dənizi sözü azərbaycan dilində

dənizi

Yazılış

  • dənizi • 95.4322%
  • Dənizi • 4.5481%
  • DƏNİZİ • 0.0196%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dürvil dənizi
Dürvil dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Adeli Torpağı sahilində yerləşir. Cənub hissədə dərinlik 500 m şimalda isə dərinlik 3610 m təşkil edir. İlin böyük hissəsi hərəkət edən buzlarda örtülü olur. Duzluğu 33,7-33,8 ‰ təşkil edir. Dənizin sahilləri yarıya qədər buzla örtülür. Bu ərazilər V Georq sahili və Adel Torpağı ilə birlikdə Viktoriya adlandırılır. Sahillərinə yaxın buz qayaları vardırki, onlar ilin isti vaxtı cəmi bir necə on günlərlə buzdan azad olur Aysberqlər digər dənizlərə nisbətən azdır. Dənizin temperaturu yayda 0 C, qışda -17 C təşkil edir. Burada güçlü küləklər əsir və qasırğalar baş verir. == Kəşfi və örgənilməsi == Dəniz sahillərinə ilk ayaq basan fransız J. Dümon-Dürvil (1837) olmuşdur.
Egey dənizi
Egey dənizi (türkcə:Ege Denizi, ) ya da Adalar dənizi(türk. Adalar Denizi) — Balkan və Anadolu yarımadaları arasında, Aralıq dənizinə bağlı bir dənizdir. Mərmərə dənizi və Qara dənizdən Çanaqqala və İstanbul boğazları ilə ayrılan dənizin cənub sərhədləri qaralarla çəkilmiş olmaqla bərabər, şimal sərhədlərini Yunanıstana bağlı adalar olan Rodos və Krit adalarına çəkir. Boğazları: Dardanel, Kafirefs boğazı, Evrip boğazı.
Fici dənizi
Fici (ing. Fiji) — Sakit Okeanın cənub-qərbində adaarası dəniz. Bu rayonda dərin qobunun mövcudluğuna görə, şərti olaraq dəniz adlandırılmışdır. Şimalda Fici, şərqdə Kermadek adaları, cənubda Yeni Zelandiya və Tasman dənizi, qərbdə isə Mərcan dənizi ilə məhdudlaşdırılıb. Sahəsi 3177 min km². Orta dərinliyi 2741 m, maksimum 7633 m. Cənub-şərqində səthi suyun temperaturu 18-23 °C, şimalda 25-28 °C . Duzluluğu 34,9-35,5 ‰. Qabarması yarıgünlü tiplidi 1,5 — 3,0 m. Əsas limanı Ficinin paytaxtı Suva sayılır.
Filippin dənizi
Filippin dənizi — Dünyanın ən böyük dənizidir. Böyük Zond Arxipelaqının şimal-şərqində Sakit okeanda yerləşir.
Flores dənizi
Flores dənizi (ing. Flores Sea)— Sakit okeanında Sulavesi adasının qutaracağında Kabia,Sumbava (şimalda) və Flores adaları (cənubda) arasında yerləşir. Dənizin sahəsi 115,000 km², orta dərinliyi 1522 m ,maksimal dərinlik isə 5234 m təşkil edir. Səthində temperatur 26 s (avqust ,sentyabr), 28,8 s (noyabr) təşkil edir. Duzluluğu 32,0 - 34,6 ‰ olur, yağışlar mövsümündə 32 - 33 ‰ enir. Axınlar əsasən cənub və qərb istiqamətində olur. Ərazi seysmik baxımından fəaldır. Sumbava adasında İndoneziyanın fəaliyyətdə olan və hündürlüyü 1949 m çatan Ani-Slau vulkanı vardır. Balıqçılıq inşaf etmişdir.
Grau dənizi
Grau dənizi – Sakit okeanın şərqində, Cənubi Amerikanın qərb sahillərində yerləşir. Peru sahilləri boyu 3079,50 km məsafədə uzanır. Cənubunda Tasna şəhəri yerləşir. Dəniz rəsmi olaraq 24 may 1984 ci ildə Grau dənizi olaraq adlandırılmışdır. Dənizdə dünyanın ən qəribə hadisələrindən biri olan El-Ninyo hadisəsi baş verir. Bu hadisənin özəlliyi ondadır ki, dəniz dibinin soyuq suyu sürətlə suyun səthinə qalxır. Nəticədə dəniz canlılarının böyük hissəsi məhv olur. Dəniz Peru ordu zabiti və Peru və Boliviyanın milli qəhrəmanı Miguel Grau Semiarionun şərəfinə adlandırılıb. O Sakit okean müharibəsində Çiliyə qarşı vuruşan donanmaya rəhbərlik etmişdir.
Halmahera dənizi
Halmaxera dənizi (ing. Halmahera Sea) — Sakit okeanında adalar arası dəniz olaraq, İndoneziyaya məxsus Molukka və Yeni Qvineya adaları arasında yerləşir. Qərbdə Halmahera, şimalda Vayqeo, şərqdə Cedravasix, cənubda Misool, cənub qərbdə isə Obi adaları arasında mövqe tutur. Sahəsi 75,000 km², həcmi 56,000 km³, orta dərinliyi 747 m, ən dərin yeri isə 2072 metr təşkil edir. Səthində temperatur avqustda 25,7 S, mayda isə 28,6 S təşkil edir. Duzluğu 34-34,6 ‰ arası dəyişir. Əsas limanı Soronq (Yeni Qvineya). == Dib relyefi == Qısa və ensiz şelf xəttinə malikdir. Şimal-şərq, şərq ərazilərdə şelf xətti nisbətən parçalıdır və dənizdə kiçik dayazlıqlar əmələ gətirir. Dərinlik birdən-birə artaraq 1000 metrə çatır.
Harim dənizi
Harim dənizi — Sakit okeanın yarımqapalı dəniz olaraq Daxili Yapon dənizinin şərqində yerləşir. Dəniz adalarla hüdudlanır. Şərqində Avaci, şimalda Xonşu, qərbdə Sedo və cənubda Sikoku adaları yerləşir. Dəniz eyni adlı vilayyətin adından götürülmüşdür. Sahəsi 2500 km² təşkil edir. Dayaz dənizlər qrupuna daxildir. Ən dərin yeri 42 metrdir. Daxili Yapon dənizinin qərb hissəsindən Bisan boğazı, şərq hissədən isə Akosi və Naruto boğazları ayırır. Şimalında İesima adaları yerləşir. İesimdən Avaci adaları arasında Sika və Murosa çökəklikləri sıralanır.
Hebrid dənizi
Hebrides dənizi (ing. Sea of the Hebrides) — Atlantik okeannın şimal-şərqində, Şotlandiyanın qərb sahilləri ilə Hebrid adaları arasında yerləşir. Hebrid dənizi və Litl-Minc boğazı, Nort-Minç boğazı adaları iki qrupa bölür: Daxili Hebrid və Xariçi Hebrid adaları. Dənizin sahəsi 47,000 km², orta dərinliyi 64 m, ən dərin yeri isə 137 m təşkil edir. == Həmçinin bax == Ardnamerxan == Ədəbiyyat == Johnson, Alison (1989) Islands in the Sound: Wildlife in the Hebrides: London. Victor Gollancz ISBN 0-575-04640-6 (Detail taken from Islands in the Sound……….").
Hiuqa dənizi
Hiuqa dənizi — Sakit okeanın qərbində, Yaponiya arxipelaqına daxil adalar arasında yerləşir. Dəniz adalar arası dəniz olaraq Kyusyu adası ilə Honsyu adası arasında yerləşir. Adını sahillərini əhatə edən eyni adlı vilayyətdən götürmüşdür.
Kamotes dənizi
Kamotes dənizi — Sakit okean Akvatoriyasına daxil olan, adalar arası dənizdir. Dəniz Filippin arxipelaqına daxil olan Leyte, Bohol və Sabu adaları arasında yerləşir. Şimalda Visayan dənizi, cənubda Kaniqao və Bohol boğazları onu Mindanao dənizi ilə birləşdirir. Dərinliyi 323 metr təşkil edir. İqlimi tropikdir, mussonların təsirinə məruz qalır. İyundan oktyabra qədər ərazidə Tayfunlar müşahidə edilir. Qışda suyunun temperaturu 24–27 S, yayda 28–29 S təşkil edir. Dənzizin duzluğu 34,5 ‰ civarında olur. Dənizin mərkəzində Kamotes adaları vardır. İl ərzində iki mövsümü yağıntılı olur.
Karib dənizi
Karib dənizi - Atlantik okeana daxil olan Qərb yarımkürəsində tropik dənizdir. Səthinin sahəsi 2 754 000 m², ən dərin nöqtəsi 7,686 metrdir. Cənubi Amerikanın sahilindədir. Вoğazları: Yamayka boğazı, Külək üstü boğaz.
Kelt dənizi
Kelt dənizi (ing. Celtic Sea) — Atlantik okeanının akvatoriyasına daxildir. Sahillərində İrlandiya, Böyük Britaniya və Fransa kimi dövlətlər yerləşir. Dənizin şimaldan Müqqəddəs Georgi boğazı ilə İrland dənizi, cənub-şərqdə Bristol körfəzi və La-Manşla əhatələnir, qərb və cənub hissədən kontinantal şelflə əhatələnir. Adı onun sahillərində yaşayan Keltlərin adından götürülmüşdür. Bir zamanlara qədər dənizin şimalı Müqqəddəs Georgi boğazının bir hissəsi jesab edilirdi. 1921-ci ildə dənizin Kelt dənizi adlandırılması ingilis dəniz araşdırmaçısı Ernest Vilyam Layons Holton tərəfindən irəli sürülmüşdür.
Kilikiya dənizi
Kilikiya dənizi — Aralıq dənizinin şərqində, Kiçik Asiya ilə Kipr adası arasında yerləşir. Adını Kiçik Asiyanın antik dövrdə mövcud olan eyni adlı vilayyətin (Kilikiya) adından götürmüşdür. Türkiyənin Adana, Mersin və Hatay, Şimali Kipr Türk Respublikasının isə Famaqusta və Kyrenia vilayyətləri sahillərində yerləşir. Dənizə Göysu və Ceyhan çayları axır. Şimal-şərqində İsgəndərum körfəzi yerləşir. Sahillərində İsgəndərum, Mersin və ən əsas limanı Ceyhan limanları vardır. Dəniz cənub şərqdə Livan dənizi, qərbdə isə Aralıq dənizi ilə əhatələnir.
Koro dənizi
Koro dənizi (ing. Koro Sea) — Sakit okeanın cənub-qərbində Fici arxipelaqına daxil olan Viti-Levu, Vanua-Levu, Taveuni və Lau adaları arasında yerləşir. Dəniz adı Fici arxipelaqına daxil olan yarımadanın adından götürülmüşdür. Koro dənizinin ən dərin yeri 2900 metr təşkil edir.
Lakkadiv dənizi
Lakkadiv dənizi malaya. ലക്ഷദ്വീപ് കടല്‍- Hind okeanı akvatoriyasında, Hindustan yarımadası ilə Şri-Lanka, Lakkadiv adaları və Maldiv adaları arasında yerləşir. Cənub hissəsi Addi atolu ilə sərhədlənir. Sahəsi 786,000 km², orta dərinlik 1929 m, ən dərin yeri 4131 metr təşkil edir. Sahilləri əsasən qumsallıq, dibi isə şelf relyefi üstünlük təşkil edir. Sularında çoxlu sayda mərcan məşəlli riflər və adalar vardır. Zəngin balıq, molusk və digər dəniz canlıları ilə zəngindir. Əsas limanları Tuttukudi, Monqaluru (Hindistan), Kolombo (Şri-Lanka). == Hidrologiyası == Dəniz sularında demək olar ki temperatur sabit qalır, bəzi yerlərdə yayda 26-28 S, qışda isə 25 S təşkil edir. Duzluğu 34‰, şimal və mərkəz hissələrdə isə 35,5‰ olur.
Laptevlər dənizi
Laptevlər dənizi (rus. море Лаптевых, saxa Лаптевтар байҕаллара) — Şimal Buzlu okeanın akvatoriyasına daxil olan dəniz. Sibirin şimalında, Taymır yarımadası, Şimal Torpağı (qərb) və Yeni Sibir adaları (şərq) arasında yerləşir. Dəniz rus qütb tədqiqatçıları, iki əmioğlu Dmitri və Xariton Laptevlərin şərəfinə adlandırılmışdır. Dəniz sərt kontinental iqlimə və 0 °C-dən aşağı temperatura malikdir. Bütün Arktik dənizlərdə olduğu kimi duzluğu nisbətən zəifdir. İlin on ayı buzla örtülü olur. Əsasən avqust və sentyabr ayları buzdan azad olur. Kasıb flora və faunaya malikdir. Adalarının bir çoxunda yaxşı qalmış mamont qalıqları vardır.
Lazarev dənizi
Lazarev dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Kraliça Mod Torpağı sahilində yerləşir. Sahəsi 929,000 km², dərinlik mərkəzə doğru 3.000 m, şimalda dərinlik isə 4500 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. İlin yay və payız mövsümünün sonunda buzlar əsasən sahilə yaxın ərazilərdə qalır. Dəniz 1962-ci ildə Birinci rus antartik ekspedisiyanın rəhbəri M. P. Lazarevin şərəfinə adlandırılmışdır. == Tədqiqatı == Dənizin örgənilməsində Sovet və Rus tədqiqatçılarının böyük rolu olmuşdur. Katerik şelfi burada nisbətən azlıq təşkil edirlər. Selfin sahildə uzunluğu 200 km təşkil edir. Cənubdan mərkəzə doğru dərinlik birdən-birə 3000 m, şimalda isə dərinlik 4500 metrə qədər enir. Sahilləri qayalı olan yerlər əssasən Kraliça Mod Torpağına daxil olan Şahzadə Marta sahili ərazisində müşahidə edilir.
Kantabriya dənizi
Biskay körfəzi (isp. Golfo de Vizcaya,Mar Cantábrico, ing. Cantabrian Sea ; fr. Golfe de Gascogne; bask Bizkaiko golkoa; bret. Pleg-mor Gwaskogn; Qaskonca: Golf de Gasconha)- şimalşərq Atlantik okeanında Kelt dənizinin cənubunda yerləşən körfəz. == Əsas şəhərlər == Biskay körfəzinin sahilində əsas şəhərlər bunlardır: Fransa: Brest, Nant, La Roşell, Bordo, Bayonn, Biarritz. İspaniya: Donostia-San Sebastian, Bilbao, Santander, Gijon, Aviles.
Kara dənizi
Kara dənizi (rus. Карское море) — Şimal Buzlu okeanın ucqar dənizi. Dənizin adı hövzəsinə aid olan Kara çayının adından götürülüb. Öz növbəsində, çayın adı da alman əsilli Karanın adıyla bağlıdır. == Fiziki-coğrafi vəziyyət == Dəniz Avrasiyanın şimal sahiliylə və adalarla - Yeni Torpaq, Frans-İosif Torpağı, Şimal Torpağı, Heyberq adaları ilə əhatə olunub. Dənizin şelf qatında çoxlu adalar vardır. Dənizin orta dərinliyi 50 — 100 metr arasında dəyişir, ən dərin yeri 620 metrdir. Sahəsi 893 400 km²-dir. Dənizə çoxlu çay tökülür: Ob, Yenisey və s. Buna görə duzluluq əhəmiyyətli dərəcədə dəyişilir.
Kipr dənizi
Kipr dənizi- Aralıq dənizinin şərqində Kiçik Asiya yarımadası və Afrika arasında yerləşir. Dənizin şimalıda Kipr adası yerləşir. Kiprdən Kiçik Asiya arasında dəniz Kilikiya dənizi ilə şərqində isə Livan dənizi ilə əhatələnir. Dəniz Aralıq dənizinin ən isti və duzlu hissəsidir. Burada orta duzluluq 38,9 - 39,8 ‰ təşkil edir. Onun bu çür duzlu olmasına səbəb Nildən başqa iri çayın dənizə tökülməməsidir. == Flora və Faunası == Duzluluğun yüksək olması onun fauna və florasınada öz mənfi təsirini göstərir. Cənub hissələrdə isə mərcan riflərinə rast gəlinir. Səbəb isə Nilin suyu nisbətən şirinləşdirməsidir. Dəniz məhsulları istehalı perespektiliyi zəyifdir.
Kosmonavtlar dənizi
Kosmonavtlar dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Enderbi Torpağı ilə Riser-Larsen dənizi arasınnda yerləşir. Dənizləri bir-birindən sualtı Qunnerus dağları ayırır. Enderbi Torpağının şərq sahilləri Kosmanavtlar dənizi ilə Birlik dənizi arasında sərhədi təşkil edir. Sahəsi 698,600 km² ,ən dərin yerdə dərinliyi 4798 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Dəniz 1962-ci ildə Rus Antarktik Ekspedisiyası tərəfində ilk kosmanavtların şərəfinə adlandırılmışdır. Dayaz sahil xəttdi şimal hissədə birdən-birə 4798 m dərinliyə enir. Dənizin şimalında Afrika-Antarktida sınma xətti keçir. Dənizin şərqində Riser-Larsen yarımadası, Şahzadə Ulaf sahili, Şahzadə Harald sahili, Enderbi Torpağı və Midzuxo ərazisi yerləşir. Burada Lyotsa-Holmdikta körfəzi yerləşir.
Krit dənizi
Krit dənizi (yun. Κρητικό Πέλαγος) — Aralıq dənizinin şimalında, Krit adası ilə Egey dənizi arasında yerləşən dəniz. Dənizin cənubunda Liviya dənizi şimalında Egey dənizi, şərqində isə İkari dənizi ilə əhatələnir. Krit adası və Kikland adaları arasında yerləşir. Sahillərində Kissumos, Krit, Xauya, Anafi, Kasoş, Suda, Retimnon, İraklion və Sitiya şəhər və limanları yerləşir. Buxtalarına misal kimi Xanya, Suda (Krit adasının şimal-qərbi), Nirabello (Krit adasının şərqi).
Labrador dənizi
Labrador dənizi — Atlantik okeanında yerləşən dəniz. Labrador yarımadası, Nyufaundlend adası və Qrenlandiya arasında yerləşir. Sahəsi 840 min km², maksimal dərinliyi 4316 m-dir. Labrador dənizi 40 milyon il öncə formalaşmışdır. == Ədəbiyyat == Clarke, R. A. & J.-C. Gascard. The Formation of Labrador Sea Water. Part I: Large-Scale Processes // Journal of Physical Oceanography, Volume 13, Issue 10 (October 1983), pp. 1764–1778. Clarke, R. A. & J.-C. Gascard. The Formation of Labrador Sea Water.
Livan dənizi
Livan dənizi — Aralıq dənizinin şərqində, Kipr adası və Afrika arasında yerləşir. Dəniz şimalıdan Kipr adası və Kilikiya dənizi, qərbində Kipr dənizi ilə hüdudlanır. Dənizin ən böyük adası Kiprdir. Maksimal dərinlyi — 4384 metrdir. Sahəsi 320 min km² təşkil edir. Burada orta duzluluq 38,9 - 39,8 ‰ təşkil edir. Demək olaraq iri çay tökülmür == Yerləşməsi == Aralıq dənizinin şərq hissəsini təşkil edir. Şimaldan Türkiyə, şərqdən İsrail, Suriya, Livan, cənubdan Misir və Liviya, şimal-qərbdən isə Egey dənizi ilə əhatələnir. == İqtisadiyyat == Livan dənizinin şelf zonasının İsrail və Livan sərhəddi ərazisində nəhəng Levifan qaz yatağı yerləşir.
Dənizi fəth edənlər (film, 1959)
== Məzmun == Bu kinolent açıq dənizdə nadir neft mədəninin bu günü, çətinliklərə mərdliklə sinə gərib, dənizin dibində neft çıxaranların cəsurluğu, yaşlı yoldaşlarından-dəniz neftinin ilk kəşfiyyatçılarından əmək estafetini qəbul edən dəniz neftçilərinin yeni nəsli haqqında bəhs edir. Filmdə Xəzərin cövlan edən dalğaları üzərində neftçilər tərəfindən salınmış dəniz şəhərinin özünəməxsus təkrarolunmaz həyat tərzi göstərilmiş, ən çətin şəraitdə neftin çıxarılmasının yeni üsulları əks etdirilmişdir. "Dənizi Fəth edənlər"-Azərbaycanın fəhlə sinfinin əmək hünəri haqqında poetik kinohekayədir. == Festivallar və mükafatlar == 1) 1959-cu ildə I Moskva Kinofestivalı Filmə qısametrajlı və sənədli filmlər bölməsi üzrə gümüş Medal verilmişdir. 2) 1960-cı ildə Rejissor Roman Karmen, operatorlar Cavanşir Məmmədov və Sergey Medınski filmə görə Lenin mükafatına layiq görülmüşlər. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Roman Karmen Ssenari müəllifi: İmran Qasımov, Roman Karmen Operator: Cavanşir Məmmədov, Sergey Medınski Bəstəkar: Qara Qarayev Səs operatoru: Ağahüseyn Kərimov İkinci rejissor: Məmməd Əlili Səs texniki: A. Minçenko Mahnıların müəllifi: Yevgeni Dolmatovski == Mənbə == Газ. "Комсомольская правда", 28 мая 1959 г. Газ. "Литературная газета", 28 мая 1959 г. М. Рзаева.
Dənizin ortasında (film)
Dənizin qəlbində (ing. In the Heart of the Sea) — 2015-ci il istesalı olan film. Balına ov gəmisi olan Eseksin batışından bəhs olunur. == Mövzu == 1850-də yazıçı Eseks gəmisinin batışından sonra həyatda qalan son adam mehmanxana sahibi Tomas Nikkersonu ziyarət edərək hekayəni ona danışmağı müqavilində ona pul təklif edir. Tomas ilk öncə bunu rədd edir. Ancaq sonra arvadının təkidi ilə bu təklifi qəbul edir. Hekayə 1820-ci ildən başlayır. Səfərin ilk üç ayında heç bir uğur əldə olunmur. Kapitan Polard Atlantik okeanında balina görülmədiyinin fərqinə varır. Nəhəng ağ balinanın hücümu nəticəsində gəmi məhv olur, 6 nəfər ölür.
Egey dənizi zəlzələsi (2020)
Egey dənizi zəlzələsi — 30 oktyabr 2020-ci ildə Türkiyə vaxtı ilə saat 14:51-də, Yunanıstanın Samos adası və Türkiyənin İzmir vilayətinin Səfərihisar ilçəsindən 23 km məsafədə yerləşən Quşadası körfəzində 16,5 km dərinlikdə, 6.6 Mw böyüklüyündə meydana gələn zəlzələ. Kandilli rəsədxanası zəlzələnin 6.9 Mw, AFAD 6.6 Mw, Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqatları Qurumu isə 7.0 Mw şiddətində olduğunu bildirmişdir. == Zəlzələ == Əvvəllər bölgədə 2017-ci ildə 6.6, 2014-cü ildə 6.9 bal gücündə zəlzələlər olmuşdur. === Afterşoklar === Zəlzələdən sonra bölgədə ən böyüyü 5.2 Mw şiddətində olan 157 yeraltı təkan qeydə alınmışdır. == Təsirlər == Mərmərə regionunun böyük bir hissəsində, xüsusilə Egey regionunun bütün şəhərlərində hiss olunan zəlzələdən sonra sunami meydana gəldi. AFAD tərəfilən verilən məlumatlara əsasən, 6 nəfər həyatını itirmiş, 257 nəfər yaralanmışdır. İzmirin Bayraqlı və Bornova ilçələrində 20-dən çox bina dağılmışdır. Yunanıstanda isə 2 nəfər həyatını itirmiş, 10 nəfər yaralanmışdır. Həmçinin Samos adasında yer alan Bakirə Məryəm kilsəsi də zərər görmüşdür. == Yardım əməliyyatları == Zəlzələdən dərhal sonra Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca hadisə yerinə təxminən 40 təcili yardım avtomobili, 35 xilasetmə qrupu və iki təcili yardım vertolyotunun, Müdafiə Nazirliyindən isə bir təyyarənin ayrıldığı bildirilmişdir.
Karib dənizinin quldurları
Karib dənizinin quldurları (azərb. Pirates of the Caribbean‎) — Volt Disneyin çoxmilyardlı layihəsi. Franşiza filmlərdən, video oyunlardan və Disneylenddəki attraksionlardan ibarətdir.
Karib dənizinin quldurları: Qara mirvarinin lənəti (film, 2003)
Karib dənizinin quldurları: Qara mirvarinin qarğışı (film, 2003)
Karib dənizinin quldurları: Salazarın intiqamı (film, 2017)
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (ing. Pirates of the Caribbean: Dead Men Tell No Tales) — Öz bəxtini tükəndirən kapitan Cek Sərçə müəyyən edir ki, çoxdan dost olmayan qorxulu kapitan Salazar və ruh dəniz quldurları onun ovuna çıxıblar. Onların niyyəti kapitan Cek Sərçəni aradan qaldırmaq idi. Onlar təzəlikcə Şeytan üçbucağından qaçıblar və indi Cek daxil olmaqla bütün dəniz quldurlarını məhv etmək istəyirlər. Xilas olmağa yalnız qüdrətli artefakt – Poseydonun üçbaşlı əsası kömək edə bilər, hansı ki, öz sahibinə bütün dənizi idarə etmək bəxş edir. Poseydon yunan tanrısı olub, dənizi idarə edirdi, bunu etməsində əsası ona köməklik edirdi. Filmdə Conni Depplə bərabər Xavier Bardem, Brenton Tvaytes, Kevin R. McNally, Kaya Skodelario, Golşiftə Fərahani, Stefen Qraham və başqa məşhurlar rol alıb. Film 26 may 2017-ci ildə təqdim olunmuşdur.

"dənizi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dənizi nədir? #dənizi sözünün mənası #dənizi nə deməkdir? #dənizi sözünün izahı #dənizi sözünün yazılışı #dənizi necə yazılır? #dənizi sözünün düzgün yazılışı #dənizi leksik mənası #dənizi sözünün sinonimi #dənizi sözünün yaxın mənalı sözlər #dənizi sözünün əks mənası #dənizi sözünün etimologiyası #dənizi sözünün orfoqrafiyası #dənizi rusca #dənizi inglisça #dənizi fransızca #dənizi sözünün istifadəsi #sözlük