erməniləri sözü azərbaycan dilində

erməniləri

Yazılış

  • erməniləri • 92.1953%
  • Erməniləri • 7.7463%
  • ERMƏNİLƏRİ • 0.0585%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABŞ erməniləri
Amerika erməniləri (erm. Ամերիկահայեր) - Amerika Birləşmiş Ştatlarında yaşayan ermənilərə verilən ümumi ad. Amerika erməni icması, Rusiya ermənilərindən sonra Ermənistan kənarında yaşayan ikinci ən böyük erməni icması hesab edilir. Ermənilərin Şimali Amerikaya gəlişi XVIII və XIX əsrlərdə baş vermişdir. Həmidiyə qətliamı və Erməni soyqırımı kimi hadisələr etnik ermənilərinin Amerika Birləşmiş Ştatlarına köçünü sürətləndirmişdir. Bu dövrlərdə Amerikaya gəlmiş ermənilər əsasən Osmanlı imperiyası və İran ərazilərdən köç edirdilər. 1950-ci ildən etibarən Türkiyə, İran, Livan və Suriyada yaşayan etnik ermənilərin mühüm bir qrupu Amerikaya müharicət etmişdir. SSRİ-nin 1991-ci ildə dağılması mühacirət dalğasını genişləndirmiş, bir çox sovet ölkələrində yaşayan ermənilər ABŞ-yə köçmüşdür. Erməni diasporunun mühüm bir həlqəsini təşkil edən Amerika erməniləri, ABŞ ərazilərində məskunlaşdıqları ilk illərdən başlayaraq bir çox ictimai və siyasi fəaliyyətlə məşğul olmuşdular. Amerika Erməniləri Milli Komitəsi və Amerika Erməni Assambleyası Erməni soyqırımı iddialarının tanınması yolunda uzun illərdir ki, fəaliyyət göstərirlər.
Abxaziya erməniləri
Abxaziya erməniləri (erm. Հայերն Աբխազիայում) - Gürcüstanın şimal-qərbində yerləşən Abxaziyada məskunlaşmış erməni əsilli əhali. Qarabağ müharibəsi zamanı Abxaziya ermənilərindən təşkil edilmiş batalyonların iştirakı və xüsusi amanslızlqa cinayətlər törətdiyi məlumdur. 1992-1993-cü illərdə baş vermiş Abxaziya müharibəsində ermənilərdən ibarət Baqramyan batalyonuda seperatçıların tərəfindən müharibədə iştirak etmişdir. Ermənilər Abxaziyada XIX əsrin sonları, XX əsrin əvvəllərindən etibarən məskunlaşmağa başlamışdılar. Paytaxt Suxumi və Qaqra şəhərləri başda olmaqla, ölkədə 45 minə yaxın erməni əsilli əhali yaşamaqdadır. == Tarixi == Abxaziya bölgəsində ermənilərin kütləvi formada məskunlaşması XIX əsrin sonları, XX əsrin əvvəllərinə təsadüf edir. Rusiya imperiyası tərəfindən 1763-1864-cü illər Qafqaz müharibəsi dövründə icra edilən Çərkəz soyqırımı Abxaziyada yaşayan müsəlmanların vəziyyətinə də öz təsirini göstərib. Bölgə də olan müsəlman əhalinin azalmasından istifadə edən bir çox erməni icmaları çoğrafi baxımdan əlverişli olan torpaqlarda sürətli şəkildə köç etməyə başlayıblar. Erməni soyqırımında iştirakı etmiş bir çox hərbi cinayətkarda hadisələrdən sonra Abxaziyaya köçməyə başlayıb.Abxaziya ermənilərinin növbəti aktivliyi 1992-1993-cü illərdə baş vermiş Abxaziya müharibəsinə təsadüf edir.
Amerika erməniləri
Amerika erməniləri (erm. Ամերիկահայեր) - Amerika Birləşmiş Ştatlarında yaşayan ermənilərə verilən ümumi ad. Amerika erməni icması, Rusiya ermənilərindən sonra Ermənistan kənarında yaşayan ikinci ən böyük erməni icması hesab edilir. Ermənilərin Şimali Amerikaya gəlişi XVIII və XIX əsrlərdə baş vermişdir. Həmidiyə qətliamı və Erməni soyqırımı kimi hadisələr etnik ermənilərinin Amerika Birləşmiş Ştatlarına köçünü sürətləndirmişdir. Bu dövrlərdə Amerikaya gəlmiş ermənilər əsasən Osmanlı imperiyası və İran ərazilərdən köç edirdilər. 1950-ci ildən etibarən Türkiyə, İran, Livan və Suriyada yaşayan etnik ermənilərin mühüm bir qrupu Amerikaya müharicət etmişdir. SSRİ-nin 1991-ci ildə dağılması mühacirət dalğasını genişləndirmiş, bir çox sovet ölkələrində yaşayan ermənilər ABŞ-yə köçmüşdür. Erməni diasporunun mühüm bir həlqəsini təşkil edən Amerika erməniləri, ABŞ ərazilərində məskunlaşdıqları ilk illərdən başlayaraq bir çox ictimai və siyasi fəaliyyətlə məşğul olmuşdular. Amerika Erməniləri Milli Komitəsi və Amerika Erməni Assambleyası Erməni soyqırımı iddialarının tanınması yolunda uzun illərdir ki, fəaliyyət göstərirlər.
Argentina erməniləri
Argentina erməniləri – Argentinada yaşayan erməni əsilli şəxslərə verilən ümumi ad. Argentinada yaşayan ermənilərin ümumi sayı 70 mindən çoxdur. Bəzi mənbələrdə say 135 min şəklində göstərilir. Bura daxil olan şəxslər, əsasən, qarışıq nigahlardan dünyaya gələn və erməni kimliklərini itirmiş şəxslərdir. Argentina erməniləri ABŞ, Fransa, Rusiya və Livanda yaşayan erməni icmalarından sonra ən çox nüfuza sahib toplumdur. Çoxluq halda ölkənin paytaxtı Buenos-Ayresdə məskunlaşan toplumu Suriya, Livan və Kilikiyadan gəlmiş ermənilər yaratmışdır. ASALA tərəfindən 1970–1980-ci illərdə Türkiyənin xarici ölkələrdə yerləşən səfirliklərinə qarşı törədilmiş terror aktlarının maliyyələşdirilməsində Argentina ermənilərinin rolu danılmazdır. == Tarixi == XX əsrin əvvəllərindən etibarən Osmanlı imperiyasının sərhədləri daxilində yaşayan etnik azlıqların nümayəndələri daha yüksək yaşayış əldə etmək naminə Avropa və Şimali Amerika kimi qitələrə getməkdə idi. Planlaşdırılan səfərlərdən biri də Latın Amerikası istiqamətində olmuşdur. XX əsrin əvvəllərində iqtisadi baxımdan inkişaf mərhələlərini yaşayan və zəngin torpaq sahələri ilə miqrantlar üçün cəlbedici görünən Argentina və Braziliya kimi ölkələr ötən əsrin əvvəllərində minlərlə mühaciri qəbul etmişdir.
Azərbaycan erməniləri
Azərbaycanda erməniləri - Azərbaycanda, Kürəkçay müqaviləsindən sonra yaşamış etnik xalq sayılan ermənilərdir. Azərbaycanda ermənilərin az qala hamısı, Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərində Dağlıq Qarabağ və Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərində və ona bitişik rayonlarda məskunlaşmışdır.
Efiopiya erməniləri
Efiopiya erməniləri (erm. Հայերը Եթովպիայում) — Efiopiyada yaşayan erməni icmasına verilən ümumi ad. Ermənilərin Efiopiyaya nə zaman gəlmələri dəqiq məlum deyil. Efiopiyaya gəlmiş ilk ermənilərdən biri Sarkis Tərziyandır. O, Osmanlı imperiyasının topçusu kimi 4 il davam etmiş səfərin ardından 1887-ci ildə Efiopiyaya gəlmişdir. Tərziyan İstanbula qayıtmır və Əddis-Əbəbə şəhərində silah ticarəti ilə məşğul olur. Qanunsuz silah satışı və çatdırılması nəticəsində Sarkis Tərziyan böyük gəlir əldə edir. XX əsrin əvvələrində Əddis-Əbəbə şəhərində ermənilər tərəfindən ilk foto studiya açılır. 1902-ci ildə Bedros Boyacıyan tərəfindən açılan studiya, onun vəfatından sonra oğulları tərəfindən işlədilir. Bu dövrdə yalnız bir erməni yüksək vəzifədə fəaliyyət göstərmişdir.
Fransa erməniləri
Fransa erməniləri — Fransada yaşayan ermənilərə verilən ümumi ad. Qərb ölkələri arasında Fransa erməniləri ABŞ ermənilərindən sonra ikinci ən böyük erməni diasporudur. Fransada yerləşən Erməni Məsələsinin Müdafiə Komitəsi (Comité de défense de la cause arménienne (CDCA)) və Erməni Diasporunun Araşdırmalar Mərkəzinin (Centre de recherches sur la diapora arménienne (CRDA)) verdiyi məlumata görə bu gün Fransada 600 min nəfər erməni əsilli yaşayır. == Tarixi == 19-20-ci əsrlərdən etibarən ermənilərin Avropa ölkələrinə və ABŞ-yə miqrasiyası kütləvi hal almağa başlayır. Bu miqrasiya əsasən siyasi və hərbi səbəblərdən baş verirdi. İlk dəfə ermənilərlə bağlı məsələ San-Stefano (1878, 16-cı maddə) və Berlin müqaviləsində (1878, 61-ci maddə) öz əksini tapmışdı. 19-cu əsrin ikinci yarısında Osmanlı imperiyası ərazisində etnik erməni azlığın Qərb dövlətləri və Rusiya imperiyası tərəfindən qızışdırılması ilə Böyük Britaniya, Çar Rusiyası, Fransa, ABŞ kimi güclər də bu məsələyə daxil olmuş və ermənilərdən Osmanlı imperiyasına qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başlamışdılar. Məhz bu dövrdə Osmanlı imperiyası ərazisində ermənilərin siyasi fəaliyyəti, silahlı üsyanları dövlət rəhbərliyinin onlara qarşı təhlükəsizlik tədbirlərini gücləndirməsi ilə nəticələnmiş, bu da erməni siyasi aktivistlərinin və ümumilikdə etnik ermənilərin Qərb ölkələrinə mühacirət etməsinə gətirib çıxarmışdır. == Demoqrafiyası == Müasir dövrümüzdə Fransada ermənilərin üçüncü nəsli yaşamaqdadır. Bunlardan 400 mini Fransa ərazisində anadan olmuş ermənilər, əlavə 200 min nəfəri isə sonradan Fransaya miqrasiya etmiş ermənilərdir.
Gürcüstan erməniləri
Gürcüstan erməniləri — Ermənistan Respublikasından kənarda yaşayan etnik ermənilərin təşkil etdiyi Erməni diasporunun Gürcüstanda yaşayan hissəsinin adı. 17-24 yanvar 2002-ci il Ümumumgürcüstan əhali siyahıyaalınmasının yekunlarına əsasən sayları 248.929 nəfərdir. == Mənbə == Армяне в Грузии (с древних времен до сегодняшнего дня). Шота Тетвадзе, Отар Тетвадзе. Тбилиси-2008, 211 стр.
Hindistan erməniləri
Hindistan erməniləri - Hindistanda yaşayan etnik ermənilərə verilən ümumi ad. Hindistanda ermənilərin məskunlaşması XVII əsrin ortalarından başlamışdır. İlk vaxtlar ermənilər, Hindistana ticarət məqsədi ilə gəlmişdilər. Erməni mənbələrində, tacirlərin Hindistana ilk dəfə X əsrdə getmələri qeyd olunmuşdur. Tacirlər əsasən dəyərli daş-qaş və parça ticarəti ilə məşğul olurdular. 1956-cı ildə Yeni Dehli şəhərinin arxiv idarəsi, ermənilər haqqında bəzi sənədləri açıqlamışdır. Həmin sənədlərdə, ermənilərin Hindistana 780-cı ildə gəldikləri göstərilmişdir. Tarixi baxımdan təsdiqini tapmamış, məlumatlardan birində isə Vasko da Qamanın Hindistana 1498-ci ildə təşkil etdiyi səfər zamanı, erməni tacirləri ilə qarşılaşmışdır. Hindistanda ermənilərə məxsus ilk dini ibadətgah 1562-ci ildə inşa olunmuşdur. 1772-ci ildə Yakop Şahamiryan adlı erməni, Cenay şəhərində mətbəə yaratmışdır.
Kanada erməniləri
Kanada erməniləri – Kanadada yaşayan ermənilərə verilən ümumi ad.
Kipr erməniləri
Kipr erməniləri — Kipr adasında yaşayan etnik erməni toplumuna verilən ümumi ad. Kipr adasında 2012-ci ilə olan əhalinin siyahıya alınmasına əsasən 3.500 civarında erməni yaşamaqdadır. Ermənilərin böyük əksəriyyəti adanın yunan tərəfindən idarə edilən hissəsində yaşayır. Ermənilərin ada da yaşadıqları əsas yer Nikosiya şəhəridir. Nikosiyanın ardından siyahını Limasol və Larnaka şəhərləri izləyir. == Tarixi == Ermənilərin Kipr adası ilə təması Kilikiya erməni çarlığının 1078-ci ildə adanın şimal hissələrini işğal etməsi ilə başlamışdır. Çarlığın varlığına Səlcuqlar tərəfindən son qoyulmasından sonra ada da yaşayan az saylı erməni toplumu qorunmaq üçün Bizans İmperiyasının ada da yerləşən hakimiyyətinə sığınmaq qərarı verir. Kilikiya erməni çarlığı ilə Kipr adasında yaşayan etnik ermənilər arasında münasibətlər Səlib yürüşləri zamanı sürətlə inkişa etməyə başlayır. Erməni çarı II Leo, Kipr Krallığını idarə edən Luziyanlar sülaləsinə məsub bir qadınla evlənməsi münasibətləri daha da dərinləşdirir. Orta Əsrlərdə Kipr adasında iki erməni dini mərkəzi yerləşirdi.
Livan erməniləri
Livan erməniləri — Livanda yaşayan ermənilərə verilən ümumi ad. Ermənilər Livan əhalisinin 4% təşkil edir. Ermənilər Livan vətəndaş müharibəsi zamanı döyüşlərdə faəl iştirak etmişdilər. Bəzi mənbələrdə, müharibədən əvvəl Livanda 100 minə yaxın, erməninin yaşadığını, müharibə səbəbindən ölkəni tərk etdikləri göstərilir. ASALA tərəfindən 1970–1980-ci illərdə Türkiyənin xarici ölkələrdə yerləşən səfirliklərinə qarşı törədilmiş terror aktlarının maliyyələşdirilməsində Livan ermənilərinin rolu danılmazdır. == Tarixi == Livanda ilk ermənilərin dəqiq nə zamandan yaşamağa başladıqları məlum deyil. Eranın ilk illərində, Livan ərazisində yaşayan xalqlar haqqında məlumat veriləndə, ermənilərində adları qeyd edilir. 1915-ci ildə Livan Osmanlı imperiyasının tərkibində idi. Bu dövrdə ermənilər daha çox Beyrut şəhərində yaşayırdılar. Sultanın fərmanı ilə ermənilərin yaşadıqları ərazilərdən köçürülməsi nəticəsində, Livanda erməni əhalisi sürətlə artmağa başlamışdır.
Meksika erməniləri
Meksika erməniləri (erm. Հայերը Մեքսիկայում; isp. armenia en México) — Şimali Amerika qitəsində yerləşən Meksikada məskunlaşmış erməni əsilli əhali. Meksikaya ermənilərin kütləvi gəlişi 1910–1928-ci illər aralığında baş vermişdir. == Tarixi == Meksikaya gəlmiş ilk ermənilərdən biri 1672-ci ildə Fransisko Martin adlı şəxs olmuşdur. Don Pedro de Zárate adlı bir digər erməni isə 1723-cü ildə İspan qalyonunun tərkibində Çindən Sakit okeanın sahilində yerləşən liman şəhəri Akapulko səfər etmişdir. 1897-ci ildə Meksika prezidenti Porfirio Diasın təklifi ilə ölkənin şimalında yerləşən Tamaulipas ştatında ermənilərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün torpaq sahəsinin ayrılması planlaşdırılsada, təklif icra olunmamışdır. Erməni icmasının Meksikada əsas fəaliyyətləri Erməni soyqırımından sonrakı dövrlərə təsadüf edir. 1921–1928-ci illərdə Meksika hökümətinin miqrantlara qarşı açıq qapı siyasətinin tətbiq etməsindən faydalanan ermənilər öz saylarını bu qanunun hesabına artırmağa çalışırdılar. İqtisadi baxımdan ölkənin zəifləməsindən sonra erməni icmasının üzvləri Amerika Birləşmiş Ştatlarına yaxın olan ərazilərə köçməyə başladı.
Misir erməniləri
Misir erməniləri (erm. Հայերը Եգիպտոսում) - Misirdə yaşayan erməni icmasına verilən ümumi ad. Misirdə ermənilərin məskunlaşması XVII əsrdən başlamışdır. XIX əsrin ortalarında Misirdə yaşayan erməni icmasının sayı 45 minə qədər yüksəlmişdir. Sosializm, müharibələr və dini-etnik zəmində mübarizələr səbəbindən burada yaşayan ermənilərin sayı 1970-ci illərdən etibarən sürətlə azalmağa başlamışdır. Hal-hazırda Misirdə 5 minə yaxın erməni yaşayır. Burada onlar üçün 6 kilsə, 3 məktəb və 2 qəzet fəaliyyət göstərir. == Tarixi == Misirdə ermənilərin nə zamandan məskunlaşması barədə dəqiq məlumatlar yoxdur. Osmanlı İmperiyasının XVI əsrdə Misiri fəth etməsindən sonra bir neçə yüz erməni Misirə köç etmişdir. Tarixçi Simon Lexatsinin fikirlərinə əsasən 1615-ci ildə Qahirə şəhərində 100 erməni ailəsi yaşayırdı.
Osmanlı erməniləri
Osmanlı erməniləri - Osmanlı imperiyasında yaşayan ermənilərə verilən ümumi ad. Ermənilər XIX əsrdə Türkiyədə Şərqi Anadolu bölgəsində yaşayırdılar. 1361-ci ildə Bursa şəhərinin Osmanlı imperiyasının paytaxtı olmasından sonra, erməni kilsəsi də yeni paytaxta köçürülmüşdür. 1453-cü ildə İstanbulun fəth edilməsindən sonra dini qurumda bu şəhərə köçürülmüşdür. Bu dövrlərdə Osmanlı imperiyasında ermənilərin sayı çox deyildi. Əsasən ticarətlə məşğul olan ermənilər, böyük şəhərlərdə ailələri ilə birlikdə qalmırdılar. XVII əsrdən etibarən isə Anadolu bölgəsində yaşayan ermənilərin İstanbul kütləvi axını nəticəsində, böyük bir etnik qrup formalaşmışdır. Osmanlı imperiyasında yaşayan digər etnik qruplardan fərqli olaraq, ermənilər daha çox imtiyazlara sahib olmuşlar. Onlar, cəmiyyətin əsas üzvüləri hesab edilirdi. Dini mənsubiyyətlərinə görə hərbi xidmətdən azad olan ermənilər, uzun illər İstanbulda parça ticarətinə rəhbərlik etmişlər.
Rusiya erməniləri
Rusiya erməniləri — Ermənistan Respublikasından kənarda yaşayan etnik ermənilərin təşkil etdiyi Erməni diasporunun Rusiyada yaşayan hissəsinin adı. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanın 2017-ci ildə bildirdiyinə görə Rusiyada 2,5 milyona yaxın erməni yaşayır.
Amerika Erməniləri Milli Komitəsi
Amerika Erməniləri Milli Komitəsi (erm. Ամերիկայի Հայ Ազգային Կոմիտե, ing. Armenian National Committee of America) — Komitəni bəzən "Ay Dat" da adlandırırlar. Komitə Amerikadakı erməni diasporunun fəaliyyətinin koordinasiyası ilə məşğuldur. Amerikanın eləcə də Avropanın bir çox şəhərlərində ofisləri fəaliyyət göstərir, AEMK Daşnaksütun partiyası ilə sıx əlagələrə malikdir. Digər erməni təşkilatıarı ilə birgə Erməni soyqırımı nın tanınması məqsədi ilə kompaniyalar təşkil edir, və digər lobbiçilik fəaliyyəti ilə məşğul olur. 1999-cu ildə komitənin sədri Murad Topalyan terror aktlarının təşkilinə və qanunsuz silah sursat saxlamasına görə, ABŞ hüquq mühafizə orqanları tərəfindən həbs olunmuşdur. Hal hazırda komitənin fəaliyəti əsasən üç istiqamətdə təşkil olunub: Ermənistana və Qarabağ seperetçılarına maddi və siyasi yardım göstərmək. ABŞ pprezidentinə və siyasi elitasına təsir və təzyiq göstərərək erməni soyqırımını tanıdmaq və Türkiyədən təzminat alınmasına nail olmaq. Azərbaycana qarşı olan istiqamətdir, burada onların məqsədi, Qarabağ məsələsində ermənilərin düz mövqedə olmasını ABŞ və dünya ictimaiyyətinə qəbul etdirmək.
Suriya erməniləri
Suriyadakı ermənilər və ya Suriya erməniləri ( erm. Հայերը Սիրիայում, ərəb. أرمن سوريا‎ - Suriyada yaşayan erməni əsilli şəxslərə verilən ümumi ad. == Əhali sayı və məskunlaşma == Ermənistan Diaspor Nazirliyinin məlumatına görə, Suriyada vətəndaş müharibəsi başlayana qədər 100 minə yaxın erməni yaşayır ki, onlardan 60 mini Hələbdə, 8 mini Əl Qamışlıda, 6-7 mini Dəməşqdə yaşayır. Suriyanın müasir erməni icması 1915-1920-ci illərdə Osmanlı Türkiyəsində ermənilərin kütləvi deportasiyası nəticəsində formalaşmışdır. 1918-ci ildə Suriya ermənilərinin sayı 142.000 nəfər idi ki, onlardan 60.000-i Hələbdə idi. Sonralar Suriya ermənilərinin bir hissəsi tədricən Livana, Avropa ölkələrinə, Kanadaya, ABŞ-yə və Ermənistana (1946-1948-ci illərdə və 1964-1966-cı illərdə) mühacirət etmişlər. 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi səbəbindən bir çox erməni Suriyanı tərk etmək məcburiyyətində qalıb. 2014-cü ilin yanvar ayına olan məlumata görə, Ermənistanda Suriyadan olan 11 min erməni qaçqın yaşayırdı . Onların bir hissəsi Ermənistan hakimiyyəti tərəfindən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölk=gəsində məskunlaşdırıldı.
Türkiyə erməniləri
Türkiyə erməniləri - Türkiyədə yaşayan ermənilərə verilən ümumi ad. 45.000-ə qədər erməni, İstanbulda yaşayır. Vakıflı kəndi hazırda Türkiyədə mövcud yeganə erməni kəndidir. Kənd əhalisi cəmi 135 nəfərdir. Türkiyə erməniləri, digər müsəlman olmayan camaatlarda də olduğu kimi, xaricə köçlər, aşağı doğum nisbətləri və daha yüksək ölüm tənasübləri sayəsində, azalmaqdadır. == Türkiyədə ermənicə == Türkiyədə ermənicə bugünkü etnik ermənilər arasında yalnız kiçik bir azlıq tərəfindən danışılmaqdadır. Etnik ermənilərin 82 % ana dili olaraq türk dilində danışır, yerdə qalan 18 % isə ana dili olaraq ermənicə danışır. Bu nisbət gənclər arasında daha da aşağıdır və 92 % gənc ana dili olaraq türk dilində danışır. Digər 8 % isə ermənicədən istifadə edir. Kiçik azlıq tərəfindən erməni dilinin qərb ləhçəsində danışması səbəbindən, şərq ermənilərini danışıq zamanı tam anlaya bilmirlər.
Uruqvay erməniləri
Uruqvay erməniləri — Uruqvayda yaşayan ermənilərə verilən ümumi ad. ASALA tərəfindən 1970—1980-ci illərdə Türkiyənin xarici ölkələrdə yerləşən səfirliklərinə qarşı törədilmiş terror aktlarının maliyyələşdirilməsində Uruqvay ermənilərinin rolu olmuşdur.
İran erməniləri
İran erməniləri (erm. Հայերը Իրանում) - İranda yaşayan ermənilərə verilən ümumi ad. İrandakı ermənilərin sayı daim azalmaqdadır. bunun səbəbi emiqrasiya və doğumun aşağı olmasıdır. Son illərdə aparılan hesablamalar ermənilərin sayının daha az, 60-80 min civarında olduğunu göstərib. İran ermənilərinin çoxusu Tehran və İsfahan şəhərlərində yaşayır.
Qarabağ erməniləri
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն; — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991-2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə, qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. == Qondarma rejimin elanı == 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hökuməti qarşısında təəhhüdləri
Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hökuməti qarşısında təəhhüdləri — Dağlıq Qarabağ ermənilərinin bölgədə separatçılığa son qoymaları barədə 1919-cu il avqustun 22-də imzaladığı sənəd. == Tarix == Sənəd Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Qarabağda genişlənməkdə olan erməni təcavüzünün və separatçılığın qarşısını almaq məqsədilə həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində imzalanmışdı. Sazişin imzalanması ərəfəsində Qarabağda vəziyyət yenidən kəskinləşmişdi. Qarabağ general-qubernatoru Xosrov Paşa bəy Sultanovun əmri ilə vəziyyətin nəzarət altında saxlanması üçün Şuşanın erməni hissəsindəki xəzinədarlığın və poçtun Azərbaycan məhəlləsinə köçürülməsi, şəhər ətrafındakı səngərlərə əlavə postlar qoyulması, Şuşa-Yevlax yolunun təhlükəsizliyinin təmin edilməsinə cəhd göstərilməsi erməni millətçilərinin rəhbərləri tərəfindən hiddətlə qarşılandı. Azərbaycan hakimiyyət orqanlarının bölgədə möhkəmlənməsinə yol verməmək üçün onlar silahlı təxribatlara əl atdılar.1919-cu il iyunun 4-də Şuşa və ətraf kəndlər silahlı qarşıdurma mərkəzinə çevrildi. İyunun 5-də bölgədəki ingilis komandanlığının köməyi ilə silahlı təxribatların təşkilatçıları olan Erməni Milli Şurasının üç fəalı həbs edilərək Azərbaycan ərazisindən çıxarıldı. İyunun 6-da Azərbaycan qoşun bölmələri Şuşanın erməni məhəlləsindəki qışlalarda yerləşdikdən sonra, ermənilər təxribatın törədilməsində kənardan gəlmə qüvvələrin təqsirkar olduğunu, Azərbaycan Hökumət orqanları ilə əməkdaşlığı genişləndirməyə meylli olduqlarını bildirdilər. == Şərtlər == Azərbaycan Hökumətinə münasibət məsələsi Qarabağ ermənilərinin 1919-cu il avqustun 16-da çağırılan 7-ci qurultayında da müzakirə edildi. Qurultay nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin Hökumət orqanları ilə danışıqlar aparmağa və saziş imzalamağa razı oldular. Həmin gün qurultay nümayəndələrindən 20 nəfər Şuşaya gəlib, Azərbaycan Hökumət orqanları ilə imzalanacaq sazişin məzmunu barədə danışıqlar apardılar.
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktları
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı — Müxtəlif illərdə ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı. Artıq 3 əsrdir terrorçu qrupları dünyada fəaliyyət göstərirlər. 1975-ci ildə ASALA və ESƏD kimi erməni terrorçu qruplarının yaranması ilə yeni əsasən bu iki qrup və digərləri tərəfindən dünyanın 20-dən çox ölkəsində müxtəlif illərdə terror aktları törədildi. Terrorizmi və terrorizmlə mübarizə aparmağı tədqiq edən amerikalı siyasi analitik Bryus Hoffmana görə erməni terror qrupları təkcə 1975-ci ildən 1986-cı ilə qədər dünyada 200 terror aktı törədiblər. == Terror aktları == == Həmçinin bax == Hnçak Daşnaktsutyun == Xarici keçidlər == Armenian terror in Azerbaijan / Azərbaycanda erməni terroru 106 nömrəli avtobusda partlayış / Lider Tv == İstinadlar == == Ədəbiyyat == Erməni cinayətləri (sənədlər əsasında) (PDF). I. Bakı: «Vətən» Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2004. 164. Archived from the original on 2020-10-28. İstifadə tarixi: 2020-10-28.
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı

Ermənilərin Azərbaycana yerləşdirilməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. == Köçürülmə planının məqsədi == Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. == Türkmənçay müqaviləsinin nəticəsi == Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
Ermənilərin Cənubi Qafqaza köçürülməsi

Ermənilərin Naxçıvana köçürülməsi

Ermənilərin türk-müsəlman əhaliyə qarşı soyqırımı
Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı qırğınları – erməni-daşnak silahlı quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar. == Tarixi == Birinci dünya müharibəsi (1914-1918) illərində ermənilərin Türkiyəyə qarşı ilk silahlı çıxışı çoxdan hazırlıq gördükləri Zeytun bölgəsində oldu. Onlar Türkiyədə hərbi səfərbərliyə qarşı çıxır, qeydiyyat üçün səfərbərlik məntəqələrinə gedən müsəlmanları qətlə yetirir, qarət edirdilər. Zeytundakı erməni "Hnçaq" komitəsinin yığıncağında "ingilislər İsgəndəruna çıxacaqları üçün Adana, Maraş işğal olununcaya qədər üsyanlarla səfərbərliyə mane olmaq, ingilislərin hərəkatını dəstəkləmək, jandarmaların silah və cəbhəxanalarını ələ keçirmək, hökumət məmurlarını və ailə üzvlərini öldürmək, teleqraf tellərini kəsmək" tövsiyə olunmuşdu. 1915-ci ilin fevralında hərəkətə başlayan 800 nəfərlik erməni quldur dəstəsi Maraşın teleqraf xəttini kəsmiş, hərbi qışlaya basqın etmiş və Təkkə monastırına sığınmış – 304 Şəmsəddin Məhəmməd Sahib-Divandı. 25 jandarma həlak olmuş, 34-ü yaralanmışdı. Bundan əlavə, Maraşın müxtəlif yerlərində çoxlu müsəlman öldürülmüşdü. Bölgədən orduya çağırılan ermənilərin hamısı fərarilik etmişdi. 1915 il fevralın 24-də Rusiyanın İngiltərədəki səfiri İngiltərə Xarici İşlər Nazirliyinə gedərək, zeytunlu bir erməninin Qafqaz canişini knyaz Voronsov-Daşkova müraciət edərək, türk ordularının əlaqə yollarını kəsmək üçün ermənilərin 15 minlik bir qüvvə topladıqlarını, ancaq silah və sursatın olmadığını söylədiyini bildirmişdi. İngilis və fransızların Antakya limanı vasitəsiylə yardım göndərə biləcəyi güman edilirdi.
Ermənilərin türk əhaliyə qarşı soyqırımı

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 12.70 dəfə / 1 mln.
2002 ••••• 6.85
2003 ••••••• 9.84
2004 ••• 4.38
2005 ••••• 6.07
2006 •••••• 7.88
2007 •••• 5.71
2008 ••••• 6.09
2009 •••••••••••••• 20.48
2010 •••••••••••• 16.79
2011 •••••••••• 13.38
2012 •••••••••• 13.51
2013 •••••••••••••• 19.26
2014 •••••••••••••••• 23.00
2015 •••••••••••••••••••• 29.43
2016 •••••••• 10.76
2017 ••••• 6.34
2018 •••• 5.09
2019 •••• 5.01
2020 •••••• 8.35

"erməniləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#erməniləri nədir? #erməniləri sözünün mənası #erməniləri nə deməkdir? #erməniləri sözünün izahı #erməniləri sözünün yazılışı #erməniləri necə yazılır? #erməniləri sözünün düzgün yazılışı #erməniləri leksik mənası #erməniləri sözünün sinonimi #erməniləri sözünün yaxın mənalı sözlər #erməniləri sözünün əks mənası #erməniləri sözünün etimologiyası #erməniləri sözünün orfoqrafiyası #erməniləri rusca #erməniləri inglisça #erməniləri fransızca #erməniləri sözünün istifadəsi #sözlük