Ermənistanı sözü azərbaycan dilində

Ermənistanı

Yazılış

  • Ermənistanı • 99.8402%
  • ermənistanı • 0.1279%
  • ERMƏNİSTANI • 0.0320%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rusiya Ermənistanı
Rusiya Ermənistanı 1828-ci ildən bəri Rusiya imperiyasının hakimiyyəti altında olan erməni tarixinin dövrüdür. Şərqi Ermənistan, 1826–1828-ci illər İran-Rusiya müharibəsində İranın məğlubiyyətindən sonra Rusiya ilə imzalanmış Türkmənçay müqaviləsi ilə Rusiya İmperiyasının bir hissəsi oldu. Şərqi Ermənistan 1917-ci ildə Rusiya İmperiyasının süqutuna qədər Rusiya İmperiyasının tərkibində qalmışdır. Rusiyanın 1801-ci ildə Gürcüstanın Kartli-Kaxetiya Krallığını ilhaq etməsi, Cənubi Qafqazda mühüm bir dayaq nöqtəsinə sahib olmaları ilə birlikdə həm də, yeni bir mərhələnin başlanmasına səbəb oldu. Bu tarixdən sonrakı otuz illik müddət ərzində Rusiya Osmanlı İmperiyası və İran hesabına Qafqazdakı ərazisini genişləndirməyə çalışdı. Rusların bölgəyə səfərləri müharibədə iştirak edən yepiskop Nerses Ashtaraketsinin başçılığı ilə ermənilər arasında coşqulu dəstək tapdı. 1804–1813-cü illər Rus-İran müharibəsi zamanı ruslar Gülüstan müqaviləsi ilə Şərqi Ermənistanın yalnız şimal hissəsini fəth edərək öz ərazilərinə qatmağı bacardılar. 1826-cı ildə Gülüstan müqaviləsini pozan ruslar İranın İrəvan xanlığının bir hissəsini işğal etdilər. Bu, 1826–1828-ci illər İran-Rusiya müharibəsini başlatdı. Müharibənin başlaması ilə Rusiyanın Təbrizə kimi İranı işğal etməsi iranlılar üçün daha böyük bir fəlakətə səbəb oldu.
Sovet Ermənistanı (qəzet)
"Sovet Ermənistanı" qəzeti (azərb-kiril. Совет Ермәнистаны) — Ermənistan SSR-də Azərbaycan dilində respublika qəzeti. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi, Ermənistan SSR Ali Soveti və Nazirlər Sovetinin orqanı. == Haqqında == 1920-ci il noyabr ayının 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bütün respublikalarda olduğu kimi, ilk növbədə kommunist-bolşevik mətbuatı yaratmaq məsələsi zəruri idi. Bu səbəbdən də 1921-ci ilin yanvar ayının 7-də İrəvanda Azərbaycan dilində həftəlik "Kommunist" qəzeti nəşr edilməyə başlandı. "Kommunist" qəzeti 1921-ci ilin yanvar ayının 7-dən fevral ayının 8-nə qədər nəşr olunmuşdur. Qəzetin redaktoru isə Həmid Qənizadə idi. 1921-ci ilin fevral ayının 9-da erməni daşnakları İrəvanda yenidən tüğyan edərək, terror, qətliamlar, qırğınlar və dağıntılar törədərkən Azərbaycan dilində nəşr olunan "Kommunist" qəzetinin redaksiyasını yandıraraq məhv etmişlər. Bununla da qəzetin fəaliyyəti dayandırılmışdır.Qəzet 1921-ci ildə "Kommunist", 1922-ci ildə "Rəncbər", 1925-ci ildə "Zəngi", 1929-cu ildə "Qızıl şəfəq", 1937-ci ildə yenidən "Kommunist" və nəhayət 1939-cu ildə "Sovet Ermənsitanı" adı ilə işıq üzü görüb. Bu illərdə H.Qənizadə, B.Əfəndiyev, R.Vəlibəyov, Ə.Tağızadə, M.Hüseynov, S.Alməmmədov, Ə.Rzayev, R.Allahverdiyev kimi görkəmli azərbaycanlı ziyalıları qəzetin məsul redaktorları olublar.
Ermənistanı sülhə məcburetmə əməliyyatı
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür.Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı. Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi.Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan (UTC+3) etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.
Qızıl Ordunun Ermənistanı işğalı
Qırmızı Ordunun Ermənistanı işğalı və ya Ermənistanın Sovetləşməsi — Sovet Rusiyasının XI Qırmızı Ordusunun 1920-ci ilin sentyabrından 4 dekabr tarixinədək keçmiş Rusiya İmperiyası və Osmanlı imperiyası ərazisində qurulmuş Ermənistan Demokratik Respublikasında yeni Sovet hökuməti qurmaq üçün həyata keçirilən bir hərbi səfərdir. Müdaxilə paytaxt İrəvan və digər şəhərlərdə erməni bolşeviklərinin qiyamı ilə paralel olmuşdur. Müdaxilə Ermənistan Demokratik Respublikasının mövcudluğunun sona çatmasına və Ermənistan Sovet Sosialist Respublikasının qurulmasına gətirib çıxardı. == Arxa plan == 1917-ci ildə baş vermiş Oktyabr inqilabından sonra Azərbaycan-Ermənistan müharibəsi başlayır. Bakıdakı şəhər daxili müharibələrdən sonra şəhər azərbaycanlıların və ermənilərin yaşadığı ərazilər olaraq ikiyə bölündü. Lakin vaxt keçdikcə ermənilər Bakını boşaldıb bugünkü Ermənistanın sərhədlərinə çəkildilər. Azərbaycan Xalq Cümhuriyyəti nizami orduların müharibəsi kimi reallaşmayan bu qarşıdurmalar nəticəsində yaradılmışdır. 1920-ci ilin sentyabrında, Türkiyə və Ermənistan arasında müharibə başlayandan sonra hücuma keçən Kazım Qarabəkir komandirliyindəki XV korpus Mîsâk-ı Milli sərhədləri içində olan Sarıqamış, Qars, Ərdahan, Artvin, Batum və İğdırı geri alaraq Gümrü şəhərinə daxil olanda, Daşnak (Erməni İnqilab Federasiyası) rəhbərliyi sülh istəməli idi. Sülh danışıqları 22 noyabr 1920-ci ildə Gümrüdə başladı. 2-3 dekabr 1920-ci il gecəsinin səhəri, sülh müqaviləsi Ermənistan daşnak hökuməti adından imzalandı.
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları - Azərbaycanın və Gürcüstanın tarixi torpaqlarını ələ keçirmək üçün erməni-daşnak hökuməti tərəfindən irəli sürülmüş əsassız ərazi iddiaları. == Arxa plan == Rusiya imperiyasının dağılmasından sonra CənubiQafqazda yaranmış Ermənistan (Ararat) Respublikası Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. 1918-ci il may ayının 29-da İrəvan AXC rəhbərliyi tərəfindən Ermənistana siyasi mərkəz kimi güzəşt edildi. Bu erməniləri daha da şirnikləndirdi. == İddialar == Ermənilər Göyçə bölgəsinə (Yeni Bəyazid qəzasının şərq hissəsi), Naxçıvan bölgəsinə (Naxçıvan, Şərur-Dərələyəz qəzaları və İrəvan qəzasının bir hissəsi), Qazax qəzasının dağlıq hissəsinə, Qarabağa və Zəngəzura qarşı ərazi iddiaları qaldırır, xəritələr tərtib edirdilər. Lakin onlar bununla da kifayətlənməyərək, AzərbaycanRespublikasını və dünya ictimaiyyətini fakt qarşısında qoymaq məqsədilə, Azərbaycanın göstərilən tarixi torpaqlarında soyqırımlarına başladılar. Azərbaycan Xalq Cümhuriyyəti olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə Ermənistanın ərazi iddialarını rədd edir, Cümhuriyyətin ərazi bütövlüyünü təmin etmək üçün hərtərəfli iş aparır, mümkün olan bütün tədbirləri görürdü. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Demokratik Respublikası == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu
ASALA (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975–1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır."Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. ASALA-nın yaranma tarixi və fəaliyyəti ilə bağlı saysız-hesabsız məqalələr, yazılar, faktlar qəzetimizdə dərc edilib. 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Armi for the Liberation of Armenia"- ASALA") fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir[mənbə göstərin]. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur.
Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi (kitab)
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları
Qədim zamanlardan başlayaraq Azərbaycan türklərinin yaşamış olduğu Ermənistan Respublikası ərazisində indi azərbaycanlı yoxdur. Ermənilərin 1828-ci ildən başlanmış azərbaycanlıların qovulub çıxarılması prosesi 1988-ci ildə başa çatdırıldı. Həmin il azərbaycanlıların axırıncı sakinləri erməni millətçiləri tərəfindən doğma şəhər və kəndlərindən deportasiya edildi. Bu tale həm də min illər boyu yaranmış coğrafi adların – toponimlərin tam genosidi ilə başa çatdı. Azərbaycanlı əhali qovulduqca ya onun kəndləri dağıdılır və beləliklə, onların adları məhv edilir, ya da 1935-ci ildən başlayaraq yeni və həm də tam uydurma erməni adları ilə əvəz olunurdu. Yeni yaradılan erməni dilli coğrafi adların bir qismi Azərbaycan dilindən erməni dilinə eyni ilə tərcümələrdən, digər qismi isə Azərbaycan toponimlərinə yad olan qondarma coğrafi adlardan ibarətdir. Əhalinin deportasiyası ilə əlaqədar olaraq kəndlər, dağlar, dərələr, çaylar, bulaqlar da öz tarixi adlarından məhrum oldular. Bu, aydındır: bir yerdə ki, xalq yaşamır, o xalqın dilində coğrafi adlar da yoxdur. 1988-ci ildə Ermənistandan axırıncı Azərbaycan əhalisinin deportasiyası ilə oradakı bütün türkmənşəli adlar, o cümlədən mikrotoponimlər də ölümə məhkum edildi. Ermənilər azərbaycanlıların Ermənistan ərazisində tarixi izini silmək üçün qədim türklərə məxsus xaçdaşları, vişap adlanan balıq və ilan şəkilli daşları, qoç heykəlləri (V əsr erməni müəllifi Moisey Xorenasi Madayın axırıncı hökmdarı Astiaqın (e.ə.
Ermənistanın Milli Qəhrəmanlarının siyahısı
Ermənistanın — Ermənistanda "Vətən" ordeniylə mükafatlandırılan şəxslərin siyahısı.
Ermənistanın Milli Qəhrəmanı
Ermənistanın Milli Qəhrəmanı (erm. Հայաստանի ազգային հերոս) — Ermənistanın yüksək titulu. Titul haqqında qanun 1994-cü il aprelin 22-də prezident Levon Ter-Petrosyan tərəfindən imzalanıb. Mükafat Ermənistanın müdafiəsində, dövlət aparatının möhkəmləndirilməsində, milli dəyərlərin qorunub saxlanmasında və təbliğində müstəsna xidmətlər göstərənlərə verilir. Titul ilə yanaşı, onu alanlar Vətən ordeni alırlar. O, Ermənistan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş Sovet İttifaqı Qəhrəmanı mükafatının erməni varisi kimi yaradılmışdır. Bu titulun ilk sahibi 28 iyul 1994-cü ildə erməni kilsəsinin rəhbəri katolikos I Vazgen olmuşdur.
Ermənistanın adları dəyişdirilmiş şəhərlərinin siyahısı
Ermənistan ərazisindəki türk mənşəli toponimlərin dəyişdirilməsinin birinci dövrü XIX əsrin əvvəllərindən başlayır. İlk addəyişmə 1801-ci ildə baş vermişdir. 1920-1930-cu illərdə adların dəyişdirilməsi ilə bağlı qərarları Ermənistan SSR Torpaq Komitəsi verirdi.
Ermənistanın avtomobil yolları
Ermənistanın avtomobil yolları — respublikanın nəqliyyat sisteminin mühüm tərkib hissəsidir. İnkişaf etməmiş dəmir yolu şəbəkəsi ilə Ermənistanın yolları ölkənin sosial-iqtisadi inkişafında həlledici əhəmiyyətə malikdir. Ermənistanın avtomobil yollarının beynəlxalq daşımalarda da rolu əvəzsizdir. Ermənistanda formalaşmış ümumi istifadədə olan avtomobil yolları şəbəkəsi 7637 km-dir ki, bunun da 96,7%-i bərk örtüklüdür. Respublika ərazisinin hər 1000 km²-ə 258 km yol düşür. == Şosselər == Müasir mənasında anladığımız ilk yollar Ermənistanda 19-cu əsrdə yaranıb. Ermənistanın paytaxtı İrəvandan dörd çoxzolaqlı “avtomagistral” yol ayrılır - Ararat, Əştərək, Armavir və Göycə. İrəvan-Ararat hissəsindəki Meqri şossesi ikixətlidir: cənubda şəhərlərdən yan keçərək sürətli “avtomobil” var, şimaldan isə ona paralel köhnə marşrut. Ermənistanda qış üçün bağlı keçidlər yoxdur. Ermənistanın ən çox trafikə malik əsas şosselər bunlardır: М1: İrəvan - Əştərək - Gümrü - Bavra (Gürcüstanla sərhəddə yol keçid məntəqəsi).
Ermənistanın diplomatik nümayəndəliklərinin siyahısı
Ermənistanın diplomatik nümayəndəliklərinin siyahısı (erm. Հայաստանի դիվանագիտական ներկայացուցչությունների ցանկ[խմբագրել) Ermənistan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Rusiya, Fransa, İran, ABŞ, Livan, Argentina və Ukrayna kimi erməni diasporunun aktiv olduğu ölkələrdə Ermənistanın səfirlikləri mövcuddur. Ümumilikdə ölkənin 4 qitədə, 42 səfirliyi və 8 konsulluğu mövcuddur. Dağlıq Qarabağın işğal edilməsinə görə Ermənistan Pakistan tərəfindən müstəqil dövlət kimi tanınmır.
Ermənistanın dövlət quruluşu
Ermənistanın dövlət sistemi parlamentli respublika qruluşlu, çoxpartiyalı sisteminə əsaslanan və baş nazirin dövlət başçısı olduğu respublika. Ölkədə icra hakimiyyəti hökumət tərəfindən həyata keçirilir. == Tarixi == Ermənilər dövlət müstəqilliklərini itirdikdən sonra 600 il müddətində heç bir dövlət quruluşu əldə edə bilməmişlər. 28 may 1918-ci ildə isə Ermənistan Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasında ayrılaraq müstəqil olmuşdur. 2 dekabr 1920-ci ilə qədər müstəqiliyini qorusada bundan sonra Sovet İttifaqına daxil olmuş, bir müdət isə zaqafqaziya Sovet federativ Sosialist respublikasının tərkib hissəsi olmuşdur. ZSFSR 1936-cı ildə ləğv edildikdən sonra Ermənistan SSR adıı ilə SSRİ-nin bir parçasına çevrilir. Sovetlər birliyinin dağılmasından sonra isə 23 sentyabr 1991-ci ildə Ermənistan Respublikası adı ilə müstəqil dövlətə çevrilmişdir. Ölkənin paytaxtı və ən iri şəhəri — İrəvan. Ölkə 10 vilayət bölünür (erm. մարզ [mərz]): Araqacotn, Ararat, Armavir, Geğarkunik, Kotayk, Loru, Şirak, Sünik, Tavuş, Vayocdzor.
Ermənistanın dövlət sistemi
Ermənistanın dövlət sistemi parlamentli respublika qruluşlu, çoxpartiyalı sisteminə əsaslanan və baş nazirin dövlət başçısı olduğu respublika. Ölkədə icra hakimiyyəti hökumət tərəfindən həyata keçirilir. == Tarixi == Ermənilər dövlət müstəqilliklərini itirdikdən sonra 600 il müddətində heç bir dövlət quruluşu əldə edə bilməmişlər. 28 may 1918-ci ildə isə Ermənistan Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasında ayrılaraq müstəqil olmuşdur. 2 dekabr 1920-ci ilə qədər müstəqiliyini qorusada bundan sonra Sovet İttifaqına daxil olmuş, bir müdət isə zaqafqaziya Sovet federativ Sosialist respublikasının tərkib hissəsi olmuşdur. ZSFSR 1936-cı ildə ləğv edildikdən sonra Ermənistan SSR adıı ilə SSRİ-nin bir parçasına çevrilir. Sovetlər birliyinin dağılmasından sonra isə 23 sentyabr 1991-ci ildə Ermənistan Respublikası adı ilə müstəqil dövlətə çevrilmişdir. Ölkənin paytaxtı və ən iri şəhəri — İrəvan. Ölkə 10 vilayət bölünür (erm. մարզ [mərz]): Araqacotn, Ararat, Armavir, Geğarkunik, Kotayk, Loru, Şirak, Sünik, Tavuş, Vayocdzor.
Ermənistanın ikinci kanalı
Ermənistanın ikinci kanalı (erm. Հայկական երկրորդ հեռուստաալիք, h2) — Ermənistan özəl telekanalı. Telekanal 1999-cu ildə təsis edilmişdir. Telekanal 2001-ci ildən Ermənistanın 95%-də, Dağlıq Qarabağ Respublikasında isə qismən yayımlanır. Telekanal gündə 18 saat yayım edir. Telekanalda 30 proqram mövcuddur. Şirkətin təxminən 250 işçisi var. Telekanalın sədri Samvel Mayrapetyandır. Telekanalın baş qərargahı və studiyası İrəvan şəhərinin Açapnyak rayonunda yerləşir.
Ermənistanın inzibati bölgüsü
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Ermənistan Respublikası inzibati cəhətdən 10 mərzdən və mərz hüquqlu İrəvan şəhərindən ibarətdir. Mərz (farsca: مرز, ermənicə: erm. մարզ) fars kökənli söz olub "sərhəd" deməkdir. Mərzlər mərzban (ermənicə: erm. մարզպետ, lat. marzpet) vəzifəsi daşıyan dövlət məmurları tərəfindən idarə edilir. Mərzbanlar Ermənistan Respublikası Hökumətinin təyini və Ermənistan Prezidentinin təsdiqi ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ermənistan Respublikasının 27 noyabr 2005-ci il etibarı ilə qüvvədə olan konstitusiyasının I fəsil, XI maddəsinin I bəndinə əsasən mərzlər inzibati cəhətdən bələdiyyələrə bölünür. Bələdiyyə başçıları yerli özünüidarə seçkiləri ilə ölkə vətəndaşları tərəfindən majoritar qaydada 4 il müddətinə seçilirlər. İrəvan şəhəri də inzibati cəhətdən bələdiyyələrdən ibarətdir.
Ermənistanın İctimai Televiziyası
Ermənistanın İctimai Televiziyası (erm. Հայաստանի հանրային հեռուստաընկերություն) ya da Ermənistanın birinci kanalı — 1956-ci ildə qurulmuş Ermənistanın ilk dövlət kanalı. 2004-ci ildən Avropa Yayım İttifaqının üzvü olub, Eurovision-a qatılmaq hüququ qazanmışdır. == Tarixçə == === Ermənistan SSR Radiokomitəsi və Radioskopiyası (1957-ci ilədək) === 1926-cı il sentyabrın 1-də Xəbərlər və Teleqraflar üzrə Xalq Komissarlığı Soveti Ermənistanın Radio stansiyasını işə saldı. 1933-cü ildə Ermənistan SSR Xalq Komissarlığı Soveti Radio Yayım Komitəsinə qayıtdı və 1953-cü ildə Ermənistan SSR Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi yaradıldı. 5 sentyabr 1955-ci ildə SSRİ Nazirlər Soveti Sovet İttifaqı respublikalarında 27 kanal yaratmağı qərara aldı. Ermənistanın İctimai Televiziyasının ilk evi və mənzili olan İrəvan televiziya studiyası ilk dəfə 29 noyabr 1956-cı ildə yayıma başladı. İlk verilişdə teleaparıcı Narı Şlepyan "Göstərir İrəvan!" sözü ilə tamaşaçıları salamlayır. 9 fevral 1957-ci il Ermənistan SSR-in radiokanalına 1 ədəd Mərkəzi Televiziya proqramının təkrar ötürülməsi başladı və "Ermənistan Televiziyası" kanalını buraxdı. İlk xəbər proqramı 6 avqust 1957-ci ildə xəbər verilişləri yayımlandı və "Həftə Xəbərləri" adlandırıldı.
Ermənistanın İstiqlal Bəyannaməsi (1990)
Ermənistanın İstiqlal Bəyannaməsi (erm. Հայաստանի Հանրապետության անկախության հռչակագիր) — 23 avqust 1990-cı il tarixində İrəvan şəhərində Ermənistan SSR Ali Soveti tərəfindən tərtib olunmuş, Ermənistan SSR Ali Sovetinin Sədri Levon Ter-Petrosyan və Ermənistan SSR Ali Sovetinin Katibi Ara Sahakyan tərəfindən imzalanmış, Ermənistan Respublikasının müstəqilliyini rəsmən elan edən sənəd. Ermənistan Respublikası SSRİ-nin süqutundan sonra 23 sentyabr 1991-ci il tarixində yaradılmışdır. Bəyannamənin hazırlanması barədə qərar Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Milli Şurası tərəfindən 1 dekabr 1989-cu ildə alınmışdır. Bəyannamə 12 sətrlikdir. Bunlardan biri erməni diasporunun üzvlərinin ölkəyə qayıtma hüquq almasıdır. Bəyannamə Ermənistan SSR-nin adını Ermənistan Respublikasına dəyişir, yeni gerb və himn təsis etmişdir. Bəyannamə öz valyutasına, silahlı qüvvələrinə və bank sisteminə malik bir Ermənistanın müstəqilliyinə də sitat gətirir. Bəyannamə azad fikrin və mətbuatın qorunub-saxlanacağına, eləcə də ayrı-ayrı müstəqil bir məhkəmə, qanunverici və prezidentlik orqanlarının yaradılacağına qarantiya verir. O, çoxpartiyalı bir demokratiyanın yaradılmasından da bəhs edir.
Ermənistanın Mİ-24 vertolyotunun vurulması (2014)
Erməni helikopterinin vurulması — 12 noyabr 2014-cü il 13:45 radələrində Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hadisə. == Hadisə == Silahlı insident 12 noyabr 2014-cü ildə Ağdamın Kəngərli kəndi yaxınlığında baş verib. Beləki, qondarma Dağlıq Qarabağ Respublikasına, daha dəqiq desək, Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd Mi-24 tipli döyüş helikopteri Ağdamın işğal olunmuş Uzundərə adlı poliqonunda keçirilən təlimlər zamanı qəflətən öz səmtini dəyişərək Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttinə doğru döyüş kursuna çıxıb və mövqeləri atəşə tutmağa cəhd ediblər. Nəticədə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət keçən manqa komadiri İlkin Muradov helikopterlərdən birini İQLA daşınan zenit-raket kompleksi vasitəsi ilə məhv edib. Digər helikopter isə hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində Ermənistan Silahlı qüvvələrində xidmət keçən üç nəfər pilot həlak olub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur. Erməni tərəfinin iddiasına görə, noyabrın 12-də erməni hərbi helikopterinin düşdüyü yerdə 8 saatdan artıq intensiv döyüş davam edib və ermənilər helikopterin düşdüyü yerə yaxınlaşa və üç pilotun cəsədini çıxara bilməyiblər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı isə öz növbəsində bu iddianı inkar edərək bildirib ki, "erməni hərbi helikopterinin vurulduğu ərazidə və qoşunların təmas xəttinin digər istiqamətlərində intensiv döyüşlər getmir", "həmişəki kimi, atəşkəs pozulur". Ermənilər ümid edirdi ki, vurulmuş helikopterin ekipaj üzvlərindən birinin sağ qalması mümkün ola bilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 22.70 dəfə / 1 mln.
2002 •••••••••••••••• 27.41
2003 ••••••••••••••• 25.98
2004 •••••••••• 17.52
2005 •••••••• 14.17
2006 ••••••• 10.81
2007 ••••••• 12.26
2008 ••••• 8.77
2009 •••••••••••• 20.32
2010 ••••••••••••••• 25.42
2011 •••••••••••• 21.28
2012 •••••••••••••• 24.95
2013 ••••••••••••••••• 30.49
2014 ••••••••••••••••• 29.17
2015 •••••••••••••••••••• 35.90
2016 ••••••••••••••••• 29.50
2017 ••••••••••••••• 26.66
2018 ••••••••••••••• 25.47
2019 ••••••••• 15.58
2020 •••••••••• 16.58

"ermənistanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ermənistanı nədir? #ermənistanı sözünün mənası #ermənistanı nə deməkdir? #ermənistanı sözünün izahı #ermənistanı sözünün yazılışı #ermənistanı necə yazılır? #ermənistanı sözünün düzgün yazılışı #ermənistanı leksik mənası #ermənistanı sözünün sinonimi #ermənistanı sözünün yaxın mənalı sözlər #ermənistanı sözünün əks mənası #ermənistanı sözünün etimologiyası #ermənistanı sözünün orfoqrafiyası #ermənistanı rusca #ermənistanı inglisça #ermənistanı fransızca #ermənistanı sözünün istifadəsi #sözlük