düzənliyi sözü azərbaycan dilində

düzənliyi

Yazılış

  • düzənliyi • 83.8710%
  • DÜZƏNLİYİ • 12.9032%
  • Düzənliyi • 3.2258%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Delta düzənliyi
Delta düzənliyi — çay dərələrində və ya onun ağız hissəsində, eləcə də yer qabığının çökməyə məruz qalan çökəkliklərində çay çöküntülərinin toplanması nəticəsində əmələ gələn, düzənlik /Xuanxe, Hind, Volqa, Terok, Po, Kür çaylarının deltaları/.
Kanto düzənliyi
Kanto düzənliyi (yap. 関東平野) və ya Tokio düzənliyi (yap. 東京平野) — Yaponiyanın ən böyük düzənliyi, Honşu adasının şərqində, Sakit okean sahilində, Kanto regionunda yerləşir və region ərazisinin təqribən 40%–ini təşkil edir. Sahəsi 13 min km²–dir. Şimaldan cənuba 110 km, qərbdən şərqə 140 km məsafədə uzanır. Tektonik çökəklikdir. Vulkan külü ilə örtülmüş Pleystosen çöküntülərindən təşkil olunmuşdur. İqlimi rütubətli mülayimdir. Sıx çay şəbəkəsi var. Çayları (yap.
Lay düzənliyi
Lay düzənliyi - (rus. пластовая равнина, ing. plain built of horizontal strata) platforma örtüyün laylarından təş­kil olunmuş, demək olar ki, üfqi yatımlı və ya zəif meylli platforma plitələri düzənliyi. L.d. daxilində akkumulyativ ovalıq və laylı de­nudasion yüksəklik ayrılır.
Moldova düzənliyi
Moldova düzənliyi (rum. Câmpia Moldovei ) - Molovanın şimal-qərbində yerləşən coğrafi obyekt. Düzənliyin bir hissəsi Rumıniyanın şimal-şərqinə aiddir. Moldova düzənliyi Moldova yaylasının altı komponentindən biri hesab olunur. Düzənlik adlandırılmasına baxmayaraq ərazinin relyefi yetərincə təpəlidir. Moldova düzənliyi Moldova yaylasının mərkəzi-şimal hissəsində yerləşir. Hündürlüyü 200 metr arasında dəyişir. Düzənlik aşağıdakı hissələrdən ibarətdir: 1) Jijia düzənliyi. Düzənlik Prut çayından qərbdə yerləşir. 2).Orta Prut vadisi və ya Prut orta düzənliyi.
Naxçıvan düzənliyi
Naxçıvançay düzənliyi — Azərbaycanın Naxçıvan bölgəsində coğrafi yer. Düzənliyin şimal sərhəddi Xalxal meşəsi yaxınlığından keçərək, Dərələyəz və Zəngəzur dağlarının cənub yamacları ilə hüdudlanmışdır. Naxçıvançayın kiçik qollarının qobuları ilə və dayaz yarğanlarla mürəkkəbləşmişdir. Bunlardan əlavə, Naxçıvançayın aydın seçilən terrasları düzənliyin qərb və şərq kənarlarına doğru ucalan pillələr yaratmışdır. Belə terrasların sayı 4-ə çatıb, Naxçıvançayın müasir yatağından 2, 10, 13–50 və 70 m hündürlükdə yerləşmişdir. Düzənliyin əsas hissəsini allüvial-prolüvial çöküntülər təşkil edir. Dördüncü dövr çöküntülərinin qalınlığı düzənliyin dağətəyi hissəsindən Arazın kənarına doğru 10–15 m –dən 35 m-dək artır. Naxçıvan şəhəri ərazisində çöküntülərin qalınlığı 5,8 m-dən 46 m-dək dəyişir. Düzənliyin Arazkənarı hissəsində sulu çöküntülərin eni 6 km –ədək yaxın bir zolaq şəklində Araz çayı boyunca uzanmışdır. Sulu zolaq düzənliyin şimal-qərb və cənub-şərq hissələrində ensizləşir.
Ortadunay düzənliyi
Ortadunay çökəkliyi, həmcinin Ortadunay düzənliyi, Orta Dunay ovalığı, Tiso-Dunay çökəkliyi, Pannon düzənliyi (xorv. Panonska nizina, çex. Panonská pánev, mac. Kárpát-medence, slovak. Panónska panva, alm. Pannonische Tiefebene‎, rum. Câmpia Panonică, ukr. Тисо-Дунайська низовина, serb. Панонска низија, sloven. Panonska nižina, bosn.
Qaraboğaz düzənliyi
Qaraboğaz düzənliyi — Abşeron yarımadasının şimal-qərbində yerləşən dağ ətəyi düzənlik. Sumqayıt şəhərindən 6–7 km şimalda yerləşir. Abrazion-akkumlyativ dördüncü dövrə aid suxurlar yayılmışdır. Düzənlikdə əsasən Sumqayıt şəhərinin sənaye müəssisələri yerləşir. Ekoloji baxımdan olduqca çirklənmişdir. Sumqayıtçayla Tuğ çayının arasında yerləşir. == İqlimi == Yayı quraq, qışı mülayim isti keçən yarımsəhra və quru çöl iqliminə sahibdir. Yay ayları yüksək temperatur, zəif rütubətlilik xarakterikdir. İl ərzində 200–300 mm yağıntı düşür. İlin quraq dövründə (aprel-sentyabr) cəmi 100 mm, rütubətli dövründə isə 150–200 mm yağıntı olur.
Rus düzənliyi
Şərqi Avropa düzənliyi və ya Rus düzənliyi — Şərqi Avropada geniş düzənlik, Avropa düzənliyinin bir hissəsi. Düzənlik Baltik dənizi sahillərindən Ural dağlarına, Barens və Ağ dənizlərdən Qara, Azov və Xəzər dənizlərinə qədər uzanır. Şimal-qərbdə Skandinaviya dağları, cənub-qərbdə Sudet və Mərkəzi Avropanın digər dağları, cənub-şərqdə Qafqaz, qərbdə isə Visla çayı düzənliyin şərti sərhəddi rolunu daşıyır.Dünyanın ən böyük düzənliklərindən biridir. Şimaldan cənuba düzənliyin ümumi uzunluğu 2,5 min kilometrdən çox, qərbdən şərqə isə 1 min kilometrdir.Belarus, Latviya, Litva, Estoniya və Moldova tamamilə, Rusiya, Qazaxıstan, Ukrayna, Finlandiya, Polşa və Rumıniya isə qismən düzənlik ərazisində yerləşir. == Xüsusiyyətləri == Şərqi Avropa düzənliyi platforma bünövrəsi üzərində qədim düzənlikdir. Şimal-qərbində qədim buzlaşma izləri qalmışdır. Şimalda tundra, cənub-şərqində səhra və yarımsəhra var. Meşə və çöl landşaftı üstündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Şərqi Avropa düzənliyi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Yaycı düzənliyi
Yaycı düzənliyi — Qaradərə çayının gətirmə konusundan ibarət olub, şimaldan cənuba doğru 10–12 km uzanır. Düzənliyin ən enli yeri 5 km olmaqla, dəniz səviyyəsindən 720–960 m hündürlükdə yerləşir. Yaycı düzü Kərimqulu Dizə kəndindən şimal-qərb istiqamətinə dönərək, Qapıqabağı düzənliyinə qovuşur. Bu düzənlik əsasən allüvial-prollüvial çöküntülər ilə örtülmüşdür. Ərazinin 1000 hektara yaxın torpaq sahəsi suvarılaraq, əkinçilikdə istifadə olunur. Burada da suvarma suyu təminatı zəifdir. Gilan çaydan çəkilən Yaycı arxı suvarma dövrü yeganə etibarlı su mənbəyi rolunu oynayır.
Zandr düzənliyi
Zandr düzənliyi- Bilavasitə uc morenlərin xaric kənarları qarşısında yerləşən və buzlaqdan əriyib gələn suların gətirdiyi çınqıl və qum çöküntülərindən əmələ gələn meylli-dalğalı düzənliyə deyilir.
Çeçen düzənliyi
Çeçen düzənliyi (rus. Чече́нская равнина, çeç. Нохчийн аре) — Şimali Qafqazın cənubunda, Böyük Qafqaz dağlarının ətəyində yerləşən düzənlik. Maksimum uzunluğu 110 km, maksimum eni 40 km-ə qədərdir. Çınqıllardan ibarətdir. Əsasən Çeçenistan Respublikası ərazisində, daha az hissəsi İnquşetiyada yerləşir. Bura Çeçenistan əhalisinin çoxunun cəmləşdiyi ərazidir.Düzənlik şimalda Terek, Sunja və Qroznı dağ silsilələri, qərbdə Nazran yaylası, şərqdə Qudermes dağ silsiləsi, cənubda Böyük Qafqaz dağları ilə əhatə olunmuşdur.Çeçenistan və İnquşetiyanın ən böyük şəhərləri Çeçen düzənliyində yerləşir: Qroznı, Urus-Martan, Şalin, Arqun, Qarabulaq. == İstinadlar == == Əlavə ədəbiyyat == Рыжиков, Валентин Васильевич. География Чечено-Ингушской АССР (30000 nüs.). Гр.: Чечено-Ингушское книжное издательство.
Öndağ düzənliyi
Öndağ düzənliyi- dağların ətəyinə söykənən, əmələgəlməsi və inkişafı onlarla bağlı olan, düzənlik. Aydın müşahidə edilən meyilliyə malik olub, akkumulyativ və ya denudasion mənşəli ola bilər.
Aşağı Kartli düzənliyi
Aşağı Kartli düzənliyi (gürc. ქვემო ქართლის ვაკე) — Gürcüstanda düzənlik. Əsas hissəsi Anaxatır və Algeti çayları boyunca uzanır və Kür çayının sol sahilini (Rustavi şəhərində) əhatə edir. Onun uzunluğu 65 km, eni 35 km-ə qədər, hündürlüyü 250–400 metr təşkil edir. Düzənlik allüvi çöküntülərdən ibarətdir. Düzənliyi ərazisində bağçılıq və üzümçülük geniş yayılıb.
Böyükdüz maili düzənliyi
Böyükdüz maili-düzənliyi — Şərur maili düzənliyindən şərqdə Qarabağlar-Xok-Tazı uçan yüksəkliyi ilə Duzdağ tirəsi arasında yerləşir. Bu düzənliyin orta yüksəkliyi 800 m-ə qədərdir. İqlimin və hidroloji şəraitin təsiri nəticəsində Böyükdüz su mənbələrindən məhrum olmaqla təbii şoranlaşmaya məruz qalmışdır. Düzənlik əkinçilikdə az istifadə edilir. Buna səbəb yuxarıda deyildiyi kimi təbii şorlaşma və suvarma suyunun olmamasıdır. == Ümumi məlumat == Böyükdüz Naxçıvan MR ərazisində olan geniş düzənlik sahələrdən biridir. Şimaldan cənuba doğru 19-20 km-ə qədər uzanan bu düzün orta enliliyi 10 km-ə çatır. Düzənlik yuxarı Dördüncü dövrün allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Onun mərkəzi hissəsi demək olar ki, parçalanmamışdır. Böyükdüzün Kor Osman düzənliyindən şərqə olan hissəsini kiçik təpəciklər, şimal-qərb hissəsini isə quru dərələr zəif parçalamışdır.
Culfa maili düzənliyi
Culfa maili düzənliyi — Arazboyu düzənlikdə Əlincəçayın aşağı axınının sol sahilindən başlayaraq, şərqdə Yaycı düzünədək, şimalda isə Darıdağın ətəklərinədək olan hissələri əhatə edən düzənlik. == Haqqında == Bu düzənlik Araz çayı səviyyəsindən başlayaraq, 1200 m mütləq yüksəkliyə qədər davam edir. Düzənlikdən əkin sahəsi kimi az istifadə olunur. Əsas səbəbi düzənliyin bəzi sahələrinin daşlarla örtülü olmasıdır. Zəif parçalanmış Culfa düzünün şimal və şimal-şərq hissəsində sel çöküntüləri üstünlük təşkil edir, çaqıl daşları geniş yayılmışdır. Bunun başlıca səbəbi Darıdağın cənub ətəklərində əmələ gələn və tez-tez baş verən sellərdir. Culfa düzünün cənub və cənub-qərb hissəsində çay çöküntüləri üstünlük təşkil edir. Bu sahədə Arazın və Əlincəçayın qədim terrasları aşkar müşahidə edilir. Gülüstan kəndi yaxınlığında maili düzənliyin səthi qismən alçalır və bir növ çaybasar landşaftını xatırladır. == Bitki örtüyü == Culfa düzünün əsas bitkisi yovşan, gəvən və şorangədir.
Cənubi Kuban düzənliyi
Cənubi Kuban düzənliyi (Kubanyanı maili düzənlik olaraq da tanınır) — Krasnodar diyarında və Adıgey Respublikasındakı meylli düzənlik. Kuban-Priazovskaya ovalığından Qafqaz dağlarına qədər uzanır. Düzənlik cənubdan, Qafqaz dağlarından şimala doğru Kuban çayına doğru meyillidir. Kuban çayının sol qollarının yaratdığı vadilər düzənliyi bir neçə suayrıcı yaylaya bölür. Düzənliyin hündürlüyü 150-250 metr arasında dəyişir. Cənubi Kuban düzənliyi Şərqi Avropa düzənliyi ilə Qafqaz dağlarının kəsişdiyi bir ərazidə yerləşdiyinə görə onu çox vaxt Önqafqaz ərazisinə və ya Kuban-Priazovskaya ovalığının ərazisinə daxil edirlər. Bəzən isə ümumən ayrıca göstərilmir. == Relyefi və geoloji qurluşu == Cənubi Kuban düzənliyi dağlıq ərazinin kənar əyilmə zonasına aid olub mürəkkəb geoloji quruluşa malikdir. Düzənlik səthi düz olub bəzi yerlərdə dalğavaridir. Çayları gətirdiy qədim çöküntülərlə örtülüb.
Gəncə-Qazax düzənliyi
Gəncə-Qazax düzənliyi — Azərbaycanda düzənlik. Kür çayı ilə Kiçik Qafqaz dağları arasındadır. Hündürlüyü 100 metrdən 550 metrədəkdir. Kür çayına doğru meyillidir. Gətirmə konusları var. Düzənlikdəki torpaq açıq şabalıdı torpaqdır. Kartof, taxıl, pambıq əkilir. Üzüm, meyvələr yetişdirilir.
Kür-Araz düzənliyi
Kür-Araz ovalığı — Azərbaycanın mərkəzi hissəsində yerləşən ovalıq. Ovalığın mərkəzi hissəsində Sabirabad şəhəri yaxınlığında Kür çayı ilə Araz qovuşur. Çaylar ovalığı Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzlərinə ayırır. Oronim Kür və Araz çaylarının adından yaranmışdır. == Ümumi məlumat == Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəklik olmaqla, respublika ərazisinin mərkəzi hissəsini tutur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri. Kür–Araz ovalığına Cənubi Qafqazın Şərqində Kür və Araz çaylarının aşağı axarları arasında qalan ərazilər Böyük və Kiçik Qafqaz dağlarına qədər uzanan düzlər daxildir. Ovalıq şimalda Bozdağ, qərbdə Kiçik Qafqaz dağlarının ətəkləri, cənub-şərqdə Talış dağları və Lənkəran ovalığı, şərqdə isə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ovalığın uzunluğu qərbdən-şərqə 25 km, ən geniş yerdə 150 km-dir.
Kəngərli maili düzənliyi
Kəngərli maili düzənliyi — Böyükdüz maili düzənliyinin şimal-qərbində yerləşən düzənlik. Bu düzənliyin eni 8-10 km olub, şimal-şərqdən cənub-qərbə doğru 14 km-lik bir məsafədə uzanır və dəniz səviyyəsindən 800-1300 m hündürlükdə yerləşir. Düzənliyin orta hissəsi zəif parçalanmışdır. Kəngərli düzü zəif su təminatı olan düzənliklər sırasına aiddir. Ərazidə çay şəbəkəsinə təsadüf olunmur. Su təchizatı yeraltı sular hesabına təmin olunur. Suyu qismən çox olan yerlərdə əkinçilik, az olan hissələrində isə otlaq sahələri kimi istifadə olunur. Düzənliyin səthi zəif parçalanmışdır. Lakin ətrafı orta hissəyə nisbətən daha artıq parçalanmış və əhəng daşları, travertinlər üzə çıxmışdır. Bu süxurlar Muxtar respublikada mövcud olan tikinti materiallarının əsasını təşkil edir.
Naxçıvan maili düzənliyi
Naxçıvan maili düzənliyi — Naxçıvan Muxtar Respublikasının ən böyük düzənliklərindən biri olub, Arazboyu maili düzənliyin böyük bir hissəsini təşkil edir. O, qərbdən Cəhri-Duzdağ tirəsi, cənub-qərbdən Araz çayı, cənub-şərqdən Nehrəm-Ərəzin yüksəkliyi, şimali-şərqdən Sirab, Nəhəcir, Xaçaparaq xətti üzrə Sarıdağ-Nəhəcir və Qırxlar dağının ətəkləri ilə əhatə olunmuşdur. Bu düz Naxçıvançay və onun aşağı axınındakı qolları bir sıra təpəliklər, yarğanlar və dərələrlə parçalamışdır. Naxçıvan maili düzənliyi əsasən Naxçıvançayın və onun qollarının gətirmə konusu çöküntülərindən əmələ gəlmişdir. Naxçıvan düzənliyinin mütləq hündürlüyü 760 m-dən 1100 m-ə qədər olub, sahəsi 320 km2–dən artıqdır. Bu düz başlıca kənd təsərrüfatı zonası olmaqla, qədim suvarma əkinçiliyinin inkişaf etdiyi ərazilərə aiddir. O, Babək rayonu ərazisinin əsas hissəsini təşkil edir. == Haqqında == Naxçıvan düzü Naxçıvançayın gətirmə konusunun geniş bir hissəsini əhatə edir. Ərazidə qədimdən suvarılan və orta dərəcədə yuyulmuş gillicəli torpaqlar yayılmışdır. Tamamilə əkin yerinə çevrilmiş bu sahənin təbii bitkiləri yovşanlardan, taxılkimilərdən, qismən şoranlardan və efemerlərdən ibarətdir.
Ordubad maili düzənliyi
Ordubad maili düzənliyi — Zəngəzur silsiləsinin cənub-qərb ətəklərindən Əylis, Ordubad və Gənzə çayları vasitəsi ilə gətirilən allüvial- prollüvial çöküntülərdən əmələ gəlmiş və sonda mürəkkəbləşərək Arazboyu sahəni əhatə edərək, Əylis və Ordubad maili düzənlikləri yaranmışdır. Düzənliyin səthi daşlı, çınqıllı olub allüvial çöküntülərlə örtülmüşdür. Ordubad maili düzənliyi Əylis, Ordubad, Gənzə çaylarının, Dəstə maili düzənliyi isə Vənəndçayın və Düylünçayın gətirmə konuslarından təşkil olunmuşdur. Çayların gətirdikləri sel çöküntüləri şərq hissədə Araz çayına qədər gəlib çatır. Əylis çayının gətirdiyi çöküntülər digər çayların gətirdiyi çöküntülərə nisbətən daha çox və iri daşlıdır. Qeyd etmək lazımdır ki, Arazboyu düzənlik geoloji dövr ərzində çökmə süxurlardan yaranmış, sonrakı dövrlərdə onun səthi bu düzənliyə çıxışı olan çayların gətirdiyi allüvial-prollüvial çöküntülərlə mürəkkəbləşmişdir.Burada müşahidə edilən sel çöküntülərinin içərisindəki iri daşların sayı və həcmi Əylis çayına nisbətən azdır. Adları çəkilən çaylardan keçən sellər maili düzənliklərdə yerləşən yaşayış məntəqələrinə, kənd təsərrüfatına, şose və dəmiryollarına ciddi zərər vurur. Dəstə və Ordubad maili düzənliklərinin əsas bitkiləri gəvənlərdən, yovşandan, gəngizdən və s. ibarətdir. Ordubad düzünün şimal hissəsində, Ordubad şəhəri ətrafında, həmçinin Yuxarı Əylisdən cənuba doğru becəriiən dağ qəhvəyi torpaqlar, şərq hissəsində dar zolaq şəklində isə dağ açıq şabalıdı torpaqlar yayılmışdır.
Qusar maili düzənliyi
Qusar maili düzənliyi Azərbaycanın şımalında Qudyalçay və Samurçay arasında maili düzənlik. Yan silsilənin ətəklərindən başlayır və Samur-Dəvəçi ovalığına qədər uzanır. Quba və Qusar rayonlarının inzibati ərazisinə uyğun gəlir. == Haqqında == Qusar maili düzənliyi Azərbaycnın şimalında Böyük Qafqazın şimal şərqində yerləşir. Düzənlik qərbdə daha geniş (25-30 km) olub, cənub-şərqdə ensizləşərək Gəndob kəndi ətrafında qurtarır. Onun səthini bir sıra çayların qolları kəsir. Bunlardan Qusarçay, Qudyalçay daha dərinə kəsilmiş və yamacları qutuvari dərələr əmələ gətirmişdir. Qusar maili düzənliyi əsasən yuxarı pliosen və dördüncü dövrün qalın çınqıldaşı, qum və giləciklərindən əmələ gəlmişdir. Böyük Qafqaz dağları qüvvətli qalxdıqda düzənliyin cənub kənarı da qalxmağa başlamış və onun səthi maili vəziyyətə düşmüşdür.Qusarçayın dərəsi boyu düzənliyin cənub-qərb hissəsi 1900 metrə qədər qalxmışdır.Buna görə də bu sahələr dağlıq xüsusiyyətə malikdir. Maili Qusar düzənliyindən cənub-şərqdə Samur-Dəvəçi ovalığı ilə yan silsilə arasında paleogen və neogenin dəniz və kontinental çöküntülərindən qurulmuş alçaq dağlar sıralanır.
Qərbi Sibir düzənliyi
Qərbi-Sibir düzənliyi — qərbdə Ural dağlarından şərqə Orta Sibir Yaylasına qədər Sibirin bütün qərb hissəsini tutur. Rusiya regionları(dövlətin 1/7 hissəsi) və Qazaxıstanın şimalı yerləşir. Bitki örtüyü: şimalda - tundra, mərkəzi hissəsində - tayqa, cənubunda - çöl. Düzənliyin ərazisi - təxminən 2,6 milyon kv.km şimaldan cənuba - 2500 km, qərbdən şərqə - 1900 km-ə qədər. Əsas çayları - çoxsaylı qolları olan Ob, İrtış və Yenisey. Eləcə də düzənlikdə çoxlu göl və bataqlıq var. Ərazi, çayların estuariyasının dolayısı təsdiqi ilə, cənubdan şimala enir. Düzənlik, əsasən dəniz səviyəsindən 100 m qədər hündürlükləri olan, olduqca hamar relyefə malikdir. Ancaq cənubda, qərbdə və şərqdə 300 m. qədər hündürlükləri var.
Şiraki düzənliyi
Şiraki (gürcü: შირაქის ვაკე, shirak'is vake) — Gürcüstanın İori yaylasında düzənlikdir. Düzənlik cənubdan İori çay vadisi ilə, şimaldan Qanıxçay ilə, şərq sərhədində, Azərbaycanın Mingəçevir su anbarı ilə, qərbdə Tsiv-Qombori silsiləsi ilə əhatələnib. Şiraki düzü taxıl bitkilərinin becərildiyi və qışda mal-qaranın otlandığı çöllərdən ibarətdir. Bölgədə bəzi neft yataqları və arxeoloji məkanlar mövcuddur. == Coğrafiya == Şiraki, dəniz səviyyəsindən 500 metrdən 700 metrə qədər yüksəklikdə yerləşən, 35 kilometr uzunluğunda və 15 kilometr eni olan düzənlik ərazidir. Dördüncü dövr yataqları və artezian suları ilə zəngindir. Bölgədə iqlim mülayim kontinentaldır, orta illik temperaturu 10 ° C, yanvarda -3.8 ° C, iyulda 22.8 ° C təşkil edir. İllik yağıntılar azdır və qeyri -bərabər paylanır, orta hesabla 490 mm yağıntı düşür. Şiraki düzünün florasına çöl bitkiləri daxildir. Hal -hazırda, ərazinin çox hissəsi, ilk növbədə dənli bitkilər üçün əkin sahələri kimi istifadə olunur və Gürcüstanın çörək məkanı kimi tanınır.
Şərur düzənliyi
Şərur maili düzənliyi — Arpaçayın gətirmə konusundan ibarət düzənlik. Bu düzənlik Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar-Qıvraq tirəsinədək uzanaraq Arazboyu düzənliyin böyük bir hissəsini tutur. Dəniz səviyyəsindən 780–850 m mütləq yüksəklikdə yerləşməklə Araz çayı boyunca 14 km enində və 30 km uzunluqda olan bir ərazidə uzanır. Dağətəyi maili düzənlik olan Şərur düzənliyi cənub-şərqə doğru Qaraçoban, Tənənəm və Qarabağlar-Qıvraq kimi daha kiçik mailidüzənliklərə bölünür. Şərur düzənliyi tamamilə əkinçilik zonası olub, başdan-başa kənd təsərrüfatında istifadə edilir. == Haqqında == Şərur maili düzənliyinin səthi Şərqi Arpaçay və ondan ayrılmış arxlar, kanallar vasitəsilə parçalanmışdır. Ərazinin torpaq örtüyü əsasən boz-qonur torpaqlardan ibarət olmuşdur. Hazırda dənli bitkilərin yayıldığı sahələrdə tarlalararası zolaqlarda iyli yovşan, barmaqvari çayır, çöl sarmaşığı, hələb kalışı, adi qamış, tülküquyruq acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, quşüzümü, əmənkömənci və s. yayılmışdır. Şərur düzü Naxçıvan MR-in əsas əkinçilik sahəsi hesab edilir.
Sust maili düzənliyi
Sust maili düzənliyi — dəniz səviyyəsindən 1000-1300 m hündürlükdə yerləşib, ərazisi IV dövrün kiçik çaylar (yayda tamamilə quruyan) və xüsusən sel çöküntülərindən təşkil olunmuş düzənlik. Bu düzənlik Çalxanqala, Xıncab, Təzəkənd kəndlərindən cənuba olan ərazilərin əsas 13 hissəsini əhatə edir. Düzənliyin şimali-qərbində olan Anabad və Qaraquş dağlarından formalaşan sellər düzənliyin mərkəzinə qədər gəlir. Ona görə də ərazidə selgətirmə çöküntüləri üstünlük təşkil edir. Sust maili düzənliyinin su təminatı olduqca zəifdir. Suvarma və içmək məqsədi ilə yalnız kəhriz sularından istifadə edilir. Təəsüflə demək olarki, kəhrizlərə qarşı laqeydlik sonda Sust kəndinin boşalması ilə nəticələnmişdir. Bu gün kənd təsərrüfatına yararlı olan torpaq sahələri su çatışmazlığından istifadədən kənarda qalır.Maili düzənlik yuxarı dördüncü dövrə aid çay, xüsusilə sel çöküntülərindən ibarətdir. Çalxan, Qaraquş dağları və Qırmızıdaş massivi ərazisində formalaşan struktur sellər bu ərazinin mərkəz hissəsinə qədər gəlib çatır. İri daşlardan azad olmuş palçıqlı sel axını Sust maili düzənliyinin cənuba davamı olan Böyükdüzdən keçərək Araz çayına tökülür.
Sədərək maili düzənliyi
Sədərək maili düzənliyi - Muxtar Respublikanın şimal-qərbində yerləşən Sədərək düzü cənubdan Arazla, şimal qərbdən isə Saraybulaq dağlarının cənub-şərq ətəkləri ilə əhatələnir. Düzənliyin orta yüksəkliyi 930 m olmaqla iki terrasdan ibarətdir. Birinci terras Sədərəyin şimal-şərqində qalıq halında, ikincisi isə qum buzlaq çöküntüləri ilə örtülmüşdür. Münbit torpağa malik olan bu düzənlik Naxçıvan MR-in kənd təsərrüfatında mühüm rol oynayır. == Haqqında == Sədərək düzü Cəhənnəm dərəsinin düzənliyə çıxdığı hissədən başlayaraq dəmiryol xəttindən bir qədər qərbə doğru davam edir. Bura Cəhənnəm dərəsinin gətirmə konusundan ibarətdir. Dərənin şərq hissəində iri daşlardan ibarət sel çöküntüləri enli zolaqlar şəklində yayılmışdır. Bu çöküntülər əsasən Sədərək kəndinə qədər davam edir. Kənddən cənub-qərbə isə başlıca olaraq allüvial çöküntülər yayılmışdır. Düzənliyin Ucubiz tirəsinə və Vəlidağa yaxın olan hissələrində gətirmə konusları çökdürülmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2006 ••••••••••••• 0.23
2011 ••••• 0.09
2012 ••••• 0.09
2014 •••••••••• 0.17
2015 •••••••••• 0.17
2016 •••••••••••••••••••• 0.35
2017 •••••••••• 0.16
2019 ••••••••• 0.14

"düzənliyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#düzənliyi nədir? #düzənliyi sözünün mənası #düzənliyi nə deməkdir? #düzənliyi sözünün izahı #düzənliyi sözünün yazılışı #düzənliyi necə yazılır? #düzənliyi sözünün düzgün yazılışı #düzənliyi leksik mənası #düzənliyi sözünün sinonimi #düzənliyi sözünün yaxın mənalı sözlər #düzənliyi sözünün əks mənası #düzənliyi sözünün etimologiyası #düzənliyi sözünün orfoqrafiyası #düzənliyi rusca #düzənliyi inglisça #düzənliyi fransızca #düzənliyi sözünün istifadəsi #sözlük