atavizm sözü azərbaycan dilində

atavizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • atavizm • 89.4737%
  • Atavizm • 10.5263%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atavizm
Atavizm (yun. atavus) – müəyyən növə məxsus bəzi orqanizmlərdə keçmişdə onların uzaq əcdadında olmuş, lakin təkamül prosesində itmiş əlamətlərin meydana çıxması. Atavizmin əmələ gəlməsi bu əlamət üçün cavabdeh olan genlərin növün genomunda qalması sayəsində baş verir, lakin orqanizmin normal inkişafında onların fəaliyyəti təcrid olunur. Ayrı-ayrı fərdlərdə genetik dəyişikliklər səbəbindən və ya embrional inkişaf proseslərinə xarici təsir nəticəsində təcridedilmə aradan qalxa bilər və bu zaman qədim əlamət yenidən atavizm kimi meydana çıxar. Müasir atlarda üçbarmaqlılıq, insanda quyruğun, bədənin hər yerində sıx tük örtüyünün (hipertrixoz) və əlavə bir cüt süd vəzisinin inkişaf etməsi atavizmə misaldır. Atavizm orqanizmin hər hansı strukturunun ilkin mərhələlərdə inkişafının ləngiməsi zamanı da baş verə bilər. Nəticədə yetkin orqanizmdə əcdadın vəziyyəti ilə eyni olan müvafiq oxşar əlamətlərin embrional vəziyyəti mühafizə edilir. Quruda yaşayan onurğalıların boyun fistulasının yaşlı insanda nadir hallarda müşahidə edilməsi belə atavizmə misaldır. Atavizm bəzən or qanizmin itirdiyi strukturların bərpası zamanı baş verir. Misal olaraq bəzi kərtənkələlərin avtotomiyadan sonra regenerasiya olunmuş quyruğunda pulcuqların sadələşmiş quruluşunu göstərmək olar.

atavizm sözünün leksik mənası və izahı

  • 1 [lat.] biol. Çox uzaq əcdadında olmuş xassə və əlamətlərin nəsildə görünməsi. İnsanlarda … ulu əcdadlarının çoxdan yox olmuş əlamətləri təkdənbir ayrıayrı fərdlərdə zahirə çıxır ki, əcdadın əlamətlərinə bu cür qayıtma hallarına atavizm deyilir.

    Azərbaycan dilinin izahlı lüğəti / atavizm

atavizm sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. биол. атавизм (появление у организмов признаков, свойственных их отдалённым предкам)

    Azərbaycanca-rusca lüğət / atavizm

Oxşar sözlər

#atavizm nədir? #atavizm sözünün mənası #atavizm nə deməkdir? #atavizm sözünün izahı #atavizm sözünün yazılışı #atavizm necə yazılır? #atavizm sözünün düzgün yazılışı #atavizm leksik mənası #atavizm sözünün sinonimi #atavizm sözünün yaxın mənalı sözlər #atavizm sözünün əks mənası #atavizm sözünün etimologiyası #atavizm sözünün orfoqrafiyası #atavizm rusca #atavizm inglisça #atavizm fransızca #atavizm sözünün istifadəsi #sözlük