dimdik sözü azərbaycan dilində

dimdik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dimdik • 89.6104%
  • Dimdik • 7.7922%
  • DİMDİK • 2.5974%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dimdik-bazu əzələsi
Dimdik-bazu əzələsi — Yuxarı ətraf əzələsi.
Başmaq dimdikli leylək
Başmaq dimdikli leylək, Balinabaş və ya Kral leylək (lat. Balaeniceps rex) — leyləyə bənzər bir quş növü. Adını çox böyük və başmağa bənzəyən dimdiyinə görə almşdır. Forma etibarı ilə leyləyə oxşasa da leyləkkimilər (Ciconiiformes) fəsiləsindəki quşlarla qohumluq əlaqəsi güclü deyil. Bəzi alimlər onları Qutankimilərə (Pelecaniformes) aid edir. Yetkin quşlar ümumi olaraq boz tüklərə sahib olsalar da, cavan ikən tükləri qəhvəyi çalara sahib olur. == Yayılması == Afrikanın tropik şərq bölgəsində, Sudandan Zambiyaya qədər böyük bataqlıqlarda yaşayırlar. Mərkəzi Afrikanın Konqo Demokratik Respublikası, Uqanda, Keniya, Tanzaniya və Zambiya kimi ölkələrində rastlanılır. Onları bəzən Botsvanada belə görürlər. == Təsviri == Boyları 110–140 sm olsa da bəzi fərdlər 152 sm-ə qədər çata bilirlər.
Dimdikbaşlar
Dimdikbaşlar (lat. Rhynchocephalia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinə aid heyvan dəstəsi. Müasir dövrdə dəstəni təmsil edən Pazdişlilər (Sphenodontidae) fəsiləsidir ki, onun da iki növü var: Tuatara və ya hatteriya (Sphenodon punctatus) və Brazer adası tuatarası (Sphenodon guntheri).
Dimdikburun balinalar
Dimdikburun balinalar (lat. Ziphiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Dimdikburunlar
Dimdikburunlar (lat. Mormyroidea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aravanokimilər dəstəsinə aid heyvan fəsiləüstü.
Dimdikvari evkalipt
Dimdikvari evkalipt (lat. Eucalyptus camaldulensis) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Avstraliyada bitir. Aralıq dənizyanı ölkələrdə, tropik, subtropik və cənub-mülayim rayonlarda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 70 m-ə çatan iri gövdəli, həmişəyaşıl ağacdır. Vətənində hündürlüyü 100 m-ə qədər olur. Budaqları uzunsov, qabığı hamar, narıncı və ya çəhrayı-ağ, pulcuqları çatlayan, töküləndir. Cavan yarpaqları üzbəüz, göyümtül, ürəkvari, yumru və ya ellipsvari, uzunluğu 6-9 sm və eni 2,5-4 sm, oturaq və ya qısa saplaqlarda yerləşir. Orta yarpaqlar növbəli düzülüşlü, ellipsvari və ya uzunsov, yaşıl və ya göyümtül hissəlidir. İri yarpaqları növbəli düzülüşlü, ensiz və ya enli-neştərvari, saplaqlı, uzunluğu 12-22 sm, eni 8–15 mm, nazik, yaşıl, əsas damarlanması aydın görünür.
Toppuz dimdikli ördək
Toppuz dimdikli ördək (lat. Sarkidiornis melanotos) — Çütləşmə mövsümündə xüsusilə nəzərə çarpan toppuzabənzər üst dimdiyi səbəbiylə adını alan ördəklər fəsiləsinə daxil olan quş növü. Cənubi və Cənub-Şərqi Asiya, Afrika və Cənubi Amerikanın tropiklərində yaşayır. Sarkidiornis cinsinin yeganə növüdür. Tipik bir ördəkdən daha çox bir qaz kimi görünür. Bədən uzunluğu 56–76 sm, çəkisi 1230–2610 q təşkil edir. Erkəklər dişilərdən bir qayda olaraq daha böyük görünür. Baş və boyun ağımtıl rəngdə olsa da qara ləkələrə sahibdir. Bəzən bu ləkələr o qədər çox olur ki, erkəklərin başları bütünlüklə qara rəngə çalır. Dişilər erkəklərə nisbətdə daha kiçik pipiyə sahib olurlar.

dimdik sözünün leksik mənası və izahı

  • 1 zərf və sif. 1. Çox dik, lap dik, tamam dik. Dimdik qoyulmuş dirək. Dimdik yer. – Qurban tikan kimi dimdik duran qıllarını arxalığının yaxalığı ilə sıx-sıx örtərək … dedi. A.Şaiq. [Rüstəm bəy:] Cansız və ruhsuz bir sütun kimi dimdik qaldı. Çəmənzəminli. 2. Düz, ayaq üstə durmuş halda. [Yusif] hirsindən ayağa qalxıb dimdik dayandı. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / dimdik
  • 2 is. Quşların ağızlarının irəliyə uzanmış buynuz kimi sərt hissəsi. Ağacdələnin dimdiyi biz kimi olur. Qırğının əyri və sərt dimdiyi. – Quşlar yuvalarında oturub dimdiklərini təmizləyirdilər. N.Nərimanov. [Buğacın] tərlan dimdiyinə bənzər zərif burnu … yuvarlaq üzünə xüsusi bir yaraşıq verirdi. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / dimdik

dimdik sözünün etimologiyası

  • 1 Dəhrə, çapacaq kimi alətlərin ucu ilə bağlı dımıq, dımdıq kimi də işlədilir (həmin alətlərin ucu əyri olur və dimdiyə oxşayır). Ehtimal ki, dimdik kəlməsi dik sifətinin çoxaltma dərəcəsi zəminində yaranıb (müqayisə et: dümdüz, bomboz və s.). Qaqauz dilində dimdik yerinə, qaqa (qaxmaq, vurmaq) sözü işlədilir. Dim­dik və qaxmaq mənaca sinonim sözlərdir, lakin fonetik tərkib onları eyni­ləşdirməyə mane olur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dimdik

dimdik sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 I DİMDİK Qağayı dimdiyini suya vurub, oradan kiçik bir balıq çıxardı (S.Rəhimov); QAĞA [Piri Fani:] Sizlərdən hər biriniz özünüz üçün nə istəsəniz simurq qağası ilə derib atar (S.S.Axundov). II dimdik bax şax 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / dimdik

dimdik sözünün rus dilinə tərcüməsi

  • 1 1. клюв; 2. во весь рост, навытяжку; 3. дыбом, торчком;

    Azərbaycanca-rusca lüğət / dimdik
  • 2 1 нареч. разг. 1. торчмя, торчком; дыбом (о чём-л.) 2. во весь рост, навытяжку, прямо (о ком-л.); dimdik durmaq: 1. вытянуться в струнку; 2. стоять навытяжку 2 сущ. клюв (роговое вытянутое двустворчатое окончание рта у птиц, а также у некоторых животных). Qartal dimdiyi клюв орла, dimdiyi ilə dəlmək (deşmək) долбить клювом

    Azərbaycanca-rusca lüğət / dimdik

dimdik sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. bill; (qartalda və s.) beak II. z. on end, upright; ~ durmaq to stand* / to hold oneself upright; to stand* on end; Mənim tüklərim dimdik durdu My hair stood on end

    Azərbaycanca-ingiliscə lüğət / dimdik

dimdik sözünün ləzgi dilinə tərcüməsi

"dimdik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dimdik nədir? #dimdik sözünün mənası #dimdik nə deməkdir? #dimdik sözünün izahı #dimdik sözünün yazılışı #dimdik necə yazılır? #dimdik sözünün düzgün yazılışı #dimdik leksik mənası #dimdik sözünün sinonimi #dimdik sözünün yaxın mənalı sözlər #dimdik sözünün əks mənası #dimdik sözünün etimologiyası #dimdik sözünün orfoqrafiyası #dimdik rusca #dimdik inglisça #dimdik fransızca #dimdik sözünün istifadəsi #sözlük