etirafları sözü azərbaycan dilində

etirafları

Yazılış

  • etirafları • 98.9362%
  • Etirafları • 1.0638%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Maskanın etirafları
Maskanın etirafları (yap. 假面の告白) — Yaponiya yazıçısı Yukio Mişimanın debüt romanı. "Qızıl məbəd" romanı ilə yanaşı yazıçının yaradıcılığının zirvəsi hesab edilir. 1949-cu ildə nəşrindən sonra iyirmi dörd yaşlı Mişima şöhrət qazanmışdır. Avtobioqrafik roman yapon oxucuları tərəfindən birmənalı qarşılanmamışdır: bir tərəfdən romanın mətnində əsas qəhrəmanın daxili aləminin təsviri zamanı sarsıdıcı açıqlığa yer verilmiş, digər tərəfdən yazıçı söz sənətinin mahir bələdçisi olduğunu göstərmişdir. == Məzmunu == Əsas qəhrəman romanda Koçan kimi qeyd edilir. O, Yaponiyada sağ yönlü militarist imperiya dövründə yaşayır və gənc yaşlarından müharibədə iştirak edir. Mişima kimi Koçan da adi yapon oğlanları ilə müqayisədə daha cılız və zəif fizionomiyaya malikdir və kitabın birinci yarısında (burada əsasən Koçanın uşaqlığı təsvir olunur) intensiv şəkildə yapon cəmiyyətinə uyğunlaşmağa çalışır. Zəifliyi ilə əlaqədar olaraq Koçan həmyaşıdı olan oğlanlardan uzaq gəzir və bu onun üçün normaya çevrilir. Məhz bu onun ölüm, şiddət və seks haqqında gələcək fantaziyalarının yaranmasına gətirib çıxarır.
Yarımçıq insanın etirafları
Yarımçıq insanın etirafları (人間失格, Ninqen Şikkaku, hərf. İnsanlığın diskvalifikasiyası) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən 1948-ci ildə yazılmış roman. Əsl kimliyini başqalarına göstərə bilməyən, daha sonra içki və narkotikə qurşanan problemli bir şəxsin hekayəsindən bəhs edir. Dazai romanı öz şəxsi təcrübələri əsasında yazdığı üçün avtobioqrafik əsər hesab olunur. "Yarımçıq insanın etirafları" postmüharibə dövrünün Yaponiya ədəbiyyatının klassiklərindən və Dazainin əsas əsərlərindən biri kimi qəbul olunur. Roman əsasında anime, film və manqa adaptasiyaları istehsal olunmuşdur. Roman Azərbaycan dilində ilk 2024-cü ildə "Qanun" nəşriyyatı tərəfindən nəşr olunmuş, Ofeliya Əliyeva tərəfindən tərcümə olunmuşdur. == Məzmun == "Yarımçıq insanın etirafları" romanında hekayə baş qəhrəman Oba Yozo (大庭葉蔵) tərəfindən yazılmış üç dəftər formasında təqdim olunur. Dəftərlər Obanın uşaqlıq illərindən 27 yaşına qədər olan həyatını əhatə edir. Hekayə dəftərləri yazıldıqdan 10 il sonra bir tanışı vasitəsilə əldə edən adsız bir şəxs tərəfindən nəql olunur. === Birinci dəftər === Güclü yadlaşma və başqalaşma hissinə qapılan Oba ətrafındakı insanları demək olar ki, başa düşə bilmir.

"etirafları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#etirafları nədir? #etirafları sözünün mənası #etirafları nə deməkdir? #etirafları sözünün izahı #etirafları sözünün yazılışı #etirafları necə yazılır? #etirafları sözünün düzgün yazılışı #etirafları leksik mənası #etirafları sözünün sinonimi #etirafları sözünün yaxın mənalı sözlər #etirafları sözünün əks mənası #etirafları sözünün etimologiyası #etirafları sözünün orfoqrafiyası #etirafları rusca #etirafları inglisça #etirafları fransızca #etirafları sözünün istifadəsi #sözlük