döyüşlərin sözü azərbaycan dilində

döyüşlərin

Yazılış

  • döyüşlərin • 91.7109%
  • Döyüşlərin • 8.2891%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanın qatıldığı döyüşlərin siyahısı
Azərbaycanın qatıldığı döyüşlərin siyahısı — Azərbaycan Respublikası dövründə və əvvəlki dövrlərdə Azərbaycanın qatıldığı döyüşlərin siyahısı.
Osmanlı dövlətinin XX əsrdəki döyüşlərinin siyahısı
Bu siyahıda Osmanlı dövlətinin XX əsrin I Dünya müharibəsinin başlamasına qədərki dövründə iştirak etdiyi döyüşlər əks edilmişdir.
Qarabağ döyüşlərinin xronologiyası (2020)
Qarabağ döyüşlərinin xronologiyası — 27 sentyabr 2020-ci ildə başlayan Qarabağ döyüşlərinin günlük hadisələri. == Xronologiya == === 27 sentyabr === Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Alxanlı, Şükürbəyli və Horadiz şəhəri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Eyni gündə Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası, o cümlədən 12 ədəd "OSA" zenit-raket kompleksi aşkar edilərək məhv edilmişdir. Bundan əlavə Azərbaycan Hərbi Hava Qüvvələri cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurmuş, ekipaj üzvləri isə sağ qalmışdır. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmiş, o cümlədən qarşı tərəfin Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər (Gamışdağ və Ömər aşırımı) nəzarətə götürülmüşdür. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi işğaldan azad edilmişdir. Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla açılmış atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşdur. Azərbaycan mediasının axşam saatlarında verdiyi məlumata görə Azərbaycan Ordusuna məxsus kamikadze tipli uçan pilotsuz aparatlar Ermənistanın işğal etdiyi ərazilərdə yerləşdirdiyi S-300 zenit-raket sistemini məhv etmişdir. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatlarına görə, Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilmiş və bölgədə güclü partlayış baş vermişdir.
Səlcuqluların döyüşlərinin siyahısı
Bu Səlcuqlu imperiyasının tərəf olduğu döyüşlərin natamam siyahısıdır. == Siyahı == (Döyüşlər sütunundakı rəng döyüşün baş verdiyi müasir ölkəni göstərir.) == İstinadlar == == Ədəbiyyat == Ibn al-Athir, 'Izz al-Din. Hillenbrand, Carole (redaktor). The Annals of the Saljuq Turks. Richards, D.S. tərəfindən tərcümə olunub. Routledge. 2002. Basan, Osman Aziz. The Great Seljuqs: A History. Routledge.
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
2016-cı il Aprel döyüşlərində şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
2022-ci il Sentyabr döyüşlərində şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
Aprel döyüşlərində şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
2023 Qarabağ döyüşlərinə reaksiyalar
2023 Qarabağ döyüşlərinə reaksiyalar — 2023-cü il 19-20 sentyabr tarixlərində arasında baş vermiş Qarabağ döyüşlərinə ölkədaxili və beynəlxalq reaksiyalardır. == Daxili == === Azərbaycan tərəfi === Azərbaycanın Xarici İşlər Nazirliyi sentyabrın 19-da Xocavənddə mina terroru nəticəsində dinc şəxslərin və Daxili İşlər Nazirliyinin polislərinin ölümü barədə açıqlama vermişdir. Açıqlamada "bölgədə sülhün təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror hadisələrini qətiyyətlə pislənməli və onların qarşısı alınmalı" olduğu qeyd edilmiş və 2020-ci ildən indiyə qədər ümumi olaraq mina qurbanlarının sayının 314 nəfərə çatdığı, onlardan 61 nəfərin həyatını itirdiyi vurğulanmışdır. Xarici İşlər Nazirliyi gün ərzində verdiyi növbəti bəyanatında "bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolunun erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılması" olduğunu bildirmişdir. Sentyabrın 19-da axşam saatlarında Azərbaycan Prezidentinin Administrasiyası bəyanat yayaraq Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni insanların nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu, antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejimin isə özünü buraxmalı olduğu bildirimişdir. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun müsahibəsi zamanı "Qarabağda olan qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhdid törətdiyini, üç ilə yaxındır həmin ərazidə 10 minə yaxın qeyri-qanuni silahlısının mövcud olduğunu" bildirmişdir. Azərbaycanın İnsan hüquqları üzrə ombudsmanı Səbinə Əliyeva sentyabrın 19-da bəyanat yayaraq "Azərbaycan tərəfinin işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməməsinin bu dövlətin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüququn normalarına etinasız münasibətini bir daha sübut elədiyini" bildirmişdir. Azərbaycan Milli Məclisinin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Azay Quliyev hadisələri şərh edən zaman Azərbaycanın əsas hədəfiniz qanunsuz hərbi birləşmələrin Qarabağdan çıxarılması, orada yaşayan erməni əhalinin siyahıya alınması və reinteqrasiya prosesini başlamaq üçün lazımi digər addımların atılması olduğunu qeyd eləmişdir. Azərbaycan Milli Məclisinin deputatlarından Səttar Möhbalıyev "antiterror tədbirlərinin Azərbaycanın tam suveren haqqı" olduğunu qeyd eləmişdir, Aydın Mirzəzadə "antiterror tədbirlərinin məqsədinin Qarabağda olan erməni hərbi hədəflərinin sıradan çıxarılması" olduğunu, Soltan Məmmədov isə "heç bir dövlətin öz ərazisində qanunsuz silahlı birləşmələrin mövcudluğu ilə razılaşa bilməyəcəyini" vurğulamışdır. Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Rəşad Mahmudov hadisələrlə bağlı "bölgə terrorçu hərbi birləşmələrdən təmizlənmədən nə quruculuq prosesi, nə də sülh ola bilməz" şərhini vermişdir.
Aprel döyüşlərində həlak olan Azərbaycan hərbçilərinin siyahısı (2016)
Aprel döyüşlərində həlak olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun həlak olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə həlak olanların dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu həlak olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda həlak olmuşdur. Həlak olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı həlak olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 həlak hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda həlak olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Sentyabr döyüşlərində həlak olan Azərbaycan hərbçilərinin siyahısı (2022)
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

"döyüşlərin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#döyüşlərin nədir? #döyüşlərin sözünün mənası #döyüşlərin nə deməkdir? #döyüşlərin sözünün izahı #döyüşlərin sözünün yazılışı #döyüşlərin necə yazılır? #döyüşlərin sözünün düzgün yazılışı #döyüşlərin leksik mənası #döyüşlərin sözünün sinonimi #döyüşlərin sözünün yaxın mənalı sözlər #döyüşlərin sözünün əks mənası #döyüşlərin sözünün etimologiyası #döyüşlərin sözünün orfoqrafiyası #döyüşlərin rusca #döyüşlərin inglisça #döyüşlərin fransızca #döyüşlərin sözünün istifadəsi #sözlük