dövlətləri sözü azərbaycan dilində

dövlətləri

Yazılış

  • dövlətləri • 91.4608%
  • Dövlətləri • 8.4971%
  • DÖVLƏTLƏRİ • 0.0421%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Antanta Dövlətləri
Antanta dövlətləri Müqavilə dövlətləri ya da Müttəfiq dövlətlər — Britaniya İmperiyası, Fransa və Rusiyadan ibarət ittifaqdır. 1-ci Dünya müharibəsindəki iki əsas ittifaqdan biridir. Antanta dövlətləri Almaniyanın liderliyindəki İttifaq Dövlətlərinə qarşı mübarizə etmişdir. İtaliya əvvəllər İttifaq Dövlətləri qrupundaydı, ancaq 1915-ci ildə Müttəfiqlər Dövlətlərinin yanında müharibəyə girdi (1915-ci il İtaliyanın müharibəyə qatıldığı və müttəfiqlərin sıralarında heç vuruşmadığı ildir). Müharibələrin olduğu zamanda ABŞ Müttəfiq dövlətlərinə qatıldı. Rusiya 1917 İnqilabından sonra Müttəfiq Qüvvələr qrupundan çıxdı və müharibədən çəkildi. Müharibə zamanı Müttəfiq Qüvvələr qrupu yeni iştiraklarla genişləndi. Birinci Dünya Müharibəsindən Müttəfiq dövlətləri qalib çıxdı və uduzan İttifaq dövlətlərinin torpaqlarını qismən işğal etdi. === Antanta Dövlətlərinin müharibəyə giriş tarixləri === Sırbistan — 29 Temmuz 1914 Rusya — 1 Ağustos 1914 Fransa (ve yanında katılan Fransız sömürge güçleri) — 2 Ağustos 1914 Belçika (ve yanında katılan Belçika sömürge güçleri) — 3 Ağustos 1914 Birləşmiş Krallıq — 4 Avqust 1914 Avustralya Güney Afrika Hindistan Britanya Denizaşırı Toprakları Kanada Newfoundland Yeni Zelanda Karadağ — 5 Ağustos 1914 Japonya — 23 Ağustos 1914 İtalya — 23 Mayıs 1915 Portekiz — 9 mart 1916 Romanya — 27 Ağustos 1916 ABD — 6 Nisan 1917 Yunanistan — 27 Haziran 1917Liberiya — 4 avqust 1914 San Marino — 3 iyun 1915 Çin Respublikası — 14 mart 1917 Kuba — 7 aprel 1917 Panama — 7 aprel 1917 Braziliya — 11 aprel 1917 Boliviya — 13 aprel 1917 Siam — 22 iyul 1917 Kosta Rika — 21 sentyabr 1917 Peru — 6 oktyabr 1917 Uruqvay — 7 oktyabr 1917 Ekvador — 8 dekabr 1917 Qvatemala — 23 aprel 1918 Nikaraqua — 8 may 1918 Haiti — 12 iyul 1918 Honduras — 1918 19 iyul Ermənistan DC — 1918 Çexoslovakiya — 1918 Andorra Yamayka Dominik respublikası === Antanta dövlətlərinin Hərbi qüvvələri === (1914–1918 arasında quru qüvvələri, dəniz qüvvələri və köməkçi qüvvələr daxil olmaqla müxtəlif əsgərlərin ümumi sayı. Normalda ordular daha kiçik olurlar .
Atəşkəs dövlətləri
Atəşkəs dövlətləri (ərəb. الإمارات المتصالحة‎), həmçinin Atəşkəs sahili (ərəb. الساحل المتصالح‎), Atəşkəs şeyxlikləri (ərəb. المشيخة المتصالحة‎), Atəşkəs Ərəbistanı və ya Atəşkəs Omanı — XIX–XX əsrlərdə müasir Birləşmiş Ərəb Əmirliklərinin ərazisində mövcud olmuş, Birləşmiş Krallığı protektoratı çərçivəsində İran körfəzinin cənub sahillərində şeyxliklər birliyi. == İran körfəzi uğrunda mübarizə == Hindistanda Britaniya müstəmləkə mövqeyi gücləndikcə, ingilislərin Hindistandan Avropaya, xüsusən də İran körfəzindən keçən ən qısa su yolları üzərində hökmranlığını təsdiqləmək marağı artmışdır. Napoleonun Misirə ekspedisiyası Britaniya Ost-Hind şirkətinin Ərəbistan regionundakı səylərini gücləndirmiş və Britaniya ilə Maskat sultanı arasında müqavilələrin imzalanmasına gətirib çıxarmışdır. Ost-Hind şirkətinin donanması və Maskat donanması 1804–1819-cu illərdə Quldur sahilinin şeyxləri ilə müvəqqəti müqavilələr bağlayaraq dəniz quldurlarına qarşı mübarizə bəhanəsi ilə Dəriyyə əmirliyinə qarşı dəniz müharibəsi aparmışdır. Buna baxmayaraq, vəhabi Dəriyyə əmirliyi quruda dominant qüvvə olaraq qalmışdır. 1811–1818-ci illərdə vəhhabi dövləti misirlilər tərəfindən darmadağın edilmişdi. Odur ki, bu, ingilisləri qane etməmişdi, çünki Misir qoşunlarına komandanlıq edən İbrahim paşa onlarla müqavilələr imzalamaq istəmirdi.
Məhvər dövlətləri
Ox dövlətləri, Məhvər dövlətləri (alm. Achsenmächte‎, yap. 枢軸国, it. Potenze dell'Asse) və ya Berlin-Roma-Tokio oxu — İkinci Dünya müharibəsi zamanı yaradılmış iki böyük ittifaqdan biri. Məhvər dövlətləri Antihitler koalisiyasına qarşı mübarizə aparmış və tərəflər arasında dünyanın müxtəlif nöqtələrində hərbi toqquşmalar baş vermişdir. İttifaqın adı bura daxil olan üç əsas dövlətin (Üçüncü Reyx, İtaliya krallığı və Yaponiyanın) paytaxtlarının adlarından götürülmüşdür. İttifaqın iki əsas məqsədi vardı: dünyavi müstəvidə genişlənmək, hərbi birləşmələrin hesabına dünya ağalığına nail olmaq, Birinci Dünya müharibəsi sonrası yaranmış siyasi-hərbi vəziyyətin ləğv edilməsi və Sovet kommunist sistemin məhv edilərək tamamilə aradan qaldırılması. Üçüncü Reyx və İtaliya krallığı arasında dostluq müqaviləsinin imzalanmasından bir həftə sonra, 1 noyabr 1936-cı ildə Roma-Berlin ittifaqı yaradılmış oldu. Nasist Almaniyası ilə Yaponiya arasında 1936-cı ilin 25 noyabr tarixində SSRİ-yə qarşı antikomentern paktın imzalanması Yaponiyanında prosesə qoşulması ilə nəticələnmişdir. İtaliya krallığı 1937-ci ilin 6 noyabrında antikomentr paktda qoşulduğunu elan etdi.
Ox dövlətləri
Ox dövlətləri, Məhvər dövlətləri (alm. Achsenmächte‎, yap. 枢軸国, it. Potenze dell'Asse) və ya Berlin-Roma-Tokio oxu — İkinci Dünya müharibəsi zamanı yaradılmış iki böyük ittifaqdan biri. Məhvər dövlətləri Antihitler koalisiyasına qarşı mübarizə aparmış və tərəflər arasında dünyanın müxtəlif nöqtələrində hərbi toqquşmalar baş vermişdir. İttifaqın adı bura daxil olan üç əsas dövlətin (Üçüncü Reyx, İtaliya krallığı və Yaponiyanın) paytaxtlarının adlarından götürülmüşdür. İttifaqın iki əsas məqsədi vardı: dünyavi müstəvidə genişlənmək, hərbi birləşmələrin hesabına dünya ağalığına nail olmaq, Birinci Dünya müharibəsi sonrası yaranmış siyasi-hərbi vəziyyətin ləğv edilməsi və Sovet kommunist sistemin məhv edilərək tamamilə aradan qaldırılması. Üçüncü Reyx və İtaliya krallığı arasında dostluq müqaviləsinin imzalanmasından bir həftə sonra, 1 noyabr 1936-cı ildə Roma-Berlin ittifaqı yaradılmış oldu. Nasist Almaniyası ilə Yaponiya arasında 1936-cı ilin 25 noyabr tarixində SSRİ-yə qarşı antikomentern paktın imzalanması Yaponiyanında prosesə qoşulması ilə nəticələnmişdir. İtaliya krallığı 1937-ci ilin 6 noyabrında antikomentr paktda qoşulduğunu elan etdi.
Türk dövlətləri
Türk dövlətləri – Əsasən Asiyada və Şərqi Avropada yerləşirlər. Bu gün dünyada rəsmən 6 müstəqil türk dövləti mövcuddur (Şimali Kipr Türk Respublikasının müstəqilliyi dünya dövlətləri tərəfindən hələ tanınmayıb). Onlardan beşi – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan SSRİ dağılandan sonra 1991-ci ildə, Osmanlı İmperiyasının varisi olan Türkiyə isə 1923-cü ildə öz müstəqilliyini elan edib. 2005-ci ilin məlumatlarına görə dünyada türk dillərində danışan əhalinin ümumi sayı 200 milyondan çoxdur.
Amerika Dövlətləri Təşkilatı
Amerika Dövlətləri Təşkilatları (ADT) (ing. Organization of American States, isp. Organización de los Estados Americanos, port. Organização dos Estados Americanos, fr. Organisation des États américains) - 30 aprel 1948-cu ildə qurulmuş, Şimali,Mərkəzi və Cənubi Amerika xalqalarını birləşdirən regional təşkilat. == Təsis edilməsi. == 1948-ci ildə Boqatoda IX Pan-Amerikan Konfransı keçirilən zaman ADT-nin nizamnaməsi imzalanmışdır. Təşkilatın nizamnaməsinə 1967-ci ildə Buenos-Ayresdə, 1985-ci ildə Kartagen de İndiasda, 1992-ci ildə Waşinqtonda ve 1993-cü ildə Manaquada tərtib edilmiş protokollar əlavə edilmişdir. == Məqsəd və vəzifələri. == Təşkilatın yaradılmasında məqsəd: Qitədə sülh və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək; Qarışmazlıq prinsipinə əsaslanaraq demokratiyanın inkişafına çalışmaq; Üzv ölkələr arasında ola biləcək münaqişələri sülh yolu ilə həll etmək; Üzv ölkələrin iqtisadi,sosial və mədəni inkişafına birgə dəstək vermək; Üzv dövlətlərin demokratikləşməsini ləngidən yoxsulluq və bu kimi amillərin aradan qaldırılmasına çalışmaq; Demokratiya və insan hüquqlarının müdafiəsi; Korrupsiya, terrorizm və narkobiznesə qarşı mübarizə.1990-cı ildən etibarən Soyuq Müharibənin başa çatması və Latın Amerikası ölkələrinin demokratiyaya qayıtması ilə ADT özünü inkişaf etdirməyə başladı.
Karib dövlətləri assosiasiyası
Karib dövlətləri assosiasiyası - siyasi və iqtisadi danışıqlarda regionun işgüzar dairələrinin statusunun möhkəmləndirilməsi məqsədilə əlaqələndirici təşkilat qismində 1995-ci ildə təsis edilmişdir. Assosiasiya qarşılıqlı marağın mədəni, iqtisadi və texniki, həm də turizm və nəqliyyat sahələrində konsultasiyalar, əməkdaşlıq və fəaliyyət uzlaşması üçün forumlarını keçirir. Assosiasiyaya kontinental ölkələrlə (Kolumbiya, Meksika, Surinam və Venesuela) Karib adaları dövlətləri, həmçinin altı müşahidəçi-dövlət daxildir. Assosiasiyanın katibliyi Port-of-Speyndə, Trinidad və Tobaqoda yerləşir. == Karib birliyi (KARİKOM) == Karib birliyi - Karib adalarında aparıcı iqtisadi təşkilatdır. Birliyin əsas tapşırığı ümumi Karib bazarının yaradılmasından ibarətdir, təşkilatın fəaliyyəti iqtisadi və bir-birinə çox yaxın məsələlərin həll edilməsidir. Karib birliyinin üzvləri: Antiqua və Barbuda, Barbados, Beliz, Qayana, Qrenada, Dominikan Respublikası, Montserrat, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lyusiya, Trinidad və Tobaqo, Tyorks və Kaykos adaları, həmçinin Britaniya və Virciniya adalarıdır. Hökumət başçılarının konfransı - Birliyin siyasətini müəyyən edir, ümumi bazar üzrə Nazirlər Şurası ümumi bazarın vəziyyətinə cavab verir. Katibliyi Qayananın Corctaun şəhərində yerləşir. == Şərqikarib dövlətləri Təşkilatı == Şərqikarib dövlətləri Təşkilatına - Antiqua və Barbuda, Qrenada, Dominikan Respublikası, Montserrat, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lyusiya, yəni əvvəllər ümumi valyuta və ədliyyə sistemi kimi ümumi xidmətlərə malik olan ölkələr daxildir.
Türk Dövlətləri Təşkilatı
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir. Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanna şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (Parlament Assambleyası) və Astanadır (Beynəlxalq Türk Akademiyası).
Baltik Dənizi Dövlətləri Şurası
Baltik dənizi Dövlətləri Şurası—(ingiliscə-The Council of the Baltic Sea States (CBSS)) 1991-ci ildə Almaniya və Danimarkanın təşəbbüsü ilə yaradılıb. Təşkilat 1992-ci ildə Almaniya, Norveç ,Finlandiya, Danimarka ,Polşa, İsveç ,Latviya, Rusiya, Estoniya təşəbbüsü ilə Kopenhagendə yaradılıb. 1995-ci ildə təşilata İslandiya da qoşulur . Baltik dənizi Dövlətləri şurasında əsas əməkdaşlıq beynəlxalq təhlükəsizlik, insan hüquqları, yeni demokratik institutlara dəstək,iqtisadi və texniki yardım, humanitar problemlər, səhiyyə, ətraf mühitin mühafizəsi, enerji, mədəniyyət, təhsil, turizm, informasiya, nəqliyyat sahələrinin əhatə edir.
Fars körfəzinin Ərəb dövlətləri
Fars körfəzinin Ərəb ölkələri, Fars körfəzi sərhəd altı ərəb ölkələri aiddir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Küveyt, Bəhreyn, və Oman.
Türk Dövlətləri Təşkilatının bayrağı
Türk Dövlətləri Təşkilatının bayrağı – Türk Dövlətləri Təşkilatı tərəfindən istifadə olunan bayraq.22 avqust 2012-ci ildə Bişkekdə təşkil olunan Türk Şurasının II Zirvə görüşündə qəbul edilmişdir. 12 oktyabr 2012-ci ildə isə İstanbulda üzv ölkələrin bayraqları ilə birlikdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkiyə prezidenti Abdullah Gül tərəfindən dalğalandırılmışdır. == Dizaynı == Bayrağın dizaynı üzv ölkələrin bayraqlarında olan ünsürlərin bir araya gətirilməsi ilə yaradılmışdır. Azərbaycan bayrağının ulduzu, Qazaxıstan bayrağının rəngi, Qırğızıstan bayrağının günəşi və Türkiyə bayrağının ayparasından istifadə edilmişdir.
Azərbaycan–Türk Dövlətləri Təşkilatı münasibətləri
Azərbaycan–Türk Dövlətləri Təşkilatı münasibətləri — Türk Dövlətləri Təşkilatı ilə Azərbaycan arasında ikitərəfli münasibətlər. Bu münasibətlər 2009-cu ildə başlamışdır və bu günə qədər davam edir. Azərbaycan təşkilatın təsisçi ölkələrindən biri hesab edilir. == İdeoloji əhəmiyyət == Azərbaycanın müstəqilliyi milli mənlik şüurunun yüksəlişi, türk köklərinə qayıdış, başqa ölkələrdən olan soydaşlara qovuşmaq istəyi ilə müşayiət olunmuşdu. Bunun nəticəsidir ki, qlobal dünya düzənində özünü tanıtmaq, dövlət ideologiyasını və legitimliyini gücləndirmək, yumşaq gücün xaricə proyeksiyası baxımından Azərbaycan üçün əvvəlcə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, sonra isə Türk Dövlətləri Təşkilatı həmişə həlledici rol oynamışdır. == Siyasi əhəmiyyət == Azərbaycan türk ölkələrinin mərkəzində yerləşir. Ölkə fiziki, tarixi və mədəni baxımdan özünü Türkiyə ilə Mərkəzi Asiya arasında körpü kimi görür. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Azərbaycan beynəlxalq statusunu və əhəmiyyətini artırmaq üçün çoxsaylı təşkilat və platformalardan istifadə etməyə başlamışdır, Türk Dövlətləri Təşkilatı da bunlardan biridir. Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Qazaxıstan, Qırğızıstan və Özbəkistanın daimi dəstəyi Azərbaycanın mövqeyi üçün həlledici rola malikdir.2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Türk Şurasının baş katibi Bağdad Amreyev Ermənistana qarşı Azərbaycanı dəstəklədiyini bəyan etmişdir. == İqtisadi əhəmiyyət == Azərbaycanın iqtisadiyyatı əhəmiyyətli dərəcədə türk ölkələrindən asılıdır.
İttifaq Dövlətləri
İttifaq dövlətləri, Dördlər İttifaqı, Mərkəzi dövlətlər və ya İttifaqi‐Mürəbbe (az.-əbcəd اتفاقی‐مورببئ‎) — Birinci dünya müharibəsi dövründə (1914–1918) "dostluq sazişi" (Antanta) dövlətlərinə qarşı olan hərbi-siyasi blok. == Blok üzvləri == Almaniya İmperiyası Avstriya-Macarıstan İmperiyası Osmanlı İmperiyası Bolqar Çarlığı (1915-ci ildən) == Blokun yaranması == == İttifaq dövlətlərinin müttəfiqləri == İttifaq dövlətlərinin müttəfiqləri 1916-cı ildə Britaniya ağalığına qarşı üsyan qaldırmış İrlandiya azadlıq hərəkatı ("Pasxa Üsyanı"), eləcə də keçmiş Rusiya İmperiyasının ərazisində yaranmış bəzi dövlətlər idi.
Şəhər dövlətləri
Şəhər-dövlət — Bir bölgənin yalnız bir şəhərində hakimiyyətə sahib olan dövlətlər. Şəhər-dövlətlər əsasən daha böyük mədəni sivilizasiyaların bir parçası olub, lakin müstəqil şəkildə özünü idarə etmə hüquq olan ərazilərdən təşkil edilmişdir. Qədim Yunanıstanda mövcud olmuş şəhər-dövlətlərə Afina, Sparta və Korinf polislərini misal göstərmək olar. Şəhər-dövlətlər təkcə Avropada mövcud olmamışdır. Finikiyanın qədim şəhərlərindən olan Tir və Sayda, eyni zamanda Böyük ipək yolunun üzərində yerləşən Səmərqənd və Buxara dönəminin nüfuzlu şəhər dövlətlərindən hesab olunurdu. Orta Əsrlərdən etibarən Avropada dəniz respublikaları formasındakı şəhər-dövlətlər meydana çıxmağa başlamışdır ki, bu dövlətlər Avropanın siyasi-iqtisadi həyatında mühüm rol oynamağa başlamış, baş verən müharibələrdə aktiv rol almışdılar. Dəniz respublikalarının ən məşhurlarından Venesiya Respublikası və Piza Respublikasını göstərmək olar. Bu gün də Avropa və Asiyada şəhər-dövlətlər mövcuddur. Vatikan dünyanın ən kiçik şəhər dövləti hesab olunur. Monako və Sinqapur da eyni formada şəhər-dövlət formasında mövcud olan müstəqil dövlətlərdir.
Şiə müsəlman dövlətləri
Şiə müsəlman dövlətlərinin siyahısı — məqalədə tarixdə mövcud olmuş Şiə müsəlman dövlətlərinin siyahısı göstərilmişdir. == Şimali Afrika və Avropa == İdrisilər (789-985-ci illər) — Zeydi Fatimilər xilafəti (909-1171-ci illər) — İsmaili Banu Kəniz (Avlad Kunuz) (1004–1412-ci illər) Banu Hammud (1016–1073-ci illər) — Zeydi Zirilər sülaləsi (973-1048) — İsmaili və ya zeydilik.
Ərəb Dövlətləri Liqası
Ərəb Dövlətləri Liqası (ƏDL) (ərəb. جامعة الدول العربية‎; Cəmiyyət əd-Düval əl-Ərəbiyyə) və ya sadəcə Ərəb Liqası (ərəb. الجامعة العربية‎; əl-Cəmiyyə əl-Ərəbiyyə) — ərəb dövlətlərinin beynəlxalq təşkilatı. Hal-hazırda təşkilata 22 dövlət daxildir. Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir, indiki baş katibi Əmir Musadır. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. == Təsis olunması == ƏDL-in yaradılması, Osmanlı imperiyasının keçmiş ərəb vilayətlərində Birinci Dünya Müharibəsindən sonra yaranan ərəb birliyi hərəkatının ən nəzərə çarpan nəticəsi olmuşdur. Ərəb millətçiləri bu ərazinin beş ayrı suveren dövlətə parçalanmasına qarşı çıxırdılar. Fransa və Böyük Britaniyanın mandat sistemi və Fələstində yəhudi dövlətinin yaradılması, daha çox narazılığa səbəb olmuşdur.
Şərqi Karib Dövlətləri Təşkilatı
Şərqi Karib Dövlətləri Təşkilatı (ing. Organisation of Eastern Caribbean States və ya qısaca OECS) — Karib hövzəsi ölkələri - Antiqua və Barbuda, Baham adaları, Barbados, Beliz, Dominika, Qrenada, Montserrat, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinin təmsil olunduğu iqtisadi və valyuta ittifaqı. İnzibati mərkəzi Sent-Lüsiya adasında yerləşir. == Tarixi == 1981-ci ildə təsis edilmişdir.
Tenqriçi dövlətləri və sülalələrinin siyahısı
Tenqriçi dövlətləri və sülalələrinin siyahısı — əsasən Orta Asiyanın şamanizm dini olan Tenqriçiliyə tabe olan xanlıqların, imperiyaların və krallıqların siyahısı.
Afrika, Karib və Sakit okean Dövlətlərinin Təşkilatı
Afrika, Karib və Sakit Okean Dövlətlərinin Təşkilatı, qıs. AKS ölkələri (ing. African, Caribbean and Pacific Group of States, ACP countries) — günümüzdə əksəriyyəti əvvəllər Fransa və Böyük Britaniya müstəmləkələri olan 79 ölkəni (Afrikada 48, Karib dənizində 16 və Sakit okeanda 15) birləşdirən beynəlxalq təşkilat. Təşkilatın qurucu sənədi, əsasən iqtisadi sahədə birgə işlərə dair əsas razılaşmaları özündə cəmləşdirən 1975-ci il tarixli Corctaun sazişidir. Təşkilatın əsas hədəfləri iştirakçı ölkələrin iqtisadi inkişafı, dünya iqtisadiyyatına inteqrasiya, eləcə də "yeni, ədalətli və ədalətli dünya ictimai düzəninin" qurulmasıdır. Əvvəldən əsas məqsəd AKP ölkələri ilə AB arasında iqtisadi əlaqələrin koordinasiyası idi Son illərdə iştirakçı ölkələr ÜTT çərçivəsində bir sıra tədbirlər keçirərək diqqətlərini Aİ ölkələrindən dünya birliyinə yönəldiblər. == Yaranma tarixi == Avropa Birliyinin quruluşu dövründə, Avropadan kənarda keçmiş müstəmləkələri olan Avropa ölkələri onlarla xüsusi münasibətlərini qorumağa çalışdılar. Beləliklə, asılı ərazilərlə "birləşmə" fikri ortaya çıxdı, bu da onlara ticarət güzəştləri vermək və inkişafa kömək etmək demək idi. Bu fikir 1963 və 1969-cu illərdə Yaoundedə imzalanan I və II Konvensiyalarda rəsmiləşdirildi. Afrika Dövlətləri Birliyi (əsasən keçmiş Fransız və Belçika koloniyaları) ilə AB arasında.
Azərbaycan tarixi dövlətlərinin siyahısı
Azərbaycan dövlətlərinin siyahısı — Tarixi Azərbaycan torpaqlarında qurulmuş dövlətlərin siyahısı. == Əsas siyahı == == Qalereya == === Hökmdarların tarixi təsvirləri === === Möhürlər === == İstinadlar == == Həmçinin bax == Azərbaycan (tarixi ərazi) Azərbaycan tarixi Azərbaycan dövlətçilik ənənələri Azərbaycanlılar Azərbaycan hökmdarlarının siyahısı Azərbaycan tarixinin xronologiyası Azərbaycan Tarixi (Yeddi cilddə) Azərbaycan hökmdarlarının siyahısı Azərbaycan Tarixi Şəcərə cəmiyyəti == Ədəbiyyat == Шнирельман, В. А., Войны памяти: мифы, идентичность и политика в Закавказье, 2003, ISBN ISBN 5-94628-118-6 İsgəndər bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" ("Tarixe aləmaraye Abbasi"). Bakı. "Şərq-Qərb". 2010. ISBN 978-9952-34-620-6 (yüklə) Şahin Fərzəliyev. "Azərbaycan XV-XVI əsrlərdə". Bakı. "Elm".
Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlətlərin siyahısı
Azərbaycan dövlətlərinin siyahısı — Tarixi Azərbaycan torpaqlarında qurulmuş dövlətlərin siyahısı. == Əsas siyahı == == Qalereya == === Hökmdarların tarixi təsvirləri === === Möhürlər === == İstinadlar == == Həmçinin bax == Azərbaycan (tarixi ərazi) Azərbaycan tarixi Azərbaycan dövlətçilik ənənələri Azərbaycanlılar Azərbaycan hökmdarlarının siyahısı Azərbaycan tarixinin xronologiyası Azərbaycan Tarixi (Yeddi cilddə) Azərbaycan hökmdarlarının siyahısı Azərbaycan Tarixi Şəcərə cəmiyyəti == Ədəbiyyat == Шнирельман, В. А., Войны памяти: мифы, идентичность и политика в Закавказье, 2003, ISBN ISBN 5-94628-118-6 İsgəndər bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" ("Tarixe aləmaraye Abbasi"). Bakı. "Şərq-Qərb". 2010. ISBN 978-9952-34-620-6 (yüklə) Şahin Fərzəliyev. "Azərbaycan XV-XVI əsrlərdə". Bakı. "Elm".
Cənubi Amerika dövlətlərinin və asılı ərazilərinin siyahısı
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. == Dövlətlər == Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).
Dünya dövlətlərinin siyahısı
Bu siyahıda aşağıdakı tiplərə bölünən 244 ölkə və ərazi var: 195 dövlət – Beynəlxalq səviyyədə tanınmış müstəqil dövlət: 193 dövlət – Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər. 2 dövlət – beynəlxalq səviyyədə tanınan, lakin BMT üzvü olmayan (BMT-nin daimi müşahidəçisi): Müqəddəs Taxt-Tac tərəfindən idarə olunan – Vatikan Şəhər Dövləti və Fələstin Dövləti 8 dövlət – beynəlxalq səviyyədə tanınmamış, lakin heç biri BMT-nin üzvü olmayan, Montevideo Razılaşması presedentinə əsaslanan adi beynəlxalq hüquq çərçivəsində dövlətlər kimi müəyyən edilə bilən: 1 dövlət – 1971-ci ildən sonra BMT üzvü olmayan, BMT-yə üzv 22 dövlət və Vatikan tərəfindən tanınan və hal-hazırda bir çox başqa ölkələrlə faktiki beynəlxalq münasibətləri olan Çin Respublikası (adətən Tayvan adlandırılır). 1 dövlət – BMT-yə üzv 46 dövlət tərəfindən tanınan, lakin BMT tərəfindən tanınmayan, ərazisinin çox hissəsi Mərakeşin faktiki idarəsi altında olan, Qərbi Səhrada yerləşən – Səhravi Ərəb Demokratik Respublikası. 1 dövlət – BMT üzvü olan 43 dövlət və Çin Respublikası tərəfindən tanınan – Kosovo Respublikası. 1 dövlət – BMT üzvü olan 6 dövlət tərəfindən tanınan – Abxaziya. 1 dövlət – BMT üzvü olan 5 dövlət tərəfindən tanınan – Cənubi Osetiya. 1 dövlət – diplomatik olaraq Türkiyədən başqa BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan – Şimali Kipr Türk Respublikası. 2 dövlət – faktiki müstəqil, lakin BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan:Prednestroviya və Somalilend. 38 məskunlaşdırılmış asılı ərazi: 3 xarici ərazi – Avstraliyanın xarici əraziləri: Milad adası, Kokos adaları və Norfolk adası. 2 xarici ölkə – Danimarka Birləşmiş Krallığında: Farer Adaları və Qrenlandiya adası.
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə və ya MDB beynəlmiləl döyüşçülərin işləri üzrə komitə —MDB üzvü olan dövlətlərin vətəndaşlarının SSRİ dövründə lokal müharibə iştirakçılarının işləri üzrə beynəlxalq koordinasiya şurası.1991-ci ilin avqust ayından rəhbəri Ruslan Auşevdir. == Komitənin məqsəd və vəzifələri == Komitənin Əsasnaməsinə görə əsas fəaliyyət istiqamətləri: muharibə, lokal muharibə veteranlarının və terror qurbanlarının həyat səviyyəsinin yüksəldilməsi; veteran və əlilərin sosial müdafiəsi üzrə hüquqi sənədlərin hazırlanması; dövlətlər arası səviyyədə veteranların iqtisadi, tibbi, hüquqi problemlərinin həll edilməsi; müvafiq kontingentin və onların ailə üzvlərinin tibbi. sosial, əmək, psixoloji reabilitasiyası.
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (QADİB) (fr. Communauté Économique des États de l'Afrique de l'Ouest (CEDEAO); ing. The Economic Community of West African States (ECOWAS)) — Qərbi Afrika Ölkələrinin Regional Birliyi. Blokun öz kollektiv hərbi qüvvələri ECOMOG vardır. QADİB-in mərkəzi Nigeriyanın Abuca şəhərindədir. == İştirak edən ölkələr == QADİB 15 dövləti əhatə edir: Benin Burkina-Faso Kabo-Verde Kot-d'İvuar Qambiya Qana Qvineya Qvineya-Bisau Liberiya Mali Niger Nigeriya Seneqal Syerra-Leone Toqo == Tarixi == Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) 28 may 1975-ci ildə 16 Qərbi Afrika ölkəsinin Laqos müqaviləsi imzaladığı zaman quruldu. Birliyin yaradılmasında məqsəd bölgə ölkələrinin iqtisadi inteqrasiyasını təşviq etməkdir. Mavritaniya 2000-ci ildə QADİB-dən ayrıldı. 2004-cü ildə Cəmiyyətin Müdafiə Nazirləri 2010-cu ilədək daimi hazırlıq qüvvəsini (1,5 min nəfər) və əsas sülhməramlı briqadanı (5 min nəfər) əhatə edəcək döyüşə hazır ECOWAS sülhməramlı kontingentinin yaradılması təkliflərini təsdiqlədilər. Əslində, onlar azad ticarət zonası yaratmaq mərhələsindədirlər.
Tarixi Azərbaycan dövlətlərinin rəsmi sarayları
Tarixi Azərbaycan başçılarının sarayları — Azərbaycanın dövlət və imperiyalarındakı başçıların rəsmi sarayları və mütləqdir ki, saray ölkənin paytaxtında yerləşməlidir (bəzi əhəmiyyətli istisnalar xaricində). Baxmayaraq ki, pahşahlara məxsus çoxlu saraylar olmuşdur lakin onlardan yalnız biri dövlət başçısının rəsmi iqamətgahı (bir növ rəsmi iş yeri, qəbul və qonaqqarşılama mərkəzi funksiyalarını icra edən imarət) kimi qəbul edilir. Tarixi Azərbaycan dövlətləri dedikdəysə, 5500 ilə yaxın olan tariximizdə dünyanın istənilən yerində etnik Azərbaycan Türkləri tərəfindən yaradılan, habelə, tarixi Azərbaycan ərazisində başqa millətin nümayəndəsi tərəfindən qurulan, hər iki hal olmasa da, ümumi əhali yaxud ərazi payının çox hissəsi bizə aid olan dövlət və imperiyalar nəzərə alınmaqdadır. Müstqil Azərbaycan bu cür dövlət yaxud imperiyaların varisi hesab edilir. Nəzərə alsaq ki, Azərbaycan tarixində həddən çox dövlətlər (dəqiq say ilə 126 tarixi dövlət və onların hal-hazırkı varisi hesab olunan müstəqil Azərbaycan Respublikası) və 12 imperiya mövcud olmuşdur (cəmi 139 dövlət qurumu), şüphəsizdir ki, onların dövründə başçılar və ailələri üçün xüsusi evlər, imarətlər inşa edilmişdir. Həm də, o dövlətlərin əksəriyyəti varlı dövlətlər olduğu üçün o dövlətlərdə çoxlu iqamətgahlar mövcud idi. Bir-çox vaxtlardaysa, başçıların yaşadıqları saray elə həm də iş və qəbul mərkəzi kimi də fəaliyyət göstərirdi. Hazırkı dövlətimizin özündən əvvəl miras qoyduğu ümumillikdə 138 dövlət mövcud olmuşdur. Çox nadir hallarda, əsasən dövlətin və yaxud hökumət başçısının müəyyən problemləri yarandığı zaman paxtaxtda olmalı olan iqamətgah başqa bir şəhərə köçürülür. == Şahbanu İqamətgahları == Şahbanuların sarayları əsasən iki ədəd olurdu - Qəbul sarayı və Yay bağı.
Tarixi dövlətlərin siyahısı
Bu siyahıda aşağıdakı tiplərə bölünən 244 ölkə və ərazi var: 195 dövlət – Beynəlxalq səviyyədə tanınmış müstəqil dövlət: 193 dövlət – Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər. 2 dövlət – beynəlxalq səviyyədə tanınan, lakin BMT üzvü olmayan (BMT-nin daimi müşahidəçisi): Müqəddəs Taxt-Tac tərəfindən idarə olunan – Vatikan Şəhər Dövləti və Fələstin Dövləti 8 dövlət – beynəlxalq səviyyədə tanınmamış, lakin heç biri BMT-nin üzvü olmayan, Montevideo Razılaşması presedentinə əsaslanan adi beynəlxalq hüquq çərçivəsində dövlətlər kimi müəyyən edilə bilən: 1 dövlət – 1971-ci ildən sonra BMT üzvü olmayan, BMT-yə üzv 22 dövlət və Vatikan tərəfindən tanınan və hal-hazırda bir çox başqa ölkələrlə faktiki beynəlxalq münasibətləri olan Çin Respublikası (adətən Tayvan adlandırılır). 1 dövlət – BMT-yə üzv 46 dövlət tərəfindən tanınan, lakin BMT tərəfindən tanınmayan, ərazisinin çox hissəsi Mərakeşin faktiki idarəsi altında olan, Qərbi Səhrada yerləşən – Səhravi Ərəb Demokratik Respublikası. 1 dövlət – BMT üzvü olan 43 dövlət və Çin Respublikası tərəfindən tanınan – Kosovo Respublikası. 1 dövlət – BMT üzvü olan 6 dövlət tərəfindən tanınan – Abxaziya. 1 dövlət – BMT üzvü olan 5 dövlət tərəfindən tanınan – Cənubi Osetiya. 1 dövlət – diplomatik olaraq Türkiyədən başqa BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan – Şimali Kipr Türk Respublikası. 2 dövlət – faktiki müstəqil, lakin BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan:Prednestroviya və Somalilend. 38 məskunlaşdırılmış asılı ərazi: 3 xarici ərazi – Avstraliyanın xarici əraziləri: Milad adası, Kokos adaları və Norfolk adası. 2 xarici ölkə – Danimarka Birləşmiş Krallığında: Farer Adaları və Qrenlandiya adası.
Tropik meşə Dövlətlərinin Birliyi
Tropik meşə dövlətlərinin Birliyi—( ingiliscə Coalition for Rainforest Nations)hökumətlərarası təşkilatdır. Baş Katiblik Nyu York-da yerləşir. Tropik meşələrin istismarı, bioloji müxtəlifliklərin müdafiəsi və iqlim dəyişikliyi sahəsində forum rolunu oynayır. Koalisiyada iştirak könüllü əsasda həyata keçirilir. Argentina, Beliz, Çili, Kosta Rika, Ekvador, El Salvador, Qvatemala, Hoduras, Paraqvay, Uruqvay kimi Latın Amerikası ölkələri Koalisiyanın fəaliyyətində əməkdaşlıq edirlər.
Türkdilli Dövlətlərin Parlament Assambleyası
Türk Dövlətləri Parlament Assambleyası və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Parlament Assambleyası — 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzalamış olduğu sazişlə təsis olunmuşdur. 29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) I. plenar sesiyası keçirilmişdir. Plenar sesiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsin haqqında qərar qəbul edilmişdir. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA Katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur. == Məqsədləri == Parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək; Tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü
Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan Razılaşmasının imzalanmasından etibarən 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir. == Tarixi == Azərbaycanın Xarici İşlər Nazirliyi 3 oktyabr 2017-ci ildə - Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ilə bağlı bəyanat yayıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir. Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanna şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (Parlament Assambleyası) və Astanadır (Beynəlxalq Türk Akademiyası).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 49.91 dəfə / 1 mln.
2002 ••••••••••••• 68.52
2003 •••••••••••••••••••• 107.08
2004 •••••••••••••• 73.78
2005 •••••••••••• 60.06
2006 ••••••••••••••• 77.93
2007 •••••••••••••• 71.04
2008 ••••••••••••• 66.75
2009 ••••••••••• 55.03
2010 •••••••• 39.30
2011 •••••••••• 49.67
2012 •••••••• 42.25
2013 •••••• 30.20
2014 ••••••••• 43.42
2015 •••••••••••• 60.22
2016 •••••••• 38.18
2017 ••••••••• 45.36
2018 ••••••• 34.46
2019 •••••• 31.85
2020 •••••••••••• 61.53

"dövlətləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dövlətləri nədir? #dövlətləri sözünün mənası #dövlətləri nə deməkdir? #dövlətləri sözünün izahı #dövlətləri sözünün yazılışı #dövlətləri necə yazılır? #dövlətləri sözünün düzgün yazılışı #dövlətləri leksik mənası #dövlətləri sözünün sinonimi #dövlətləri sözünün yaxın mənalı sözlər #dövlətləri sözünün əks mənası #dövlətləri sözünün etimologiyası #dövlətləri sözünün orfoqrafiyası #dövlətləri rusca #dövlətləri inglisça #dövlətləri fransızca #dövlətləri sözünün istifadəsi #sözlük