dostlu sözü azərbaycan dilində

dostlu

Yazılış

  • dostlu • 85.7143%
  • Dostlu • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Dostluq" ordeni (Azərbaycan)
"Dostluq" ordeni — Azərbaycanın dövlət təltifi (orden). Azərbaycan Respublikasının 16 fevral 2007-ci il tarixli 248-IIIQ nömrəli Qanunu ilə təsis edilmişdir. == Statusu == Azərbaycan Respublikasının Dostluq ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinəgörə; xalqlar arasında dostluğun möhkəmləndirilməsi işində görkəmli xidmətlərinə görə; dünyada, regionda və müxtəlif ölkələrdə sülhün vəəmin-amanlığın bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv münasibətlərin yaradılmasında və mədəniyyətlərarası dialoqun qurulmasında görkəmli xidmətlərinə görə. Dostluq ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şöhrət" ordenindən sonra taxılır. == Təsviri == Dostluq ordeni qızıldan düzəldilmiş itiuclu səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə tutqun sarı rəngli qızıldan hazırlanmış relyefli quş qanadları arasında parlaq platindən düzəldilmiş yer kürəsi təsvir olunmuşdur. Girdə lövhənin kənarları qabarıqdır. Orden halqa və ilgək vasitəsilə Azərbaycan bayrağının rəngləriniəks etdirən lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur. Təltif dəstinə aşağıdakılar daxildir: boyundan asmaq üçün Azərbaycan bayrağının rəngləriniəks etdirən 23 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün Azərbaycan bayrağının rənglərini əks etdirən 21 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün elementi olan, Azərbaycan bayrağının rənglərini əks etdirən, ölçüsü 1 mm x 15 mm olan qəlib == Poçt markası üzərində == 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir.
"Dostluq" ordeni (Rusiya)
Dostluq ordeni — Rusiya ordeni.
"Dostluq" ordeni ilə təltif edilənlərin siyahısı
== 2008 ==
"Xalqlar Dostluğu" ordeni
"Xalqlar Dostluğu" ordeni — SSRİ-nin dövlət mükafatlarından biri. Sovet İttifaqının yaradılmasının 50 illiyi əlaqədar olaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin 1972-ci il 17 dekabr tarixli fərmanı ilə təsis edilmişdir. Ordenin statusu 18 iyul 1980-ci ildən SSRİ-in Ali Soveti Rəyasət Heyətinin fərmanıyla qismən dəyişdirilmişdi. Ordenin eskizinin müəllifi — rəssam Aleksandr Borisoviç Juk-dur. Orden, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra aradan qaldırılmışdır. == Ədəbiyyat == Q. A Kolesnikov., A. M. Rojkov SSRİ-inin Orden və medalları. M., Vİ, 1983 Q. İ qrebennikov., Katkova R. S. SSRİ-inin Orden və medalları. M., 1982. SSRİ-in dövlət mükafatları haqqında qanunverici aktların toplusu. M., 1984 Şişkov S. S., Muzalevskiy M. V. SSRİ-inin Orden və medalları.
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti — Sovet dövründə və müstəqilliyinin ilk illərində Azərbaycanda fəaliyyət göstərmiş təşkilat. == Tarixi == Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 1946-cı ildə Bakıda yaradılmışdır. Həmin vaxt Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi nəzarəti altında gərgin fəaliyyət göstərən qurumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların, xüsusilə də ziyalı təbəqəsinin Azərbaycanla əlaqəsinin qurulması idi. Ona görə də cəmiyyətin xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin qurulması və Azərbaycan diasporunun formalaşmasında mühüm rolu olmuşdur. Həmin illərdə Azərbaycan diasporunun formalaşmasında Azərbaycanın görkəmli ziyalılarının böyük fəaliyyətləri olmuşdur. Belə ki, Sovet rejimin ən sərt qaydalarının hökm sürdüyü vaxtlarda belə xaricdə yaşayan azərbaycanlılar öz Vətənləri ilə əlaqələrini davam etdirmişdirlər. 1948-ci ildə cəmiyyətin Rəyasət Heyətinin sədri vəzifəsinə təyin edilmiş ictimai xadim Rza Quliyev, düz 27 il bu vəzifədə işləmiş və beynəlxalq mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük töhfə vermişdir. Moskvada yaxşı əlaqələri olan, xarici ölkələrlə mədəni əlaqələri bacarıqla nizamlayan Rza Quliyev çalışırdı ki, Azərbaycanı hər yerdə çox tanısınlar, dünyanın qədim xalqlarından birinin mədəniyyəti və incəsənəti haqqında həqiqəti bilsinlər. Bir sıra ölkələrdə səfərlər zamanı o, öz ictimai işini jurnalist fəaliyyəti ilə əlaqələndirirdi, özü ilə respublikanın həyatı, Azərbaycan xalqının mədəniyyəti, tarixi haqqında materiallar aparırdı. Həmin materialları bu ölkələrin kütləvi informasiya vasitələrinə təqdim edir, orada dərc etdirir, beləliklə, Azərbaycanı bütün dünyada populyarlaşdırır və təbliğ edirdi.
Kür-Dostluq Çayıdır (1985)
Kür – dostluq çayıdır (film, 1985)
Macar-Türk dostluq parkı
Macar-Türk dostluq parkı (mac. Magyar-Török Barátság Park, türk. Macar-Türk Dostluk Parkı) — park Macarıstanın cənub-qərbində yerləşir. Park Osmanlı İmperiyasının qoşunları macarlar və xorvatlar tərəfindən müdafiə olunan Ziqetvar qalasını aldığı Ziqetvar döyüşünün xatirəsinə qurulmuşdur. Park 1994-cü ildə Macarıstan və Türkiyə rəsmiləri tərəfindən açılmışdır. == Tarixi == 1566-cı ilin yayında təxminən 80 min nəfərlik Osmanlı ordusu, şəxsən Sultan Süleyman Qanuninin başçılığı ilə Ziqetvar qalasını mühasirəyə aldı. Qalanın mühasirəyə alınmasının əsas məqsədi Habsburg İmperiyasının ən böyük şəhərlərindən biri olan Vyanaya gedən yolu açmaq idi. Qala Miklos Zrinyinin əmr altında olan təxminən min əsgər tərəfindən müdafiə edilirdi. Mühasirə avqustun 6-dan sentyabrın 8-dək davam etmişdir. 6 sentyabrda Sultan Süleyman Qanuni çadırında olarkən gözlənilmədən 72 yaşında təbii səbəblərdən dünyasını dəyişir.
Rusiya Xalqlar Dostluğu Universiteti
Rusiya Xalqlar Dostluğu Universiteti (rus. Российский университет дружбы народов) — Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi. Ölkənin ən məşhur ali təhsil müəssisələrindən biri hesab edilir. == Tarixi == Bu universitet 5 fevral 1960-cı ildə sovet hökuməti tərəfindən təsis edilmişdir. 1961-ci il fevralın 22-də isə universitetə Afrika xalqının müstəqillik uğrunda mübarizə simvollarından biri olan Patris Lumumbanın adı verilmişdir. 47 ölkədən olan ilk 288 tələbə 1965-ci ildə universiteti bitirmişdir. Həmin il "Şən və Hazırcavablar Klubu" adlanan beynəlxalq tələbə komandalarının yarışması məhz burada təşkil edilmişdir. "Şən və Hazırcavablar Klubu" sonralar ölkənin ən məşhur komandalarından biri olur. Artıq 1975-ci ildə universitetin 5600-dən çox məzunu var idi. Onlardan 4250 məzun 89 xarici ölkədən idi.
Tatarıstan xalqlarının Dostluq evi
Tatarıstan xalqlarının Dostluq evi (Tat. Татарстан халыкларының Дуслык йорты) Tatarıstan xalqlarının mədəniyyətlərinin dirçəlişi, qorunması və inkişafı ilə məşğul olan Tataristan respublika təşkilatıdır. Təşkilat 1999-cu ildə açılmışdır. Pavlyuxina küçəsi 57-də yerləşir. == Tarix == 1992-ci ildə, Tatarıstan Xalqlarının birinci qurultayında, əvvəlcə 9 etnik icmanın nümayəndələrini əhatə edən Tatarıstan Respublikasının Milli-Mədəniyyət Cəmiyyətləri Birliyi (ANKO RT, indiki Tatarıstan Xalqları Məclisi) yaradıldı. 1999-cu ildə respublika hökuməti Tatarıstan Xalqlarının Dostluq Evinin yaradılması üçün Kazanın mərkəzində ayrıca bir bina inşa etdi. 26 May 1999-cu ildə açılış mərasimi keçirildi. Bu təşkilatın məqsədi "Tatarıstan Respublikası xalqlarının mədəniyyətlərinin dirçəlişi, qorunması və inkişafı üçün ictimai milli-mədəni təşkilatlara dövlət dəstəyi təmin etmək" idi. 2005-ci ildə Tatarıstan Respublikasının Prezidenti Mintimer Şaimiev, Xalqlar Dostluğu Evinə respublika büdcəsindən maliyyələşdirilən və müstəqil respublika təşkilatı statusu verən "Tataristan Xalqlarının Dostluq Evi haqqında" fərman imzaladı. Təşkilatın qurucusu Tatarıstan Respublikasının Nazirlər Kabineti idi və bu təşkilat birbaşa Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyinə tabe oldu.
Türkiyə-Ukrayna Dostluq və Qardaşlıq müqaviləsi
Türkiyə-Ukrayna Dostluq və Qardaşlıq müqaviləsi — Ukrayna Sovet Sosialist Respublikası ilə Türkiyə arasında imzalanan 1922-ci il tarixli müqavilədir. == Arxa plan == Çarlıq dövründə hələ I Dünya müharibəsi başlamadan Ukraynada Rusiyaya qarşı artan müstəqillik istəyi ilə Ukrayna Qurtuluş Birliyi qurulmuşdu. 1914-cü ildən etibarən qurduğu şöbələrdən birini də İstanbulda qurmasıyla Ukrayna ilə təkrar birbaşa əlaqə quruldu. 1917-ci ildə bolşevik inqilabı ilə başlayan Brest-Litovsk danışıqları dövründə Osmanlı dövləti və Ukrayna arasında 9 fevral 1918-ci ildə sülh müqaviləsi imzalandı. Bu müqaviləylə Ukraynanın müstəqilliyi də tanınmışdır. Bu dövrdən sonra ikili əlaqələr dostanə münasibətlər sərgilənmişdir. İki dövlət arasında müharibə dövrü boyunca əsir edilən hərbçi və mülkilərin geri gerilməsi üçün 12 fevral 1918-də və daha sonra 17 sentyabr 1921-ci ildə müqavilələr imzalanmışdır. Bundan sonra diplomatik münasibətlər sıxlaşmış və qarşılıql olaraq Türk-Ukrayna səfirlik heyətləri göndərilmişdir. Edilən ticari müqavilələrlə hər iki tərəf ticari haqlar qazanmış və ortaq ticari fəaliyyətdə olmuşdur. Digər tərəfdən 16 mart 1921-ci ildə imzalanan Moskva müqaviləsi ilə Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi hökuməti arasında sülh, hətta yardımlaşmaya çatan dostluq dövrü başladı.
Xalqlar Dostluğu Muzeyi
Xalqlar Dostluğu Muzeyi — Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi yaradılmış. == Muzeyin tarixi == Xalqlar Dostluğu Muzeyi 1987-ci ildə Zəngilan rayonu Yuxarı Yeməzli kəndində fəaliyyətə başlamışdır. Muzeyi Yuxarı Yeməzli kəndində sovxozun idarə binasının 10–15 metrliyində yerləşirdi. == Muzey eksponatları == Muzeydə 200 yaxın ekponat sərgilənirdi. Xalqlar dostluğunu simvolizə edən foto-şəkillər, Süsəndağında olan mağaradan tapılmış daş muncuqlar saxlanılırdı. Bu muncuqların bəzisi kobud şəkildə yumru, bəziləri isə cilalanmışdı. Xalqlar Dostluğu muzeyində müxtəlif növ xalçalar, kilimlər, palazlar, mis, gümüş qablar, xurcunlar, gümüş xəncərlər və digər eksponatlar qorunub saxlanılırdı.
Xalqlar Dostluğu metrostansiyası
Xalqlar Dostluğu metrostansiyası — Bakı metrosunda stansiya. Qara Qarayev prospektində yerləşir. == Tarixi == "Bakı Soveti-Əhmədli" yol mənzili sahəsində "Əhmədli" stansiyası ilə eyni gündə açılıb. Sovet hakimiyyəti dövründə açılan son iki stansiyadan biridir. Onun açılışı Sovet hakimiyyətinin tənəzzülə uğradığı dövrün milli zəmində münaqişələrin get-gedə vüsət aldığı bir dövrə təsadüf edir. Sovet və Respublika rəhbərliyi bu yolla dövrün ictimai-siyasi və sosial hadisələrinə reaksiya verərək, sanki artıq geriyə yolu olmayan prosesləri bərpa etmək istəyirdi. Stansiya orijinal memarlıq üslübü ilə seçilir. Ağ mərmərdən işlənmiş çoxüzlü sütunların ənənəvi memarlıq sənətinə yaxınlığı ilə seçilir. Hər üz digərinə dərin qatda qalan alüminiumlu zolaqla birləşir və bu da sütunları qədd-qamətli edir. Sütunların kapitellərinin açılan gül forması ilə dairəvi ağ tavan elementinə dirənməklə sanki bəyaz səmaya birləşərək əbədiyyət qazanır.
Xalqlar Dostluğu ordeni
"Xalqlar Dostluğu" ordeni — SSRİ-nin dövlət mükafatlarından biri. Sovet İttifaqının yaradılmasının 50 illiyi əlaqədar olaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin 1972-ci il 17 dekabr tarixli fərmanı ilə təsis edilmişdir. Ordenin statusu 18 iyul 1980-ci ildən SSRİ-in Ali Soveti Rəyasət Heyətinin fərmanıyla qismən dəyişdirilmişdi. Ordenin eskizinin müəllifi — rəssam Aleksandr Borisoviç Juk-dur. Orden, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra aradan qaldırılmışdır. == Ədəbiyyat == Q. A Kolesnikov., A. M. Rojkov SSRİ-inin Orden və medalları. M., Vİ, 1983 Q. İ qrebennikov., Katkova R. S. SSRİ-inin Orden və medalları. M., 1982. SSRİ-in dövlət mükafatları haqqında qanunverici aktların toplusu. M., 1984 Şişkov S. S., Muzalevskiy M. V. SSRİ-inin Orden və medalları.
Xalqların dostluğu
Xalqların dostluğu — sosialist inkişaf yoluna qədəm qoyan xalqların və millətlərin hərtərəfli qardaşlıq əməkdaşlığı və qarşılıqlı köməyi əsasında Sovet dövlətinin mövcudluğunun elan olunmuş prinsipini ifadə edən SSRİ-nin əsas ideoloji şərtlərindən biridir. XX əsrin çoxmillətli dövlətlərində, sosialist cəmiyyətlərin inkişafının elan edilmiş əsas prinsiplərindən biridir. Prinsipin əhəmiyyəti SSRİ-də Xalqlar Dostluğu ordeninin təsis edilməsi və Xalqlar Dostluğu Universitetinin yaradılması ilə də vurğulandı. Daşkənddə konsert salonlarından biri "Xalqlar Dostluğu" adlanır; XX əsrdə Xalqlar Dostluğu Muzeyi də fəaliyyət göstərirdi. == Həmçinin bax == Multikulturalizm İnternasionalizm == Ədəbiyyat == rus dilində Сергей Митрофанович. Дружба народов // Философский энциклопедический словарь (150000 nüs.). М.: Советская энциклопедия. Гл. редакция: Ильичёв, Леонид Фёдорович, П. Н. Федосеев, Ковалёв, Сергей Митрофанович,Панов, Виктор Георгиевич. 1983.
Zaqafqaziya xalqlarının dostluğu (film, 1942)
== Məzmun == Film müharibə şəraitində Zaqafqaziya xalqlarının dostluğundan, onların ümumi düşmənə-faşizmə qarşı apardıqları mübarizədən danışır. == Filmin heyəti == Operator: Vladimir Yeremeyev, Leonid Koretski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 84.
Ürək dostluğu (film, 1972)
== Məzmun == Filmdə Ukraynanın Kropivnitski vilayətindəki Boqdanovka kənd orta məktəbi ilə Yevlax rayonundakı Xaldan kənd orta məktəbi şagirdlərinin arasında yaranmış ənənəvi dostluq əlaqələrindən söhbət açılır. == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Şəhərlərin dostluğu (film, 1978)
== Məzmun == Film Bakı ilə qardaşlaşmış şəhərlər haqqındadır.
"Dostluq" ordeni
Dostluq ordeni (Azərbaycan) — Azərbaycan ordeni. Dostluq ordeni (Rusiya) — Rusiya ordeni. Dostluq ordeni (Qazaxıstan) — Qazaxıstan ordeni. Dostluq ordeni (Tacikistan) — Tacikistan ordeni. Dostluq ordeni (Ermənistan) — Ermənistan ordeni.
"Dostluq" ordeni (Özbəkistan)
Dostluq ordeni — 5 may 1994-cü ildə Özbəkistan Ali Məclisinin qərarı ilə yaradılmış Özbəkistanın dövlət ordenidir. == Təltif edilir == 1. Özbəkistan Respublikasının vətəndaşları Özbəkistanda yaşayan bütün millətlərin və xalqların nümayəndələri arasında dostluğun, qarşılıqlı həmrəyliyin və harmoniyanın möhkəmləndirilməsində, Özbəkistan xalqının Azərbaycan xalqları ilə dostluğunun və hərtərəfli əməkdaşlığının inkişaf etdirilməsində böyük nailiyyətlərinə görə təltif edilirlər. Mükafat Özbəkistan Respublikasının vətəndaşı olmayan şəxslərədə verilə bilər. 2. Mükafat Özbəkistan Respublikasının Prezidenti tərəfindən verilir və təltif edilməsi haqqında Sərəncam mətbuatda, digər kütləvi informasiya vasitələrində dərc olunur. Özbəkistan Respublikası Prezidentinin "Dostluq" ordeni ilə təltif edilməsini Özbəkistan Respublikasının Ali Məclisi həyata keçirir. 3. Özbəkistan Respublikası Nazirlər Sovetinin, Özbəkistan Respublikası Konstitusiya Məhkəməsinin sədrinin, Özbəkistan Respublikası Ali Məhkəməsinin sədrinin, respublikanın Baş prokuroru, Özbəkistan Respublikasının Coqorqi Şurasının sədrinin, Qaraqalpaqıstan Respublikasının Coqorqi Şurasının sədrinin, vilayət və Daşkənd şəhərinin qubernatorlarının, nazirliklərin, dövlət komitələrinin və idarələrinin, ictimai birliklərinin rəhbərləri təqdimata uyğun olaraq mükafatın verilməsi zamanı təntənəli şəkildə iştirak edirlər. 4.
Dostluq (kinoteatr)
"Dostluq" və ya sovet dövründəki adı ilə "Drujba" kinoteatrı – Bakının Nəsimi rayonunda yerləşən fəaliyyətsiz kinoteatr binası. == Tarixi == Kinoteatr binası 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilmişdir. 2010-cu illərə qədər kinoteatrda kino nümayişinə davam edilmişdir. 2017-ci ildə tikili özəlləşdirilmişdir. Kinoteatr özəlləşdirilənədək Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuşdur. === Sökülməsi === 2021 və 2024-cü illərdə kinoteatrın sökülməsi və yerində çoxmərtəbəli binanın tikiləcəyi barədə şayiələr yayılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi belə bir planın olmadığını, sadəcə təmir işlərinin aparıldığını açıqlamışdır. == Xüsusiyyətlər == Kinoteatr stalinist memarlıq üslubundadır. Baxımsız qaldığı üçün dam və fasad örtüyündə dağıntılar var, qəzalı vəziyyətdədir.
Əsgər Əliyev adına dostluq parkı
Əsgər Əliyev (8 noyabr 1974, Ləj, Lənkəran rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə orta təhsil almışdır. Sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank–artilleriya fakültəsinin tələbəsi olur. 1995-ci ildə 17 mart tarixində Mart hadisələri baş verərkən Əsgər Əliyev Milli Ordunun əsgəri idi. Hadisə zamanı Əsgər Əliyev yaralandı, lakin 4 yaralını xilas edərkən ikinci güllə onun ömrünə son qoydu. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Ləj kənd qəbiristanlığında dəfn edilmişdir. == Xatirəsi == Lənkəran şəhərində Əsgər Əliyev adına Dostluq parkı, küçə və büst açılmışdır..
Dostluq (mahnı, 1956)
"Dostluq" (azərb-kiril. Достлуг; rus. Дружба), həmçinin "Qardaş olub Hayastan–Azərbaycan" (azərb-kiril. Гардаш олуб Һајастан–Азәрбајҹан) və ya "Kür, Araz, Ararat" (azərb-kiril. Күр, Араз, Арарат) olaraq tanınır — SSRİ hakimiyyəti dövründə Azərbaycan–Ermənistan dostluq münasibətləri haqqında Azərbaycan dilində yazılmış mahnı. Sözləri Zeynal Cabbarzadə, musiqisi Andrey Babayevindir. == Tarixi == "Dostluq" mahnısının sözləri Zeynal Cabbarzadə tərəfindən yazılmış, musiqisi erməniəsilli Azərbaycan bəstəkarı Andrey Babayev tərəfindən bəstələnmişdir. Mahnı ilk dəfə 1956-cı ildə konduktor Səid Rüstəm və Azərbaycan Radiosu Xalq Çalğı-Alət Orkestrinin müşayiətilə Şövkət Ələkbərova tərəfindən ifa edilmişdir. "Dostluq" mahnısı Sovet Azərbaycanında populyar bir mahnı olmuşdur. 1987-ci ilin aprelində Ermənistan SSR-nin əmək qabaqcılları və musiqiçiləri Azərbaycanda sovet hakimiyyətinin 67-ci ildönümünü qeyd etmək üçün Bakıya gəlmiş, Azərbaycan Dövlət Filarmoniyasında konsert təşkil edilmişdir.
Dostluq nəğməsi
"Dostluq" (azərb-kiril. Достлуг; rus. Дружба), həmçinin "Qardaş olub Hayastan–Azərbaycan" (azərb-kiril. Гардаш олуб Һајастан–Азәрбајҹан) və ya "Kür, Araz, Ararat" (azərb-kiril. Күр, Араз, Арарат) olaraq tanınır — SSRİ hakimiyyəti dövründə Azərbaycan–Ermənistan dostluq münasibətləri haqqında Azərbaycan dilində yazılmış mahnı. Sözləri Zeynal Cabbarzadə, musiqisi Andrey Babayevindir. == Tarixi == "Dostluq" mahnısının sözləri Zeynal Cabbarzadə tərəfindən yazılmış, musiqisi erməniəsilli Azərbaycan bəstəkarı Andrey Babayev tərəfindən bəstələnmişdir. Mahnı ilk dəfə 1956-cı ildə konduktor Səid Rüstəm və Azərbaycan Radiosu Xalq Çalğı-Alət Orkestrinin müşayiətilə Şövkət Ələkbərova tərəfindən ifa edilmişdir. "Dostluq" mahnısı Sovet Azərbaycanında populyar bir mahnı olmuşdur. 1987-ci ilin aprelində Ermənistan SSR-nin əmək qabaqcılları və musiqiçiləri Azərbaycanda sovet hakimiyyətinin 67-ci ildönümünü qeyd etmək üçün Bakıya gəlmiş, Azərbaycan Dövlət Filarmoniyasında konsert təşkil edilmişdir.
"Xalqlar dostluğu" ordeni
"Xalqlar Dostluğu" ordeni — SSRİ-nin dövlət mükafatlarından biri. Sovet İttifaqının yaradılmasının 50 illiyi əlaqədar olaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin 1972-ci il 17 dekabr tarixli fərmanı ilə təsis edilmişdir. Ordenin statusu 18 iyul 1980-ci ildən SSRİ-in Ali Soveti Rəyasət Heyətinin fərmanıyla qismən dəyişdirilmişdi. Ordenin eskizinin müəllifi — rəssam Aleksandr Borisoviç Juk-dur. Orden, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra aradan qaldırılmışdır. == Ədəbiyyat == Q. A Kolesnikov., A. M. Rojkov SSRİ-inin Orden və medalları. M., Vİ, 1983 Q. İ qrebennikov., Katkova R. S. SSRİ-inin Orden və medalları. M., 1982. SSRİ-in dövlət mükafatları haqqında qanunverici aktların toplusu. M., 1984 Şişkov S. S., Muzalevskiy M. V. SSRİ-inin Orden və medalları.

"dostlu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dostlu nədir? #dostlu sözünün mənası #dostlu nə deməkdir? #dostlu sözünün izahı #dostlu sözünün yazılışı #dostlu necə yazılır? #dostlu sözünün düzgün yazılışı #dostlu leksik mənası #dostlu sözünün sinonimi #dostlu sözünün yaxın mənalı sözlər #dostlu sözünün əks mənası #dostlu sözünün etimologiyası #dostlu sözünün orfoqrafiyası #dostlu rusca #dostlu inglisça #dostlu fransızca #dostlu sözünün istifadəsi #sözlük