dönmə sözü azərbaycan dilində

dönmə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dönmə • 97.7865%
  • Dönmə • 2.2135%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Həmid Dönməz
Həmid Dönməz (1899—1996) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Həmid Dönməz Gəncədə anadan olmuşdur. Bakıda Pedaqoji İnstitutda təhsil almışdır. 1926-cı ıldə 50-yə yaxuı dostu və Türkiyədən gəlmiş müəllimləri ilə bir- Iikdə həbs edilib. 8 aydan sonra azadhğa buraxılan Hemid Dönməz İrandan Tür- kiyəyə keçə bilib, çox illər İqdirdə yaşayıb, şerlərini Türkiyə mətbuatmda dərc et- dirib. Həmid Dönməzə başqa vətən həsrətli nəsildaşlarmm bəxtinə düşməyən səadət nəsib oldu: o, 1991-ci ildə ixtiyar yaşmda Azərbaycana gələ bildi, Bakıda mühacir Azərbaycan ədəbiyyatma həsr olunmuş simpoziumda iştirak etdi. Elə həmin vaxt Həmid Dönməz Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi.
Təkamülün dönməzlik qanunu
Dollo qanunu və ya Təkamülün dönməzlik qanunu – 1893-cü ildə Belçika paleontoloqu Lui Dollo tərəfindən verilmiş qanun. Qanuna görə istənilən orqanizm təkamül nəticəsində heç vaxt öz keçmiş formasına (hətta eyni mühit şəraiti olsa belə) qayıda bilməz. Riçard Dokinz Dollo qanunu belə izah edir ki, Dbu qanuna görə təkamülə təsir edən parametrlər o qədər çoxdur ki, baş verən dəyişikliyin təkrarlanması və ya bütünlüklə əvvəlki vəziyyətinə dönməsi ehtimalı statistik olaraq mümkünsüzdür. Stiven Cey Quld isə Dokinzə nisbətən məsələyə daha yumşaq yanaşmış və Dollo qanununu "dönməyən proses" mənasında ehtimallar kainatından seçilən bir ehtimalın digər ehtimalları məhv etməsi ilə izah etmişdir. Yəni qarşıya A, B, C, D ehtimalları mövcuddursa və A seçilərsə, digər 3 ehtimal normal olaraq ortadan qalxır. Qulda görə Dollo bu qanunda "dönməyən prosesi" izah etməyə çalışmışdır. Şimali Amerikadakı Gastrotheca guentheri növündəki qurbağaların alt çənələrindəki dişlərin 200 milyon il sonra yenidən atalarındakı vəziyyətə təkamül keçirməsi "geriyə təkamül" ilə izah olunur. Sudan quruya çıxan heyvanların bəzilərinin su mühitinə qayıtması da misal kimi çəkilə bilər. Dollo qanunu təkzib edən misallardan digəri də tikanbalıqlarıdır. Tikanbalıqlarının əcdadları güclü pulcuqlara, zirehə və üç xətli tikanlara sahib heyvanlar olmuşdur.
Heç vaxt geri dönməyəcəyik
Heç vaxt geri dönməyəcəyik (ing. Never Goin' Back) — Avqustin Frizzellin yazıb rejissorluq etdiyi 2018-ci il komediya filmi. Film ən yaxşı dost və otaq yoldaşları olan iki yeniyetmə qız, Ancela və Cessinin hekayəsindən bəhs edir. Onlar aşağı səviyyəli bir yeməkxanada ofisiant kimi işləyirlər və çimərlik tətilinə getməyi xəyal edirlər. Bununla belə, onların planları pozulur və davamlı olaraq bir sıra problemlərlə qarşılaşırlar.

dönmə sözünün leksik mənası və izahı

  • 1 1. “Dönmək”dən f.is. 2. sif. Cinsini, nəslini dəyişmiş; dönmüş. // Dinini, məzhəbini, əqidəsini dəyişmiş. – Farsdan dönməsiniz, – dedilər bizə. Baxıb gözümüzün içinə dimdik, Onlar qəsd elədi mənliyimizə. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / dönmə

dönmə sözünün etimologiyası

  • 1 Qoyunlar quyruğunun formasına görə bir neçə yerə bölünür: bozaq, bımıq, balbas (“balbaz” da deyirlər), mazıq, dönmə (metis) və merinos. Dönmə iki müx­təlif növün birləşməsindən əmələ gələn qoyundur, dönmək feilindəndir (semantik baxımdan qatır sözünə uyğun gəlir). Dönük sözü də bununla qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dönmə

dönmə sözünün sinonimləri (yaxın mənalı sözlər)

dönmə sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. от глаг. dönmək 1. поворот. тех. Vintin dönməsi поворот винта, dönmə bucağı угол поворота, dönmə göstəricisi указатель поворота, dönmə hüdudlayıcısı ограничитель поворота 2. обращение. мат. Dönmə vaxtı время обращения, dönmə dəqiqliyi точность обращения 3. закругление. Dönmə radiusu лес. радиус закругления 4. вращение 5. превращение II прил. поворотный. Dönmə təcili тех. поворотное ускорение

    Azərbaycanca-rusca lüğət / dönmə

dönmə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. f.is. кил. dönmək; 2. прил. туьремиш хьанвай; жинс, несил дегишнавай; // дин, мезгьеб, меслек дегишнавай.

    Azərbaycanca-ləzgicə lüğəti / dönmə

dönmə sözünün türk dilinə tərcüməsi

"dönmə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dönmə nədir? #dönmə sözünün mənası #dönmə nə deməkdir? #dönmə sözünün izahı #dönmə sözünün yazılışı #dönmə necə yazılır? #dönmə sözünün düzgün yazılışı #dönmə leksik mənası #dönmə sözünün sinonimi #dönmə sözünün yaxın mənalı sözlər #dönmə sözünün əks mənası #dönmə sözünün etimologiyası #dönmə sözünün orfoqrafiyası #dönmə rusca #dönmə inglisça #dönmə fransızca #dönmə sözünün istifadəsi #sözlük