* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [yun.] Allahın varlığını, fövqəltəbii qüvvələri və dinləri elmi biliklərə əsasən inkar etmə; allahsızlıq. Ateizmin izləri. Ateizmin nəzəri əsası materialist fəlsəfədir. Ateizm tərbiyəsinin bir əsas vəzifəsi də dinin elmə zidd olduğunu sübuta yetirməyə çalışmaqdan ibarət idi.
Azərbaycan dilinin izahlı lüğəti / ateizm2 \ – Tanrını rədd etmək, təbiətdə və kainatda Tanrının rolunu danmaq. Sovet hakimiyyəti dövründə Sovet İttifaqına daxil olan ölkələrdə və kommunizmin hakim olduğu dövlətlərdə Marksizm – Leninizm fəlsəfəsi əsasın-da elmi ateizm geniş tədris edilirdi. Elmi ateizm Tanrının varlı-ğının təhrif edilməsi ideyasını elmi dəlillər və arqumentlərə dayanaraq əsaslandırırdı. Ərəbcədə isə daha çox ilhad termini işlədilir. Ateizm a – teos – yəni hərfi anlamda Tanrının inkarı deməkdir. Bu cür baxışlar sistemi sadəcə islamdan, xristinalıqdan və yəhudilikdən bizə məlum olan Tanrı anlayışını deyil, hər növ dini iman və etiqadi sistemlərdə Tanrı və Tanrı adına olan hər varlığı inkar edir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / ateizm1 ATEİZM – TEİZM C.Məmmədquluzadə Mirzə Fətəli Axundzadənin realizmi və ateizminin varisi olmuş (M.İbrahimov); Teizm dünyanın Allah tərəfindən yaradılıb idarə edildiyini iddia edən dini-mistik ehkamdır.
Azərbaycan dilinin antonimlər lüğəti / ateizm1 [yun.] атеизм (аллагь хьунухь ва дин илимдалди инкар авун); аллагьсузвал; // атеизмдин.
Azərbaycanca-ləzgicə lüğəti / ateizm