Nikomax etikası
“Nikomax etikası” və ya “Nikomaxın etikası” (q.yun. Ἠθικὰ Νικομάχεια) — Aristotelin üç etik əsərindən biri.
Ehtimal olunur ki, bu əsər ilk dəfə (təxminən eramızdan əvvəl 300-cü il) Aristotelin oğlu Nikomax tərəfindən köçürüldüyü üçün “Nikomax etikası” adını almışdır. Ola bilsin ki, kitab Aristotel tərəfindən öz oğlu Nikomaxa və ya onun da Nikomax adını daşıyan atasına həsr olunub.
Bir çox cəhətdən bu əsər Aristotelin cəmi səkkiz kitabdan ibarət olan "Evdem etikası" ilə paraleldir. Məsələn, Nikomax etikasının V, VI və VII kitabları Evdem etikasının IV, V və VI kitabları ilə eynidir. İlk yazılan və ilkin olaraq üç ümumi kitabı ehtiva edən bu iki əsər arasındakı əlaqə ilə bağlı fikirlər bölünür. Çoxları hesab edir ki, bu əsərləri indiki formasına Aristotelin özü deyil, bir müddət sonra redaktor gətirib.
Aristotel rifah məhfumunu müəyyən etməklə əsərə başlayır və buna “hər kəsin can atdığı şey” mənasını verir. Rifaha yanaşmalardakı fərqə (sağlamlıq, sərvət və ya qələbə kimi anlaşılma) baxmayaraq, daha yüksək bir rifah var - dövlətin rifahı.