diktatura sözü azərbaycan dilində

diktatura

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • diktatura • 97.4138%
  • Diktatura • 2.4138%
  • DİKTATURA • 0.1724%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Diktatura
Diktatura ( lat. dictatura dictatus sözündən - təyin edilmiş ) - kənar nəzarət və faktiki məhdudiyyətlər olmadığı halda hakimiyyətin bir şəxsin və ya bir qrup insanın əlində cəmləşdiyi, müxtəlif şiddət üsulları ilə həyata keçirilən siyasi rejim forması. Akademik politologiya nöqteyi-nəzərindən diktatura dövlət başçısının və ya hakim dairənin öz hakimiyyətini birbaşa həyata keçirmə formasıdır. Hakimiyyətin həyata keçirilməsinin bu forması Fransa İnqilabının zirvəsində mövcud olan siyasi sistemin nümunəsində göstərmək mümkündür: hakimiyyət forması respublika formasıdır, hakimiyyətə münasibət demokratiyadır, hakimiyyətin həyata keçirilməsi forması diktaturadır. Diktatura rejiminin fəaliyyəti çox vaxt siyasi müxalifətə qarşı radikal və ya repressiv tədbirlərlə,vətəndaşların bu və ya digər şəkildə bu rejimin mövqeyinə zidd olan hüquq və azadlıqlarının sərt şəkildə boğulması və ya ləğvi ilə müşayiət olunur. Hakimiyyətin bu formasının səmərəliliyi və optimallığı bir çox amillərdən, o cümlədən obyektiv vəziyyətdən, cəmiyyətin hakimiyyətin konkret bu formasına ehtiyacının dərk edilməsindən, cəmiyyətlə hakimiyyət arasında əlaqə formasından, hakimiyyətin ideoloji əsaslandırılması formasından asılıdır. Hazırda diktatura dedikdə, bir qayda olaraq, qanunvericilik normaları ilə məhdudlaşdırılmayan, heç bir ictimai və ya siyasi institutlar tərəfindən məhdudlaşdırılmayan bir şəxsin və ya bir qrup şəxsin (xalq istisna olmaqla) hakimiyyət rejimi başa düşülür. Bəzən belə bir diktatura şəraitində ayrı-ayrı demokratik institutlar qorunub saxlanılıır, lakin onların siyasətə real təsiri minimuma endirilir. Buna demokratiyanın təqlidi deyilir. == Tipologiya == Müasir dövrdə diktatura siyasi sistemlərinin özünü göstərə biləcəyi əsas formalar avtoritarizm və totalitarizmdir .
Hərbi diktatura
Hərbi diktatura – ordunun siyasi hakimiyyət üzərində tam və ya əhəmiyyətli nəzarəti həyata keçirdiyi diktatura növü. Diktator adətən xuntanın başçısı olan yüksək rütbəli zabitdir. Əksər hərbi diktaturalar çevriliş nəticəsində əvvəlki hökuməti devirdikdən sonra qurulur. Çox vaxt özlərini ölkəyə siyasi sabitlik gətirən, ölkəni təhlükəli ideologiyalardan azad edən hərbi diktaturalar və ya korrupsioner mülki siyasətçilər bazada hərbçilərin qərəzsiz arbitr kimi mövqe tutmasına haqq qazandırırlar. Hərbi diktaturalar tədricən mülki hökumətin mühüm komponentlərini bərpa edə bilsə də, ali hərbi komandir hələ də icraedici siyasi hakimiyyəti saxlaya bilər.
Muğan Müvəqqəti Hərbi Diktaturası
Muğan Müvəqqəti Hərbi Diktaturası — Bakı Kommunasının devrilməsindən sonra Muğanda Sentrokaspi Diktaturası və Lionel Denstervil dəstəyi ilə yaradılan diktatura. "Muğan hökuməti" antiazərbaycan siyasəti yeridir, denikinçilərin Cənubi Qafqazda ağalığını təmin etməyə çalışırdı. Muğan hökuməti Azərbaycanın müstəqilliyini dəstəkləmirdi və ona Bakının Britaniya işğalı altında fəaliyyət göstərən rus polkovniki T. P. Suxorukov başçılıq edirdi. Muğan höküməti özünü "vahid və bölünməz Rusiya"nın muxtar hissəsi elan etmişdi. Bu qurumun rəhbərləri qurulmuş yeni hakimiyyəti “Muğan dövləti (respublikası)”, digər əks tərəf sovetlər isə “Muğan hərbi diktaturası” adlandırdılar. == Tarixi == 1918-ci ildə Çar hakimiyyətinin yıxılması ilə onun əyalətlərdə olan sadiq ordusu da dağıldı. Lakin ordunun qalıqları ətrafına yerli əhalidən özünümüdafiə qüvvələri toplayaraq, “Muğan ordusu” formalaşdırmağa başladılar. Muğan ordusunun tərkibi müxtəlif etnik millətlərdən – rus, erməni, ukraynalı və azərbaycanlılardan ibarət idi. Ordunun başında milliyətcə rus olan İlyaşeviç və kapitan V.Dobrınin dururdu. Bunlarla yanaşı “Muğan ordusu”nun təşkilində leytenant Xoşev və digərləri də var idi.
Proletariat diktaturası
Proletariat diktaturası (rus. Диктату́ра пролетариа́та) —marksist nəzəriyyəyə görə, fəhlə sinfinin maraqlarını əks etdirən siyasi hakimiyyət forması. == Proletar Diktaturası == Marksizmə görə bir yerdə sinfi bərabərsizlik varsa,orada o sinfin diktatorluğu vardır.Lakin proletariat diktatorluğu cəmiyyətin çoxunu əhatə edən işçi və əməkçilərin ancaq özlərininn istismarçı azlığa qarşı uyğuladığı bir diktatorluqdur.Beləliklə bu yardılmış idarə forması işçi və əməkçi sinif üçün demokratiya,istismarçı azlıq üçün isə diktatorluqdur.Eynən bu gün də (sözdə kapitalist demokratiya) bir qrup sömürücü kapitalist üçün demokratiya,cəmiyyətin istismar edilən çoxluğu üçün isə diktator olması kimi.Marksizmdə diktatorluq qavramı bir siyasi idarə etmə forması deyil,sinif üstünlüyünü başa salır.Proletariat diktaturasında cəmiyyətin istismarçı çoxluğunu yaradan əməkçi siniflərə dönük bir basqı və zorbalıq ola bilməz.Onlar daha öncə heç yaşamadıqları qədər azadlığa və demokratiyaya qovuşacaqlar.Özləri istehsal edib,özləri idarə etməyə başlayacaqlar.Ancaq köhnə əzən və istismar edən sinif olan azlıqlar öz idarəçiliyinə yenidən qovuşmaq üçün işçi və əməkçi idarə formasına qarşı yürütdüyü fəaliyyət zamanı,işçi sinfi bunun qarşısını almaq üçün təbii olaraq hər cür tədbiri alacaq və gərəkli olduğunda zora da əl atacaqdır.
Sentrokaspi Diktaturası
Sentrokaspi Diktaturası (rus. Диктатура Центрокаспия) — 1 avqust 1918-ci ildə Bakı şəhərində daşnaklar və menşeviklər tərəfindən qurulmuş tanınmamış dövlət. Bakı Kommunasını devirən diktatura cəmi 45 gün hakimiyyətdə qalmışdır. == Hökumət == Sentrokaspi Diktaturası 5 nəfər diktatordan ibarət idi. Bakı Kommunasını devirən əsas şəxslər Xəzər donanmasından H.Tuşov (diktatorlardan biri), Peçenkin, M.Tyuşkov, Buşev, Lemley (diktatorlardan biri), Yermakov (diktatorlardan biri), eserlərdən Lev Umanski, Abram Veluns (diktatorlardan biri), menşeviklərdən Qriqori Ayollo, M.Sadovski, daşnaklardan A.Arakelyan və S.Məlik-Elçiyan idi. == Britaniya dəstəyi == Lionel Denstervil tərəfindən göndərilən polkovnik C.B.Stokes başçılığında ilk 44 nəfərlik hərbi hissə avqustun 4-ü Bakıya çıxdı. Həmin gün bir alman diplomatik missiyası "Kursk" gəmisində Həştərxandan Bakıya gəldi və "Türk qərargahı"nın yerini soruşdu. Lakin şəhər hələ türklərin əlində deyildi. Bundan şübhələnən diktatura missiyanı həbs etdi. Sonrakı hərbi hissə polkovnik R.Keyworth başçılığında gəlib Bakıya çatdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.50 dəfə / 1 mln.
2003 ••••••• 1.57
2005 ••• 0.67
2006 •••••• 1.35
2007 0.21
2008 ••• 0.73
2009 •• 0.48
2010 •••• 0.91
2011 ••• 0.60
2012 •••• 0.77
2013 ••••••••• 2.04
2014 ••••••••••• 2.57
2015 •••••••••••••••••••• 5.10
2016 ••••••••• 2.08
2017 •••••• 1.30
2018 •••••••••••••• 3.45
2019 •••••• 1.39
2020 ••••••• 1.72

diktatura sözünün leksik mənası və izahı

diktatura sözünün sinonimləri (yaxın mənalı sözlər)

diktatura sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. диктатура: 1. ничем не ограниченная власть кого-л. в государстве. Hərbi diktatura военная диктатура 2. перен. властное, подчиняющее себе влияние чего-л. Qanun diktaturası диктатура закона

    Azərbaycanca-rusca lüğət / diktatura

diktatura sözünün inglis dilinə tərcüməsi

diktatura sözünün fransız dilinə tərcüməsi

diktatura sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – Latıncada dictatura sözü qeyri-məhdud hakimiyyətə deyilirdi. Müasir anlamda da dövlətdə hakimiyyəti həyata keçirmə sistemini xarakterizə edən anlayış. İngilis dilində sözün sonuna artırılan -ship sufiksi, dilimizə -lıq4 kimi ifadə edilir.

Fəlsəfə terminlərinin izahlı lüğəti

"diktatura" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#diktatura nədir? #diktatura sözünün mənası #diktatura nə deməkdir? #diktatura sözünün izahı #diktatura sözünün yazılışı #diktatura necə yazılır? #diktatura sözünün düzgün yazılışı #diktatura leksik mənası #diktatura sözünün sinonimi #diktatura sözünün yaxın mənalı sözlər #diktatura sözünün əks mənası #diktatura sözünün etimologiyası #diktatura sözünün orfoqrafiyası #diktatura rusca #diktatura inglisça #diktatura fransızca #diktatura sözünün istifadəsi #sözlük