dövlətində sözü azərbaycan dilində

dövlətində

Yazılış

  • dövlətində • 82.6544%
  • Dövlətində • 17.3456%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vyetnam Dövlətində referendum (1955)
1955-ci il Vyetnam Dövləti referendumu — tezliklə Vyetnam Respublikasına (daha çox Cənubi Vyetnam kimi tanınır) çevrilmiş Vyetnam Dövlətinin gələcək idarəetmə formasını müəyyən etmək üçün nəzərdə tutulmuş referendum. Referendumda respublika sistemini təklif edən ölkənin baş naziri Nqo Din Zyem və keçmiş imperator Bao-day arasında mübarizə aparılmışdı. Bao-day 1945-ci ildə imperiya taxtından imtina etmişdi, lakin referendum zamanı rəsmi dövlət başçısı titulunu saxlamışdı. Zyem seçki saxtakarlığı vasitəsilə 98,2% səslə referendumda qalib gəlmişdi. Paytaxt Sayqonda seçici siyahısında cəmi 450 min adam olduğu halda Zyem 600 mindən çox səs toplamışdı. O, hətta müxalifət qruplarının səsverməni pozmağa çalışdığı kənd yerlərində də qeydə alınmış seçicilərin 90%-dən çoxu tərəfindən dəstək almışdı. == Zəmin == Referendum Bao-day ilə onun baş naziri arasında hakimiyyət mübarizəsinin son mərhələsi idi. Bao-day Zyemi bəyənmirdi və bir neçə dəfə onu işdən uzaqlaşdırmağa çalışmışdı, lakin onu yalnız ölkəyə ABŞ yardımı üçün kanal olaraq gördüyünə görə bu vəzifəyə təyin etmişdi. Bu müddət ərzində ölkə qeyri-sabitlik dövrünü yaşayırdı, çünki Vyetnam 1954-cü il Cenevrə Konfransında Birinci Hind-Çin müharibəsinə son qoyan razılaşmalar nəticəsində müvəqqəti olaraq iki yerə bölünmüşdü. Vyetnam dövləti milli seçkilərin ölkəni vahid hökumət altında birləşdirməsi nəzərdə tutulana qədər ölkənin cənub hissəsinə nəzarət edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövlətində diplomatik nümayəndəliyi
Azərbaycanın Türkiyədə Diplomatik Nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Osmanlı dövlətində təmsil edən elçilik. Azərbaycanla Türkiyə arasında ilk diplomatik təmaslar 1918-ci ilin yazında Trabzon və Batum sülh konfranslarından başlandı. 1918-ci il iyunun 18-də isə Azərbaycan Hökuməti İstanbula ilk nümayəndə heyəti göndərdi. Türkiyə hökuməti və rəsmi dairələrində yaxşı tanınan Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyətinə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idilər. Nümayəndəlik İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti nümayəndə heyətinə, həmçinin, Osmanlı dövləti ilə hərbi, iqtisadi, nəqliyyat və maliyyə sahələri üzrə müqavilələr bağlamaq üçün etimadnamə vermişdi. İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı hökumətinin başçısı Tələt paşa və digər hökumət üzvləri ilə görüşlər keçirməyə, Azərbaycan Xalq Cümhuriyyəti haqqında türk ictimaiyyətinə məlumatlar çatdırmağa başladılar, mətbuata çoxsaylı müsahibələr verdilər. Nümayəndələr Azərbaycanın öz müstəqilliyini elan etməsini beynəlxalq aləmə bildirmək üçün də mühüm addımlar atdılar. İstiqlal bəyannaməsinin tam mətnini İstan-bulda olan bütün səfirlik və konsulluqlara təqdim etdilər, Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan diplomatları ilə görüşlər keçirdilər. 1918-ci ilin yayında Birinci dünya müharibəsi (1914–18) cəbhələrində Dördlər ittifaqının uğursuzluqları İstanbul konfransının başlanmasına imkan verməsə də, Azərbaycan nümayəndəliyi Osmanlı hökuməti üzvləri ilə çox əhəmiyyətli razılaşmalara nail oldu.

"dövlətində" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dövlətində nədir? #dövlətində sözünün mənası #dövlətində nə deməkdir? #dövlətində sözünün izahı #dövlətində sözünün yazılışı #dövlətində necə yazılır? #dövlətində sözünün düzgün yazılışı #dövlətində leksik mənası #dövlətində sözünün sinonimi #dövlətində sözünün yaxın mənalı sözlər #dövlətində sözünün əks mənası #dövlətində sözünün etimologiyası #dövlətində sözünün orfoqrafiyası #dövlətində rusca #dövlətində inglisça #dövlətində fransızca #dövlətində sözünün istifadəsi #sözlük