* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Düzən, düzəngah. Mən indidən görürəm o büsatı, şənliyi; Görürəm çiçək açır Kür-Araz düzənliyi. Ə.Cəmil.
Azərbaycan dilinin izahlı lüğəti / düzənlik2 yer səthi relyefinin əsas elementlərindən biri, az meylliyi və yüksəkliyinin az tərəddüd etməsi ilə səciyyələnir. Düzənlik dəniz səviyyəsindən aşağıda-ovalıq / məs: Xəzəryanı, Kür-Araz ovalıqları/, 0-200 m yüksəklikdə-düzənlik /düzən/ /Qərbi Sibir, Kür-Araz düzənliyinin bir hissəsi/; 200-500 m yüksəklikdə-yüksəklik / Üstyurt/ və 500 m-dən yuxarı-yayla / İran və Qarabağ yaylaları/ adlanır. Səthi horizontal, meylli və çökək /əyilmiş/ olur; morfoloji əlamətlərinə görə-təpəli, dalğavari, tirəli, yastı olur. Ekzogen proseslərin üstünlük təşkil etməsinə görə-denudasion və akkumulyativ / allüvial, dəniz, göl, buzlaq, vulkanik/ düzənliklərə ayrılır. Bunların əksəriyyəti platformalarda əmələ gəlir, orogen vilayətlərdə düzənliklər əsasən dağ arası və öndağlıq çökəkliklərinə uyğun gəlir. Sualtı düzənliklər arasında okean dibinə uyğun gələn abissal düzənliklər, şelf düzənlikləri və kənar dənizlərin çökəklikləri geniş yayılmışdır. равнина plain
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / düzənlik1 I сущ. равнина. Ucsuz-bucaqsız düzənlik бескрайная равнина, dağətyəi düzənlik подгорная равнина, səxra düzənliyi пустынная равнина II прил. равнинный. Düzənlik relyefi равнинный рельеф, düzənlik landşaftı равнинный ландшафт, düzənlik bitkiləri равнинные растения, düzənlik çayları равнинные реки
Azərbaycanca-rusca lüğət / düzənlik1 I. i. plain; flat; ~də on the flat; Düzənlikdə gəzmək asandır It is easy to walk on the flat; Kanadanın geniş ~ləri the wide plains of Canada II. s. flat; ~ ölkə flat country
Azərbaycanca-ingiliscə lüğət / düzənlik