* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [lat.] 1. Dövləti idarə etməkdə qeyri-məhdud hüquqa, ixtiyara malik olan şəxs. Hərbi diktator. 2. Qədim Romada: ölkə xarici və daxili təhlükə qarşısında olduğu zaman senat tərəfindən təyin edilən və qeyri-məhdud ixtiyar və səlahiyyətə malik olan şəxs. 3. məc. Bir işdə özünü hakimi-mütləq kimi aparan şəxs haqqında. Özünü diktator kimi aparır.
Azərbaycan dilinin izahlı lüğəti / diktator1 Roma tarixinə görə, e.ə. 509-cu ildə romalılar son çarlarını taxtdan salaraq respublika elan etdilər. Özlərini bir adamın iradə və hakimiyyətindən qorumaq üçün onlar bir yox, iki adamın idarə etdiyi sistem yaratdılar. Onların hər ikisi konsul adlanır və bu vəzifəyə məhdud müddətə – bir illiyinə seçilirdilər. Bundan əlavə, əsilzadə ailələrin nümayəndələri olan ağsaqqallar qrupuna – senatorlara da xeyli səlahiyyət verilirdi. Beləliklə, siyasi qərarlar müxtəlif fikirlərin səsləndiyi birgə müzakirələrdən sonra qəbul edilirdi. Bununla da düşüncəsiz addımların atılmayacağına ümid etmək olardı. Amma bu sxemin təhlükəli tərəfi də vardı. İş orasındadır ki, fövqəladə vəziyyətlərdə çevik qərarlar qəbul etmək tələb olunur. Sonu görünməyən müzakirələr isə fəlakətlə nəticələnə bilərdi. Buna görə də romalılar müvəqqəti çarın seçilə bilməsi şərtini də irəli sürmüşdülər. Senatın müəyyən bir müddətə bütün hakimiyyəti əlində cəmləşdirəcək və hakimiyyətdə olduğu vaxt sözünün qanun olacağı adamın adını açıqlamaq hüququ var idi. Bu səbəbdən də onu diktator adlandırırdılar (latıncadan tərcüməsi “mən dedim”). Yeri gəlmişkən, bu adam yalnız altı ay müddətinə seçilə bilərdi. Bizim zamanımızda qanuni yolla seçilmiş dövlət orqanlarının əlindən hüquq və səlahiyyətlərini alan adamlara diktator deyilir. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / diktator2 I сущ. диктатор: 1. лицо, пользующееся неограниченными полномочиями, неограниченной властью в управлении государством 2. перен. человек с властным характером II прил. диктаторский (установленный диктатором). Diktator rejimi диктаторский режим
Azərbaycanca-rusca lüğət / diktator1 I. i. dictator II. s. dictatorial; ~ hökmdar dictatorial ruler
Azərbaycanca-ingiliscə lüğət / diktator