Kəlilə və Dimnə
Kəlilə və Dimnə — sanskrit dilində yazılmış, orijinal adı “Pançatantra” olan qədim hind mənşəli etik-didaktik hekayələr toplusunun daha sonra pəhləvi dilinə tərcümə edilmiş versiyasından İbn əl-Müqəffa tərəfindən VIII əsrdə ərəb dilinə tərcümə olunaraq “Kəlilə və Dimnə” adı ilə məşhurlaşmış əsər.
Əsərin baş qəhrəmanları olan Kəlilə və Dimnə iki çaqqal (kiçik vəhşi it növü) olaraq təsvir edilir. Bu çaqqallardan biri – Dimnə, hakimiyyətə can atan və hiyləgər bir xarakteri təmsil edir, digər çaqqal Kəlilə isə daha çox ağıllı və ehtiyatlı davranışı ilə seçilir.
“Kəlilə və Dimnə” əsərinin əsas məqsədi hökmdarlar və adi insanlar üçün mənəvi və əxlaqi dərslər verməkdir. Hekayələr heyvanların dili ilə danışılır, lakin insanların cəmiyyətində mövcud olan problemlər, siyasət, ədalət və əxlaq kimi mövzular simvolik şəkildə işıqlandırılır. Bu hekayələr vasitəsilə insanlar həyatın vacib dərslərini, xüsusilə düzgünlük, müdriklik, ədalət və hiyləgərlikdən çəkinməyi öyrənirlər.
Əsər dünya ədəbiyyatında böyük iz qoymuş və müxtəlif dillərə tərcümə olunmuşdur. O, əsrlər boyu fərqli mədəniyyətlərdə oxunmuş və öyrədici əsər kimi istifadə edilmişdir.
== Məzmun ==
Təmsillərin ilk və ən önəmli nümayəndələrindən olan "Kəlilə və Dimnə"dəki hekayələr siyasətdən xeyirxahlığa qədər bir çox fərqli mövzunu özündə birləşdirir. Əsər adını ilk bölümündəki bir hekayənin qəhrəmanları olan iki çaqqaldan almışdır - "doğrunun və dürüstlüyün" simvolu "Kəlilə" ilə "yanlışın və yalanın" simvolu "Dimnə".