esmines sözü azərbaycan dilində

esmines

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • esmines • 91.4894%
  • Esmines • 8.5106%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Esmines
Esmines və ya destroyer — dəniz terminologiyasında (az.dağıtmaq və ya məhv etmək), sürətli, yüksək manevr qabiliyyətli, zirehli, dözümlü, donanma və ya hücum qruplarına, kiçik hərbi dəniz nəqliyyat vasitələrindən (torpedo gəmiləri, sualtı qayıqlar və hərbi təyyarələr) gələn hücumlardan müdafiə və müşahidə funksiyasını icra edən bir hərbi gəmidir. Böyük döyüş gəmiləri arasında orta mövqe tutan Destroyer, Freqatdan daha böyük və daha genişdir, bir az yüngül həcmli Kreyserdən daha kiçikdir. Birinci Dünya müharibəsindən əvvəl destroyerlər okeanarxası missiyalar üçün nəzərdə tutulmamış, yüngül döyüş gəmiləri idi, buna görə də bir destroyer qrupu və ya destroyer qayığı şəklində istifadə edilərkən, İkinci Dünya müharibəsi dövründə və sonra, xüsusən 1950-1960-cı illərdə onlar kreyserlər qədər müstəqil və vacib idilər. Bununla bərabər, ABŞ-nin Iowa sinifli iki döyüş gəmisi var ki, onlar hal-hazırda aktiv şəkildə istifadə edilmirlər, lakin hər hansı bir ehtiyac yaranarsa onlar aktivləşdirilməyə qadirdirlər. Müasir destroyerlər çəki baxımından İkinci Dünya müharibəsinin kreyserlərinə bərabər olsalar da, kiçik bir yaylım atəşi ilə şəhərləri belə məhv etmək və nüvə başlığı ilə təchiz olunmuş döyüş raketləri ilə onlardan üstündürlər. Torpedo atmaq qabiliyyətinə malikdirlər.
Azard (esmines)
"Azard" (Азард), 31 dekabr 1922-ci ildən "Zinovyev" (Зиновьев), 27 noyabr 1928-ci ildən "Artyom" (Артём) — 1916–1941-ci illərdə Rusiya imperiyasına bağlı Baltik donanmasının esminesi. Gəmi 1916-cı ildə Rusiya Hərbi Dəniz Qüvvələrində xidmətə girmişdir. Esminesin yerdəyişməsi 1260 ton, sürəti 35 düyün (təxminən 65 km/saat) idi. Gəminin silahlarına dörd ədəd 100 mm-lik silah, iki pulemyot və üç borulu torpedo borusu aiddir. Gəminin ekipajı 150 nəfərdən ibarət idi. Rusiyada vətəndaş müharibəsi illərində "Azard" Baltikyanı döyüşlərdə iştirak etmişdir. 4 iyul 1919-cu ildə "Qavriil" esminesi ilə birlikdə Koper körfəzi ərazisində Birləşmiş Krallığa bağlı "L-55" sualtı qayığını batırmışdır. "Artyom" esminesi İkinci Dünya müharibəsinin əvvəlində, Baltik donanmasının gəmilərinin Tallindən Kronştadta keçidi zamanı 28 avqust 1941-ci ildə esmines batırılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Дицкий Г. Ф. Брат наш "Артем" // "Военно-исторический журнал". — 1986.

esmines sözünün leksik mənası və izahı

  • 1 [rus. “эскадренный миноносец” sözlərinin ixtisarı] Minadaşıyan eskadra gəmisi. Odessada o yaralanandan iki gün əvvəl həmin esminesdə onun atası həlak olmuşdu. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / esmines

esmines sözünün rus dilinə tərcüməsi

"esmines" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#esmines nədir? #esmines sözünün mənası #esmines nə deməkdir? #esmines sözünün izahı #esmines sözünün yazılışı #esmines necə yazılır? #esmines sözünün düzgün yazılışı #esmines leksik mənası #esmines sözünün sinonimi #esmines sözünün yaxın mənalı sözlər #esmines sözünün əks mənası #esmines sözünün etimologiyası #esmines sözünün orfoqrafiyası #esmines rusca #esmines inglisça #esmines fransızca #esmines sözünün istifadəsi #sözlük