Faringit
Faringit — udlaq kimi tanınan boğazın arxa hissəsinin iltihabı. Adətən boğaz ağrısı və qızdırma ilə nəticələnir. Digər simptomlar arasında burun axması, öskürək, baş ağrısı, udma çətinliyi, limfa düyünlərinin şişməsi və boğuq səs ola bilər.
== Səbəbləri ==
Faringitin əsas səbəbləri isti, soyuq və ya çirkli havanın udması, kimyəvi qıcıqlanmaların təsiridir. Yoluxucu faringit müxtəlif viruslar (qrip, adenoviruslar), eləcə də kandida cinsinin mikroorqanizmləri (strepto-, stafilo-, pnevmokokklar) və göbələklər tərəfindən yarana bilər. Çox vaxt faringit infeksiyanın udlağa bitişik iltihab ocağından kənara yayılması (sinüzit, rinit, kariyes) nəticəsində inkişaf edir. Xəstəliyin səbəbi həmçinin udlağın travmatik xəsarətləri ola bilər - yad cismin çıxarılmasından və ya cərrahi əməliyyatlardan sonra baş verə bilən kəskin faringit.
== Təsnifatı ==
Faringit yuxarı tənəffüs yollarının infeksiyası nəticəsində yaranan bir iltihab növüdür. O, həm kəskin, həm də xroniki olaraq təsnif edilə bilər. Kəskin faringit patogendən və zərər çəkənin immun imkanlarından asılı olaraq kataral, irinli və ya xoralı ola bilər.