etirazlar sözü azərbaycan dilində

etirazlar

Yazılış

  • etirazlar • 88.0373%
  • Etirazlar • 11.9627%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Paşinyan əleyhinə etirazlar
Ermənistan etirazları ― Azərbaycan və Ermənistan arasında imzalanan sülh müqaviləsinə etiraz olaraq 10 noyabrdan başlayan hökumət əleyhinə aksiyalar. == Arxa plan == Etirazlar Ermənistanın Baş Naziri Nikol Paşinyanın xalqına müraciəti zamanı Azərbaycanla sülh bağlandığını və işğal edilmiş torpağları Azərbaycana qaytarılacağını deməsindən sonra başlandı. Etirazçılar bu bəyanatdan sonra küçələrə axışdılar və torpağların Azərbaycana qaytarılmamasını tələb etdilər. 17 müxalifət partiyası baş nazir Nikol Paşinyan tərəfindən Qarabağa dair üçtərəfli bəyanatın imzalanmasına etiraz olaraq 10 noyabrdan bəri İrəvanda mitinqlər keçirir. Müxalifət Paşinyanın istefasını, xilasetmə komitəsinin yaradılmasını və bəyanatın bəzi müddəalarında dəyişiklik edilməsini tələb edir. == Xronologiya == === 10 noyabr === Etirazçılar Ermənistan parlament binasına hücum edilblər. Parlament binasının qarşısında Ararat Mirzoyanın mühafizəçiləri ilə etirazçılar arasında insident olub. Etirazçılar həmin an avtomobilində olan Parlamentin spikerini avtomobilindən çıxararaq ölümcül şəkildə döyüblər. Nikol Paşinyan "Facebook" səhifəsində iqamətgahında oğurluq olduğunu, kompüter, ətir və saatının oğurlandığını yazmışdı. O, bu məlumatı "Təbii ki, Vətən uğrunda" sözləri ilə paylaşmışdı.
İranda etirazlar (2022)
Məhsa Əmini etirazları və ya 2022 İran etiraz aksiyaları — İranda 16 sentyabr 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar və vətəndaş iğtişaşlarıdır. İddia olunur ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən həbs edilərkən Məhsa Əmininin hicabının altından bir az saç görünürmüş. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və 3 gün sonra xəstəxanada ölüb. Polis zabitləri onun başına zərbələr vurulduğunu və qadının maşınlardan birinə çırpılması barədə xəbərləri təkzib edirlər. Bəzi qadınlar cəsarətlə hicablarını cırıb yandırırlar. == Etirazlar == Etiraz aksiyaları Tehranda başlayıb, daha sonra Kürdüstan əyalətinin Saqqız, Sənəndəc, Divandərrə, Bənə və Bicar şəhərlərinə, daha sonra isə İranın digər bölgələrinə yayılıb. Həmədan, Kirmanşah, Məşhəd, Səbzevar, Qum, Amol, Babol, İsfahan, Kirman, Şiraz, Təbriz, Rəşt, Sarı, Kərəc, Çalus, Növşəhr, Tonekabon, Ərak şəhərlərində bu etirazlar ilk gündən sürətlə böyüyüb. 23 sentyabr 2022-ci il tarixinə ən azı əlli etirazçı öldürülüb. Etirazlara cavab olaraq, İran hökuməti etirazları yatırmaqla yanaşı, etirazçıların təşkilatlanma qabiliyyətini azaltmaq üçün Instagram və WhatsApp kimi proqramlara girişi və interneti məhdudlaşdırıb. Bunlar İranda 2019-cu il etirazlarından sonra internetin tamamilə bağlandığı ən sərt məhdudiyyətlər ola bilər.
Azərbaycanda hicabla bağlı etirazlar
Azərbaycanda hicabla bağlı etirazlar — 2010-cu ilin sentyabr ayından etibarən Azərbaycanda və əsasən paytaxt Bakıda hicabla bağlı bir sıra etiraz aksiyalarının keçirilməsi. == Etiraz səbələri == Etirazların əsas səbəbləri aşağıdakılardır: === Məktəb şagirdlərinin dərsə hicabda gəlmələrinin qadağan edilməsi === Azərbaycanın təhsil naziri Misir Mərdanov 2010-ci il sentyabr ayinda qızların hicabla dərsə gəlməsini qadağan etdi. Təhsil naziri öz açıqlamasında isə hicabın qadağan edilmədiyini, sadəcə olaraq orta məktəblərdə vahid məktəbli formasına keçdiyini qeyd etdi. Mərdanovon bu sözlərinlən sonra etirazlar Azərbaycanın müxtəlif şəhərlərin bürüdü və bundan əlavə bir neçə ölkədə o cümlədən Türkiyə , Gürcüstan , Ukraynada və İranda da etiraz aksiyaları keçirildi . Lakin İranın mövqeyini düzgün hesab etməyən bir qrup vətəndaş bu hərəkətlərə etiraz aksiyası ilə cavab vermişlər. ==== İctimai və dini fəalların həbs olunması ==== Etiraz səbəblərindən biri də dini[mənbə göstərin] və ictimai fəallarin həbs olunması olmuşdur. Bu hadisələr dindar cəmiyyətdə narahatliğa səbəb oldu. Həbs edilənlərin sırasında Arif Hacılı, Nemət Pənahlı və Mövsüm Səmədovu misal göstərmək mümkündür. Nemət Pənahlı 2011-ci il, 11 yanvarda, bir vətəndaşı döymək şübhəsi ilə polis tərəfindən saxlanmışdı. Lakin onun tərəfdarları Nemət Pənahlının həbsinin siyasi sifariş olduğunu iddia etmişdi..
Yeni Kaledoniyada etirazlar (2024)
Yeni Kaledoniyada etirazlar (fr. Émeutes de 2024 en Nouvelle-Calédonie) — Fransa Dənizaşırı Bölgələr Birliyinin inzibati ərazilərindən biri olan Yeni Kaledoniyada 2024-cü ilin 13 may tarixindən etibarən başlamış etirazlar. Hadisələr Yeni Kaledoniyanın Fransanın nəzarətindən çıxıb, müstəqil dövlət olması fonunda başlamışdır. 13 may tarixində başlamış etirazların əsas səbəbi isə Fransa tərəfinin Yeni Kaledoniyada tətbiq etməyi planlaşdırdığı səsvermə islahatları ilə bağlıdır. Belə ki, Fransa hökuməti Yeni Kaledoniyada son 10 ildə məskunlaşmış şəxslərin lokal səsvermələrdə iştirak etməsinə imkan verən qanunu qəbul etməyi planlaşdırmış və bu da yerli əhalinin etirazlarına səbəb olmuşdur. 1998-ci ildə ölkənin paytaxtında imzalanmış Numea razılaşmasına görə seçkilərdə yalnız ada sakinləri və ya onların nəsillərindən gələn şəxslər iştirak edə bilərdilər. Etirazçılar hesab edirlər ki, mövcud dəyişiklik Yeni Kaledoniyanın gələcəkdə müstəqil olması yollarını tamamilə bağlayır və Fransanın xarici maraqlarına hesablanıb. Yeni Kaledoniyada 2018, 2020 və 2021-ci illərdə keçirilmiş Fransanın tərkibindən çıxmaq, müstəqil olmaqla bağlı referendumda əhalinin böyük əksəriyyəti Fransa Dənizaşırı Bölgələr Birliyinin tərkibində qalmağa səs vermişdir. Müstəqillik tərəfdarları ifadə edirlər ki, 2020 və 2021-ci ildəki referendum məqsədli şəkildə COVID-19 pandemiyasının geniş yayıldığı dövrdə baş tutub və sözügedən nəticələr yerli xalqın iradəsini əks etdirmir. 13 may tarixində başlamış iğtişalar əvvəlkilərdən etirazçıların kütləvi formada silahdan istifadə etməsi ilə fərqlənir.
Etirazlar
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Ümumiyyətlə bu reaksiya göstərmə forması, müxalif görüşü sözlə ifadə etmə yanında o görüşü toplumsallaştırma və bir qrupla birlikdə ifadə etmə xarakteri də daşıya bilər. Bundakı məqsəd ictimaiyyət nəzdində səsini daha çox duyurabilmek və rəhbərliyə qarşı daha təsirli bir duruş sergileyebilmektir. Bu, birbaşa ifadə və təsir etmənin və aktivizmi bir yoludur.
Honkonqda ekstradisiya qanun layihəsi əleyhinə etirazlar (2019)
2019-cu ildə Honkonqda ekstradisiya qanun layihəsi əleyhinə etirazlar — Çinə ekstradisiyanı nəzərdə tutan mübahisəli qanun layihəsinin parlamentə təqdim olunmasından sonra başlayıb. Nümayişlər başlayandan sonra mübahisəli sənədin təsdiqi təxirə salınıb. Etirazlar 1997-ci ildən bəri Honkonqda ən izdihamlı kütləvi aksiya sayılır.
Başqırdıstanda etirazlar (2024)
2024-cü ildə Başqırdıstanda etirazlar — 15–19 yanvar 2024-cü il tarixlərində Rusiya daxilində Başqırdıstan Respublikasında keçirilən etiraz aksiyaları. Buna hakimiyyətin başqırd ekoloji fəalı Fail Alsınova qarşı cinayət işi başlatması səbəb olmuşdur. Alsınov daha sonra 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu, Baymak şəhərində nümayişlərə səbəb olmuş və burada ən azı 1,000 nəfər başqırd etirazçı toplanmışdır. Etiraz aksiyaları çevik qüvvə ilə toqquşmalarla nəticələnmişdir. Buna cavab olaraq polis etirazçılara qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etmişdir. Etirazlar 19 yanvarda regionun paytaxtı Ufaya yayılmış və nəticədə 10 nəfər həbs edilmişdir. Başqırdıstanda artan etirazlara görə, Moskva, Kazan, Nijni Novqorod və Sankt-Peterburq kimi böyük şəhərlərdən istifadəçilərin göndərdiyi mesajlar çatdırıla bilmədiyi üçün "WhatsApp" və "Telegram" mesajlaşma xidmətləri regionda bloklandığı iddia edilmişdir. "Downdetector" xidmətinin verdiyi məlumatlara görə, uğursuz mesajların əksəriyyəti Ufa şəhərindən olmuşdur ki, bu da ölkədəki bütün mesajların 22%-ni təşkil edir.
Gürcüstan etirazları (2019)
Gürcüstan etirazları (gürc. გავრილოვის ღამე, azərb. Qavrilovun gecəsi‎) – Gürcüstanın paytaxtı Tbilisi şəhərində 2019-cu ilin 20 iyun tarixindən etibarən başlamış hökumət əlehinə xalq etirazları. Etirazların səbəbi Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləməsi olmuşdur.. == Hadisə == Gürcüstanın paytaxtı Tbilisidə etirazlardan sonra 21 iyun tarixində parlamentin spikeri İrakli Kobaxidze istefa verib. Onun mənsub olduğu hakim Gürcü arzusu — Demokratik Gürcüstan partiyası onun qərarını xalq qarşısında məsuliyyətin nümayişi kimi dəyərləndirib. Cümə axşamı günü parlament qarşısındakı etiraz aksiyasında polislə toqquşması olub, yaralılar var və 240 nəfər xəstəxanalara aparılıb. Polis nümayişləri dağıtmaq üçün gözyaşardıcı qaz, su topları və rezin güllələrdən istifadə edib. Hökumət üzvlərinin istefasını tələb edən mitinq iştirakçıları parlament binasına girməyə cəhd göstəriblər. Hadisələr nəticəsində 39 polis nəfəri və 30 etirazçı yaralanıb, Baş nazir Mamuka Baxtadze açıqlayıb.
Gəzi parkı etirazları
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. == Biblioqrafiya == Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
Məcburi hicaba qarşı İran etirazları (2017-2019)
İranda məcburi hicab geyiminə qarşı etirazlar, həmçinin, hadisənin gedişatı ilə bağlı olaraq İnqilab küçəsi qızları(fars. دختران خیابان انقلاب‎) kimi də bilinir. Etirazlar bu hərəkətlənmələrə ilham mənbəyi olan, İnqilab küçəsi qızı kimi də tanınan Vida Movahədin 27 dekabr 2017-ci ildə Tehranın izdihamlı İnqilab küçəsinin mərkəzindəki elektrik sayğacının yanında dayanaraq, hicabını və ağ şalını bir çubuğa keçirib bayraq kimi dalğalandırmasıyla başladı. O, həmin gün həbs edildi və bir ay sonra 28 yanvar 2018-ci ildə icbari cəza ödəməklə müvəqqəti sərbəst buraxıldı. Bəzilərinə görə Movahədin bu hərəkəti Məsih Əlinejadın Amerikanın Səsinin fars dilində olan yayımında 2017-ci ilin əvvəlində başlayan protest hərəkəti Bəyaz Çərşənbələr tələbinə əsaslanırdı. Az sonra digər qadınlar da bu etiraz hərəkətini təkrarlamağa və öz hərəkətlərini sosial mediya hesablarında paylaşmağa başladı. Bu etiraza dəstək verən qadınlar ingilis dilli mənbələrdə "İnqilab küçəsinin qızları"(ing. Girls of Enghelab Street) olaraq təsvir edilir. Bəzi nümayişçilər Məsih Alinejadın istəyi üzərinə yox, özlərinin bunu başlatdığını iddia edirdilər. == İran Cinayət Qanunu == 1979-cu il inqilabından sonra qüvvəyə minən İran İslam qanunlarının İslami Cinayət qanunun (Sanskiyalar və önləyici cəzalar adlandırılır) 5-ci kitabının 638-ci maddəsinə görə hicab geyinməyən qadınlar 10 gündən 2 aya qədər həbs edilə, və/və ya 50 000–500 000 rial ödəməsi tələb oluna bilər.
Məhsa Əmini etirazları
Məhsa Əmini etirazları və ya 2022 İran etiraz aksiyaları — İranda 16 sentyabr 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar və vətəndaş iğtişaşlarıdır. İddia olunur ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən həbs edilərkən Məhsa Əmininin hicabının altından bir az saç görünürmüş. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və 3 gün sonra xəstəxanada ölüb. Polis zabitləri onun başına zərbələr vurulduğunu və qadının maşınlardan birinə çırpılması barədə xəbərləri təkzib edirlər. Bəzi qadınlar cəsarətlə hicablarını cırıb yandırırlar. == Etirazlar == Etiraz aksiyaları Tehranda başlayıb, daha sonra Kürdüstan əyalətinin Saqqız, Sənəndəc, Divandərrə, Bənə və Bicar şəhərlərinə, daha sonra isə İranın digər bölgələrinə yayılıb. Həmədan, Kirmanşah, Məşhəd, Səbzevar, Qum, Amol, Babol, İsfahan, Kirman, Şiraz, Təbriz, Rəşt, Sarı, Kərəc, Çalus, Növşəhr, Tonekabon, Ərak şəhərlərində bu etirazlar ilk gündən sürətlə böyüyüb. 23 sentyabr 2022-ci il tarixinə ən azı əlli etirazçı öldürülüb. Etirazlara cavab olaraq, İran hökuməti etirazları yatırmaqla yanaşı, etirazçıların təşkilatlanma qabiliyyətini azaltmaq üçün Instagram və WhatsApp kimi proqramlara girişi və interneti məhdudlaşdırıb. Bunlar İranda 2019-cu il etirazlarından sonra internetin tamamilə bağlandığı ən sərt məhdudiyyətlər ola bilər.
Nikaraqua etirazları (2018)
Nikaraqua etirazları — 18 aprel 2018-ci il tarixində Nikaraqua Respublikasının müxtəlif şəhərlərində başlayan etiraz aksiyaları dalğası. Aksiyaların beşinci günündə ümumi olaraq, 30 nəfər həlak olmuşdur. Hadisələrin nəticəsi olaraq, 2007-ci ildən bəri ölkənin prezidenti olan Daniel Orteqa gələcək islahatları ləğv etmişdir. Bu hərəkətlərə cavab olaraq, müxalifət illərlə davam edən siyasi repressiyalara baxmayaraq, Orteqanın vəzifədən azad olmasını tələb etmiş və prezidenti devirmək üçün etiraz aksiyalarına qoşulmuşdur. Etiraz aksiyaları dalğası Orteqa hakimiyyətində baş verən ən böyük etiraz aksiyaları, Nikaraqua inqilabından sonra ölkədə baş verən ən ölümcül mülki münaqişə olmuşdur. İğtişaşın bir nəticəsi olaraq, Nikaraqua ictimaiyyəti, eləcə də beynəlxalq qurumlar növbəti prezident seçkilərinin daha erkən keçirilməsini tələb etmişdir. Avropa İttifaqı bu hərəkəti dəstəkləyir. == Arxaplan == === Pensiyalar === Etiraz aksiyalarının ilkin mərhələsi 2013-cü ilin iyun ayında ölkənin 750 həftədən az iş görmüş yaşlı əhalisi Nikaraqua Sosial Təhlükəsizlik İnstitutunun pensiyaların verilmə kriteriyalarının yüngülləşdirməsini tələb edəndə başlamışdı. Tezliklə, tələbələr və gənclər də onların aksiyalarına qoşulub. Etiraz aksiyalarının başlamasından bir neçə həftə sonra sülhsevər etirazçılar hərbiləşdirilmiş hökumət dəstələrinin üzvləri tərəfindən zorakılığa məruz qalıblar.
Qadın etirazları (2017)
Qadın marşları (ing. Women's Marches; Women's March on Washington) - 2017-ci ilin 21 yanvar tarixində dünyanın müxtəlif şəhərlərində qadınlar tərəfindən başladılmış etiraz hərəkatları. Qadın etirazları özündə sosial ədalətsizlik, qadın hüquqları, irqçiliyin normallaşdırılmasına qarşı mübarizə, tibb islahlatları və LGBT hüquqları kimi müxtəlif sahələri birləşdirir. Etirazlar Donald Trampın ABŞ-nin 45-ci prezidenti kimi and içməsindən sonra ilk dəfə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində başlanıb. Donald Tramp seçki kompaniyası ərzindəki çıxışların bir necəsində qadınlar və qadın hüquqları ilə bağlı sərt fikirlər bildirməsi ilə yadda qalıb. 2017-ci il qadın etirazları ABŞ tarixində bir gün ərzində ən çox insan izdihamı ilə müşahidə olunmuş etiraz kimi tarixə keçib. İlk etiraz nümayişi paytaxt Vaşinqton şəhərində planlaşdırılıb və Vaşinqtonda qadın etirazları kimi təqdim edilib. Vaşinqtonda baş tutan etirazlar facebook, youtube və tvitter kimi saytlarda canlı yayımlanmışdır. Təkcə Vaşinqton şəhərindəki mitinqdə yarım milyona yaxın adam iştirak edib. Dünya üzərində baş tutan dəstək mitinqlərindəki iştirakçı sayı isə 4.8 milyona yaxındır.
Qazaxıstan etirazları (2022)
2022-ci ildə Qazaxıstan etirazları, bəzən Qanlı Yanvar (qaz. Qandy qañtar) və ya yanvar faciəsi (qaz. Qañtar tragediasy) — 2022-ci il yanvarın 2-də Janaozendə maye qazın bahalaşmasına qarşı kütləvi etirazlar ilə başlayan, daha sonra bütün ölkəyə yayılan etirazlardır. Etirazlar sürətlə başqa şəhərlərə, o cümlədən Almatıya sıçrayıb. Hökumət etirazçılar qarşısında geri çəkilərək qiymətləri endirsə də aksiyalar səngiməyib. Bəzi şəhərlərdə küçələrə çıxanlar Təhlükəsizlik Şurasının katibi vəzifəsini (ömürlük) tutan keçmiş prezident Nursultan Nazarbayevin siyasətdən getməsini tələb ediblər. Yanvarın 5-də etirazların böyüməsi qarşısında prezident Qasım-Comərd Tokayev hökuməti istefaya göndərib. Tokayevin sərəncamı ilə baş nazirin səlahiyyətlərinin müvəqqəti icrası vitse-premyer vəzifəsini tutmuş Alixan Smailova həvalə edilib. Habelə Almatıda və Manqistau vilayətində (inzibati mərkəzi Janaozen olmaqla) yanvarın 5-dən 19-na qədər komendant saatı tətbiq edilib. İğtişaşlara cavab olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) – Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Qazaxıstanın özünün də daxil olduğu postsovet dövlətlərinin hərbi ittifaqı Qazaxıstanda sülhməramlı qoşunların yerləşdirilməsinə razılıq verib.
Rusiya etirazları (2021)
2021-ci ildə Rusiya etirazları 23 yanvar 2021-ci ildə həbs edilmiş müxalif lider Aleksey Navalnını dəstəkləmək üçün başladı. == Arxa planı == 2020-ci il 20 avqust tarixində Tomskdan Moskvaya uçuşu zamanı Navalnının səhhəti ağrılaşdı və o, ağır halda xəstəxanaya yatırıldı. Navalnı müalicəsi üçün Berlinə təxliyə edildi və 22 sentyabrda buradan tərxis edildi. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı Navalnının noviçok sinir agentindən istifadə edilərək zəhərləndiyi təsdiqlədi. Rəsmi Moskva bunu inkar etsə də, Avropa Birliyi və Böyük Britaniya 6 əsas rus rəsmisinə və dövlət kimya mərkəzinə sanksiya tətbiq etməklə qarşılıq verdi. Navalnı zəhərlənməsində prezident Vladimir Putinini günahlandırdı. Bellingcat və The Insider tərəfindən aparılan istintaq Navalnının zəhərlənməsinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin agentləri tərəfindən yerinə yetirildiyini açıqladı. Navalnı 2021 17 yanvar tarixində Rusiyaya qayıtdı və şərti cəza şərtlərini pozmaqda günahlandırılaraq, hava limanında saxlanıldı. O, qayıtmadan əvvəl Federal Həbsxana Xidməti Navalnının Moskvaya qayıtdığı anda həbs edilə biləcəyini demişdi. Səbəb kimi, ona verilən şərti azadlıq hüququnu pozduğunu göstərən orqan onun Rusiyaya gəldiyində həbs edilməsinin zəzuri olduğunu bildirdi.
Sudan etirazları
Sudan etirazları — 2018-ci il dekabrın 19-dan Sudanın bir çox şəhərlərində, çörəyin qiymətinin qalxması, yaşayış xərclərinin artması və ölkədə vəziyyətin pisləşməsi əlehinə başlayan etiraz aksiyaları. Hökumət etirazların süni xarakter daşıdığını və bu işdə İsrailin əlinin olduğunu bəyan edir. 11 aprel 2019-ci ildə Sudanda baş vermiş hərbi çevriliş nəticəsində Prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılmışdır. == Səbəblər == Ölkədə çörəyin qiymətinin qalxması ilə etirazlar baş qaldırmışdır. Bir neçə həftə ərzində şəhərlərdə çörək qıtlığı yaşanmış, çörək bişirilən yerlərdə növbələr yaranmışdır. Ölkədə mal çatışmamazlığı və qiymətlərin qalxması 70 faizlik infilyasiyadan sonra baş verir. Milli valyutada artıq dəyədən düşür və devalivasiya 80 % təşkil edir. Sərt iqtisadi tədbirlərin görülməsi xalq arasında etirazlara səbəb olur. İqtisadi problemlər hətta 2017-ci ilin oktyabrında ABŞ sanksiyalarının aradan qaldırılmasından sonra belə səngiməmiş, əksinə alovlanmışdır. Ölkədə korrupsiya isə yüksək olaraq qalır (Transparency International təşkilatının rəsmi məlumatına əsasən 180 ölkə arasında 170 yer) və Cənubi Sudanın müstəqillik əldə etməsi ilə neft yataqlarının 4-də 3 itirməsi onun iqtisadiyyatına mənfi təsir göstərir.
Tyananmen meydanı etirazları (1989)
Tyananmen meydanı etirazları və ya Tyananmen meydanı hadisəsi – Çində 4 iyun hadisəsi (çin. 六四事件; pinyin. liùsì shìjiàn - hərfi mənası 6-4 hadisəsi) olaraq da bilinən, Pekinin Tyananmen meydanında tələbələr tərəfindən 1989-cu ildə həyata keçirilən nümayiş. Pekin etirazlarından ilhamlanan bu xalq hərəkatı bəzən '89 Demokratiya Hərəkatı (çin. 八九民运; pinyin. Bājiǔ mínyùn) kimi də adlandırılır. Etirazlar 15 apreldə başladı və hərbi vəziyyətin elan olunduğu və Çin Xalq Azadlıq Ordusunun Pekinin mərkəzinə göndərildiyi 4 iyunda məcburi şəkildə yatırıldı. Qanlı hadisəyə verilən başqa bir ad Tyananmen meydanı qırğını (çin.天安门大屠杀; pinyin. Tiān'ānmén dà túshā) odlu silahlarla təchiz edilən və tanklardan istifadə edən qoşunların nümayişçilərə və Tyananmen meydanına ordunun daxil olmasına qarşı çıxanlara atəş açması ilə bağlıdır. Ölüm rəqəmi ilə bağlı təxminlər bir neçə yüz nəfərdən bir neçə min nəfərə qədər dəyişir.
Yanacağın qiymət artımına görə İran etirazları (2019)
2019-cu ildə yanacağın qiymət artımına görə İran etirazları — İlk başda yanacaq qiymətlərindəki 200%-lik bir artışla başlayan, ancaq daha sonra İrandakı mövcud rejimə və Ali Rəhbər Əli Xameneinin istefasına yönələn, İranın bir çox şəhərlərində baş tutan sivil etirazlardır. Etirazlar 15 noyabr axşamında başladı və internətdə nümayişlərin videosu yayılmağa başladıqca üsyanlar saatlar içərisində 21 şəhərə sıçradı. Şiddətli etirazların şəkilləri beynəlxalq səviyyəli etirazlarla birlikdə internetdə paylaşıldı. Etirazlar ilk başda dinc toplanmalar kimi başlasa da, hökumətin sərt tədbirləri iğtişaşları bütün İran rejiminə qarşı yönəltməyə təşviq etdi. İran hökuməti etirazları susdurmaq üçün ölkə səviyyəsində interneti kəsmək, binalardan, vertolyotlardan, yaxın məsafədən pulemyotla etirazçılara atəş açmaq kimi ölümcül üsullardan istifadə etdi. İran hökuməti, həmçinin, etirazları basdırarkən ölənlərlə bağlı real rəqəmlərin gizli qalması üçün öldürülən nümayişçilərin cəsədlərini yaxınlarına vermirdi. Öldürülənlər ailələri KİV-lərə məlumat verməsin və ya yas mərasimi keçirməsin deyə hökumət tərəfindən təhdid etdilmişdi. Ölənlərlə bağlı hələ də tam dəqiq bir rəqəm olmasa da, bəziləri mühafizə qüvvələrinin 1000-dən çox İran vətəndaşını öldürdüyünü təxmin edir. Hökumətin etirazçılara qarşı sərt tədbirlər almağı etirazçıları daha şiddətli reaksiya verməyə təşviq etdi. İran mərkəzi bankı daxil olmaqla ölkə səviyyəsində 731 banka, 9 dini mərkəzə hücumlar oldu, antiamerikanizm və Ali Lider Əli Xameneiyə aid olan plakatlar, həmçinin abidələr dağıdıldı, yandırıldı.
İran etirazları (2017)
2017–2018-ci il İran etirazları — 28 dekabr 2017-ci il tarixində İran İslam Respublikasının müxtəlif şəhərlərində başlayan etiraz aksiyaları dalğası. İranın ən böyük ikinci şəhəri olan Məşhəd şəhərində keçirilən etiraz aksiyasında minlərlə, ölkənin paytaxtı Tehran şəhərində isə yüzlərlə insan iştirak etmişdir. İranın Nişapur, Kaşan, Kirman, Kirmanşah, Kaşmər, Rəşt, İsfahan, Ərak, Bəndər-Abbas, Ərdəbil, Qəzvin, Həmədan, Sari, Amul, Şahinşəhr, Şəhrikürd, Şiraz, Xürrəmabad, Zəncan, Gürgan, Zahidan, Urmiya, Dürud, Yəzd və Şahrud şəhərlərində də göstərişlər keçirilmişdir. İddialara görə etiraz aksiyaları sosial şəbəkələrdə insanların mesajlaşması vasitəsilə təşkil edilmişdir. Etirazda iştirak edənlər tez-tez "Ruhaniyə ölüm" və "diktatora ölüm" şüarlarından istifadə etmişdir. Etiraz aksiyaları ilk olaraq ölkənin iqtisadi problemləri barədə idi, ancaq bu çox vaxt keçmədən etirazçıların İranın Orta Şərqdəki münaqişələrə daxil olması və ölkənin İslamçı hökumətini pisləməsiylə nəticələnmişdir. Bir çox etirazçı "İslam Respublikasına ölüm!" demişdir. Dekabrın 29-dan 30-a keçən gecə mərkəzi İranda gerçəkləşən etiraz aksiyalarında polisin 4 nəfərə atəş açmasıyla etirazlar gərginləşmiş, nəticəsində 3 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır. Yanvarın 2-də baş verən gərginlikdə isə etirazçılardan 21, təhlükəsizlik qüvvələrindən isə 2 nəfər ölmüşdür. == Arxaplan == İran İslam Respublikası 1979-cu ildə Pəhləvi hakimiyyətinə qarşı qalibiyyətli inqilabdan sonra Ayətullah Xomeyni tərəfindən yaradılmışdır.
İran etirazları (2017–2018)

İran etirazları (sentyabr, 2022)
Məhsa Əmini etirazları və ya 2022 İran etiraz aksiyaları — İranda 16 sentyabr 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar və vətəndaş iğtişaşlarıdır. İddia olunur ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən həbs edilərkən Məhsa Əmininin hicabının altından bir az saç görünürmüş. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və 3 gün sonra xəstəxanada ölüb. Polis zabitləri onun başına zərbələr vurulduğunu və qadının maşınlardan birinə çırpılması barədə xəbərləri təkzib edirlər. Bəzi qadınlar cəsarətlə hicablarını cırıb yandırırlar. == Etirazlar == Etiraz aksiyaları Tehranda başlayıb, daha sonra Kürdüstan əyalətinin Saqqız, Sənəndəc, Divandərrə, Bənə və Bicar şəhərlərinə, daha sonra isə İranın digər bölgələrinə yayılıb. Həmədan, Kirmanşah, Məşhəd, Səbzevar, Qum, Amol, Babol, İsfahan, Kirman, Şiraz, Təbriz, Rəşt, Sarı, Kərəc, Çalus, Növşəhr, Tonekabon, Ərak şəhərlərində bu etirazlar ilk gündən sürətlə böyüyüb. 23 sentyabr 2022-ci il tarixinə ən azı əlli etirazçı öldürülüb. Etirazlara cavab olaraq, İran hökuməti etirazları yatırmaqla yanaşı, etirazçıların təşkilatlanma qabiliyyətini azaltmaq üçün Instagram və WhatsApp kimi proqramlara girişi və interneti məhdudlaşdırıb. Bunlar İranda 2019-cu il etirazlarından sonra internetin tamamilə bağlandığı ən sərt məhdudiyyətlər ola bilər.
İran yanacaq etirazları (2019)
2019-cu ildə yanacağın qiymət artımına görə İran etirazları — İlk başda yanacaq qiymətlərindəki 200%-lik bir artışla başlayan, ancaq daha sonra İrandakı mövcud rejimə və Ali Rəhbər Əli Xameneinin istefasına yönələn, İranın bir çox şəhərlərində baş tutan sivil etirazlardır. Etirazlar 15 noyabr axşamında başladı və internətdə nümayişlərin videosu yayılmağa başladıqca üsyanlar saatlar içərisində 21 şəhərə sıçradı. Şiddətli etirazların şəkilləri beynəlxalq səviyyəli etirazlarla birlikdə internetdə paylaşıldı. Etirazlar ilk başda dinc toplanmalar kimi başlasa da, hökumətin sərt tədbirləri iğtişaşları bütün İran rejiminə qarşı yönəltməyə təşviq etdi. İran hökuməti etirazları susdurmaq üçün ölkə səviyyəsində interneti kəsmək, binalardan, vertolyotlardan, yaxın məsafədən pulemyotla etirazçılara atəş açmaq kimi ölümcül üsullardan istifadə etdi. İran hökuməti, həmçinin, etirazları basdırarkən ölənlərlə bağlı real rəqəmlərin gizli qalması üçün öldürülən nümayişçilərin cəsədlərini yaxınlarına vermirdi. Öldürülənlər ailələri KİV-lərə məlumat verməsin və ya yas mərasimi keçirməsin deyə hökumət tərəfindən təhdid etdilmişdi. Ölənlərlə bağlı hələ də tam dəqiq bir rəqəm olmasa da, bəziləri mühafizə qüvvələrinin 1000-dən çox İran vətəndaşını öldürdüyünü təxmin edir. Hökumətin etirazçılara qarşı sərt tədbirlər almağı etirazçıları daha şiddətli reaksiya verməyə təşviq etdi. İran mərkəzi bankı daxil olmaqla ölkə səviyyəsində 731 banka, 9 dini mərkəzə hücumlar oldu, antiamerikanizm və Ali Lider Əli Xameneiyə aid olan plakatlar, həmçinin abidələr dağıdıldı, yandırıldı.
Əlcəzair etirazları (2019)
Əlcəzair etirazları — 2019-cu ilin fevral ayından Əlcəzairin müxtəlif şəhərlərdə başlayan və 82-ci prezident Əbdüləziz Buteflikanın beşinci dövr üçün prezidentliyə namizəd olmasına qarşı aparılan xalq hərəkatı. == Səbəbləri == 10 fevral 2019-cu ildə Əbdüləziz Buteflika yeni prezident seçkilərində öz namizədliyini irəli sürəcəyini bəyan edir. Bununla belə dövlət başçısı ağır xəstəliklərdən əziyyət çəkir. Hətta 2013-cü ildə İnsult keçirmiş və hazırdada əlil arabasında hərəkət edir. İctimaiyyətdə nadirən görünür. == Xronologiya == 16 fevral – Herrat şəhərində yüzlərlə insan küçələrə çıxmış və prezidentin 5-ci müddətə namizədliyinə qarşı çıxmışdır. 18 fevral – Prezident Buteflikanın qarşıdakı seçkilərdə iştirak etməsinə etirazlar ölkənin şimalındakı bir neçə əyalətdə keçirilir. Polis etirazların yatırılması üçün güç tətbiq etmir. 21 fevral – altı həmkərlar ittifaqı 27 fevraldan tətilə başlamaq barədə çağırışlar edir. Həmkarlar ittifaqı nümayəndələri ölkənin küçələrində səlahiyyətlilərin təhsil işçilərinin tələblərini nəzərə almadığına etiraz edirlər.
Nahel Merzuk etirazları
2023-cü il Fransada kütləvi iğtişaşlar və ya Nahel Merzuk etirazları — Fransanın bir sıra şəhərlərində 27 iyun 2023-cü ildə 17 yaşlı əlcəzairəsilli yeniyetmə Nahel Merzukun qətli ilə bağlı silsilə iğtişaşlar. 27 iyunda Nanterdə sakinlər polis qərargahı qarşısında etiraz aksiyası keçirmiş, sonradan nümayişçilərin avtomobilləri yandırması, avtobus dayanacaqlarını dağıtması və polisə fişəng atması nəticəsində, bu, iğtişaşlara çevrilmişdir. Bu, Fransada 2005-ci il iğtişaşlarından bəri ən böyük iğtişaşlara çevrilmişdir. Parisdən 40 km şimal-qərbdə yerləşən Mantes-la-Joli şəhərində bələdiyyə binası 27 iyun gecəsi atəşə tutuldu. Tuluza və Lill də daxil olmaqla, Fransada gecə boyu toqquşmalar davam etdi. Asnières, Colombes, Suresnes, Aubervilliers, Clichy-sous-Bois və Mantes-la-Coliedə də iğtişaşlar qeydə alınıb. 29 iyunda 150-dən çox adam həbs edilmiş, 24 polis əməkdaşı yaralanmış və 40 avtomobil yandırılmışdı. İğtişaşların daha da genişlənməsindən çəkinən Fransanın daxili işlər naziri Jerald Darmanen Paris və ətrafına 1,200 çevik polis və jandarm yerləşdirmiş, bir müddət sonra daha 2,000 nəfər əlavə etmişdir. İyulun 4-dən sonra iğtişaşların intensivliyi kəskin şəkildə azaldı və bildirildiyinə görə, iyulun 15-də sona çatdı. == Zəmin == 27 iyun 2023-cü il, Mərkəzi Avropa Yay Saatı ilə təxminən saat 07:55-də iki polis əməkdaşı İl-de-Frans vilayətinin O-de-Sen departamentində Polşa dövlət avtomobil qeydiyyat nişanı olan "Mercedes-AMG" markalı avtomobilinin Nanter Universiteti dəmiryol stansiyası istiqamətində avtobus zolağı boyunca sürət həddini keçərək hərəkət etdiyini müşahidə etmişdir.
Ermənistan etirazları (2020–2021)
Ermənistan etirazları ― Azərbaycan və Ermənistan arasında imzalanan sülh müqaviləsinə etiraz olaraq 10 noyabrdan başlayan hökumət əleyhinə aksiyalar. == Arxa plan == Etirazlar Ermənistanın Baş Naziri Nikol Paşinyanın xalqına müraciəti zamanı Azərbaycanla sülh bağlandığını və işğal edilmiş torpağları Azərbaycana qaytarılacağını deməsindən sonra başlandı. Etirazçılar bu bəyanatdan sonra küçələrə axışdılar və torpağların Azərbaycana qaytarılmamasını tələb etdilər. 17 müxalifət partiyası baş nazir Nikol Paşinyan tərəfindən Qarabağa dair üçtərəfli bəyanatın imzalanmasına etiraz olaraq 10 noyabrdan bəri İrəvanda mitinqlər keçirir. Müxalifət Paşinyanın istefasını, xilasetmə komitəsinin yaradılmasını və bəyanatın bəzi müddəalarında dəyişiklik edilməsini tələb edir. == Xronologiya == === 10 noyabr === Etirazçılar Ermənistan parlament binasına hücum edilblər. Parlament binasının qarşısında Ararat Mirzoyanın mühafizəçiləri ilə etirazçılar arasında insident olub. Etirazçılar həmin an avtomobilində olan Parlamentin spikerini avtomobilindən çıxararaq ölümcül şəkildə döyüblər. Nikol Paşinyan "Facebook" səhifəsində iqamətgahında oğurluq olduğunu, kompüter, ətir və saatının oğurlandığını yazmışdı. O, bu məlumatı "Təbii ki, Vətən uğrunda" sözləri ilə paylaşmışdı.
2023 Gürcüstan etirazları
2023-cü il gürcü etirazları — QHT-lərin xaricdən aldıqları vəsait 20%-dən çox olduğu halda, "xarici agentlər" kimi qeydiyyatdan keçmələrini tələb edən "Xarici təsirin şəffaflığı haqqında" qanunun parlament tərəfindən dəstəklənməsinə görə bütün Gürcüstanda keçirilən bir sıra küçə nümayişləri idi. Polis əsas paytaxt Tbilisidə etirazları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilmişdi. Lakin parlament 10 mart 2023-cü ildə etirazlar nəticəsində qanun layihəsini geri götürməli oldu. == Zəmin == 2021-ci ilin yanvar ayından Gürcüstan və Ukrayna 2030-cu illərdə Avropa İttifaqına üzv olmaq üçün 2024-cü ildə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməyə hazırlaşırdılar. Lakin 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin kəskinləşməsi fonunda Ukrayna, Gürcüstan və Moldova 2022-ci ilin fevral və mart aylarında Avropa İttifaqına üzvlük üçün birgə müraciət etdilər. 9 iyun 2022-ci ildə Avropa Parlamenti Gürcüstan hökumətini ölkədə mətbuat azadlığını pozmaqda ittiham edən altı səhifəlik qətnamə qəbul etdi. Bu qətnamə hakim Gürcü Arzusu partiyasının təsisçisi Bidzina İvanişvilini Gürcüstanda siyasi proseslərin pisləşməsindəki roluna görə Avropa İttifaqını sanksiya tətbiq etməyə təşviq edirdi. 23 iyun 2022-ci ildə Avropa Zirvəsi Ukrayna və Moldovaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu verdi. Lakin müəyyən şərtlər yerinə yetirilənə qədər Gürcüstana namizəd statusunun verilməsini təxirə saldı. Avropa Zirvəsi tövsiyə olunan islahatlar kompleksindən sonra Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu verməyə hazır olduğunu bildirdi.
Oman etirazları (2011)
Qadınlar da daxil olmaqla, yüzlərlə insan paytaxt küçələrinə çıxıb. Onlar hökumətdən siyasət, iqtisadiyyat, təhsil sahələrində dəyişikliklər tələb edir. Nümayişçilər korrupsiya, qiymətlərin artımı halları ilə mübarizəyə səsləyən şüarlar da səsləndirib. Polis aksiyaya müdaxiə etməyib və o, tam dinc şəraitdə keçib. Nümayişin təşkilatçıları haqda məlumat verilmir. Aksiyada daha çox gənclərin iştirak etdiyi bildirilir. Omanın Sohar və cənubdakı Salah şəhərlərində küçələrə çıxmış nümayişçilərlə polis və hərbçilər arasındakı toqquşmalarda 2 nəfər həlak olub, 8 nəfər yaralanıb. Etiraz aksiyası keçirən müxalifətçilər ölkədə siyasi islahatların keçirilməsini tələb edirlər. Polis Soharda nümayişi dağıtmaq üçün əvvəlcə rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib, sonra isə vətəndaşlara atəş açıb. Şəhərə qoşun yeridilib.
2013-cü il Gəzi parkı etirazlar
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. == Biblioqrafiya == Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.

"etirazlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#etirazlar nədir? #etirazlar sözünün mənası #etirazlar nə deməkdir? #etirazlar sözünün izahı #etirazlar sözünün yazılışı #etirazlar necə yazılır? #etirazlar sözünün düzgün yazılışı #etirazlar leksik mənası #etirazlar sözünün sinonimi #etirazlar sözünün yaxın mənalı sözlər #etirazlar sözünün əks mənası #etirazlar sözünün etimologiyası #etirazlar sözünün orfoqrafiyası #etirazlar rusca #etirazlar inglisça #etirazlar fransızca #etirazlar sözünün istifadəsi #sözlük