ilə Arbreşçe arasında kiçik bir fərq vardır: Albaniya, Kosovo və Makedoniyada danışılan Albancada bir çox Türkcə söz olarkən, Arbereş dialektində isə daha çox İtalyan və Yunan söz ibarətdir.Arbereş dialekti, Alban dilinə yaxın bir dil olmasına baxmayaraq bu dialektin, Albandan çox İtalyanca və Fransızcaya bənzəyir. Arbereş dialektinin söz və qrammatikalarında Fransız təsiri dəqiq bir şəkildə görünür; Ancaq Arbereş dialektində bir çox alban sözləri də vardır.
Aynallu dialekti
Aynallu dialekti, İnanlu dialekti və ya İnallu dialekti — Azərbaycan dilinin cənub oğuz qrupuna aiddir. Bu dialektdə aynallu tayfası danışır. == Haqqında == Aynallular təxminən 7 min nəfərdən ibarət bir etnik qrupdurlar. Danışdıqları ləhcə Oğuzcanın cənub qoluna daxildir və Əfşar ləhcəsi ilə Qaşqaycaya çox bənzəyir.
Balear dialekti
Balear dialekti — Katalan dilinin dialektlərindən biri. Bu dialektdə Balear adalarında, xüsusən Malyorka adasında danışılır. Valensiya dialektinə yaxındır.
Barabin dialekti
Baraba dili və ya Baraba tatar dili - Sibirdə təxminən 8000 nəfərin danışdığı türk dili. Sibir-tatar dilinə çox yaxındır. Bu səbəbdən bəzi dilçilər bu dilin tatar dilinin bir qolu olduğunu iddia edirlər.
Bavariya dialekti
Bavariya dialekti və ya baeriş dili (Şablon:Dil-deBairisch, bav. Boarisch, qədim almanca. Bairisch) — alman dilinin dialektlərindən biri olan bavariyalıların dilidir. Bu dil, Böyük Karl tərəfindən Dunay çayına itələnmiş Bavariya qəbiləsinin nümayəndələrinin danışdığı dilə əsaslanır. Yüksək alman dilinin cənubi alman dilləri qrupuna aiddir.
Bəxtiyari dialekti
Bəxtiyari dialekti — Lur dilinin dialektlərindən biri. İranda Çahar-Mahal və Bəxtiyari, Xuzistan, İsfahan və Luristan ostanlarında Bəxtiyari elinin dialektidir.
Heliqoland dialekti
Heliqoland dialekti (Halunder) — Şimali friz dilinin dialekti. Almaniyanın Şimal dənizində yerləşən Heliqoland adasında danışılır.
Koroşi dialekti
Koroşi dialekti (Bəlucca: کوروشی)—Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərindən və Bəluc dilinin dialektlərindəndir ki fars ostanının cənubunda yaşayan bəluclar tərəfindən danışılır. Koroşi dialektində danışanların sayı 2006-cı ildə 1000 nəfər olduğu təxmin edilib.
Nuxa dialekti
Şəki dialekti və ya əvvəlki adı ilə Nuxa dialekti — Azərbaycan dilinin dialektlərindən biri. == Tarixi == Azərbaycan dilinin dialekt və şivələrinin formalaşması Azərbaycan xanlıqları və sultanlıqlarının yarandığı XVIII əsrə gedib çıxsa da, Nuxa dialekti fərqlənir. Oleq Mudrak(ru) tərəfindən həyata keçirilən dillər arasındakı uyğunluq analizinə və morfologiya və tarixi fonetikaya əsaslanan qlottoxronologiya metodlarına əsasən Nuxa dialektinin ümumazərbaycan dilindən ayrılması Əmir Teymurun (~1360-cı il) dövrünə gedib çıxır.Şəki şivəsi bəzi xüsusiyyətləri etibarilə cənub ləhcəsinin qədim izlərini daşıyır. Bunun səbəbi tarixən olmuş miqrasiyanın — Azərbaycanın cənub hissəsindən əhalinin köçürülməsidir. Həmçinin bəzi dialektik xüsusiyyətlər Qarabağdan Şəkiyə köçmüş və yerlilərlə qarışmış əhalidən miras qalmışdır. == Klassifikasiya == Filologiya elmləri doktoru Məmmədağa Şirəliyev tarixi–coğrafi prinsip əsasında Şəki dialektini Şimal qrupuna aid edir: Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Nuxa dialektini Şimal qrupuna aid edir: İsveçli dilçi və türkoloq Lars Yohanson Nuxa dialektini Şimal qrupu dialektlərinə aid edir: == Gürcü dilindən keçmiş sözlər == cincar — kicitkən, gürcü dilində eyni mənada işlənir; məngəl — oraq, qədim gürcü dilində orağa manqal deyilirdi; axşebı — yer adı, gürcü dilində axo — əkin yeri, eb — cəm şəkilçisidir.
Provans dialekti
Provans dialekti (oks. Provençau və ya Prouvençau) — Oksitancanın dialektlərindəndir ki, Fransanın cənubunda əsasən Provansda danışılır.
Qaşqay dialekti
Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti. Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir. Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir. == Coğrafi yayılma == Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləi. İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri. Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, Şəhrikürd və Saman şəhərləri. Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran Buşehr ostanı: Dəştistan, Dəşti və Buşehr şəhərləri. Xuzistan ostanı: Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri. == Tarixi == XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir.
Qora dialekti
Qora dialekti, Qorani və ya Naşinski (sözün əsl mənası "bizim dilimiz") Cənubi Slavyan dillərinin bir çeşididir ki Kosovo, Albaniya və Makedoniya Respublikası arasında sərhəd sahəsində Qorani xalqı tərərəfindən danışılır. Torlak dialekti qrupunun bir hissəsidir ki, şərqi və qərbi Cənubi slavyan dilləri arasında olan keçid dialektidir. == Paylanması == Qora dialekti Qora regionunda danışılır.Kosovada 18 kənddə, Albaniyada 11 kənddə və Makedoniyada 2 kənddə danışılır.
Quba dialekti
Quba dialekti — Azərbaycan dialektlərinin mövcud bölgüsünə əsasən şərq qrupuna daxildir. Bu ləhcə Xəzərin qərb sahili zonasının şimal-şərq hissəsinin (Dərbənd, Quba, Bakı, Şamaxı, Salyan) şivələrini əhatə edir. Üç şivə qrupu fərqlənir: 1) Bakı-Şamaxı, 2) Quba, 3) Dərbənd. Filologiya elmləri doktoru, görkəmli dilçi Məmmədağa Şirəliyev Quba dialektinin Quba, Xudat, Qusar və Xaçmaz bölgələrinin şivələrini əhatə etdiyini bildirib.
Boyer-Əhməd dialekti
Buyer Əhməd dialekti Lur dilinin dialektlərindəndir və Boyer-Əhməd elinin danışan dilidir ki, Kohgiluyə və Boyer-Əhməd ostanının mərkəzi Yasucda danışılır.Bu dialekt çox az fərq ilə Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanı,Fars ostanının Məməsəni şəhristanı Və Buşehr ostanının Genave şəhristanı və Deyləm şəhristanında da yayqındır.Bəxtiyari dialektinə yaxındır.
Buyer Əhməd dialekti
Buyer Əhməd dialekti Lur dilinin dialektlərindəndir və Boyer-Əhməd elinin danışan dilidir ki, Kohgiluyə və Boyer-Əhməd ostanının mərkəzi Yasucda danışılır.Bu dialekt çox az fərq ilə Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanı,Fars ostanının Məməsəni şəhristanı Və Buşehr ostanının Genave şəhristanı və Deyləm şəhristanında da yayqındır.Bəxtiyari dialektinə yaxındır.
Provansal dialekti
Provans dialekti (oks. Provençau və ya Prouvençau) — Oksitancanın dialektlərindəndir ki, Fransanın cənubunda əsasən Provansda danışılır.
Qazax dialekti
Qazax dialekti və ya Qazax ləhcəsi — Azərbaycan dilinin qərb dialektləri qrupuna daxil olan dialekt. Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında, Gürcüstanın Dmanisi və Marneuli bələdiyyələrində geniş yayılmışdır. == Strukturu == === Fonetika === Qazax dialektində, eləcə də Azərbaycan ədəbi dilində 9 sait fonem var. Amma bu ləhcədə onların uzun və qısa variantları var. Onda ilkin uzunluq yoxdur, o, müəyyən samitlərin, əsasən h, y, qismən v, ğ, k, n, l səslərinin düşməsi nəticəsində yaranır. Uzanma əsasən a, ə, o, ö, qismən e, i, u, ü saitləri ilə əlaqəlidir. Məsələn, ā (ikiqat a) da < daha (hələ), ça < çağa (yeni doğulmuş); ə̃ — də̃ < dəyə (ayaqda), sə̃r < səhər, Zə̃m < Zəyəm (Şəmkir r-nunda kənd); ī — īd < igid (cigit), īrmi < iyirmi (iyirmi), çid < çiyid; ē — dēr < deyir, yēr < yeyir; ō — dōr < doyur (doyur), dōğa < dovğa; õ — dõr < döyür (vurur), qarõz < qara göz (qara göz); ū — qurdūm < qurdugum (mən tikdirmişəm); ŭ — gŭm < güyüm (mis küp). Saitlər Sandhi ilə də uzadılır: bizə̃l < bizə gəl (bizə gəl), nəsirdi < nə gəzirdi (başqa yerdə olmaq). Qazax dialektində qapalı saitlərin ''(ı, i, u, ü)'' qısa variantları vardır. Qısalıq, bir qayda olaraq, kökün birinci vurğusuz hecasında görünür, məsələn: ''kilim, sini, qıfıl, qutu''.
Sentonje dialekti
Sentonje dialekti-Fransanın qərb sahilinin yarıya qədərində, keçmiş Sentonje, Onis və Anqumua vilayətlərində (ki indi hamısı Şarant, Şarant-Maritim, habelə qonşu Do-Sevr,Vande və Jirond departmanlarının neçə hissələri tərkibinə daxil ediliblər),danışılan dialektdir.
Sibin dialekti
Sibin dialekti — sibo xalqının dili. Çinin Sintsyan-Uyğur muxtar vilayətinin Çapçal-Sibo muxtar qəzasında məskunlaşıblar. Altay dilləri Tunqus-mancur dilləri xətinə aiddir. 2000-ci il üçün danışanların sayı 30 min nəfərdir. Çin alimləri sibin dialektini müstəqil dil hesab edirlər, rus tədqiqatşıları isə onu mancur dilinin dialekti qəbul edirlər. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Li Shulan, Zhong Qian, Wang Qinfeng, (1984) Xībóyǔ kǒuyǔ yánjiū, Beijing: Minzu Chubanshe; Norman, Jerry. 1974. «Structure of Sibe Morphology», Central Asian Journal; K. Yamamoto. Mashūgo kōgo kiso shū. A Classified Dictionary of Spoken Manchu.
Sonqur dialekti
Sonqur dialekti və ya Sunqur şivəsi — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Sonqur dialektini Azərbaycan dilinin dialektlərinin XII qrupuna aid edir. Kirmanşah da danışılır. == Haqqında == Sonqur dialekti Qaşqay dili və Aynallu ləhcəsi ilə birlikdə Cənubi Oğuz dilləri qrupuna aid ləhcədir. Azərbaycan dilinin Cənubi Azərbaycan dialektlərinə yaxın olsa da bununla yanaşı türkməncə və xorasan türkcəsi ilə də yaxındır. Bu ləhcədə əsasən Sonqur şəhərində və bölgəyə aid olan iki kənddə, Fərhad-xan və Gurvedə danışılır.
Ubıx dialekti
Ubıx dili - Ubıxların dili, Abxaz-adıq dillərindən biridir. Sadəcə Türkiyədə rast gəlinir. Bu dildə yazıb-yaradan sonuncu tanınmış yazıçı Tofiq Əsənç 1992-ci ildə vəfat etmişdir.
Zərgər dialekti
Zərgər dialekti Romano dilinin dialektlərindəndir ki, İranın Qəzvin, Şimali Xorasan və Tehran ostanlarında yaşayan bir qrup Romano oymaqlarının dilidir ki zərgər adlanırlar.
Şəki dialekti
Şəki dialekti və ya əvvəlki adı ilə Nuxa dialekti — Azərbaycan dilinin dialektlərindən biri. == Tarixi == Azərbaycan dilinin dialekt və şivələrinin formalaşması Azərbaycan xanlıqları və sultanlıqlarının yarandığı XVIII əsrə gedib çıxsa da, Nuxa dialekti fərqlənir. Oleq Mudrak(ru) tərəfindən həyata keçirilən dillər arasındakı uyğunluq analizinə və morfologiya və tarixi fonetikaya əsaslanan qlottoxronologiya metodlarına əsasən Nuxa dialektinin ümumazərbaycan dilindən ayrılması Əmir Teymurun (~1360-cı il) dövrünə gedib çıxır.Şəki şivəsi bəzi xüsusiyyətləri etibarilə cənub ləhcəsinin qədim izlərini daşıyır. Bunun səbəbi tarixən olmuş miqrasiyanın — Azərbaycanın cənub hissəsindən əhalinin köçürülməsidir. Həmçinin bəzi dialektik xüsusiyyətlər Qarabağdan Şəkiyə köçmüş və yerlilərlə qarışmış əhalidən miras qalmışdır. == Klassifikasiya == Filologiya elmləri doktoru Məmmədağa Şirəliyev tarixi–coğrafi prinsip əsasında Şəki dialektini Şimal qrupuna aid edir: Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Nuxa dialektini Şimal qrupuna aid edir: İsveçli dilçi və türkoloq Lars Yohanson Nuxa dialektini Şimal qrupu dialektlərinə aid edir: == Gürcü dilindən keçmiş sözlər == cincar — kicitkən, gürcü dilində eyni mənada işlənir; məngəl — oraq, qədim gürcü dilində orağa manqal deyilirdi; axşebı — yer adı, gürcü dilində axo — əkin yeri, eb — cəm şəkilçisidir.
Lobnor dialekti
Lobnor dialekti və ya Lobnor dili — qarluq qrupuna daxil olan türk dili və ya uyğur dilinin şərq dialekti. == Təsnifi == Daha yeni tədqiqatlar göstərir ki, Lobnor dilinin xüsusiyyətləri onun digər uyğur dialektləri ilə əlaqəsini təsdiqləyir. Bəzi tədqiqatçılar lobnorlular ilə qırğızlar arasında sıx əlaqəyə dair fərziyyələr irəli sürmüşlər, lakin türk dillərinin təsnifatında ənənəvi meyarları nəzərə alındıqda, Lobnor dialektinin cənub-şərq türk dillərinin şərq qoluna aid olduğunu təsdiq etmək mümkün olar.Hər halda, Lobnor dialektinin dil xüsusiyyətləri onun digər uyğur dialektlərindən fərqli özünəməxsus xüsusiyyətləri olduğunu göstərir. Bu xüsusiyyətlərə ciddi ahəng qanunu, mütərəqqi samitlərin assimilyasiyası, ahəng qanunu və mütərəqqi assimilyasiya nəticəsində yaranan bəzi törəmələrin və inyektiv şəkilçilərin müxtəlif icrası, genitiv-akkusativ yaxınlaşma, sadə indiki/gələcək zaman və s. aiddir. Güman edilir ki, samitlərin mütərəqqi assimilyasiyası türk dillərinin bu sahədə təmaslarının nəticəsidir, qalan xüsusiyyətlər isə Lobnor dialektinin daxili inkişafına aiddir. Belə ki, özünəməxsus xüsusiyyətlərinə görə başqaları tərəfindən lobnorluların dilini uyğur dilinin ləhcəsi kimi deyil, özünəməxsus dil kimi təsnif etmək təklifləri də olmuşdur. Odur ki, dili dialektdən ayırmaq üçün ümumi qəbul edilmiş meyar yoxdur. Bəzi hallarda dili müəyyən etmək demək olar ki, qeyri-mümkündür və ya dialekt yalnız linqvistik sübutlarla məhdudlaşır. Buna baxmayaraq, sosial, mədəni və siyasi meyarların köməyi ilə əsasən linqvistik meyarlara əsaslanaraq belə güman etmək olar ki, Lobnor regionunda danışılan dil müstəqil dil sayıla bilməz və böyük ehtimalla müasir uyğur dilinin ləhcəsidir.
Azərbaycan dilinin Qarabağ dialekti
Qarabağ dialekti — Azərbaycan dilinin dialektlərindən biri. Gəncə və Qazax dialektləri, həmçinin ayrım ləhçəsi ilə yanaşı Azərbaycan dilinin qərb dialekt qrupuna daxildir. Azərbaycanın Ağdam, Şuşa, Xocalı, Xocavənd, Bərdə, Ağcabədi, Füzuli və Tərtər rayonlarında və Xankəndi şəhərində geniş yayılmışdır. == İnkişaf tarixi == Qarabağ dialekti Qarabağ ərazisində yaşayan və geniş əraziyə yayılmış müxtəlif türk tayfalarının danışıq dili əsasında formalaşmışdır. Əsrlər boyu inkişaf nəticəsində tayfaların linqvistik xüsusiyyətləri bir-birinə qarışmış, bəzi oğuz və qıpçaq elementləri canlı danışıq dilində öz arxaizmini saxlamışdır.Orta əsrlərdə Qarabağın siyasi, sosial və iqtisadi mövqeyi güclənmiş, bölgənin türk əhalisinin nitqi koyne dialekti səviyyəsinə yüksəlmiş və Azərbaycan ədəbi dilinin normalarının formalaşmasında əsas mənbəyə çevrilmişdir. Beləliklə, artıq XVIII əsrdə Azərbaycan ədəbi dili Qarabağ dialektinə söykənirdi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Azərbaycan dilindəAzərbaycan dialektologiyasının əsasları. Şərq-Qərb. 2008. Azərbaycan dialektologiyası.
Azərbaycan dilinin qərb dialekti
Azərbaycan türkcəsinin qərb ləhcəsi, Gəncəbasar ləhcəsi, ya da Azərbaycan dilinin qərb dialekti — hal-hazırda Azərbaycan Respublikasının qərb (Gəncəbasar adlanan ərazi) və Gürcüstanın cənub-şərq bölgələrində işlənən danışıq dili. Azərbaycan dilinin daxilində bir ləhcədir. Qazax, Qarabağ və Qarapapaq dialektləri qərb ləhcəsinə aiddir. Gəncəbasar ləhcəsi Azərbaycan, Gürcüstan, Rusiya ərazisində istifadə olunur. == Təsnifi == Bu dialektin cüzi fərqlənən 4 subdialekti var: Ayrım-Qarapapaq subdialekti (Əsasən Qazax, Ağstafa, Tovuz və Gürcüstanda (Borçalı, Qaraçöp) işlənir) Gəncə (və bir neçə yaxın rayonlar) subdialekti İrəvan (və bütün Qərbi Azərbaycan) subdialekti Qarabağ (və bir neçə yaxın rayonlar) subdialekti == Xüsusiyyəti == "Azərbaycan dialektologiyasının əsasları" kitabına görə qərb ləhcəsinin ədəbi Azərbaycan dilindən fərqləndirən bir sıra xüsusiyyətləri var (subdialektə görə cuzi fərqlər ola bilər): Çox vaxt sözün birinci hecasında və ərəb, fars mənşəli sözlərdə ə səsinin a səsi ilə əvəzlənməsi: xavar, zayıf, idara, tasdıx və s. Sözün birinci və sonrakı hecasında i sesinin ı səsi ilə əvəzlənməsi: ışıx, ılıx, sıçan, bıldırçın, bıldır, qıymat, qıryat və s. Dodaq ahənginin möhkəmliyi: qurmuyuf (qurmoyuf), görmüyüf (görmöyüf), üydürüh (üydörüh), otduyyurdu (otdordu), burduydu (burdoydu), görsöydü, göröydü və s. Sağır n (Göytürkcə: 𐰭, Ərəb əlibası: ڭ (Kafi Nun), Kiril əlibası: ң, Latın əlifbası: ñ, ŋ) səsinə geniş yer verilməsi: ataŋ, maŋa, saŋa, aldıŋız və s. Söz ortasında və təkhecalı sözlərin axırında b sesinin v səsi ilə əvəzlənməsi: çovan, qavax, bava, qavır, qav, civ, div və s. Söz ortasında və təkhecalı sözlərin axırında c səsinin j səsi ilə əvəzlənməsi: bajı, baja, qoja, gejə, alajam, gedəjəm, saj, qaj, aj və s.
Bavariya dialektində Vikipediya
Bavariya dialektində Vikipediya (Bavariya dialektində: Boarische Wikipedia) Vikipediyanın Bavariya dilindəki versiyasıdır. 16 oktyabr 2023 tarixinə görə, Bavariya dilindəki Vikipediyanın 26.993 məqaləsi, 68.226 istifadəçisi və 3 inzibatçısı mövcuddur.
Dari (Mərkəzi İran dialekti)
Zərdüştü dari - Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dild. Yəzd ostanı və Kirman ostanında yaşayan Zərdüştülər tərəfindən danışılır, Əfqanıstanda danışılan dari dilində fərqlidir.
Dialektian
Qay Avreli Valeri Diokletian (ən tezi 22 dekabr 242 və ən geci 22 dekabr 245, Salona[d], Dalmatsiya, Roma imperiyası – ən tezi 3 dekabr 311 və ən geci 3 dekabr 316 və ya 313, Split, Dalmatsiya, Roma imperiyası) — Roma imperatoru (284-305), dəfələrlə konsul. Atası azad edilmiş qul idi. Diokletianın hakimiyyəti zamanından dominat dövrü başlandı. Diokletian imperiyanın təsərüfat, siyasi və hərbi qüdrətini möhkəmlətmək üçün islahatlar keçirmişdi. Xalq üsyanlarını və əyalətlərdə separat hərəkatları yatırmışdı. İrana qarşı yürüşlər nəticəsində Ermənistan və İberiyada mövqeyini möhkəmləndirmiş, Mesopotamiyanın bir hissəsini tutmuşdu. 24 fevral 303-cü ildə Roma imperatoru Diokletian xristianlığı qadağan edən fərman verib. 303-304 illərdə xristianları amansızcasına təqib etmişdir. 286 ildə Maksimianı özünə ortaq hakim təyin etmiş, 305 ildə onunla birgə hakimiyyətdən könüllü əl çəkmişdi. Diokletian "korlanmış" pulları düzçəkili sikkələrlə əvəz etdirdi, möhtəkirliklə mübarizə apardı, mallara maksimum qiymət qoydu.
Dialektik materializm
Dialektik materializm — materializmə və Hegel dialektikasının materialist anlayışına əsaslanan fəlsəfi cərəyan. Bu istiqamətin əsas ideyaları bunlardır: maddi (obyektiv) aləmin ilkinliyi; idealın (subyektiv, düşünülə bilən) ikinci dərəcəli olması; hərtərəfli əlaqə və müxtəlif sistemlərin daxili hərəkət və inkişaf mexanizmləri əsasında daimi hərəkəti; qaçılmaz ziddiyyətlərin daim aradan qaldırılması. Bu doktrina Lenin və digər marksist filosoflar tərəfindən hazırlanmış K. Marks və F. Engelsin ideyalarına əsaslanır. Engels bu sistemi dünyagörüşü adlandırmış, onu həm idealist fəlsəfəyə, həm də əvvəlki bütün materialist fəlsəfəyə qarşı qoymuşdur. Bu dünyagörüşü ayrı-ayrı elmlər üzərində "elmlərin elmi" iddiasındadır və praktik problemlərdən ayrı mövcud olan hər hansı fəlsəfi təlimləri inkar edir. SSRİ-də bu konsepsiya marksizmin nəzəri aspektini ifadə edirdi və 1930–80-ci illərdə Sov.İKP tərəfindən sovet fəlsəfəsinin rəsmi adı kimi istifadə edilmişdir. == Tarixi == Marks Georq Vilhelm Fridrix Hegelin idealist dialektikasının materialist anlayışının banisidir. Bunda o, Lüdviq Andreas Feyerbaxın fəlsəfi materializminə arxalanırdı. K. Marks "dialektik materializm" ifadəsini işlətməmişdir. 1887-ci ildə bu termini ilk dəfə Cozef Ditsgen "Sosialistin Bilik Nəzəriyyəsi sahəsinə ekskursiyaları" əsərində işlətmişdir, lakin bu anlayış Marksizmdə yalnız Georgi Plexanovun tərəfindən istifadə edildikdən sonra nəzərəçarpacaq rol oynamağa başlamışdır.
Dialektik məntiq
Dialektik məntiq — konseptual və məntiqi üsul. Bir çox fərqli mənada qiymətləndirilən dialektik anlayışından əldə edilən bir məntiq formasıdır. Birincisi, bir anlayışdan digərinə ziddiyyətləri məhv edərək irəliləmək üsuluna verilən addır. Qarşıdurmalar içində irəliləyərək bu qarşıdurmaları aradan qaldıraraq nəticəyə çatmağı istəyən məntiqi düşünmə şəklidir. Əvvəlcə Heraclitus dialektik məntiqdən istifadə etmişdir. Diyalektik məntiq xüsusilə Hegeldə zirvəyə çatmışdır. Marksın əlində isə materialist bir məzmuna sahib olmuşdur. Bütün bu nəzəriyyələrdə dialektik məntiq ümumi mənada ziddiyyət və nisbilik anlayışları ilə işləyən məntiq şəklində baş verir. Formal məntiqin əsas konsepsiyaları və kateqoriyaları bir kənara qoyulmur, eyni fikir və kateqoriyalar isə ziddiyyət və nisbilik prinsipləri baxımından yenidən rasionaldır.
Dialektika
Dialektika (yun. διαλεκτική — mübahisə etmək) — maddi dünyanın mövcudluğunu daimi dəyişiklik, hərəkət, mübarizə və inkişafla izah olunması üsuludur. == Ümumi məlumat == Dialektika tezis-antiteza=sintez düsturu ilə işləyir, başqa cürə buna inkarın inkarı deyilir. Bir şey(tezis) inkar olunur(antiteza) və bu inkar öz növbəsində inkar olunur(sintez), və bu əksliklərin mübarizəsi və vəhdətindən yeni bir şey yaranır. Yeni yaranan köhnənin inkarı üzərində təşəkkül tapır, ama bu inkarın müsbət həllini nəzərdə tutur, bu o deməkdir ki, yeni köhnənin ən üstün tərəflərini özündə ehtiva edir və onun yeni səviyəyə inkişafı deməkdir. Dialektikanın özünəməxsus tarixi vardır. Qədim Yunanıstanda dialektika dedikdə (qədim yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və elm məktəbində sübut nəzəriyyəsi kimi mövcud olmaqdadır. Dialektika ideyaları fəlsəfənin bütün tarixi ərzində inkişaf etmişdir. Beləliklə, dialektika: təbiət, insan cəmiyyəti və təfəkkürün hərəkət, dəyişmə, təzələnmə və inkişafının ümumi qanunlarından bəhs edən elmdir.
Kabil Əfşar dialekti
Əfşar və ya Əfşari adlanan Azərbaycan türkcəsinin dialektlərindən biri — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Kabil Əfşar dialektini Azərbaycan dilinin dialektlərinin XIV (14-cü) qrupuna aid edir. Bu dialektdə danışan qruplar hal-hazırda Azərbaycanda, Türkiyədə, İranda, Suriyada və Əfqanıstanda yaşamaqdadırlar. Ethnologue və Glottolog bu dialkekti Cənubi Azərbaycandakı dilin dialekti olaraq qruplaşdırmışdır. İranika Ensiklopediyası isə onu müstəqil Cənubi Oğuz dili kimi təqdim edir.İslam Ensiklopediyasının üçüncü nəşrində bunlar qeyd edilmişdir: Linqivistik olaraq Əfşari Türk dillərinin Cənubi Oğuz qrupuna (cənub-qərbi türk dilləri) aid edilir (Johanson, History of Turkic, 82–3), və ya Cənubi Azərbaycan türkcəsinin dialekti kimi təqdim edilir. Farsdilli bir mühitdə yerləşdiklərinə görə, bir çox hallarda farsi dili əfşarların ana dilinə çevrilmişdir. Digər qruplar isə ikidilli olmuşdurlar (Kirmanda olduğu kimi). Bundan başqa, görünüşə görə, digər dillərlə olan kontaktlar orijinal dialekti transformasiya etmişdir. 2009-cu ildə müxtəlif Əfşar qruplarının linqvistik müqayisəsi diqqətəlayiq olaraq qalır. Əfşari dialekti fars dilindən xeyli sayda alınma sözlər almış və Özbək dilində olduğu kimi /a/ foneminin [ɒ]-a yuvarlaqlaşdırılması baş vermişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2008 ••••••••••••••• 0.24
2009 •••••••••• 0.16
2013 ••••••••• 0.15
2015 •••••••••• 0.17
2016 •••••••••••••••••••• 0.35

"dialekti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dialekti nədir? #dialekti sözünün mənası #dialekti nə deməkdir? #dialekti sözünün izahı #dialekti sözünün yazılışı #dialekti necə yazılır? #dialekti sözünün düzgün yazılışı #dialekti leksik mənası #dialekti sözünün sinonimi #dialekti sözünün yaxın mənalı sözlər #dialekti sözünün əks mənası #dialekti sözünün etimologiyası #dialekti sözünün orfoqrafiyası #dialekti rusca #dialekti inglisça #dialekti fransızca #dialekti sözünün istifadəsi #sözlük