ekspress sözü azərbaycan dilində

ekspress

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ekspress • 58.7797%
  • Ekspress • 40.6780%
  • EKSPRESS • 0.5424%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abstrakt ekspressionizm
Abstrakt ekspressionizm (ing. abstract expressionism) — amerikan rəssamlığında II Dünya Müharibəsindən sonra ortaya çıxan və Nyu-Yorkda yaranan rəssamlıq hərəkatı. Abstrakt ekspressionizm termini amerikan rəssamlığına ilk dəfə 1946-cı ildə rəsm tənqidçisi Robert Kotes (1897-1973) tərəfindən aid edilmiş, lakin ilk olaraq 1919-cu ildə "Der Sturm" jurnalında alman ekspressionizmini ifadə etmək üçün işlədilmişdir. ABŞ-də bu termini ilk dəfə 1929-cu ildə Alfred Barr Vasili Kandinskinin əsərlərini təsvir etmək üçün istifadə etmişdir. Abstrakt ekspressionizm qeyri-həndəsi ştrixlər, böyük fırçalar istifadə edərək, emosiyaları tam üzə çıxarmaq üçün bəzən rəngləri kətan üzərinə damladaraq sürətlə və böyük lövhələrdə rəsm çəkən rəssamların məktəbi və ya hərəkatıdır. Bu hərəkatda ekspressiv rəngləmə metodu rəsm çəkməklə eyni mənanı daşıyır. Belə yaradıcılıq üslubunda rəssamın məqsədi öz daxili dünyasını, şüuraltını məntiqi təfəkkürlə izah edilməyən xaotik formalarda qəfil ifadə etməkdir. Bu hərəkatın ilkin fazası olan abstrakt sürrealizm (abstract surrealism) 1940-cı illərdə Andre Bretonun ideyaları əsasında yaranmışdır. Onun əsas tərəfdarları amerikan rəssamları Hans Hofman, Arşil Qorki, Adolf Qotlib və başqaları idilər. 1950-ci illərdə Cekson Pollok, Mark Rotko və Villem de Kuninqin bu hərəkatın başına keçməsilə o geniş miqyas qazandı.
Ekspressionizm
Ekspressionizm (fr. expressionnisme – ifadə) — XX əsrin əvvəllərində Avropa ədəbiyyatı və incəsənətində ədəbi cərəyan. Xırda burjua təbəqələrinin insan həyatını və onun mənəvi aləmini eybəcərləşdirən ictimai ədalətsizliyə, müharibəyə qarşı anarxist-fərdiyyətçi etirazının ifadəsi kimi meydana gəlmiş, Birinci dünya müharibəsindən sonra Almaniya və Avstriyada xüsusilə geniş yayılmışdı. Subyektiv idealizm-ə saslanan ekspressionizm nümayəndələri sənətkarın fərdi aləminin ifadəsini obyektiv varlığın real təsvirinə qarşı qoyurdular. Bu isə xarici aləmin, obrazların təhrif olunmasına, bədii forma eybəcərliyinə gətirib çıxarırdı. Poeziyada ekspressionizm (İ. Bexer, F. Varfel) mücərrəd obrazlar, sözlərin bəzən mənaca mahiyyətini itirməsi, dilin ifadəliliyinə həddindən artıq aludəçiliklə xarakterizə olunur. Nəsrdə (məs. Frans Kafkanın roman və hekayələri) əsasən ağlasığmaz təsvirlər, məntiqi əlaqəsi olmayan, yuxunu xatırladan hadisələrin təsviri əsas yer tutur. Cərəyan məşhur dramaturqlar V. Hazenklever, G. Kayzer, K. Şternheym, E. Toller və b.-nın yaradıcılığına böyük təsir göstərmişdir. == Azərbaycanda ekspressionizm == Qobustan sal qayaları üzərində yallı tutanların ilk baxışda bəsit, sxematik görünən təsvirlərini araşdıranda məlum olur ki, sənətkar rəqqasların qol-qıçlarını hədsiz dərəcə uzatmaqla onların ildırım sürətli hərəkətini təcəssüm etməyə nail olmuşdur.
Maxaraca ekspressi
"Maxaraca ekspressi" — Asiyanın ən bahalı qatarı == Marşrutu == "Maxaraca ekspressi" bütün Hindistan boyu hərəkət edir. Bu qatarla səyahət 8 gün üçün nəzərdə tutulub və bu 8 gün ərzində sərnişinlər ölkənin bütün görməli yerlərini müşahidə etmək imkanı əldə edirlər. == Qiyməti == Qatarı yaratmaq üçün isə hidlilərə 13 milyon dollar lazım gəlmişdir. Bu qatarla səyahət üçün ən ucuz biletin dəyəri 800, ən bahalı biletin dəyəri isə 2500 dollardır. Əhalinin gəlirlərini nəzərə aldıqda 99% hindli bu səyahətdən yararlanmaq imkanına malik deyil. == Quruluşu == Qatar 24 vaqondan, həmçinin iki restoran vaqon, iki bar və avtomobilli sərnişinlər üçün bir neçə yük vaqonundan ibarətdir. Vaqonların hər biri kondisioner, televizor, telefon, internet və s. rahatlıqlarla təmin edilib. == Münasibət == Yeri gəlmişkən, ölkə əhalisinin bu qatara münasibəti birmənalı deyil. Bir çoxları ondan yalnızca varlıların istifadə etdiyi üçün ona nifrət bəsləyir, bir çoxları isə bu qatarın ölkə büdcəsinə gəlir gətirdiyini düşünür.

ekspress sözünün leksik mənası və izahı

  • 1 is. [ing.] Böyük məsafələri adətən heç bir yerdə dayanmadan qət edən sürətli nəqliyyat vasitəsi (qatar, gəmi, avtobus və s.) Bakı ilə Gəncə arasında ekspress işləyir.

    Azərbaycan dilinin izahlı lüğəti / ekspress

ekspress sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ing.] сущ. экспресс (яргъал мензилриз ва гзаф йигиндиз фидай, хъсандиз туькӀуьрнавай поезд, гими, автобус ва мсб.).

    Azərbaycanca-ləzgicə lüğəti / ekspress

"ekspress" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ekspress nədir? #ekspress sözünün mənası #ekspress nə deməkdir? #ekspress sözünün izahı #ekspress sözünün yazılışı #ekspress necə yazılır? #ekspress sözünün düzgün yazılışı #ekspress leksik mənası #ekspress sözünün sinonimi #ekspress sözünün yaxın mənalı sözlər #ekspress sözünün əks mənası #ekspress sözünün etimologiyası #ekspress sözünün orfoqrafiyası #ekspress rusca #ekspress inglisça #ekspress fransızca #ekspress sözünün istifadəsi #sözlük