* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [lat.] Qəzavü-qədər, taleyə inanan. Fatalizm ideyası. Teoloji fatalizm.
Azərbaycan dilinin izahlı lüğəti / fatalizm2 \ – anti-dialektik dünyagörüşü konsepsiyası. Hər şeyin alınyazısına əsasən əvvəlcədən təyin olunmuş olduğuna, insanın bu əvvəlcədən müəyyən olunmuş olan alınyazısını dəyişdirə bilməyəcəyinə inanan dünyagörüşü. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcılığa imkan verməyən zərurətə tabedir və əzəldən müəyyən edilmişdir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / fatalizm3 \ -Yazgıcılık\] – Bütün hadisələrin aləmin üstündə var olan bir qüvvət və ilk səbəb tərəfindən, dəyişməsi mümkün olmayacaq formada əvvəlcədən təsbit və təyin edilmiş olduğuna inanan görüş. İngiliscədə fate – tale, qədər deməkdir. Qədərə, taleyə alın yazısına inanmaq istər Qərb, istərsə də Şərq dünyasında mövcud olmuşdur. Şərqdə Cəbəriyyə adlı bir cərəyanda mövcud olmuşdur.
Fəlsəfə terminlərinin izahlı lüğəti / fatalizm