dövlətin sözü azərbaycan dilində

dövlətin

Yazılış

  • dövlətin • 94.4344%
  • Dövlətin • 5.5471%
  • DÖVLƏTİN • 0.0185%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dövlətin tipologiyası
Dövlətin tipologiyası — dövlətlərə xas olan ümumi mənşə, inkişaf və fəaliyyət qanunlarını əks etdirən ümumi xüsusiyyətlərinə görə müəyyən növlərə (qruplara) görə dövlətlərin xüsusi elmi təsnifatıdır. Vəziyyətlərin əlamətlərinin, xüsusiyyətlərinin, mahiyyətinin daha dərindən tanınmasını təşviq edir, onların inkişaf nümunələrini, struktur dəyişikliklərini izləməyə, həmçinin gələcəkdə mövcud olacağını proqnozlaşdırmağa imkan verir. == Formasiya yanaşması == İctimai-siyasi inkişafa formalaşan yanaşma, bütün dövlətlərin bəzilərinin daha sürətli, digərlərinin daha yavaş inkişaf etməsinin müəyyən bir ssenariyə uyğun olaraq inkişaf etdiyini və gec-tez hamısının eyni ictimai-siyasi quruluş formasına gəlməsi lazım olduğunu irəli sürür. Ən məşhur universalist nəzəriyyələrdən biri, Karl Marksın irəli sürdüyü formalaşma nəzəriyyəsidir ki, burada iqtisadi münasibətlər əsas təsnifat meyarıdır və qalan hər şeyə üst quruluş deyilir. Eyni zamanda, sənaye münasibətləri növü dövlət tipini təşkil edir. Tarixi dövlət tipi — müəyyən bir sosial-iqtisadi formasiyanın vəziyyətidir. Bir sıra ortaq xüsusiyyətlərlə xarakterizə olunur: iqtisadi və sinif əsasının birliyi, mahiyyəti, sosial məqsədi, dövlətin təşkili və fəaliyyətinin ümumi prinsipləri. Formasiya yanaşması aşağıdakı cəmiyyət növlərini müəyyən edir: İbtidai-icma cəmiyyəti — istehsal vasitələrinə xüsusi mülkiyyətin olmaması səbəbindən siniflər yoxdur; Quldarlıq dövləti — istismarçılar, qul sahibləri və istismar olunan qullar var. Quldarlıq dövləti, kölə sahiblərinin mülkiyyətini qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək məqsədi ilə yaradıldı, onların sinif idarəçiliyinin aləti, diktaturasının aləti olaraq; Feodal dövləti — istismarçı rolunda torpaq sahibi olan feodal, asılı kəndlilər isə istismar olunan təbəqədir; Burjua dövləti — istismarçı sinfi burjuaziya, istismar olunan sinif isə proletariatdır; İnkişafın son beşinci mərhələsində Marks kommunist cəmiyyəti — mülkiyyətin ictimailəşməsi yolu ilə bərabərsizliyin aradan qaldırılacağı bir sosial ədalət cəmiyyətinin yaradılacağı bir sistem hesab etdi. == Sivilizasiya yanaşması == Sivilizasiya yanaşması, universalizmdən fərqli olaraq, dövlətlərin fərqli yollarla inkişaf etdiyinə inanır və ortaq bir inkişaf yolu tutmur.
Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi
Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi (alm. Der Ursprung der Familie, des Privateigenthums und des Staats‎) — Fridrix Engelsin əsəri. == Məzmunu == Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabında insan cəmiyyətinin inkişafının ilkin mərhələlərində onun tarixinin dialektik-materalist təhlili verilir, qəbilə quruluşunun dağılması və xüsusi mülkiyyətə əsaslanan sinfi münasibətlərin meydana gəlməsi prosesi göstərilir, ailə formalarının təkamülü tədqiq olunur, sinfi hökmranlıq silahı olan dövlətin mənşəyi izah edilir və mahiyyəti açılır, sinifsiz cəmiyyətə – kommunizmə keçilməsi ilə dövlətin məhv olmasının labüdlüyü əsaslandırılır.Əsər 9 fəsildən ibarətdir. 1–2-ci fəsillərdə qəbilə quruluşunadək insanların həyat şəraitinin təhlili, sinifli cəmiyyətdə ailə-nikah münasibətlərinin inkişafınınn tədqiqi, burjua ailəsinin tənqidi verilir. 3–9-cu fəsillərdə sinifli cəmiyyətdən əvvəlk cəmiyyətin əsas özəyi olan qəbilə quruluşunun xüsusiyyətlərindən bəhs edilir, ibtidai "kommunizm" xarakterizə olunur. Fridrix Engels qəbilə quruluşunun dağılmasını izləyərək, cəmiyyətin qəbilə quruluşunu onun inkişafının yüksək mərhələsində sarsıdan, sonra isə sivilizasiyaya keçməklə əlaqədar olaraq, onu tamamilə aradan qaldıran iqtisadi şərtləri tədqiq etmişdir. Məhsuldar qüvvələrin inkişafı, əmək bölgüsü və onun məhsuldarlığının artması ilə özgə əməyinin məhsullarını mənimsəmək imkanlarının necə yarandığını, insanın insan tərəfindən istismarının və cəmiyyətin düşmən siniflərə parçalanmasının, bunun nəticəsində isə istismarçılar sinfinin məzlum sinfi əzmək silahı olan dövlətin necə meydana gəldiyini göstərmişdir. Fridrix Engels dövlətin müxtəlif konkret formalarını nəzərdən keçirərək onların sinfi təbiətini açıq göstərir, burjua dövlətinin sonrakı inkişaf meyllərini araşdırır. == Yazılması və nəşri == Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabı 1884-cü ildə yazılmış və nəşr olunmuşdur. Vladimir Lenin bu əsəri "müasir sosializmin əsas əsərlərindən biri" kimi qiymətləndirmişdir.
E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr
Azərbaycan Dövlətinin Konstitusiya statusu
Azərbaycan Dövlətinin Konstitusiya statusu — Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I bölməsində təsbit olunmuşdu. == Haqqında == Konstitusiya quruluşunun əsasları ayrı−ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir.Məsələn,İtaliya və Almaniya Federativ Respublikasının Konstitusiyasında "Əsas Prinsiplər",Fransa Respublikası Konstitusiyasında "Suverenlik haqqında",Türkiyə Respubliksının Konstitusiyasında "Ümumui Əsaslar"və s. Azərbaycan Respublikasının Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental əsasları,həyata keçirilməsi ölkəmizdə konstitusin dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə "Ümumi müddəalar"adı altında təsbit olunmuşdur.Bu bölmədə öz əksini tapan norma—prinsiplər,məqsəd normaları,vəzifə—normaları hesab olunur. Bu bölmədə öz əksini tapan normalar norma—prinsiplər,məqsəd normaları,vəzifə—normaları hesab olunur. === Konstitusiyanın struktur elementləri === Xalq hakimiyyəti Xalq suverenliyi İnsan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü Azərbaycan dövlətinin forma və mahiyyəti Hakimiyyət bölgüsü Sosial və iqtisadi əsaslar Dövlət hakimiyyətinin əsasları Yerli özünüidarəetmenin tanınması və təmin olunması,onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılmasıKonstitusiya quruluşu dar və geniş mənada anlaşılır.Dar mənada Konstitusiya quruluşu—Konstitusiyada təsbit olunan və mövcud qanunvericilikdə inkişaf etdirilən dövlətin təşkili üsullarıdır. Geniş mənada konstitusiya quruluşu—ali hakimiyyət və idarəetmə orqanlarının təşkili;dövlət quruluşu və insan;vətəndaş cəmiyyəti və dövlət arasındakı hüquqi əlaqələrlə bağlı meydana çıxan,başlıca olaraq Konstitusiya normaları ilə nizama salınan iqtisadi, sosial, siyasi, hüquqi, ideoloji münasibətlərin məcmusudur. === Konstitusiya quruluşunun əsasları === Dövlətin hüquqi tabeçiliyini təmin edən və onu konstitusion dövlət kimi xarakterizə edən başlıca prinsiplərin məcmusudur.Bu prinsiplər bütövlükdə konstitusiya hüquq sisteminin ideya və hüquqi bazasını təşkil edir.Konstitusion dövlət ilk dəfə İngiltərədə meydana gəlmiş və konstitusion təsisatlar XVIII əsrin sonlarından başlayaraq Qərbi Avropa və Amerikaya,sonra isə Şərqi Avropaya və bir sıra Asiya ölkələrinə yayılmışdır. Ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni addım 1991-ci il 18 oktyabr tarixli "Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbulundan sonra atılmış oldu. Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm prinsipləri öz təsbitini tapmış oldu. Məsələn, "Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur" (10-cu maddənin I hissəsi); "Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır" (12 maddənin I hissəsi); "Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölunməsi prinsipinə əsaslanır" (12-ci maddənin II hissə-si) və s.
Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövlətində diplomatik nümayəndəliyi
Azərbaycanın Türkiyədə Diplomatik Nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Osmanlı dövlətində təmsil edən elçilik. Azərbaycanla Türkiyə arasında ilk diplomatik təmaslar 1918-ci ilin yazında Trabzon və Batum sülh konfranslarından başlandı. 1918-ci il iyunun 18-də isə Azərbaycan Hökuməti İstanbula ilk nümayəndə heyəti göndərdi. Türkiyə hökuməti və rəsmi dairələrində yaxşı tanınan Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyətinə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idilər. Nümayəndəlik İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti nümayəndə heyətinə, həmçinin, Osmanlı dövləti ilə hərbi, iqtisadi, nəqliyyat və maliyyə sahələri üzrə müqavilələr bağlamaq üçün etimadnamə vermişdi. İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı hökumətinin başçısı Tələt paşa və digər hökumət üzvləri ilə görüşlər keçirməyə, Azərbaycan Xalq Cümhuriyyəti haqqında türk ictimaiyyətinə məlumatlar çatdırmağa başladılar, mətbuata çoxsaylı müsahibələr verdilər. Nümayəndələr Azərbaycanın öz müstəqilliyini elan etməsini beynəlxalq aləmə bildirmək üçün də mühüm addımlar atdılar. İstiqlal bəyannaməsinin tam mətnini İstan-bulda olan bütün səfirlik və konsulluqlara təqdim etdilər, Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan diplomatları ilə görüşlər keçirdilər. 1918-ci ilin yayında Birinci dünya müharibəsi (1914–18) cəbhələrində Dördlər ittifaqının uğursuzluqları İstanbul konfransının başlanmasına imkan verməsə də, Azərbaycan nümayəndəliyi Osmanlı hökuməti üzvləri ilə çox əhəmiyyətli razılaşmalara nail oldu.
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri (1667-1668)
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri - XVII əsrin ikinci yarısında Xəzərsahili bölgələrə Don kazaklarının yürüşləri baş vermişdir. Onlardan 1668-ci ilin yayında Stepan Razinin başçılığı ilə Azərbaycan ərazisinə təşkil edilmiş kazak yürüşləri xüsusilə qeyd olunmalıdır. Bu yürüş zamanı kazaklar Dərbənddə sahilə çıxdılar, Niyazabadı, Şabranı qarət və talan etdilər. Lakin onların Bakıya yürüşü uğursuzluqla nəticələndi. Stepan Razin güclü müqavimətdən ehtiyat edərək şəhəri təcili surətdə tərk etməli oldu. Bu yürüşlərin nəticəsində Səfəvilər dövlətində ticarətə və sosial vəziyyətə böyük zərbə vuruldu.
Osmanlı dövlətinin XX əsrdəki döyüşlərinin siyahısı
Bu siyahıda Osmanlı dövlətinin XX əsrin I Dünya müharibəsinin başlamasına qədərki dövründə iştirak etdiyi döyüşlər əks edilmişdir.
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (kitab)
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi —kitabı 2018-ci ildə rus dilində nəşr olunub. Kitabda Qərb dövlətləri və Rusiyanın Səfəvilər dövlətinə qarşı Qriqorian kilsəsindən istifadə etməkləri haqqında tarixi məlumatlar öz əksini tapıb. == Haqqında == Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi kitabı akademik Ramiz Mehdiyev tərəfindən yazılıb. Kitabda Qərb dövlətlərinin, habelə Rusiyanın əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətindən bəhs edilir.Kitabın birinci hissəsində erməni tarixçiləri tərəfindən guya Səfəvi hökmdarları arasında "erməni fobiyası"nın mövcud olması, onların erməni əhalini məhv etməsi, ermənilərə İslam dinini zorla qəbul etdirməsi və erməni ruhaniləri sıxışdırması barədə irəli sürülən tezisin də əsassız olduğunu göstərir. Müəllif elə ermənilərin öz mənbələrinə, o cümlədən orta əsr salnaməçisi Arakel Davrijetsinin, salnaməçi Zəkəriyyə Kenakertsinin, habelə Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir. Kitabın ikinci hissəsində Səfəvilər dövlətinin ərazisində özlərinin kəşfiyyat fəaliyyətini dini və diplomatik məqsədlərlə ört-basdır edən katolik missiyalarının yaranması tarixi izlənilir. Kitabın üçüncü hissəsində Vatikan emissarları və onların erməni əlaltılarına qarşı mübarizədə Səfəvilərin strategiyası və uğurları barədə, dördüncü hissəsində isə Səfəvilərin tənəzzülü dövründə Qriqorian kilsəsinin vəziyyətindən bəhs edilir.Sonradan kitab ingilis dilinə tərcümə olunaraq nəşr edilib.
Səfəvilər dövlətinin bayraqları
Səfəvilər dövlətinin bayraqları — Səfəvi dövlətinin yaranışından süqutuna kimi mövcud olan bayraqlar. == Bayraq anlayışı == Bayraq sözü, qədim türk dilinə aid “batrak” sözünün deformasiya olmuş formasıdır. “Batrak” sözü də “batırmaq” sözündən yaranmışdır. Mahmud Kaşğari “Divan-i Lüğət-it Türk” əsərində “torpağa sancılan mizraq” (nizə) mənasını verən batraq (bayraq) kəliməsi işlənmişdir. Görünür müxtəlif ipək parçalardan hazırlanmış bayraqlar nizələrin ucuna bərkidildiyinə görə dövlətçiliyin əsas atributlarından biri kimi “dalğalanan milli simvol”a çevrilmişdir. Hələ İslama qədərki dövrdə yazılmış və XIV əsr əlyazması ilə dövrümüzə qədər gəlib çatmış olan möhtəşəm “Kitabi-Dədə Qorqud” eposunda “Qılıncla məhv edərək, düşmənin tuğ və bayrağını endirin” ifadəsinin qeyd edilməsi bir daha göstərir ki, o dövrdə hakimiyyət simvolu kimi bayraqlara xüsusi önəm verilmişdir. == Səfəvilər dövlətində bayraqların təkamülü == Azərbaycanda tarixi ənənələr üzərində qurulan və sırf milli məfkurəyə söykənən dövlət kimi tarixə düşən Səfəvilər dövlətinin bayraqları ayrı-ayrı hökmdarlar dövründə fərqlənmişdir. Səfəvilər dövlətinə məxsus arxiv sənədləri dövrümüzə qədər saxlanmadığı kimi, Səfəvilər dövründən qalma əşyalar da müxtəlif ölkələrdəki şəxsi və ya dövlət muzeylərində saxlanılır. Səfəvilər dövlətinin rəmzləri ilə bağlı məlumatları dövrün salnamələrindəki qeydlərdən, Səfəvi şahlarının fərmanlarındakı möhürlərdən, Səfəvilər dövründə yazılmış səyahətnamələrdən və Qərbi Avropa səyyahlarının gündəliklərindən əldə etmək mümkündür. J.Şardenin verdiyi məlumata görə, Səfəvilərin bayrağı fransızların hərbi bayraqları kimi üçbucaq şəklində müxtəlif bahalı parçalardan hazırlanmışdır.
Səfəviyyə ordeni rəhbərləri və Səfəvilər dövlətinin hökmdarları
== Həmçinin bax ==
Tyampi dövlətinin hökmdarlarının siyahısı
Birinci sülalənin bizə məlum olan hökmdarları :
Şimali Yuan Dövlətinin xanlarının siyahısı
Bu məqalədə Şimali Yuan Dövlətinin bütün xaqanlarının adları yer alır.
Şirvanşahlar dövlətinin əhalisi
Şirvanşahlar dövlətinin əhalisi Şirvan ərazisində yaşamış müxtəlif etnik qruplara aid əhali idi. Şirvan qədimdən Dərbənd və Dəryal keçidləri vasitəsilə şimaldan eləcə də şərqdən və cənubdan (İran vasitəsilə) gəlmiş oturaq və köçəri tayfalarla məskunlaşmışdı. Min illər boyu Şirvan torpağı birbirini əvəz edən Qafqaz və türkdilli tayfalar arasında rəngarəng əlaqələr meydanı olmuşdu. Bunu təkcə yazılı mənbələr deyil, arxeoloji və toponimik məlumatlar da təsdiq edir. == Qafqazdilli tayfalar == VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar Dərbənd, Şəki, Muğan düzü, Şirvan, Siyəzən, Xızı, Beşbarmaq, Təbərsəran, Xaçmaz, Şamaxı, Bakı və Quba zonaları hüdudlarında yayılmışdılar. Bu tayfalardan bəziləri "Qafqaz dağları qollarının gəlib çatdığı və Dərbənd divarının, dənizdə əzəmətli qalanın ucaldıldığı" Xəzər sahillərində yaşayırdılar. İndiki ləzgilərin əcdadları olan ləklər bu gün də Quba rayonunun şimal hissəsində, Dərbəndin yaxınlığında yaşayırlar. Təvəsparlar erkən orta əsrlərdə Şirvanşahlara tabe olan cənubi Dağıstanda Təbərsaranda lokallaşdırılır. Xeçmtaklar tayfasının adı Oğuz rayonundakı Xaçmaz kəndi və qalasının, habelə Xəzər dənizi sahilindəki Xaçmaz şəhərinin adında qalmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 151.69 dəfə / 1 mln.
2002 ••••••••••••••••• 188.44
2003 •••••••••••••••••••• 223.61
2004 ••••••••••••••••• 192.36
2005 ••••••••••••• 151.15
2006 ••••••••••••• 146.85
2007 ••••••••••••••• 167.66
2008 •••••••••••••••• 181.01
2009 •••••••••••••• 160.78
2010 ••••••••••• 120.27
2011 ••••••••••• 126.37
2012 •••••••••••• 129.93
2013 ••••••••• 100.80
2014 ••••••••••••• 143.12
2015 ••••••••••••••••• 191.55
2016 •••••••••••••• 159.14
2017 ••••••••••• 122.43
2018 •••••••••••• 139.04
2019 ••••••••••••••• 167.46
2020 •••••••••••••••••••• 234.19

"dövlətin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dövlətin nədir? #dövlətin sözünün mənası #dövlətin nə deməkdir? #dövlətin sözünün izahı #dövlətin sözünün yazılışı #dövlətin necə yazılır? #dövlətin sözünün düzgün yazılışı #dövlətin leksik mənası #dövlətin sözünün sinonimi #dövlətin sözünün yaxın mənalı sözlər #dövlətin sözünün əks mənası #dövlətin sözünün etimologiyası #dövlətin sözünün orfoqrafiyası #dövlətin rusca #dövlətin inglisça #dövlətin fransızca #dövlətin sözünün istifadəsi #sözlük