dövlətlərin sözü azərbaycan dilində

dövlətlərin

Yazılış

  • dövlətlərin • 88.1391%
  • Dövlətlərin • 11.8428%
  • DÖVLƏTLƏRİN • 0.0181%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tarixi dövlətlərin siyahısı
Bu siyahıda aşağıdakı tiplərə bölünən 244 ölkə və ərazi var: 195 dövlət – Beynəlxalq səviyyədə tanınmış müstəqil dövlət: 193 dövlət – Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər. 2 dövlət – beynəlxalq səviyyədə tanınan, lakin BMT üzvü olmayan (BMT-nin daimi müşahidəçisi): Müqəddəs Taxt-Tac tərəfindən idarə olunan – Vatikan Şəhər Dövləti və Fələstin Dövləti 8 dövlət – beynəlxalq səviyyədə tanınmamış, lakin heç biri BMT-nin üzvü olmayan, Montevideo Razılaşması presedentinə əsaslanan adi beynəlxalq hüquq çərçivəsində dövlətlər kimi müəyyən edilə bilən: 1 dövlət – 1971-ci ildən sonra BMT üzvü olmayan, BMT-yə üzv 22 dövlət və Vatikan tərəfindən tanınan və hal-hazırda bir çox başqa ölkələrlə faktiki beynəlxalq münasibətləri olan Çin Respublikası (adətən Tayvan adlandırılır). 1 dövlət – BMT-yə üzv 46 dövlət tərəfindən tanınan, lakin BMT tərəfindən tanınmayan, ərazisinin çox hissəsi Mərakeşin faktiki idarəsi altında olan, Qərbi Səhrada yerləşən – Səhravi Ərəb Demokratik Respublikası. 1 dövlət – BMT üzvü olan 43 dövlət və Çin Respublikası tərəfindən tanınan – Kosovo Respublikası. 1 dövlət – BMT üzvü olan 6 dövlət tərəfindən tanınan – Abxaziya. 1 dövlət – BMT üzvü olan 5 dövlət tərəfindən tanınan – Cənubi Osetiya. 1 dövlət – diplomatik olaraq Türkiyədən başqa BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan – Şimali Kipr Türk Respublikası. 2 dövlət – faktiki müstəqil, lakin BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan:Prednestroviya və Somalilend. 38 məskunlaşdırılmış asılı ərazi: 3 xarici ərazi – Avstraliyanın xarici əraziləri: Milad adası, Kokos adaları və Norfolk adası. 2 xarici ölkə – Danimarka Birləşmiş Krallığında: Farer Adaları və Qrenlandiya adası.
Türkdilli Dövlətlərin Parlament Assambleyası
Türk Dövlətləri Parlament Assambleyası və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Parlament Assambleyası — 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzalamış olduğu sazişlə təsis olunmuşdur. 29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) I. plenar sesiyası keçirilmişdir. Plenar sesiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsin haqqında qərar qəbul edilmişdir. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA Katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur. == Məqsədləri == Parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək; Tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü
Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan Razılaşmasının imzalanmasından etibarən 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir. == Tarixi == Azərbaycanın Xarici İşlər Nazirliyi 3 oktyabr 2017-ci ildə - Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ilə bağlı bəyanat yayıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir. Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanna şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (Parlament Assambleyası) və Astanadır (Beynəlxalq Türk Akademiyası).
Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlətlərin siyahısı
Azərbaycan dövlətlərinin siyahısı — Tarixi Azərbaycan torpaqlarında qurulmuş dövlətlərin siyahısı. == Əsas siyahı == == Qalereya == === Hökmdarların tarixi təsvirləri === === Möhürlər === == İstinadlar == == Həmçinin bax == Azərbaycan (tarixi ərazi) Azərbaycan tarixi Azərbaycan dövlətçilik ənənələri Azərbaycanlılar Azərbaycan hökmdarlarının siyahısı Azərbaycan tarixinin xronologiyası Azərbaycan Tarixi (Yeddi cilddə) Azərbaycan hökmdarlarının siyahısı Azərbaycan Tarixi Şəcərə cəmiyyəti == Ədəbiyyat == Шнирельман, В. А., Войны памяти: мифы, идентичность и политика в Закавказье, 2003, ISBN ISBN 5-94628-118-6 İsgəndər bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" ("Tarixe aləmaraye Abbasi"). Bakı. "Şərq-Qərb". 2010. ISBN 978-9952-34-620-6 (yüklə) Şahin Fərzəliyev. "Azərbaycan XV-XVI əsrlərdə". Bakı. "Elm".
Tanınmayan və ya qismən tanınan dövlətlərin siyahısı
Tanınmayan və ya qismən tanınan dövlətlər – əhalisi, ərazi idarəetməsi, hüquq və idarə sistemi kimi dövlətçilik əlamətləri olmaqla yanaşı özünü müstəqil dövlət elan etmiş ancaq eyni zamanda BMT üzvləri tərəfindən heç bir diplomatik tanınmaya malik olmayan regionların ümumi adlandırmasıdır. BMT üzvləri tərəfindən bu ərazilər adətən bir və ya bir neçə BMT üzvü olan dövlətin ərazisi kimi tanınır. Ümumilikdə iki növə ayrılır. Birincisi müstəqil dövlətin ərazisi kimi elan edilmiş torpaqlara tam və ya qismən nəzarət edir və de facto özlərini idarə edir. İkincisi isə meydana gələn bu dövlətə və onun ərazisinə hüququ olduğunu iddia edir və de jure dünya ictimaiyyəti tərəfindən də ikincinin ərazisi kimi tanınır. Bundan əlavə suveren dövlətin dünya birliyinin tam hüquqlu üzvü kimi tanınmasına şərait yaradan iki ənənəvi doktrina var. Deklarativ nəzəriyyə müəyyən şərtlər varsa, dövləti beynəlxalq hüquqda insan kimi qəbul edir: müəyyən edilmiş ərazi; daimi əhali; hökumət; digər dövlətlər ilə münasibətə girmək bacarığı.Deklarativ nəzəriyyəyə əsasən dövlətin özü-özlüyündə varlığı onun digər dövlətlər tərəfindən tanınmasınından asılı deyil. İkinci doktrina – konstitutiv nəzəriyyəyə əsasən dövlət beynəlxalq hüququn subyekti kimi yalnız digər beynəlxalq birliyin üzvü olan dövlətin tanınmasından sonra olur.Geosiyası meydanda hər iki nəzəriyyəyə uyğun dövlətlər mövcuddur. De fakto olaraq tam və ya qismən də olsa öz ərazilərini idarə edən, hökuməti və daimi əhalisi olan regionlar var ki, onlar bir və ya bir neçə dövlət tərəfindən tanınmırlar. Bunun səbəbi adətən regional və ya ərazi münaqişələri nəticəsində yaranır və ikinci dövlətin birincini özünün ayrılmaz tərkib hissəsi kimi görür.
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə və ya MDB beynəlmiləl döyüşçülərin işləri üzrə komitə —MDB üzvü olan dövlətlərin vətəndaşlarının SSRİ dövründə lokal müharibə iştirakçılarının işləri üzrə beynəlxalq koordinasiya şurası.1991-ci ilin avqust ayından rəhbəri Ruslan Auşevdir. == Komitənin məqsəd və vəzifələri == Komitənin Əsasnaməsinə görə əsas fəaliyyət istiqamətləri: muharibə, lokal muharibə veteranlarının və terror qurbanlarının həyat səviyyəsinin yüksəldilməsi; veteran və əlilərin sosial müdafiəsi üzrə hüquqi sənədlərin hazırlanması; dövlətlər arası səviyyədə veteranların iqtisadi, tibbi, hüquqi problemlərinin həll edilməsi; müvafiq kontingentin və onların ailə üzvlərinin tibbi. sosial, əmək, psixoloji reabilitasiyası.
Afrika, Karib və Sakit okean Dövlətlərinin Təşkilatı
Afrika, Karib və Sakit Okean Dövlətlərinin Təşkilatı, qıs. AKS ölkələri (ing. African, Caribbean and Pacific Group of States, ACP countries) — günümüzdə əksəriyyəti əvvəllər Fransa və Böyük Britaniya müstəmləkələri olan 79 ölkəni (Afrikada 48, Karib dənizində 16 və Sakit okeanda 15) birləşdirən beynəlxalq təşkilat. Təşkilatın qurucu sənədi, əsasən iqtisadi sahədə birgə işlərə dair əsas razılaşmaları özündə cəmləşdirən 1975-ci il tarixli Corctaun sazişidir. Təşkilatın əsas hədəfləri iştirakçı ölkələrin iqtisadi inkişafı, dünya iqtisadiyyatına inteqrasiya, eləcə də "yeni, ədalətli və ədalətli dünya ictimai düzəninin" qurulmasıdır. Əvvəldən əsas məqsəd AKP ölkələri ilə AB arasında iqtisadi əlaqələrin koordinasiyası idi Son illərdə iştirakçı ölkələr ÜTT çərçivəsində bir sıra tədbirlər keçirərək diqqətlərini Aİ ölkələrindən dünya birliyinə yönəldiblər. == Yaranma tarixi == Avropa Birliyinin quruluşu dövründə, Avropadan kənarda keçmiş müstəmləkələri olan Avropa ölkələri onlarla xüsusi münasibətlərini qorumağa çalışdılar. Beləliklə, asılı ərazilərlə "birləşmə" fikri ortaya çıxdı, bu da onlara ticarət güzəştləri vermək və inkişafa kömək etmək demək idi. Bu fikir 1963 və 1969-cu illərdə Yaoundedə imzalanan I və II Konvensiyalarda rəsmiləşdirildi. Afrika Dövlətləri Birliyi (əsasən keçmiş Fransız və Belçika koloniyaları) ilə AB arasında.
Azərbaycan tarixi dövlətlərinin siyahısı
Azərbaycan dövlətlərinin siyahısı — Tarixi Azərbaycan torpaqlarında qurulmuş dövlətlərin siyahısı. == Əsas siyahı == == Qalereya == === Hökmdarların tarixi təsvirləri === === Möhürlər === == İstinadlar == == Həmçinin bax == Azərbaycan (tarixi ərazi) Azərbaycan tarixi Azərbaycan dövlətçilik ənənələri Azərbaycanlılar Azərbaycan hökmdarlarının siyahısı Azərbaycan tarixinin xronologiyası Azərbaycan Tarixi (Yeddi cilddə) Azərbaycan hökmdarlarının siyahısı Azərbaycan Tarixi Şəcərə cəmiyyəti == Ədəbiyyat == Шнирельман, В. А., Войны памяти: мифы, идентичность и политика в Закавказье, 2003, ISBN ISBN 5-94628-118-6 İsgəndər bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" ("Tarixe aləmaraye Abbasi"). Bakı. "Şərq-Qərb". 2010. ISBN 978-9952-34-620-6 (yüklə) Şahin Fərzəliyev. "Azərbaycan XV-XVI əsrlərdə". Bakı. "Elm".
Cənubi Amerika dövlətlərinin və asılı ərazilərinin siyahısı
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. == Dövlətlər == Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).
Dünya dövlətlərinin siyahısı
Bu siyahıda aşağıdakı tiplərə bölünən 244 ölkə və ərazi var: 195 dövlət – Beynəlxalq səviyyədə tanınmış müstəqil dövlət: 193 dövlət – Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər. 2 dövlət – beynəlxalq səviyyədə tanınan, lakin BMT üzvü olmayan (BMT-nin daimi müşahidəçisi): Müqəddəs Taxt-Tac tərəfindən idarə olunan – Vatikan Şəhər Dövləti və Fələstin Dövləti 8 dövlət – beynəlxalq səviyyədə tanınmamış, lakin heç biri BMT-nin üzvü olmayan, Montevideo Razılaşması presedentinə əsaslanan adi beynəlxalq hüquq çərçivəsində dövlətlər kimi müəyyən edilə bilən: 1 dövlət – 1971-ci ildən sonra BMT üzvü olmayan, BMT-yə üzv 22 dövlət və Vatikan tərəfindən tanınan və hal-hazırda bir çox başqa ölkələrlə faktiki beynəlxalq münasibətləri olan Çin Respublikası (adətən Tayvan adlandırılır). 1 dövlət – BMT-yə üzv 46 dövlət tərəfindən tanınan, lakin BMT tərəfindən tanınmayan, ərazisinin çox hissəsi Mərakeşin faktiki idarəsi altında olan, Qərbi Səhrada yerləşən – Səhravi Ərəb Demokratik Respublikası. 1 dövlət – BMT üzvü olan 43 dövlət və Çin Respublikası tərəfindən tanınan – Kosovo Respublikası. 1 dövlət – BMT üzvü olan 6 dövlət tərəfindən tanınan – Abxaziya. 1 dövlət – BMT üzvü olan 5 dövlət tərəfindən tanınan – Cənubi Osetiya. 1 dövlət – diplomatik olaraq Türkiyədən başqa BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan – Şimali Kipr Türk Respublikası. 2 dövlət – faktiki müstəqil, lakin BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan:Prednestroviya və Somalilend. 38 məskunlaşdırılmış asılı ərazi: 3 xarici ərazi – Avstraliyanın xarici əraziləri: Milad adası, Kokos adaları və Norfolk adası. 2 xarici ölkə – Danimarka Birləşmiş Krallığında: Farer Adaları və Qrenlandiya adası.
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (QADİB) (fr. Communauté Économique des États de l'Afrique de l'Ouest (CEDEAO); ing. The Economic Community of West African States (ECOWAS)) — Qərbi Afrika Ölkələrinin Regional Birliyi. Blokun öz kollektiv hərbi qüvvələri ECOMOG vardır. QADİB-in mərkəzi Nigeriyanın Abuca şəhərindədir. == İştirak edən ölkələr == QADİB 15 dövləti əhatə edir: Benin Burkina-Faso Kabo-Verde Kot-d'İvuar Qambiya Qana Qvineya Qvineya-Bisau Liberiya Mali Niger Nigeriya Seneqal Syerra-Leone Toqo == Tarixi == Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) 28 may 1975-ci ildə 16 Qərbi Afrika ölkəsinin Laqos müqaviləsi imzaladığı zaman quruldu. Birliyin yaradılmasında məqsəd bölgə ölkələrinin iqtisadi inteqrasiyasını təşviq etməkdir. Mavritaniya 2000-ci ildə QADİB-dən ayrıldı. 2004-cü ildə Cəmiyyətin Müdafiə Nazirləri 2010-cu ilədək daimi hazırlıq qüvvəsini (1,5 min nəfər) və əsas sülhməramlı briqadanı (5 min nəfər) əhatə edəcək döyüşə hazır ECOWAS sülhməramlı kontingentinin yaradılması təkliflərini təsdiqlədilər. Əslində, onlar azad ticarət zonası yaratmaq mərhələsindədirlər.
Tarixi Azərbaycan dövlətlərinin rəsmi sarayları
Tarixi Azərbaycan başçılarının sarayları — Azərbaycanın dövlət və imperiyalarındakı başçıların rəsmi sarayları və mütləqdir ki, saray ölkənin paytaxtında yerləşməlidir (bəzi əhəmiyyətli istisnalar xaricində). Baxmayaraq ki, pahşahlara məxsus çoxlu saraylar olmuşdur lakin onlardan yalnız biri dövlət başçısının rəsmi iqamətgahı (bir növ rəsmi iş yeri, qəbul və qonaqqarşılama mərkəzi funksiyalarını icra edən imarət) kimi qəbul edilir. Tarixi Azərbaycan dövlətləri dedikdəysə, 5500 ilə yaxın olan tariximizdə dünyanın istənilən yerində etnik Azərbaycan Türkləri tərəfindən yaradılan, habelə, tarixi Azərbaycan ərazisində başqa millətin nümayəndəsi tərəfindən qurulan, hər iki hal olmasa da, ümumi əhali yaxud ərazi payının çox hissəsi bizə aid olan dövlət və imperiyalar nəzərə alınmaqdadır. Müstqil Azərbaycan bu cür dövlət yaxud imperiyaların varisi hesab edilir. Nəzərə alsaq ki, Azərbaycan tarixində həddən çox dövlətlər (dəqiq say ilə 126 tarixi dövlət və onların hal-hazırkı varisi hesab olunan müstəqil Azərbaycan Respublikası) və 12 imperiya mövcud olmuşdur (cəmi 139 dövlət qurumu), şüphəsizdir ki, onların dövründə başçılar və ailələri üçün xüsusi evlər, imarətlər inşa edilmişdir. Həm də, o dövlətlərin əksəriyyəti varlı dövlətlər olduğu üçün o dövlətlərdə çoxlu iqamətgahlar mövcud idi. Bir-çox vaxtlardaysa, başçıların yaşadıqları saray elə həm də iş və qəbul mərkəzi kimi də fəaliyyət göstərirdi. Hazırkı dövlətimizin özündən əvvəl miras qoyduğu ümumillikdə 138 dövlət mövcud olmuşdur. Çox nadir hallarda, əsasən dövlətin və yaxud hökumət başçısının müəyyən problemləri yarandığı zaman paxtaxtda olmalı olan iqamətgah başqa bir şəhərə köçürülür. == Şahbanu İqamətgahları == Şahbanuların sarayları əsasən iki ədəd olurdu - Qəbul sarayı və Yay bağı.
Tropik meşə Dövlətlərinin Birliyi
Tropik meşə dövlətlərinin Birliyi—( ingiliscə Coalition for Rainforest Nations)hökumətlərarası təşkilatdır. Baş Katiblik Nyu York-da yerləşir. Tropik meşələrin istismarı, bioloji müxtəlifliklərin müdafiəsi və iqlim dəyişikliyi sahəsində forum rolunu oynayır. Koalisiyada iştirak könüllü əsasda həyata keçirilir. Argentina, Beliz, Çili, Kosta Rika, Ekvador, El Salvador, Qvatemala, Hoduras, Paraqvay, Uruqvay kimi Latın Amerikası ölkələri Koalisiyanın fəaliyyətində əməkdaşlıq edirlər.
Şiə dövlətlərinin siyahısı
Şiə müsəlman dövlətlərinin siyahısı — məqalədə tarixdə mövcud olmuş Şiə müsəlman dövlətlərinin siyahısı göstərilmişdir. == Şimali Afrika və Avropa == İdrisilər (789-985-ci illər) — Zeydi Fatimilər xilafəti (909-1171-ci illər) — İsmaili Banu Kəniz (Avlad Kunuz) (1004–1412-ci illər) Banu Hammud (1016–1073-ci illər) — Zeydi Zirilər sülaləsi (973-1048) — İsmaili və ya zeydilik.
Şiə müsəlman dövlətlərinin siyahısı

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 116.90 dəfə / 1 mln.
2002 ••••••••••••• 102.78
2003 •••••••••••••••••••• 158.26
2004 •••••••••••••••••••• 158.33
2005 ••••••••••••• 104.59
2006 •••••••••••••••• 124.78
2007 •••••••••••••••• 129.61
2008 •••••••••••••••••••• 163.47
2009 •••••••••••••••••••• 155.66
2010 ••••••••••••• 101.76
2011 ••••••••••••• 101.83
2012 •••••••••••••• 106.70
2013 •••••••••• 76.29
2014 ••••••••••••• 105.71
2015 ••••••••••••••••• 132.18
2016 ••••••••••••• 98.92
2017 ••••••••••••••• 121.78
2018 •••••••••••• 97.24
2019 •••••••••••••••• 124.49
2020 ••••••••••••••••• 134.33

"dövlətlərin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dövlətlərin nədir? #dövlətlərin sözünün mənası #dövlətlərin nə deməkdir? #dövlətlərin sözünün izahı #dövlətlərin sözünün yazılışı #dövlətlərin necə yazılır? #dövlətlərin sözünün düzgün yazılışı #dövlətlərin leksik mənası #dövlətlərin sözünün sinonimi #dövlətlərin sözünün yaxın mənalı sözlər #dövlətlərin sözünün əks mənası #dövlətlərin sözünün etimologiyası #dövlətlərin sözünün orfoqrafiyası #dövlətlərin rusca #dövlətlərin inglisça #dövlətlərin fransızca #dövlətlərin sözünün istifadəsi #sözlük