* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [yun.] 1. fəls. Təbiət, cəmiyyət və təfəkkürün hərəkət, dəyişmə, təzələnmə və inkişafının ümumi qanunlarından bəhs edən elm. Materialist dialektika. 2. fəls. Bir şeyin hərəkət və inkişaf prosesi. Hadisələrin dialektikası. Tarixin dialektikası. 3. köhn. Mübahisə aparmaq məharəti, qarşı tərəfin mühakimələrində ziddiyyət tapmaq, mübahisədə məntiqi dəlillər gətirə bilmək bacarığı. Mübahisə zamanı [Rudin] öz rəqibinə danışmağa az fürsət verər və onu öz sürətli və coşqun dialektikası ilə məğlub edərdi. Turgenevdən.
Azərbaycan dilinin izahlı lüğəti / dialektika2 \ – təbiət, cəmiyyət və təfəkkürün inkişafının ən ümumi qanunları haqqında elm. Alman idealizmində əqlin inkişaf qanunu kimi xarakterizə edilirdi. Marksın dialektik materializmində iqtisadiyyatın inkişaf qanunları özünü doğruldur. İslam bölgəsi ərəb dilli xalqların fəlsəfəsində qarşılıqlı danışma sürətiylə istidlal etmə sənətinə cədəl elmi deyirdilər \. Dialektikanın özünəməxsus tarixi var-dır. Qədim Yunanıstanda dialektika dedikdə (yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və elm məktəbində daha çox sübut nəzəriyyəsi kimi başa düşülür. Dialektika ideyaları fəlsəfənin bütün tarixlərində inkişaf etmişdir. Hegelin dialektikası idealist dialektika olmaqla dialektikanın ikinci mühüm tarixi formasını təşkil edir. K.Marks və F.Engels tərəfindən yaradılan dialektika dialektikanın üçüncü tarixi forma-sını təşkil edir. Bununla belə dialektikanın müxtəlif variantları da ola bilər. Məsələn, neqativ dialektika, antinomik dialektika, para-doksal dialektika vardır. Dialektika nəzəriyyə və metodun üzvi vəhdətindən təşkil olunmuşdur. Dialektikanın kateqoriyaları za-man, məkan, təsadüf, zərurət və s. Və qanunları mövcuddur.
Fəlsəfə terminlərinin izahlı lüğəti / dialektika3 yun. dialektike (techne) – müsahibə, mübahisə etmək bacarığı 1) təbiət, insan cəmiyyəti və təfəkkürün hərəkət, dəyişmə, təzələnmə və inkişafının ümumi qanunlarından bəhs edən elm; 2) təbiət, insan cəmiyyəti və təfəkkürünün hərəkəti və inkişafı prosesi; 3) təbiət, cəmiyyət və təfəkkürün inkişafının ən ümumi qanunauyğunluqları haqqında təlim. Dialektika prosesin daxili mənbəyini ziddiyyətlərin mübarizəsində görür; 4) təbiətin, insan cəmiyyətinin, təfəkkürün hərəkət və inkişafının ümumi qanunları haqqında fəlsəfi təlim; bir keyfiyyətdən digərinə sıçrayışla keçidə gətirib çıxaran daxili ziddiyyətlərin və əksliklərin mübarizəsinin açılması yolu ilə, daim hərəkətdə olan və dəyişən təbiət və cəmiyyət hadisələrinin dərk edilməsinin elmi metodu. Qısa olaraq dialektikanı əksliklərin birliyi haqqında təlim adlandırmaq olar. Bu tərif dialektikanın özəyini əhatə etsə də, şərh və inkişaf tələb edir; 5) bir şeyin onun ziddiyyətliliyi fonunda hərəkət və inkişaf prosesi. Məsələn, hadisələrin dialektikası, tarixin dialektikası; 6) rəqibin müddəalarında daxili ziddiyyəti aşkar etməklə söhbət, fikir mübadiləsi, mübahisə aparmaq incəsənətinin köhnəlmiş adı; mübahisədə məntiqi əsasları tətbiq etmək bacarığı.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / dialektika2 сущ. филос. диалектика: 1. наука о всеобщих законах движения и развития природы, человеческого общества и мышления. Dialektikanın qanun və kateqoriyaları категории и законы диалектики, materialist dialektika материалистическая диалектика, təbiətin dialektika диалектика природы 2. самый процесс движения и развития чего-л. Tarixi dialektika историческая диалектика, hadisələrin dialektikası диалектика событий
Azərbaycanca-rusca lüğət / dialektika1 i. fəls. dialectics; inkişafın ~sı dialectics of development; təbiətin ~sı dialec tics of nature
Azərbaycanca-ingiliscə lüğət / dialektika1 is. fəls. dialectique f ; inkişafın ~sı dialectique du développement
Azərbaycanca-fransızca lüğət / dialektika