* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Kiçik dəftər, cibdə gəzdirilən dəftər; bloknot. Bahadır dəftərçəsini xeylaq yazandan sonra meşədə gəzirdi. N.Nərimanov. Vəli döş cibindəki bütün kağızları çıxartdı, balaca bir yazı dəftərçəsindən başqa hər şeyi stolun üstünə qoydu. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / dəftərçə1 DƏFTƏRÇƏ (kiçik dəftər, qeyd dəftərçəsi) [Mazarov:] Yox, Məlik dəftərçəsinə özgələrinə aid olan şeyləri qeyd edir (Anar); BAYAZ/BƏYAZ (köhn.) (şeir, yaxud mərsiyə dəftərçəsi) Sənə öz yurdundan, öz bayazından; Ancaq ayırdılar bir qəbir yeri (M.Rahim); İbrahim xanın qızı Sənəm xanım şeir maraqlısı olduğundan, Vaqifin hər bir şerini öz bəyazına köçürürmüş (Çəmənzəminli).
Azərbaycan dilinin sinonimlər lüğəti / dəftərçə