Ermənistanda sözü azərbaycan dilində

Ermənistanda

Yazılış

  • Ermənistanda • 99.9130%
  • ermənistanda • 0.0563%
  • ERMƏNİSTANDA • 0.0205%
  • ErmənisTanda • 0.0102%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ermənistanda din
== ERMƏNİLƏRİN "DİN" STRATEGİYASİ == Din amili ermənilərdə başlıca strateji vasitələrdən biridir. Bu sayədə din siyasi müstəviyə oturdulmaqda və dünyanın bir çox ölkəsində genişmiqyaslı təbliğatlar aparılmaqda, mövzu ilə əlaqəli konfranslar təşkil olunmaqda, sərgilər nümayiş etdirilməkdədir. Təşkil olunan bütün konfranslarda və nümayiş etdirilən hər bir sərgidə üzərində durulan əsas mövzular daha çox "Nuhun xəzinələri", "Nuh peyğəmbər və Ermənistan", "dünyanın ilk xristian etnosu və dövləti, eyni zamanda xristianlığın ilk şəhid milləti" məsələləridir (18, s. 114–115). Bu işlərin arxasında erməni kilsəsinin rolu inkaredilməzdir. Tarixi həqiqətlər də təsdiq edir ki, erməni millətçiliyi din üzərində qurulmuşdur. Dünyada bu cür millətçiliyin bənzərini tapmaq çox çətindir. Ümumiyyətlə, erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida qaynağı rolunu erməni kilsəsi böyük məharətlə oynamış və oynamaqdadır. Erməni tarixçisi Dikran Boyacıyanın təbiri ilə desək, erməni kilsəsi ilə erməni milləti o qədər iç-içədir ki, biri olmadan digərini təsəvvür etmək mümkün deyil (23, s. 57).
Ermənistanda enerji
Ermənistada enerji — Ermənistan iqtisadiyyatının bir qolu. 2014-cü ilin sonunda ölkədə 7,75 milyard kVt/saat elektrik enerjisi istehsal edilmişdir. Adambaşına istehlak təxminən 2037 kVt/saat təşkil edir. 2012-ci ilin məlumatlarına görə ölkədə elektrik enerjisinin ən böyük payı istilik elektrik stansiyalarının (İrəvan və Razdan) — 42 %, ardınca su və külək elektrik stansiylarının — 29% -dən çox — və Metsamor Atom Elektrik Stansiyasının — 29% -dən az — payına düşür. == Tarixi == SSRİ dağılmazdan əvvəl Ermənistan enerji sistemi Zaqafqaziyanın vahid enerji sisteminin tərkib hissəsi idi. Bu da öz növbəsində SSRİ-nin vahid enerji sisteminin bir hissəsi idi. Ermənistanın enerji sektoru elektrik enerjisi ixracatçısı olarkən digər Sovet respublikalarından gətirilən yanacaqdan (qaz, yanacaq yağı, nüvə yanacağı) istifadə edirdi. 1960–1970-ci illərdə tikilən istilik elektrik stansiyaları (İES) və 1977-ci ildə işə salınan Metsamor Atom Elektrik Stansiyası (AES) regional əhəmiyyət daşıyırdı (bu xüsusilə AES-lərə aiddir). 1989-cu ildən bu yana Zaqafqaziyanın enerji sistemləri bölündü, lakin 1996-cı ildə ikinci nüvə enerji qurğusunun yenidən işə salınması, enerji sektorundakı struktur islahatları və İran-Ermənistan yüksək gərginlikli elektrik verilişi xəttinin çəkilməsi qonşu ölkələrə, xüsusən də Gürcüstan və İrana elektrik enerjisi ixracına imkan verdi. Bu Gürcüstana elektrik enerjisi çatışmazlığını qismən ödəməyə, Ermənistan isə mövcud elektrik enerjisi istehsal gücündən istifadə etməyə imkan verir.
Ermənistanda futbol
Ermənistanda futbol — Ermənistanda idmanın aparıcı növlərindən biri
Ermənistanda islam
Ermənistanda islam — hal-hazırda bu ölkədə bu dinin ardıcılları azlıq təşkil edir. Ancaq dünya tarixinin müəyyən dövründə indiki Ermənistan ərazisində əhalisinin böyük əksəriyyəti müsəlman olan İrəvan xanlığı adlı dövlət mövcud olmuşdur. Hal-hazırda isə Ermənistanda yalnız az sayda kürd və farslar islam dinində etiqad edir. 2 min nəfərdən ibarət olan kürd-müsəlman icması əsasən Ellər rayonu ərazisində cəmləşmişdir. Rusiya imperiyasının bölgəni ələ keçirməsindən sonra bura çoxlu sayda erməni köçürməsinə baxmayaraq, Qarabağ münaqişəsinə qədər Ermənistan ərazisində böyük azərbaycanlı-müsəlman icması yaşayırdı. Bununla belə XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi müəyyən dövrlərdə davam etdirilmişdir. Müharibə öncəsi artıq Ermənistanda demək olar ki, azərbaycanlı-müsəlman qalmamışdır. == Ermənistan ərazisində islamın yayılması == İndiki Ermənistan ərazisində islamın meydana gəlməsi VII əsrdəki ərəb fəthləri ilə əlaqədardır. X əsr ərəb müəllifi İbn Havqəl Ermənistan haqda məlumatlar vermişdir Ərəblər bölgədə hakimiyyətlərinini möhkəmlətmək və islamı yaymaq məqsədi ilə bura çoxlu ərəb köçürmüşdür. X əsrdə Mərkəzi Asiyada islamı qəbul etmiş Oğuzlar artıq XI əsrdən bölgədə müşahidə olunmağa başlanmışlar.
Ermənistanda turizm
Ermənistanda turizm ― ölkəyə gələn turistlərin sayı hər il dəyişir. Ən çox Rusiya, Avropa ölkələri, ABŞ və İrandan turistlər gəlir. Nisbətən kiçik ölçülü olmasına baxmayaraq, Ermənistanın dört UNESCO Ümumdünya irsi ərazisi var. Daxili və xarici problemləri olmağına baxmayaraq, ölkəyə gələn turistlərin sayı 2007-dən bu vaxta qədər artmaqdadır. 2018-ci ildə 1,6 milyondan çox turist ölkəyə axın etmişdir. Turistlərin çox hissəsi ölkənin paytaxtı olan İrəvana səyahət edirlər. == Tarixi == === 2015-ci ildən bəri === 2019-cu il hesabatına görə, Ermənistanda otellərin qiymətinin normal olması, onu dünyadakı ən yaxşı sərfəli otelləri olaraq 7-ci sırada qərarlaşdırır. Həmçinin CNN kanalı, Ermənistanın paytaxtı İrəvanı ən gözəl 20 Avropa şəhərindən biri olaraq seçdi. === 2000–2015 === 2000-ci ildən sonra, Erməni turizmi üçün yeni dövr başladı. Rusiya, ABŞ, Liviya, Fransa və digər xarici ölkələrdən Ermənilər öz vətənlərinə gəlməyə başladı.
Ermənistanda zəlzələlər
Ermənistanda baş verən zəlzələlərin siyahısı
Ermənistanda antisemitizm
Ermənistanda antisemitizm — Ermənistanda yəhudilərə qarşı nifrət. Müxtəlif mənbələrə görə Ermənistanda 1,000-ə yaxın yəhudi yaşayır. == Tarixi == === Zəmin === Ermənistanda antisemitizmin əsas mənbəyi İsrailin Azərbaycanla güclü əlaqələri və ona silah satmasıdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Arayik Arutyunyan İsraili ermənilərə qarşı "soyqırım"da iştirak etməkdə ittiham etmişdir. Livandakı ermənilər həmin müharibə zamanı etiraz aksiyasında Türkiyə və Azərbaycan bayraqları ilə birlikdə İsrail bayrağını da yandırmışdılar. === İfadələr === Ermənistanda antisemitizm mövzusundan istifadə edən çox sayda siyasətçilər var. 1998-ci ilin aprelində məşhur erməni politoloq və iqtisadçı İqor Muradyan Ermənistanın aparıcı "Ermənistanın səsi" nəşrində antisemit məqalə dərc etmişdir. Muradyan iddia etmişdir ki, erməni-yəhudi münasibətlərinin tarixi "arilər semitlərə qarşı" münaqişəsinin təzahürləri ilə dolu olmuşdur. O, yəhudiləri etnik münaqişələri, o cümlədən Dağlıq Qarabağla bağlı mübahisələri qızışdırmaqda ittiham etmiş və İsrailin Türkiyə ilə yaxşı münasibətləri fonunda Ermənistanın təhlükəsizliyindən narahat olduğunu bildirmişdir. 2004-cü ildə prezidentliyə namizəd Tiqran Karapetyan Erməni soyqırımının təşkilində bilavasitə yəhudilərin iştirakını əlaqələndirmişdir.
Ermənistanda Qarabağ hərəkatı
Ermənistanda "Qarabağ hərəkatı" (erm. Ղարաբաղյան շարժում) — erməni millətçilərinin Ermənistan SSR-də və DQMV-də 1980-ci illərin sonunda başlamış olduqları hərəkat. Hərəkatın ilkin məqsədi DQMV-ni Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə qatmaq idi. Hələ 1987-ci ildə Ermənistan SSR-də və DQMV-də muxtar vilayətin Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə imzalar toplanmışdı. Bu prosesin təşkilatçıları imza toplama kampaniyasını "Referendum" adlandırırdılar. Dekabrın 1-i Qarabağ ermənilərinin nümayəndə heyəti tələbləri və toplanmış imzaları Moskvada Kommunist Partiyasının Mərkəzi Komitəsinin qəbul şöbəsinə təhvil verir. Müxtəlif mənbələrin verdiyi məlumata əsasən cəmi 75–80 min imza toplanmışdı. 1988-ci ilin yanvarında yazıçı Zoriy Balayanın və İqor Muradyanın aktiv iştirakı ilə Moskvaya Qarabağ ermənilərinin daha bir nümayəndə heyəti gəlir. Bu nümayəndə heyəti özü ilə Qarabağ ermənilərinin yeni müraciətlərini və "Dağlıq Qarabağın əzəli erməni torpağı olmasını sübut edən 8 sənəd" gətirir. Bu sənədlər Qarabağın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına və etnoqrafiyasına aid idi.
Ermənistanda ensiz dəmiryolu
Ermənistanda ensiz dəmiryolu — ensiz dəmiryolları standart geniş dəmir yollarından fərqli olaraq, şəhərətrafı və ya şəhərlərarası nəqliyyatda sərnişin daşımaq üçün nəzərdə tutulmayıb. Ermənistandakı ilk ensiz dəmir yolu 1906-cı ildə İrəvanda açılır. Bu dəmir yolu şəhər konkasında istifadə edilir. Birinci Dünya müharibəsi zamanı Rusiya imperatorluğunun əsgərlərini, silahlarını, döyüş sursatını və ehtiyaclarını Rusiya-Türkiyə cəbhəsinə daşımaq üçün təcili hərbi dəmir yolları inşa edilir. Daha sonra bu dəmir yolları Türkiyə ərazisinə bitir. Bəziləri geniş relslərlə dəyişdirilir, digərləri isə sökülür. Ermənistandakı müasir ensiz dəmir yolları iki növə bölünə bilər: Böyük şəhərlərdə uşaq dəmir yolları Sənaye zavodlarında sənaye dəmir yolları. == İrəvan == === İrəvan konkası === 1906-cı ildə İrəvan şəhərində 914 mm ölçülü şəhər konkası açılmışdır. Konka 1918-ci ildə dağıdılır. 1933-cü ildə şəhərdə ilk geniş relsli tramvay xətti açılır.
Ermənistanda homoseksualizm tarixi
Ermənistanda LGBT tarixi — müxtəlif dövrlərdə erməni cəmiyyətində homoseksuallıqla bağlı məlumatları əhatə edir.Ermənistan Respublikasının qurulmasından sonra konstitusiyanın homoseksualizm əleyhinə 116-cı maddə nəzərdə tutulmuşdu. 2003-cü ildə homoseksuallığı qadağan edən qanun Robert Koçaryan tərəfindən Cinayət Məcəlləsindən çıxarılmışdır. == Qədim dövr == İkiçayarası xalqlarının ən qədim nəsr nümunələrindən olan Gilqameş dastanında xalq qəhrəmanı Gilqameşla güclü döyüşçü Enkidu arasındakı əfsanəvi məhəbbətdən söz açılır. Sevgilisi Enkidunun ölümü bu cür təsvir edilir: "Gilqamış özünü yerə çırpır, paltarlarını cırır, saçlarını yolur". Bu dastan bir müddət sonra Mesopotamiya taryfalarının ünsiyyətdə olduğu bütün yaxın ərazilərdə sürətlə yayılmış və şöhrət qazanmış, həmçinin Erməni ədəbiyyatına da təsir göstərmişdir. E.ə IV əsrdə Makedoniyalı İsgəndərin geniş Əhəməni torpaqlarını da imperiyasının tərkibinə qatması bu ərazilərdə yeni mədəniyyətin yayılması ilə müşahidə edilir. Böyük İsgəndərin yürüşləri nəticəsində yayılan Ellinizm mədəniyyəti, Qədim Yunanıstan mədəniyyətindən gələn homoseksual münasibətlərin təbliği və yayılmasında ciddi rol oynamışdır. Romanın Ermənistana yürüşləri və bu ərazini əsarəti altına alması, imperator Adrianın (117–138) öz həmcinsiylə təntənəli şəkildə evləndiyi dövrə təsadüf edir. B.e. III əsrindən etibarən Ermənistanda Maniçilik yayılmağa başlayır və sonradan manixeylər cinsi nizamsızlıq və homoseksuallıqda günahlandırılırlar.
Ermənistanda olan məscidlər
1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məhəllə məscidləri Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi, Şərur-Dərələyəz uyezdində 63 məhəllə məscidi, Novobayəzed uyezdində 14 məhəllə məscidi, İrəvan uyezdində 54 məhəllə məscidi fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparıb. Hər məhəllənin mollası qubernator tərəfindən təyin olunub. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
Ermənistanda türk toponimləri
Ermənistanda Türk toponimlərinin dəyişdirilməsi – XX və XXI əsrlərdə Qərbi Azərbaycan ərazisində (indiki Ermənistan) Türk toponomlərinin ermənilər tərəfindən dəyişdirilməsi prosesi. XVII əsrdən XIX əsrin əvvəllərinə kimi indiki Ermənistan ərazisinin əhalisinin çoxunu Qafqaz müsəlmanları (Azərbaycanlılar və kürdlər) təşkil edirdi. Cəfər Qiyasi və İbrahim Bozyelin "Armenian acts of cultural terrorism" kitabında bildirilir ki, ermənilərin özləri keçən əsrin ortalarına kimi təsdiq edirdilər ki, Ermənilər indiki Ermənistan ərazisinə köçürülmüş xalqdır və əvvəllər burada etnik xalq kimi Azərbaycanlılar yaşayırdılar. Təkcə XX əsrin əvvəllərində qərbi azərbaycanda (indiki Ermənistanda) 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəlli idilər. == Türk toponimlərinə təcavüz dövrləri == İndiki Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsini aşağıdakı dövrlərə bölmək olar. 19-cu əsrin əvvəllərindən 1918-ci ilə qədər dəyişdirilən toponimlər 1918–1920 1920–1930 1930–1960 1960–1980 1991-ci ildən sonra dəyişdirilənlər. İlk addəyişdirmə 1801-ci ildə baş vermişdir. Addəyişmənin I dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Bu da ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlıdır. İlk dəyişdirilən ad Cəlaloğlu rayonundakı (Stepanovan rayonu) Qaraməhəmməd kəndinin adının dəyişdirilib Aleksandrovka qoyulması ilə başlayıb.
Ermənistanda Stalin repressiyaları
Ermənistan Stalin repressiyaları — 1936–1938-ci illərdə Ermənistan SSR-də həyata keçirilən Stalin repressiyalarına verilən ad. Repressiyaların qurbanları arasında erməni ziyalılar, yazıçılar, incəsənət xadimləri, bolşevik və sonralar sovet dövlət xadimləri, hərbi komandirlər və din xadimləri var idi. İosif Stalin tərəfindən təşkil edilən Böyük təmizləmə Sovet İttifaqında "xalq düşmənləri"nə, o cümlədən Kommunist Partiyasının üzvlərinə, kəndlilərə, yazıçılara və ziyalılara və digər əlaqəsi olmayan şəxslərə qarşı siyasi repressiya və təqib kampaniyası idi. NKVD-nin rəhbəri Nikolay Yejovun rəhbərliyi altında ən pis dövr "Yejovşina" ("Yejov dövrü") kimi tanınırdı. Bu dövrdə Sovet Ermənistanında minlərlə insan Stalin repressiyalarının qurbanı olmuşdur. == Repressiyalar == Ermənistanda Böyük təmizləmə prosesi əksər hallarda 9 iyul 1936-cı il tarixinə, Ermənistanın birinci katibi Ağası Xanciyanın Tiflisdə Lavrenti Beriya tərəfindən öldürülməsi ilə bağlıdır. Bu, Beriya ilə Xanciyan arasındakı siyasi mübarizənin nəticəsi idi. Beriya əvvəlcə Xanciyanın ölümünü "intihar" adlandırmış, lakin tezliklə onu "quduz milliyətçi ünsürlərə" dəstək verdiyinə görə qınamışdır. Xanciyanın ölümündən sonra Beriya Ermənistanda ona sadiq adamları – Amatuni Amatuni Ermənistanın birinci katibi, Xaçik Muğdusini isə Ermənistan NKVD-nin rəisi vəzifələrinə təyin etmidir. Beriyanın müttəfiqlərinin komandanlığı altında "düşmənlərə" qarşı kampaniya güclənmişdir.
Ermənistanda COVID-19 pandemiyası
Ermənistanda COVID-19 pandemiyası — 1 mart 2020-ci il tarixdə Ermənistanda ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu. == Hadisələrin ardıcıllığı == === Mart === 1 mart 2020-ci ildə, 2019–20-ci il koronavirus pandemiyasının ilk hadisəsi Ermənistanda öz təsdiqini tapdı. Baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində xəbəri təsdiqlədi. Martın 16-da hökumət koronavirusun yayılmasının qarşısını almaq məqsədilə aprelin 14-dək davam edən fövqəladə vəziyyət elan etdi. Fövqəladə tədbirlərə bütün təhsil müəssisələrinin, eləcə də, Gürcüstan və İranla sərhədlərin bağlanması, 20-dən çox insanın toplaşmasına qadağa qoyulması və 2020-ci il Ermənistanın Konstitusiya referendumunun təxirə salınması daxildir. 18 mart tarixinə qədər, özünütəcrid vəziyyətində olan 799 nəfərdən əlavə, Zaxqadzorun Qızıl Saray Otelində və Dilican şəhərinin Monte Melkonyan Hərbi Kollecində karantində qalan 444 nəfər vardı. Martın 20-də Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısını almaq və aradan qaldırmaq üçün fiziki şəxslər və təşkilatlardan dövlətə maliyyə yardımı fonduna 398 milyon 401 min 619.8 Dram pul köçürülüb. Pul köçürmələrinin ümumi sayı 2210 olub. Həmin gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycandan olan hakerlərin internetdə erməni istifadəçilərin səhifələrini qırması və onların adından pandemiya haqqında yalan məlumatlar yaymasının qarşısını aldığını bəyan edib. Martın 21-də Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Ermənistanın müxtəlif bölgələrində 600-dən çox şəxsin karantində olduğunu söylədi.
Ermənistanda Parlament seçkiləri (1919)
Ermənistanda Parlament seçkiləri — 21–23 iyun 1919-cu il tarixlərində Ermənistanda keçirilən seçkilər. İstifadə edilən seçki sistemi bir ümumi bölgədə D'Hondt metodundan istifadə edilərək partiya siyahısına mütənasib təmsilçilik idi. Nəticədə, 80 yerdən 72-sini Daşnaksutyun Partiyası qazandı. Azərbaycanlıları təmsil edən Müsəlmanların Partiyasız İttifaqı isə 3 yer qazandı. Lakin seçkilər Sosial Demokrat Hnçak Partiyası və xalqçılar tərəfindən boykot edildi. Seçici fəallığı% 71,2 idi. İlk Ermənistan Respublikası Sovet Rusiyası tərəfindən işğal edildikdən sonrakı illərdə çox partiyalı seçkilər keçirilmədi. İlk çox partiyalı seçki isə ancaq müstəqilliyin əldə edilməsindən sonra, 1995-ci ilə keçirildi.
Ermənistanda Prezident seçkiləri (2013)
2013-cü il Ermənistan Respublikası prezidenti seçkiləri — Ermənistan Prezidenti postuna keçiriləcək 6-cı seçkilərdir. Seçkilər 18 fevral, 2013 tarixində keçirildi. Ölkənin 3-cü prezidenti Serj Sarqsyan səslərin 58%-ni toplayaraq qalib gəldi və ikinci müddətə prezident seçildi. Onun əsas rəqibi Raffi Hovanisyan səslərin 36%-ni qazandı və ikinci yeri tutdu. Qalan 5 namizəd ümumilikdə səslərin qalan 4%-ini aldı. == Seçkidən əvvəl vəziyyət == Son prezident seçkilərində Respublikan partiyanın sədri Serj Sarqsyan səslərin 52%-ni qazanaraq qalib gəldi. 2012-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində Respublikan Partiyası səslərin 70%-ni aldı və parlamentdə 151 yerdən 69-una sahib oldu. Çiçəklənən Ermənistan partiyası 37 yer, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi Ermənistan Milli Konqresi isə 7 yer qazandı. Seçkilərdən sonra əsas müxalif partiyalar seçkilərin nəticələrinin düzgün olmadığını və seçkilərin qeyri-şəffaf keçdiyini bildirdi. Keçirilən son sorğulara əsasən 2013-cü ildə prezident seçkilərində qələbəyə ən böyük namizad hazırkı prezident S. Sarqsyandır.
Ermənistanda Prezident seçkiləri (2018)
2018-ci il Ermənistan Respublikası prezidenti seçkiləri — Ermənistanda prezident seçkisi. 2 mart 2018-ci ildə Ermənistanda prezident seçkiləri keçirildi.2015-ci ilin Ermənistan konstitusiyası referendumunun nəticəsi olaraq prezident xalq tərəfindən yox,parlament tərəfindən seçildi.Referendumun digər bir nəticəsi isə, yeni seçilmiş prezidentin gəlişi ölkənin prezident respublikasından parlament respublikasına keçməsinin başlanğıcı olacaqdır. Eks-prezident Serj Sarkisyan Ermənistan Konstitusiyası tərəfindən növbəti dəfə yəni üçüncü dəfə seçilməsinə qadağa qoyuldu. Armen Sarkisyan 90 millət vəkilinin səsiylə asanlıqla seçkini qazanmışdır.
Ermənistanda koronavirus pandemiyası 2020
Ermənistanda COVID-19 pandemiyası — 1 mart 2020-ci il tarixdə Ermənistanda ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu. == Hadisələrin ardıcıllığı == === Mart === 1 mart 2020-ci ildə, 2019–20-ci il koronavirus pandemiyasının ilk hadisəsi Ermənistanda öz təsdiqini tapdı. Baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində xəbəri təsdiqlədi. Martın 16-da hökumət koronavirusun yayılmasının qarşısını almaq məqsədilə aprelin 14-dək davam edən fövqəladə vəziyyət elan etdi. Fövqəladə tədbirlərə bütün təhsil müəssisələrinin, eləcə də, Gürcüstan və İranla sərhədlərin bağlanması, 20-dən çox insanın toplaşmasına qadağa qoyulması və 2020-ci il Ermənistanın Konstitusiya referendumunun təxirə salınması daxildir. 18 mart tarixinə qədər, özünütəcrid vəziyyətində olan 799 nəfərdən əlavə, Zaxqadzorun Qızıl Saray Otelində və Dilican şəhərinin Monte Melkonyan Hərbi Kollecində karantində qalan 444 nəfər vardı. Martın 20-də Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısını almaq və aradan qaldırmaq üçün fiziki şəxslər və təşkilatlardan dövlətə maliyyə yardımı fonduna 398 milyon 401 min 619.8 Dram pul köçürülüb. Pul köçürmələrinin ümumi sayı 2210 olub. Həmin gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycandan olan hakerlərin internetdə erməni istifadəçilərin səhifələrini qırması və onların adından pandemiya haqqında yalan məlumatlar yaymasının qarşısını aldığını bəyan edib. Martın 21-də Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Ermənistanın müxtəlif bölgələrində 600-dən çox şəxsin karantində olduğunu söylədi.
Ermənistanda yayılmış sürünənlərin siyahısı
Ermənistanda yayılmış sürünənlərin siyahısı Ermənistanda (Əski Azərbaycan torpaqlarında) ərazisində 3 növ Tısbağa, 26 növdən az olmayan Kərtənkələ, 22 növdən az olmayaraq İlan vardır, Timsahların və Dimdikbaşlar nümayəndələrinə rast gəlinmir.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
Ermənistanda qadınlar
Ermənistanda qadınlar — Birinci Ermənistan Respublikası yaranandan bəri bərabər hüquqlara, o cümlədən səsvermə hüququna malikdirlər. 21–23 iyun 1919-cu il tarixlərində Ermənistanda ümumi seçki hüququ ilə ilk birbaşa parlament seçkiləri keçirilmişdir. 20 yaşına çatmış hər bir şəxs cinsindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq səsvermə hüququna malik idi. Ermənistan dövlətinin əsasını qoymaqda məsuliyyət daşıyan 80 yerlik qanunverici orqanın tərkibində üç qadın deputat var idi. Onlar: Katarin Zalyan-Manukyan, Perçuhi Partizpanyan-Barseğyan və Varvara Saakyan. İndiki Ermənistan Respublikasının konstitusiyası 1991-ci ildə qəbul edilmişdir və gender bərabərliyinə rəsmi zəmanət verir. Bu, qadınların Ermənistanda həyatın bütün sahələrində fəal iştirakına şərait yaratmışdır. Erməni qadınları əyləncə, siyasət və digər sahələrdə böyük nüfuz qazanmışlar. == Əmək == 2023-cü ildə Ermənistan işçi qüvvəsində qadınların ən yüksək faizinə (52,76%) malik olduğuna görə dünyada 1-ci yerdə qərarlaşmışdır. 2018-ci ildə "Grant Thornton International" biznes sorğusuna əsasən, Ermənistanda qadınların yüksək vəzifələrdə tutduğu nisbət bir qədər artaraq 31%-dən 32%-ə yüksəlmişdir.
Ermənistanda ölüm hökmü
Ermənistanda ölüm cəzası 1991-ci ildən tətbiq edilmir. == İcranın ləğvi == Ermənistanda sonuncu edam 30 avqust 1991-ci il tarixində baş vermişdir. Edam başın arxasından güllə ilə həyata keçirilmişdir, lakin edam edilənlər haqqında məlumat yoxdur. Ölüm cəzası 2003-cü ildə ləğv edilənə qədər adamöldürmə, dövlətə xəyanət və ağır hərbi cinayətlərə görə qanuni cəza hesab olunurdu. Ermənistan Milli Məclisində edam cəzasının ömürlük azadlıqdan məhrumetmə ilə əvəz edilməsini nəzərdə tutan yeni Cinayət Məcəlləsinin yeni layihəsini birdən üç oxunuşda qəbul edilmişdir. Buna baxmayaraq, bu, edamın ləğvi haqqında qanun qüvvəyə minənədək ağır cinayətlər törətmiş şəxslərə şamil edilməmişdir.
Ermənistanda Azərbaycan türklərinə qarşı qətliamlar
Ermənistanda azərbaycanlılara qarşı qırğınlar (1917-1921)
Birinci Dünya müharibəsinin bitməsindən sonrakı, Ermənistan-Azərbaycan müharibəsi (1918-1920) və Rusiya Vətəndaş Müharibəsi zamanı azərbaycanlılarla ermənilər arasında münaqişə davam etməkdə idi. Nəticədə İrəvan quberniyasının əsasını Azərbaycan türkləri təşkil edən müsəlman əhalisinin çoxu öz yerlərini tərk etməyə məcbur olmuşdu. Bu qırğınların və qaçqın düşmənin səbəbi erməni silahlı dəstələrinin və qeyri-nizamı birləşmələrin azərbaycanlılara qarşı yürütdükləri siyasət və Ermənistan hökumətinin regionu "yenidənerməniləşdirmə" layihəsini işə salması idi. 1918-ci ildən başlayaraq erməni dəstələri Zəngəzur qəzasında yaşayan minlərlə azərbaycanlını qətlə yetirməyə və ya qaçqın etməyə başladı. Onların yaşayış məskənləri "rearmenizasiya" siyasətinin həyata keçirilməsi üçün dağıdıldı. Erməni hökumətinin bu siyasəti Azərbaycan hökumətini Zəngəzurda hərbi əməliyyatlara başlamağa məcbur etdi. Nəticədə, Azərbaycan Ermənistandan gələn minlərlə qaçqını qəbul edib yenidən məskunlaşdırdı. Bu proseslər zamanı öldürülənlərin ümumi sayı akademik olaraq mübahisə qaynağı olaraq qalmaqdadır. Ermənistan müstəqilliyini əldə edənə qədər burada azərbaycanlıların və ya Azərbaycan türklərinin sayı 10 min nəfərdən çox idi. Halbuki 1897-ci ildə hələ Azərbaycan türklərinin üstünlükdə olduğu Zəngəzur istisna olmaqla, İrəvan quberniyasında 313 mindən çox müsəlman yaşamaqda idi.
Ermənistandakı məscidlərin siyahısı
1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məhəllə məscidləri Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi, Şərur-Dərələyəz uyezdində 63 məhəllə məscidi, Novobayəzed uyezdində 14 məhəllə məscidi, İrəvan uyezdində 54 məhəllə məscidi fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparıb. Hər məhəllənin mollası qubernator tərəfindən təyin olunub. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı — 11 dekabr 1988-ci ildəki hadisə, Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilib. 11 dekabr 1988-ci ildə Bakıdan Leninakana zəlzələ rayonuna köməyə uçan İl-76 təyyarəsini daşnak terrorçuları qəzaya uğradıb. 69 sərnişindən yalnız bir nəfər Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olub. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilib. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınıb. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdur" deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırıblar. == Siyahı == == Həmçinin bax == Spitak zəlzələsi Leninakan yaxınlığında İl-76 qəzası (1988) == Xarici keçidlər == Xronologiya == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Abşereon şəhidləri", Bakı, "Ağrıdağ", 1997. səh. 45-də Azərbaycan Respublikası Xatirə Kitabı, X cild.
Ermənistandan qaçqın düşən azərbaycanlılar
Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. == Ermənistandan qaçqın düşən azərbaycanlılar == Yeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür. === 1947–1953 azərbaycanlıların Ermənistandan deportasiyası === 1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml 1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir.
Azərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)
1948–1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası — SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin köçürülməsi. Proses Azərbaycanda azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından məcburi köçürülməsi və etnik təmizləməsi olaraq qiymətləndirilir. Deportasiya üçün lazımı vəsaitin və maddi-texniki yardımın ayrılması sənəd üzərində nəzərdə tutulsa da, bu həyata keçirilməmiş və ya çox zəif şəkildə həyata keçirilmişdir. Deportasiyaya məruz qalanların əksəriyyəti bundan şikayətçi olmuşdur. Həmçinin deportasiya edilənlərin heç olmasa, öz yaşadıqları yerin iqliminə bənzər regiona köçürülmə istəkləri də rədd edilmişdir. Sənəd üzərində könüllülük əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, dövlətin gücü istifadə edilməklə bəzən zorakılıqla həyata keçirilmişdir, çünki deportasiya edilənlərin əksəriyyəti köçmək fikrində olmamışdır. Deportasiyaya məruz qalanların dəqiq sayı bəlli deyil. Onların sayının 50 mindən çox olması güman edilir. Deportasiya Sovet İttifaqının mütləq rəhbəri olan İosif Stalinin ölümündən sonra yavaşlamış, 1956-cı ildə isə tamamilə dayandırılmışdır. == Zəmin == === Ermənilərin bölgəyə köçürülməsi === 1829-cu ildə İrəvana gələrək bölgəni öyrənməyə başlayan İvan Şopen sonra dövlət üçün bu araşdırmalarını yayınlamışdır.
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilən azərbaycanlıların siyahısı
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı — 11 dekabr 1988-ci ildəki hadisə, Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilib. 11 dekabr 1988-ci ildə Bakıdan Leninakana zəlzələ rayonuna köməyə uçan İl-76 təyyarəsini daşnak terrorçuları qəzaya uğradıb. 69 sərnişindən yalnız bir nəfər Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olub. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilib. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınıb. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdur" deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırıblar. == Siyahı == == Həmçinin bax == Spitak zəlzələsi Leninakan yaxınlığında İl-76 qəzası (1988) == Xarici keçidlər == Xronologiya == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Abşereon şəhidləri", Bakı, "Ağrıdağ", 1997. səh. 45-də Azərbaycan Respublikası Xatirə Kitabı, X cild.

"ermənistanda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ermənistanda nədir? #ermənistanda sözünün mənası #ermənistanda nə deməkdir? #ermənistanda sözünün izahı #ermənistanda sözünün yazılışı #ermənistanda necə yazılır? #ermənistanda sözünün düzgün yazılışı #ermənistanda leksik mənası #ermənistanda sözünün sinonimi #ermənistanda sözünün yaxın mənalı sözlər #ermənistanda sözünün əks mənası #ermənistanda sözünün etimologiyası #ermənistanda sözünün orfoqrafiyası #ermənistanda rusca #ermənistanda inglisça #ermənistanda fransızca #ermənistanda sözünün istifadəsi #sözlük