düşərgələr sözü azərbaycan dilində

düşərgələr

Yazılış

  • düşərgələr • 93.1818%
  • Düşərgələr • 6.8182%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan diviziyasının düşərgələrində (film, 1932)
Azərbaycan diviziyasının düşərgələrində qısametrajlı sənədli filmi rejissor Ağarza Quliyev tərəfindən 1932-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Filmdə Azərbaycan diviziyasının səhra təlimlərindən, məişətindən, hərbi və siyasi hazırlığından söhbət açılır. == Məzmun == Filmdə Azərbaycan diviziyasının səhra təlimlərindən, məişətindən, hərbi və siyasi hazırlığından söhbət açılır.
Everest Baza düşərgələri
Everest Baza düşərgələrinə iki baza düşərgəsi aiddir: Nepaldan 5,364 metr (17,598 ft) yüksəklikdə yerləşən Cənub Baza düşərgəsi (28°00′26″ şm. e. 86°51′34″ ş. u.) və Tibetdə (Çində) 5,150 metr (16,900 ft) yüksəslikdə yerləşən Şimal Baza düşərgəsi (28°08′29″ şm. e. 86°51′05″ ş. u.).Baza düşərgələri Everestə dırmanan peşəkar və ya həvəskar alpinistlər tərəfindən istifadə edilir. Cənub Baza Düşərgəsi cənub-şərq silsiləsindən keçərkən, Şimali Baza Düşərgəsi isə şimal-şərq silsiləsindən keçərkən istifadə olunur.Təchizatlar Cənubi Baza Düşərgəsinə hamballarla və ya şerplərlə və heyvanların köməyi ilə, əsasən də yaklarla daşınır. Şimal Baza Düşərgəsinə, Çin Milli Magistralı 318 — dən ayrılan asfalt bir yolla giriş mümkündür. Alpinistlər, hündürlük xəstəliyi riskini və şiddətini azaltmaq üçün, adətən, iqlimləşmə üçün bir neçə gün baza düşərgəsində istirahət edirlər.
Faşist həbs düşərgələri
Faşist həbs düşərgələri — alman faşistlәrinin siyasi düşmәn hesab etdiklәri şәxslәri vә hәrbi әsirlәri xüsusilә sәrt rejimdә saxladıqları düşәrgәlәr. Faşist həbs düşərgələrinin mәhbusları sırasına faşizm әleyhdarları, kommunistlәr, hәmçinin әqidәsinә, dininә, irqinә vә s. görә tәqib olunanlar daxil idi. İlk hәbs düşәrgәsi 1933 ilin martında Daxau yaxınlığında yaradılmışdı. Faşist həbs düşərgələrinin çoxu insanları kütlәvi surәtdә qırmaq üçün qaz kameraları, krematorilәr vә s. vasitәlәrlә tәchiz edilmişdi. Faşist həbs düşərgələrindә mәhbuslara mәnәvi, fiziki әzab vә işgәncә verir, onları aclıqdan öldürür, üzәrlәrindә müxtәlif tibbi “tәcrübә”lәr aparır, qaz ilә boğurdular. Osventsim, Maydanek, Treblinka, Mauthauzen, Buxenvald, Zaksenhauzen, Ravensbrük, Flossenburq, Ştuthof vә s. düşәrgәlәr әsl ölüm fabriklәri idi. Faşist həbs düşərgələrinә düşmüş 18 mln.
Nasist həbs düşərgələri
Nasist həbs düşərgələri (alm. Konzentrationslager‎) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniya başda olmaqla bir çox işğal olunmuş ölkələrdə yaradılan həbs düşərgələri. Belə düşərgələrə yəhudilər başda olmaqla qaraçılar və ruhi xəstələr göndərilmişlər. Nasist həbs düşərgələrinə göndərilən şəxslərin 95 %-i müxtəlif işgəncələrlə öldürülmüşdür. Məhkumların öldürülməsində qaz kameralarında boğma, xüsusi sobalarda diri-diri yandırma, iynə ilə zəhərləmə halları geniş yayılmışdır.
Nasist hərb düşərgələrinin siyahısı
Sincan yenidən təhsil düşərgələri
Sincan yenidən təhsil düşərgələri (uyğ. Qayta terbiyelesh lagérliri قايتا تەربىيەلەش لاگېرلىرى, çin. ənən. 再教育营, pinyin: zàijiàoyùyíng, ing. Xinjiang re-education camps) — Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda 2014-cü ildən başlatdığı və insanların toplama düşərgələrinə yığılması ilə müşahidə olunan kompaniyasına verilən ad. Dövlətin bu siyasəti bölgədə Çen Quanquonun 2016-cı ilin avqust ayında rəhbərliyə təyin edilməsindən sonra daha da sərtləşmişdir.Bu düşərgələr gizli saxlanılır və hüquqdan kənar formada idarə olunur. Xeyli sayda Uyğur bu düşərgələrə heç bir məhkəmə və istintaq olmadan həbs edilmişdir. Yerli dairələrin bildirdiyi məlumata görə, yüz minlərlə Uyğur və digər müsəlman etnik azlıqlar bu düşərgələrə həbs edilmişdir. Bu düşərgələrin ekstremizm və terrorizm əleyhinə olduğu bildirilir.Yüz minlərlə uyğurun, Qazaxın, Qırğızın, Hueyin (müsəlman olan etnik çinlilər) və digər etnik müsəlman-türkün, habelə, xarici vətəndaşlar olan xristianların, qazaxların da belə düşərgələrdə saxlanılması barədə məlumatlar vardır. BMT və bir çox beynəlxalq təşkilatlar yenidən təhsil düşərgələrində 1–3 milyon arası insanın saxlanıldığını bildirmişdir.2018-ci ilin oktyabr ayının 24-də BBC yenidən təhsil düşərgələri barədə ətraflı araşdırma hazırlamış və bu araşdırmada Çinin "doğru düşüncə" adlandırdığı məqsədinə çatmaq üçün "gizlədilmiş düşərgələri" nə dərəcədə artırdığını göstərmişdir.Çinin bu siyasəti beynəlxalq akademik jurnallar tərəfindən mədəni soyqırım adlandırılmışdır.
Sintszyan yenidən təhsil düşərgələri

Nasist həbs düşərgələrinin siyahısı
Bu məqalə İkinci dünya müharibəsi və Holokost hadisələri dövründə bütün Avropada mövcud olmuş ən məşhur Nasist həbs və ölüm düşərgələrinin bir hissəsini əhatə edir. 1967-ci ildə Almaniya Ədalət Nazirliyinin tərtib etdiyi siyahıya əsasən almanlar tərəfindən işğal olunmuş ərazilərdə təqribən 1200 düşərgə və alt-düşərgənin mövcud olduğu bildirilsə də, Yəhudi Virtual Kitabxanasının məlumatına görə işğal olunmuş ölkələrdə ümumilikdə almanlar tərəfindən düzəldilmiş 15,000 düşərgə var idi.Müharibənin başlamasından əvvəl, 1933-1939-cu illərdə bu cür həbs düşərgələrində saxlanılan məhbusların əsas hissəsini alman kommunistlər, sosialistlər, sosial-demokratlar, qaraçılar və Yehova şahidləri təşkil edirdi."Həbs düşərgəsi" termini tez-tez İkinci dünya müharibəsi ərzində mövcud olmuş bütün alman düşərgələri üçün ümumi ad kimi işlədilir. Lakin, alman düşərgə sistemində müxtəlif növ toplama düşərgələrinin olması da bir faktdır. Ölüm düşərgələri və toplama düşərgələri arasında bir sıra fərqlər var idi. Həbs düşərgələri əsas etibarilə saxlanma və məhbusların əmək istismarı mərkəzi kimi fəaliyyət göstərirdi. ABŞ Holokost Memorialı Muzeyi tərəfindən təşkil olunmuş araşdırmalara əsasən müharibə illərində 42,500 düşərgə və gettoda saxlanılan ümumilikdə 15–20 milyon insandan köləlik məqsədləri üçün istifadə edilmişdir. Almaniyada və almanlar tərəfindən işğal olunmuş Avropa ərazilərində mövcud olmuş 20,000 həbs düşərgəsi insanlığa qarşı baş tutmuş bu cür terror aktlarında mühüm rol oynamışdır. Bu cür düşərgələrin əksəriyyəti öz müharibə cinayətlərini və insanlığa qarşı baş vermiş cinayətləri ört-basdır etmək məqsədilə Antihitler koalisiyasının əlinə keçməzdən əvvəl almanlar tərəfindən dağıdılmışdır.Ölüm düşərgələri isə müstəsna olaraq buraya gətirilmiş məhbusların kütləvi şəkildə öldürülməsi məqsədilə dizayn olunmuşdu. Beljets, Sobibor və Treblinka kimi "ölüm fabrikləri"ndə alman SS birləşmələri və polisi tərəfindən 2,700,000 nəfər etnik yəhudi zəhərli qaz, güllələnmə və ac şəraitdə dözülməz işlərə cəlb olunaraq öldürülmüşdür. == Seçilmiş nümunələr == Aşağıdakı siyahıda təqdim olunan statistik və riyazi məlumatlar çoxsaylı nəşrlərdən götürülmüşdür və bu səbəbdən də bu siyahını ümumi nümunə kimi göstərmək düzgün deyil.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.32 dəfə / 1 mln.
2003 •••••••• 1.18
2004 •••••••••••• 1.68
2005 •••••••••••••••••• 2.70
2006 ••••• 0.68
2007 •••••••• 1.06
2008 ••••••••••••• 1.95
2009 ••••••• 0.96
2010 ••••• 0.73
2011 •••••••••••••• 1.97
2012 •••••••••••••••••••• 3.01
2013 •••••••••••••••••• 2.63
2014 •••• 0.51
2015 ••••• 0.68
2016 ••••• 0.69
2017 ••••••• 0.98
2018 •••••• 0.90
2019 •••••• 0.83
2020 •• 0.27

"düşərgələr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#düşərgələr nədir? #düşərgələr sözünün mənası #düşərgələr nə deməkdir? #düşərgələr sözünün izahı #düşərgələr sözünün yazılışı #düşərgələr necə yazılır? #düşərgələr sözünün düzgün yazılışı #düşərgələr leksik mənası #düşərgələr sözünün sinonimi #düşərgələr sözünün yaxın mənalı sözlər #düşərgələr sözünün əks mənası #düşərgələr sözünün etimologiyası #düşərgələr sözünün orfoqrafiyası #düşərgələr rusca #düşərgələr inglisça #düşərgələr fransızca #düşərgələr sözünün istifadəsi #sözlük