edamı sözü azərbaycan dilində

edamı

Yazılış

  • edamı • 90.4762%
  • Edamı • 9.5238%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nquyen Van Lemin edamı
Nquyen Van Lem (vyet. Nguyễn Văn Lém, vyetnam: [ŋʷǐənˀ vān lɛ̌m]) və ya Bay-lop (vyet. Bảy Lốp) — Vyetnam hərbçisi, kapitan rütbəli Vyetkonq zabiti. O, Vyetnam müharibəsində Tet hücumu zamanı Vyetnam Respublikası generalı Nquen Nqok Loan tərəfindən Sayqonda edam edilmişdir. Edam şəkli 1969-cu ildə yerindəcə xəbər fotoqrafiyasına görə "Pulitser" mükafatını qazanmış və ABŞ-də müharibə əleyhinə hərəkatın güclənməsinə kömək etmişdir. == Edam == Nquyen Van Lem Vyetkonqda kapitan idi və Bay-lop kod adı ilə tanınırdı. Həyat yoldaşı Nquyen Thị Lop bu kod adının onun yeddinci oğlunun adından və "təkər" mənasında olan öz qızlıq soyadından yarandığını bildirmişdir. Lem 1 fevral 1968-ci ildə Vyetkonq və Şimali Vyetnam qüvvələrinin gözlənilməz kütləvi hücumu zamanı Cənubi Vyetnam qoşunları tərəfindən Sayqonda mülki geyimdə olarkən tutulmuşdur. O, Vyetnam Respublikası Milli Polisinin rəisi, briqada generalı Nquen Nqok Loanun yanına gətirilmişdir. 36 yaşlı Lem Cənubi Vyetnamlı polkovnik-leytenant Nquyen Tuanı, onun həyat yoldaşını, altı uşağını və 80 yaşlı anasını öldürməkdə ittiham olunurdu.
İranda siyasi məhbusların edamı (1988)
1988-ci ildə İranda siyasi məhbusların edamı — İranda Ayətullah Xomeyninin əmri ilə 19 iyul 1988-ci ildən başlayaraq bütün İran hakimiyyəti tərəfindən həyata keçirilmiş və təxminən beş ay davam etmiş edamlar seriyası. Qətllər ölkənin ən azı 32 şəhərində baş vermiş, öldürülənlərin sayı 2,500-dən 30,000 nəfərə qədər olmuşdur. Onların çoxu işgəncələrə məruz qalmışdır. Öldürülənlərin əksəriyyəti İran Xalq Mücahidləri Təşkilatının tərəfdarları idi, lakin digər solçu qrupların, o cümlədən İran Xalq Fədailəri Təşkilatı və İran Tudə Partiyasının tərəfdarları da var idi.:209-228 Qətllər qanundan kənar baş tutmuş və məhkəmələr müttəhimlərin təqsir və ya təqsirsizliyini müəyyən etmək məqsədi daşımamışdır. Qətlləri ört-basdır etmək üçün böyük səylər göstərilmiş və İran hökuməti onların baş verdiyini inkar etməyə davam edir. Qətliam insan haqları təşkilatları tərəfindən "İranın insanlığa qarşı ən böyük cinayəti" adlandırılmışdır. Bu, həm miqyası, həm də ört-basdır edilməsi baxımından müasir İran tarixində misli görünməmiş haldır.:201 Bu hadisə İranın Ali Rəhbərinin müavini Ayətullah Müntəziri, BMT-nin İnsan Hüquqları Şurası, İsveç, Kanada və İtaliya kimi bir sıra ölkələr tərəfindən qınanmışdır. == Əsas şəxslər == Zərərçəkənləri ölümə məhkum edən "Tehran Ölüm Komitəsi"nə dörd nəfər daxil idi: Mürtəza İşraqi, Baş prokuror və Ali Məhkəmənin hakimi (1989–1998); Baş prokurorun müavini İbrahim Rəisi; Hüseynəli Nayeri, dini hakim, İran Ali Məhkəməsinin sədr müavini (1989–2013); Mustafa Purməhəmmədi, Silahlı Qüvvələrin qərb bölgələri üzrə İnqilab Məhkəməsinin prokuroru. Onların dördü də edamlarına görə heç vaxt mənfi nəticələrə məruz qalmamışlar. 1988-ci ildə Evin və Göhərdəşt həbsxanalarında kütləvi edamlarda iştirak edən keçmiş SEPAH məhbusu Həmid Nuri İsveçdə saxlanılmış və tezliklə günahkar bilinmişdir.
Nikolae və Yelena Çauşeskunun məhkəməsi və edamı
Nikolae və Yelena Çauşeskunun məhkəməsi və edamı — 1989-cu il dekabrın 25-də Milli Azadlıq Cəbhəsi adlı yeni yaradılmış qrupun tələbi ilə yaradılmış hərbi tribunal olan Fövqəladə Hərbi Tribunalın keçirdiyi qısa dinləmə idi. Bu dinləmədə Rumıniyanın keçmiş prezidenti və Rumıniya Kommunist Partiyasının baş katibi Nikolae Çauşesku və onun həyat yoldaşı Yelena Çauşesku təqsirli bilinərək edam cəzasına məhkum edilib. Əsas ittiham Timişoarada inqilab zamanı "60.000-dən çox insanın" qətli olan soyqırım ittihamı idi. Digər mənbələrə görə, ölənlərin sayı 689 ilə 1200 arasında olub. Lakin ittihamlar işə təsir etməyib. General Viktor Stankulesku özü ilə bir alaydan xüsusi seçilmiş paraşütçülər dəstəsini gətirmişdi və onlar səhər tezdən atəş dəstələri kimi xidmət etmək üçün seçildilər. Məhkəmə prosesi başlamazdan əvvəl Stankulesku artıq edamın keçiriləcəyi yeri kazarma meydanındakı divarın bir tərəfi boyunca seçmişdi. Nikolae Çauşesku tribunalın heç bir konstitusiya əsasının olmadığını və inqilabi hakimiyyətin sovet sui-qəsdinin bir hissəsi olduğunu əsas gətirərək onu tanımaqdan imtina etdi. == Həbs == Dekabrın 22-də, Rumıniya inqilabı zamanı Nikolae və Yelena Çauşesku helikopterlə Snaqova yola düşmək üçün Buxarestdəki Mərkəzi Komitənin binasını tərk etdilər və tezliklə Piteştiyə yollandılar. Helikopter pilotu zenit atəşi təhlükəsi ilə üzləşdiyini iddia edib.
Strelets edamının sabahı
Strelets edamının səhəri (rus. Утро стрелецкой казни) rus rəssamı Vasili Surikov tərəfindən 1881-ci ildə çəkilmiş rəsm əsəri «Strelets edamının səhəri» - rus rəssamı Vasili Surikovun 1698-ci ilin uğursuz qiyamından sonra atıcıların edamına həsr olunmuş rəsm əsəridir. «Strelets edamının səhəri» rəsmi Surikovun Rusiyanın tarixi mövzusuna həsr olunmuş ən böyük əsəri idi. Rəssam I Pyotr dövrünün hadisələrinə müraciət etmişdir. O vaxt çariça Sofyanın başçılıq etdiyi Strelets qiyamı yatırılmış, streletslər (atıcılar) isə edam olunmuşdu. Lakin Surikov edam anını verməmiş, tamaşaçıları sarsıtmaq istəməmişdir. O, bütün diqqətini məhkum olunmuşların ruhi vəziyyətinə və ömrünün axırıncı anlarını yaşayanların son əhvalına yönəltməyə çalışmışdır.
Strelets edamının səhəri
Strelets edamının səhəri (rus. Утро стрелецкой казни) rus rəssamı Vasili Surikov tərəfindən 1881-ci ildə çəkilmiş rəsm əsəri «Strelets edamının səhəri» - rus rəssamı Vasili Surikovun 1698-ci ilin uğursuz qiyamından sonra atıcıların edamına həsr olunmuş rəsm əsəridir. «Strelets edamının səhəri» rəsmi Surikovun Rusiyanın tarixi mövzusuna həsr olunmuş ən böyük əsəri idi. Rəssam I Pyotr dövrünün hadisələrinə müraciət etmişdir. O vaxt çariça Sofyanın başçılıq etdiyi Strelets qiyamı yatırılmış, streletslər (atıcılar) isə edam olunmuşdu. Lakin Surikov edam anını verməmiş, tamaşaçıları sarsıtmaq istəməmişdir. O, bütün diqqətini məhkum olunmuşların ruhi vəziyyətinə və ömrünün axırıncı anlarını yaşayanların son əhvalına yönəltməyə çalışmışdır.

"edamı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#edamı nədir? #edamı sözünün mənası #edamı nə deməkdir? #edamı sözünün izahı #edamı sözünün yazılışı #edamı necə yazılır? #edamı sözünün düzgün yazılışı #edamı leksik mənası #edamı sözünün sinonimi #edamı sözünün yaxın mənalı sözlər #edamı sözünün əks mənası #edamı sözünün etimologiyası #edamı sözünün orfoqrafiyası #edamı rusca #edamı inglisça #edamı fransızca #edamı sözünün istifadəsi #sözlük