Federasiyası sözü azərbaycan dilində

Federasiyası

Yazılış

  • Federasiyası • 98.4528%
  • federasiyası • 1.4870%
  • FEDERASİYASI • 0.0602%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Malay Federasiyası
Malay Federasiyası (malay Persekutuan Tanah Melayu) — 1948-ci ildən 1963-cü ilə qədər mövcud olan 11 ştatın bir federasiyası (9 Malay sultanlığı və ingilis yaşayış yerləri Pinanq və Malakka) . Paytaxtı — Kuala Lumpur. == Tarixi == 1946-cı ildə bu 11 ştatdan vahid ingilis müstəmləkəsi - Malay ittifaqı təşkil olundu . Malay millətçilərinin kəskin mübarizəsi və etiraz çıxışlarının güclənməsi nəticəsində ittifaq tezliklə dağıldı və 1948-ci ilin yanvarından Malay ittifaqı Malay Federasiyası halında təşkil olundu. Malay ittifaqının tərkibində hüquq və imtiyazlarından məhrum olan Malay sultanları Federasiyanın tərkibində dövlət başçısı mövqelərinin bərpa olunmasına nail oldular. Malay sultanlıqları Böyük Britaniyanın protektoratlıqları oldular, Pinanq və Malakka isə Britaniya müstəmləkə əraziləri kimi qalmaqda davam edirdilər. 31 avqust 1957-ci ildə Federasiya Millətlər cəmiyyətinin tərkibində müstəqillik hüququ əldə etdi və BMT-nin üzvü oldu . . 1963-cü ildə Malay Federasiyası, Sinqapur, Saravak və Şimali Borneo Malayziya dövlətində birləşdilər , 9 avqust 1965-ci ildə Sinqapur Malayziyadan ayrılaraq müstəqil dövlət oldu . == İstinadlar == == Xarici keçidlər == Colonial administration records (migrated archives): Malaya at The National Archives (Pg. 52) The UK Statute Law Database: Federation of Malaya Independence Act 1957 (c.
Dünya Alpaqut Federasiyası
Dünya Alpaqut Federasiyası və ya qısaca: DAF (ing. World Alpagut Federation (WAF)) — Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək və digər ölkələrdə olan alpaqut klub və federasiyalarını idarə etmək üçün 2014-cü ildə yaradılmış beynəlxalq idman təşkilatı. Federasiyanın dünyada 50-dən çox ölkədə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var. == Tarixi == 2014-cü ilin əvvəlindən Alpaqut Turan Döyüş sənətinin qurucusu Vasif Namazovun təşəbbüsünə əsasən, Alpaqut idman növünün inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında Beynəlxalq İdman Təşkilatının yaradılması qərarı verildi. Federasiyanın təsis olunmasında Gürcüstan Respublikasından Müşfiq Əliyev, Faiq Məmmədov, Azərbaycandan isə Fərid Əlizadə və Vasif Namazovun özü iştirak etdi. 5 nəfərdən ibarət yaradılan idarə heyəti, federasiyaya ilk Prezident Fərid Əlizadəni seçdi və 12 fevral 2014-cü il tarixindən etibarən federasiya rəsmən qeydiyyatdan keçərək fəaliyyətə başladı. === Birinci qurultay === 2015-ci il tarixindən etibarən, Alpaqutun inkişafı naminə Dünya Alpaqut Federasiyasının yenidən formalaşmasına qərar verildi. 12 yanvar 2015-ci il tarixində Fərid Əlizadə və federasiyanın strukturu istefa verdi. 18 mart 2015-ci il tarixində, Azərbaycanda Atatürk Mərkəzində, Dünya Alpaqut Federasiyasının ümümi yığıncağı növbədənkənar qurultay çağırdı. Qurultayda Araz Abdullaev, Asiman Abdurrahmanov, Kamil Yusubov, Faiq Məmmədov, Arzu Eyvazov, Anar Xəlilov, Elnur Hüseynov, Əkbər Goşalı və Vasif Namazov Dünya Alpaqut Federasiyasının İdarə heyətinin üzləri seçildi.
Dünya Fudokan Federasiyası
Efiopiya Futbol Federasiyası
Efiopiya Futbol Federasiyası — Efiopiyada futbola nəzarət edən rəsmi qurum. 2008-ci ilin iyulundan diskvalifikasiya olunan Efiopiya federasiyasında keçən seçkilərin nəticəsi ləğv olunmuşdu. Baş verənlərə görə bu ölkənin milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunlarından çıxarılıb. Efiopiya Futbol Federasiyası bir illik fasilədən sonra 2009-cu ildə yenidən FİFA-nın üzvlüyünə qaytarılıb. Bu, yerli federasiyada rəhbər dəyişikliyindən sonra baş verib. Ali futbol qurumu bununla bağlı rəsmi bəyanat yayıb: "FİFA Həbəşistan federasiyasında seçkilərin gedişindən razıdır. Bu, ötən həftəsonu FİFA-nın nümayəndələrinin müşahidəsi ilə keçirilib. İndi Həbəşistan yenidən dünya ali futbol qurumunun üzvü kimi bütün üstünlüklərdən istifadə edə bilər".
Erməni İnqilabi Federasiyası
Erməni İnqilabi Federasiyası, Daşnaksutyun (erm. Հայ Յեղափոխական Դաշնակցություն; Hay Heğapoxakan Daşnaksutyun) — millətçi-terrorçu erməni partiyası (digər adı "Erməni inqilabi ittifaqı");ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir. Hazırkı ali şura sədri İşxan Sağatelyandır. == Tarixi == === Yaradılması və ilk dövrü === 1890-cı ildə Gürcüstanın mərkəzi Tiflisdə yaradılmış bu partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni İnqilabçılarının İttifaqı" adlanırdı. Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi. 1891-ci ildə nəşr olunan və Daşnaksutyunun mətbu orqanı olan "Droşak" (bayraq) qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar: "Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir.
Finlandiya Futbol Federasiyası
Finlandiya Futbol Assosiasiyası — Finlandiyada ali futbol qurumu. == Tarixi == Finlandiya Futbol Assosiasiyası 1907-ci ildə yaranıb. 1908-ci ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdür.
Gürcüstan Futbol Federasiyası
Gürcüstan Futbol Federasiyası (GFF) (gürc. საქართველოს ფეხბურთის ფედერაცია , sakartvelos pekhburtis pederatsia) — 1936-cı ildə yaradılmışdır. 1936–1989-cu illərdə Sovet İttifaqı Futbol Federasiyasının tərkibində olub. Müstəqil Gürcüstan Futbol Federasiyası isə 1990-cı il fevralın 15-də yaradılıb və Gürcüstanda futbolun idarəedici orqanıdır. Futbol liqasını, Gürcüstan Premyer Liqasını və Gürcüstan milli futbol komandasını təşkil edir. Tbilisidə yerləşir.
Həbəşistan Futbol Federasiyası
Efiopiya Futbol Federasiyası — Efiopiyada futbola nəzarət edən rəsmi qurum. 2008-ci ilin iyulundan diskvalifikasiya olunan Efiopiya federasiyasında keçən seçkilərin nəticəsi ləğv olunmuşdu. Baş verənlərə görə bu ölkənin milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunlarından çıxarılıb. Efiopiya Futbol Federasiyası bir illik fasilədən sonra 2009-cu ildə yenidən FİFA-nın üzvlüyünə qaytarılıb. Bu, yerli federasiyada rəhbər dəyişikliyindən sonra baş verib. Ali futbol qurumu bununla bağlı rəsmi bəyanat yayıb: "FİFA Həbəşistan federasiyasında seçkilərin gedişindən razıdır. Bu, ötən həftəsonu FİFA-nın nümayəndələrinin müşahidəsi ilə keçirilib. İndi Həbəşistan yenidən dünya ali futbol qurumunun üzvü kimi bütün üstünlüklərdən istifadə edə bilər".
Keniya Əmək Federasiyası
Keniya Əmək Federasiyası və ya qısaca KƏF (ing. Kenya Federation of Labor) — Keniyanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. == Tarixi == Keniyada həmkarlar ittifaqları İkinci Dünya müharibəsindən sonra formalaşmağa başlamışdır. Bir sıra təşkilatlar bu istiqamətdə bir müddət müstəqil fəaliyyət göstərdikdən sonra, 1952-ci ildə birləşərək Keniya Həmkarlar İttifaqları Federasiyasını yaradırlar. Təşkilatın rəhbəri o illərdə ölkənin həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən Aqrey Minya seçilir. 1955-ci ildə təşkilatın adı dəyişdirilərək Keniya Əmək Federasiyası adlanır. Ölkədə siyasi vəziyyət çox gərgin olduğu 1963-cü ildə daxili qalmaqallar çevrilişə gətirib çıxardır. Ölkədə bütün idarələr dağıldığı halda, yalnız KƏF salamat qalaraq, işçilər qarşısında vəzifəsini tam olaraq yerinə yetirirdi. Hətta deyilənlərə görə, Keniyada daxili qarışıqlığın sakitləşməsində və hökumətin fəaliyyətinin yenidən bərpa olunmasında federasiyanın böyük rolu olub. Bundan sonra federasiyanın nüfuzu daha da artır.
Kosovo Futbol Federasiyası
Kosovo Futbol Federasiyası (alb. Federata e Futbollit e Kosovës, serb. Fudbalski savez Kosova (FSK) / Фудбалски савез Косова (ФСК)) və ya qısaca KFF — Kosovoda futbola nəzarət edən rəsmi qurum. Baş ofisi paytaxtda – Priştina şəhərində yerləşir. Federasiyaya Fadil Vokri rəhbərlik edirdi. == Tarixi == Kosovo Futbol Federasiyasının yaranma tarixi 1946-cı ildən başlayır. === UEFA-ya üzvlük === 2016-cı il may ayının 3-də Macarıstanın paytaxtı Budapeştdə quruma üzv olan bütün milli assosiasiyaların iştirakı ilə keçirilmiş UEFA-nın 40-cı Növbəti Konqresində Kosovonun UEFA-ya üzvlüyü müzakirə edilib. Səsvermədə 54 səsdən Kosovonun üzvlüyü lehinə 28, əleyhinə 24 səs verilib; 2 bülleten isə etibarsız sayılıb. Səsvermdən sonra Kosovo UEFA-ya daxil olan 55-ci ölkə kimi tanınmışdır. === FİFA-ya üzvlük === UEFA-dan sonra FİFA da bu ölkənin üzvlüyü məsələsinə baxılmışdır.
Lixtenşteyn Futbol Federasiyası
Lixtenşteyn Futbol Federasiyası — 1934-cü ildə (bəzi mənbələrə görə 1933-cü ildə) yaradılsa da, FİFA və UEFA-ya 40 il sonra — 1974-də daxil olub. Lixtenşteyn yığması rəsmi beynəlxalq yarışlarda 1994-cü ildən çıxış edir. Həmin il aprelin 27-də Belfastda AÇSO turniri çərçivəsində Şimali İrlandiya futbolçularına 1:4 hesabı ilə məğlub olub. İlk matçda ilk qolu Daniel Hasler vurub. Debütantın 1995-ci il iyunun 3-də öz meydanında güclü İrlandiya ilə heç-heçə — 0:0 oynaması Avropada böyük əks-səda doğurdu.
Polşa Futbol Federasiyası
Polşa Futbol Federasiyası — 1919-cu ildə yaranıb. 1923-cü ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdü.
Portuqaliya Futbol Federasiyası
Portuqaliya Futbol Federasiyası — 1914-cü ildə yaranıb. 1923-cü ildən FİFA-nın, 1954-cü ildən UEFA-nın üzvüdür.
Rusiya Federasiyası Prezidenti
Rusiya Prezidenti — Rusiyanın ən ali vəzifəsidir. Rusiya Prezidenti Rusiya dövlətinin başçısıdır və hakimiyyətin heç bir qoluna aid deyil, Rusiya konstutiyasının , Rusiya vətəndaş haqlarının və insan azadlığının qarantıdır. Rusiya Ali Baş Komandanıdır. 17 mart 1991 ci-ildə ümümxalq referendumun nəticəsi ilə dövlət idarəçiliyinin ən ali vəzifəsi kimi Rusiya Federasiyasının prezidenti postu yaradılmışdır.
Rusiya Federasiyası
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət və ya Ərəsəy — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Suriya Federasiyası
Suriya Federasiyası (fr. Fédération syrienne) — Fransanın mandatı dövründə, 28 iyun 1922-ci ildən 1 yanvar 1925-ci ilə qədər tarixi dövlət. Mərkəzi 1922–1923 illərdə Hələb sonra da 1923–1925 illərdə Dəməşq idi. Prezidenti 29 iyun 1922-ci ildən 1 yanvar 1925-ci ilə qədər Sübhi Bərəkat idi.
Rusiya Federasiyası Hökuməti
Rusiya hökuməti, Rusiya Federasiyasını idarə edən rəsmi sistemdir. Hökumətin üzvləri Rusiya Baş naziri, Baş nazirin köməkçilərindən və nazirlərdən ibarətdir. 1991-ci ildəki düzəlişlərə əsasən Rusiya dövlət başçısı icraedici orqandır və Rusiya konstitusiyasına görə prezident, icra səlahiyyətlərini yerinə yetirən Rusiya Hökumətinin bir hissəsi deyildir. Rusiya konstitusiyasının VI bölümündə "Rusiya Federasiyası Hökuməti, Rusiya Federasiyası Hökumət başçısından, Rusiya Federasiyası Hökumətinin vitse-prezidentindən və federal nazirliklərdən formalaşır" ifadəsi vardır.
Rusiya Federasiyası ordenləri
Şablon:Rusiya Federasiyasının ordenləri
Azərbaycan Futzal Federasiyası
Azərbaycan Futzal Federasiyası - və ya digər adı ilə AFF – Azərbaycan Respublikasının Futzal yarışlarını idarə edən təşkilat. == Tarixi == 1950–60-cı illərdə Bakı öz küçə futbolu ilə məşhur idi. Şəhərdə elə bir küçə, məhəllə, kənd və qəsəbə yox idi ki, oranın öz futbol komandası olmasın. Məsələn, İçərişəhər, Sovetski, Dağlı məhəlləsi, "Kubinka" deyilən yerlərdə güclü komandalar var idi. 132 və 190 saylı məktəblərin həyətləri və başqa geniş yerlər həmin komandaların stadionu idi. Bu komandaların hamısını bir yerə cəlb etmək, ən əsası isə Neftçi PFKnun ustalardan ibarət komandası üçün perspektivli gəncləri aşkar etməkdən ötrü turnir keçirmək vacib idi. Keçmiş SSRİ məkanında mini-futbol üzrə ilk turnirin Bakıda keçirilməsinin təşəbbüskarları "Bakı" və "Baku" axşam qəzetlərinin məşhur idman icmalçısı Oqtay Atayev və əməkdar idman ustası Ələkbər Məmmədov olub. "Bakı" və "Baku" axşam qəzetlərinin mükafatları uğrunda ilk mini-futbol turnirinin startı 1969-cu il yanvarın 20-də verilmişdir. Yarışlar keçmiş "İnturist" mehmanxanasının yanındakı indiki Bakı İdman Sarayıda keçirilirdi. İlk dəfə keçirilən turnirdə Bakı və Sumqayıt şəhərlərinin 24 komandası qüvvəsini sınayıb.
Azərbaycan Həndbol Federasiyası
Azərbaycan Həndbol Federasiyası və ya qısaca AHF — Azərbaycanda həndbola nəzarət edən rəsmi qurum. == Tarix == Azərbaycan Həndbol Federasiyası 1992-ci ildə yaradılmışdır. Həmin il Avropa Həndbol Federasiyasının və Beynəlxalq Həndbol Federasiyasının üzvü olmuşdur.
Azərbaycan Minifutbol Federasiyası
Azərbaycan Minifutbol Federasiyası — Azərbaycanda minifutbola nəzarət edən rəsmi qurum. Azərbaycan Minifutbol Federasiyası 29 sentyabr 2017-ci il tarixində Azərbaycanda minifutbol idman növünü inkişaf etdirmək və təbliğ etmək məqsədilə yaradılıb. Federasiya 2018-ci ildə Avropa və Dünya Minifutbol Federasiyalarına üzv olub ki, bu da Azərbaycana beynəlxalq minifutbol turnirlərində iştirak etmək imkanı verir. == Tarixi == Azərbaycan Minifutbol Federasiyası (AMF) Azərbaycanda minifutbol idman növünün təbliği və inkişafı məqsədi ilə 29 sentyabr 2017-ci ildə yaradılıb. Federasiyanın əsas məqsədlərindən biri Azərbaycanda minifutbol komandaları, oyunçuları üçün müntəzəm rəqabət mühiti təmin edən və idmanı daha geniş auditoriyaya təbliğ edən milli liqa yaratmaq idi. Bundan əlavə, federasiya Azərbaycanı beynəlxalq turnirlərdə təmsil edəcək milli komandanın yaradılması və ölkənin minifutbol istedadını qlobal arenada tanıtmaq istiqamətindədir. Azərbaycan Minifutbol Federasiyası 2018-ci ildə Avropa və Dünya Minifutbol Federasiyalarına üzv olub. Federasiyanın təşkilatçılığı ilə ilk ölkə daxili yarış 32 komandanın iştirakı ilə 2018-ci ildə keçirilib. 12–18 avqust 2018-ci il tarixində Azərbaycan Milli Komandası Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən Avropa Çempionatında debüt etmişdir. == Fəaliyyəti == Federasiyanın əsas fəaliyyət istiqamətlərindən biri ölkədaxili və beynəlxalq yarışların təşkilidir.
Latviya Futbol Federasiyası
Latviya Futbol Federasiyası (latış. Latvijas Futbola federācija‎) — Latviyada futbolun milli idarəetmə orqanıdır. Mərkəzi ofisi Riqa şəhərində yerləşir. 1921-ci ildə yaradılıb. == Tarixi == Latviya Futbol Federasiyası 1921-ci il iyunun 19-da Latviya Futbol İttifaqı ((latış. Latvijas Futbola savienība‎)) adı ilə yaradılıb və 1940-cı ilə qədər fəaliyyət göstərərək Latviyanın Sovet işğalından sonra fəaliyyətini dayandırıb. Böyük Britaniya vətəndaşı Harold Trevenen Holl Latviya Futbol İttifaqının ilk sədri təyin edilib. 1922-ci ildə Latviya Futbol İttifaqının təşkil etdiyi Latviya çempionatı 12 assosiasiya, 22 komanda və 479 futbolçudan ibarət idi. 1921-ci ildə ilk dəfə Latviyada futbol qaydaları nəşr olundu və 1923-cü ilin mayında Latviya FİFA-ya qəbul edildi. Fransada keçirilən qəbul mərasimində Latviya təmsilçisi Herberts Baumanis olub.
Rumıniya Futbol Federasiyası
Rumıniya Futbol Federasiyası (rum. Federația Română de Fotbal) — Rumıniyada futbolun idarəedici orqanıdır. Mərkəzi ofisi Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşir. Müvafiq olaraq 1923 və 1955-ci ildən FİFA və UEFA üzvüdur. 1909-cu ildə futbolçuların fəaliyyəti üçün ilk rəhbər orqan olan Rumıniyada İdman Klubları Assosiasiyası yaranır. O, sonradan "Futbol Klubları Assosiasiyası"na çevrilir. Assosiasiyası qərargahı Buxarestdə və ilk prezidenti isə Mario Gebauer olur. Həmçinin 1909-cu ildə Rumıniyada ilk milli futbol çempionatı başlayır. Çempionatın qalibi, 1904-cü ildə qurulan və Rumıniyanın ilk komandası olan "Olimpia" Buxarest klubu olur. 1 dekabr 1912-ci ildə "Futbol Klubları Assosiasiyası" 1912-ci ildə də yaradılmış Rumıniya İdman Assosiasiyaları Federasiyasının bir hissəsi olan Mərkəzi Futbol Assosiasiyası Komissiyasına (prezident Mario Gebaur, katib Lazar Breyer) qoşulur.
Dünya Badminton Federasiyası
Dünya Badminton Federasiyası (Badminton World Federation) Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan badminton idmanının beynəlxalq idarəetmə orqanıdır. == Haqqında == 1934-cü ildə doqquz üzvün (Danimarka, Fransa, Uels, Hollandiya, İngiltərə, İrlandiya, Şotlandiya, Kanada və Yeni Zelandiya) iştirakı ilə Beynəlxalq Badminton Federasiyası (IBF) kimi qurulan DBF-nin hazırda 176 üzvü var. 24 sentyabr 2006-cı il tarixində Madriddə keçirilən Fövqəladə Baş Assambleyada ad dəyişikliyi qərara alınmış və hazırkı ad seçilmişdir. Yarandığı gündən Böyük Britaniyanın Çeltenhem şəhərində yerləşən federasiyanın baş qərargahı 1 oktyabr 2005-ci ildə Malayziyanın paytaxtı Kuala-Lumpura köçürülüb. DBF-nin hazırkı prezidenti Poul-Erik Hoyer Larsendir. == Qitə federasiyaları == DBF badmintonu bütün dünyada yaymaq və inkişaf etdirmək üçün regional idarəetmə orqanları ilə əməkdaşlıq edir.
Vest-Hind Federasiyası
Qərbi Hind adaları federasiyası 1958-1962 ci illərdə Karib dənizi hövzəsində Britaniya dəniz kənarı torpaqlarında hökm sürmüş qısa ömürlü siyasi birlik. Federasiya Trinidad və Tobaqo, Barbados, Yamayka, Leeverd və Vinvard adalarının bir araya gəlməsi ilə araya gəlmişdir. Paytaxtı Trinidad və Tobaqonun mərkəzi olan Port of Spein şəhəri idi. Federasiyanin hədəfi bir ölkə halında Britaniyadan ayrılaraq azad olmaq idi. Nəticədə federasiyaya daxil olan adaların bir qismi Aquilla Montserrat, Sayman adaları və Türks və Kaykos adaları xaricində Antiqua və Barbuda, Barbados, Dominika, Qrenada, Yamayka, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər və Trinidad və Taboqo olmaq üzrə Britaniyadan ayrılırlar. Federasiya Britaniyanın Karib torpaqlarında qurulmuş siyasi birlik idi. Hədəf 1962-ci ildə müstəqillik əldə etmək idi, ancaq bu birlik müəyyən çətinliklər səbəbindən varlığını qoruya bilmir. Federasiyanın ən böyük əhalisinə və ərazisinə malik olan Yamayka birliyin siyasi və iqtisadi yükü üzərinə düşməsindən qorxaraq 1961-ci ildə birlikdən cıxır. 1962-ci ildə Yamayka və Trinidad Tabaqo Millətlər Birliyinə üzv olaraq öz müstəqilliyini elan edirlər. 1966-cı ilədə Barbados istiqlaliyyətini elan edir.
Dünya Arıçılıq Assosiasiyaları Federasiyası
"Apimondiya" (ing. Apimondia), Dünya Arıçılıq Assosiasiyaları Federasiyası (ing. International Federation of Beekeepers' Associations) — məqsədi arıçılıq sənayesi ilə məşğul olan alimləri, sahibkarları və ictimai xadimləri bir araya gətirmək olan dünya miqyaslı təşkilat. Qərargahı İtaliyanın Roma şəhərində yerləşir. Prezidenti Filipp MakKeyb olmuşdur. O, 20 oktyabr 2018-ci ildə vəfat etdikdən sonra təşkilata vitse-prezident Peter Kozmus rəhbərlik edir. Təşkilat öz "Apiacta" jurnalını nəşr edir. 1897-ci ildən DASF çərçivəsində dünyanın müxtəlif şəhərlərində keçirilən arıçılıq konqresləri keçirilir. Yarandığı gündən "Apimondiya" apiterapiyaya xüsusi diqqət yetirir, onun daimi elmi komissiyası var. == İstinadlar == == Xarici keçidlər == "Официальный сайт МФПА" (ingilis).
Müqəddəs apostol Andrey Pervozvannı ordeni (Rusiya Federasiyası)
Müqəddəs apostol Andrey Pervozvannı ordeni — Rusiya Federasiyasının ali ordeni. Rusiya Federasiyası Prezidentinin 1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanı ilə bərpa olunub.. Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanından çıxarış: Müqəddəs apostol Andrey Pervozvannı ordeni Rusiya Federasiyasının ali dövlət mükafatı sayılır. Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə və digər vətəndaşlar Rusiya Federasiyasının görkəmli dövlət və ictimai xadimləri, Rusiyanın şöhrəti və əzəməti çiçəklənməsinə səbəb olan müstəsna xidmətlərinə görə təltif olunur. Xarici dövlətlərin başçıları və hökumət rəhbərləri Rusiya Federasiyası qarşısında görkəmli xidmətlərinə görə Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif oluna bilər. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanı bu orden zəncirindən və ya rozetdə çiyin üzərində dolaşır. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanın zəncirində taxılmasına xüsusilə təntənəli hallarda yol verilir. Rozetdə çiyin üzərində onun Müqəddəs apostol Andrey Pervozvannı ordeninin işarəsi sağ çiynə keçirilir. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin ulduzu sinənin sol tərəfində, aşağıda orden kötükləri, orden özü solda yerləşir. Döyüş əməliyyatlarında fərqlənməyə görə nişanını və ulduz ordeni ilə təltif edilmiş Müqəddəs apostol Andrey Pervozvannı qılınclarla ilə verilir.
Müqəddəs böyük Yekaterina ordeni (Rusiya Federasiyası)
Müqəddəs böyük Yekaterina ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. Müqəddəs böyük Yekaterina ordeni Rusiya Federasiyasının Prezidenti D. Medvedyevin 3 may 2012-ci il tarixli 573 saylı "Yaxşılıq Uğrunda" Müqəddəs böyük Yekaterina fərqlənmə nişanı və ordeninin təsis edilməsi haqqında" fərmanı ilə yaradılmışdır. 1. Müqəddəs böyük Yekaterina ordeni yüksək dini-mənəvi mövqeyi ilə tanınmış və Rusiya Federasiyasının vətəndaşlarına və xarici dövlətlərin vətəndaşlarına sülhməramlı, humanitar və xeyriyyəçilik fəaliyyətində, mədəni irsinin qorunmasında verdiyi töhfəyə görə təqdim edilir. 2. Müqəddəs böyük Yekaterina ordeni lenti sinənin sağ tərəfində daşınır. Müqəddəs böyük Yekaterina ordeni lentini sinənin sağ tərəfində Rusiya Federasiyasının digər dövlət mükafatları ilə birlikdə daşımağa icazə verilir. Müqəddəs böyük Yekaterina ordeninin ulduzu çiynin sol tərəfində "Vətənə xidmətə görə" ordenin ulduzu altında daşınır. 3. Xüsusi hallarda Müqəddəs böyük Yekaterina ordeninin lentini sinənin sağ tərəfində daşınmasına icazə verilir.
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası (GFOTU) — Omanın ən böyük milli həmkarlar ittifaqları birliyi. Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası 2010-cu ilin fevral ayında yaranmışdır. Həmin vaxt 50-yə qədər təşkilatı təmsil edən 100-dən çox nümayəndənin qatıldığı qurultayda Federasiyanın 11 nəfərdən ibarət İcraedici Şurası seçilmişdir. Şuranın üzvləri arasında iki nəfər qadın təmsilçi də var idi. İcraedici Şuranın sədri vəzifəsinə isə Saud Əli Abdulla Əl Cəbri seçilmişdir. International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Qərbi Hind adaları federasiyası
Qərbi Hind adaları federasiyası 1958-1962 ci illərdə Karib dənizi hövzəsində Britaniya dəniz kənarı torpaqlarında hökm sürmüş qısa ömürlü siyasi birlik. Federasiya Trinidad və Tobaqo, Barbados, Yamayka, Leeverd və Vinvard adalarının bir araya gəlməsi ilə araya gəlmişdir. Paytaxtı Trinidad və Tobaqonun mərkəzi olan Port of Spein şəhəri idi. Federasiyanin hədəfi bir ölkə halında Britaniyadan ayrılaraq azad olmaq idi. Nəticədə federasiyaya daxil olan adaların bir qismi Aquilla Montserrat, Sayman adaları və Türks və Kaykos adaları xaricində Antiqua və Barbuda, Barbados, Dominika, Qrenada, Yamayka, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər və Trinidad və Taboqo olmaq üzrə Britaniyadan ayrılırlar. Federasiya Britaniyanın Karib torpaqlarında qurulmuş siyasi birlik idi. Hədəf 1962-ci ildə müstəqillik əldə etmək idi, ancaq bu birlik müəyyən çətinliklər səbəbindən varlığını qoruya bilmir. Federasiyanın ən böyük əhalisinə və ərazisinə malik olan Yamayka birliyin siyasi və iqtisadi yükü üzərinə düşməsindən qorxaraq 1961-ci ildə birlikdən cıxır. 1962-ci ildə Yamayka və Trinidad Tabaqo Millətlər Birliyinə üzv olaraq öz müstəqilliyini elan edirlər. 1966-cı ilədə Barbados istiqlaliyyətini elan edir.
Rusiya Federasiyası Hərbi Hava Qüvvələri Muzeyi
Rusiya Federasiyası Mərkəzi Hərbi Hava Qüvvələri Muzeyi (rus: Центральный музей Военно-воздушных сил РФ) — Rusiyanın Moskva vilayətinin Monino şəhərində yerləşən aviasiya muzeyidir. Rusiya Federasiyası Mərkəzi Silahlı Qüvvələr Muzeyinin bir filialıdır. 173 təyyarə və 127 təyyarə mühərriki kolleksiyası ilə dünyanın ən böyük aviasiya muzeylərindən biri hesab olunur. Bu muzey həm də sovet təyyarələri üçün dünyanın ən böyük muzeyidir. Muzeydə həmçinin, Soyuq müharibə dövrünə aid Amerika casusluq avadanlıqları, silahlar, alətlər, uniformalar, incəsənət əsərləri, kitablar, filmlər və fotoşəkillərin olduğu kitabxanada daxil olmaqla, əlavə eksponatlar nümayiş etdirilir. Mərkəzi Hərbi Hava Qüvvələri Muzeyi Qaqarin adına Hərbi Hava Qüvvələri Akademiyasının ərazisində, keçmiş Monino hava limanında, Moskvadan 40 kilometr (25 mil) şərqdə yerləşir. Muzeyin əsası 1940-cı ildə Monino kəndinin Qaqarin adına Hərbi Hava Qüvvələri Akademiyasının yeri seçildiyi vaxta təsadüf edir. Muzeyin əsası 1958-ci ildə, hava limanının bağlanmasından iki il sonra qoyulub. Əvvəlcə 6 təyyarə və 20 təyyarə silahı nümayiş etdirilirdi. İki il sonra 1960-cı ildə yenidən ictimaiyyətə təqdim ediləndə muzeyin kolleksiyasında 14 təyyarə var idi.
Rusiya Federasiyası Kommunist Partiyası
Rusiya Federasiyası Kommunist Partiyası (rus. Коммунистическая партия Российской Федерации, abbr. КПРФ) — Rusiya Federasiyasında rəsmi qeydiyyata alınmış aparıcı müxalif partiyası. Partiya 1992-ci ilin fevralın 14-də keçirilən Rusiya Kommunistlərinin II Fövqəladə Qurultayının qərarına görə Rusiya Sovet Federativ Sosialist Respublikası Kommunist Partiyası adı altında yaradılıb. KPRF Rusiya Federasiyası Prezidenti seçkilərində 5 dəfə iştirak edib. KPRF Rusiya Federasiyası Dövlət Duması seçkilərini 6-sında iştirak edib.
Rusiya Federasiyası Mərkəzi Silahlı Qüvvələr Muzeyi
Sovet Ordusu Muzeyi kimi də tanınan Rusiya Federasiyası Mərkəzi Silahlı Qüvvələr Muzeyi (rus: Центральный Музей Вооруженных сил) Rusiyada, Moskvanın şimalında, Qırmızı Ordu Teatrının yaxınlığında yerləşir. Sovet Sosialist Respublikaları İttifaqının və Qırmızı Ordunun hərbi vəziyyətini göstərən ilk ekspozisiya Moskvada bugünkü Dövlət Universal Mağazasının binasında təşkil edilmiş və 25 may 1919-cu ildə Vladimir Lenin tərəfindən açılışı həyata keçirilmişdir. Muzey öz tarixi ərzində sovet dövrünün ən görkəmli və mühüm hərbi qalıqlarını cəmləməyə, hərbi keçmişinin qeydiyyatını yaratmağa müvəffəq olmuşdur. Böyük Vətən Müharibəsi bölməsinin bir hissəsi Sovet İttifaqının Qərb Cəbhəsindəki müttəfiqlərinə həsr edilmişdir. Almaniyanın iki cəbhə arasında əzilməsini əks etdirən sovet təbliğat plakatlarının nümunələri və Müttəfiqlərin Normandiyadan Almaniyaya doğru irəliləməsinin xəritələri nümayiş etdirilir. Britaniya və Amerika istehsalı olan atıcı silahlar və uniformalar nümayiş etdirilir. Həqiqi ölçülü bir diorama, Omaha çimərliyinin divar ölçüsündəki bir şəklinin qarşısında bir səhra topunu çəkən bir Jeep maşınını göstərir. Şəkil, Ən Uzun Gün (1962) filmində göstərildiyi kimi Omaha çimərliyini göstərir, lakin 1944-cü ilin iyun ayındakı Omaha çimərliyinə aid deyildir. Son zallarda Sovet Ordusu və Hərbi Dəniz Qüvvələrinin müharibədən sonrakı və müasir inkişafları nümayiş etdirilir, Soyuq müharibə bölməsində Gary Pauers tərəfindən idarə olunan U-2 casus təyyarəsinin qalıqları və Sovet qüvvələrinin Soyuq Müharibədə iştirakı göstərilir. Sovet qoşunlarının Əfqanıstandakı iştirakına və Çeçenistandakı son döyüş əməliyyatlarına xüsusi zal həsr olunmuşdur.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisliyi
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (rus. Начальник Генерального штаба Вооружённых сил Российской Федерации) - Rusiya Silahlı Qüvvələrində hərbi mövqe. Baş Qərargah rəisi eyni zamanda Rusiya Müdafiə Nazirinin Birinci müavini vəzifəsini tutur. Baş Qərargah rəisinin səlahiyyətləri: Silahlı Qüvvələrin əməliyyat rəhbərliyi; Silahlı Qüvvələrin döyüş vaxtının təşkili və onlardan istifadənin təşkili; Digər qoşunların və hərbi birləşmələrin qurulması və inkişafı planlarının həyata keçirilməsində digər qoşunların və hərbi birləşmələrin komandanlığı və nəzarəti ilə məşğul olan federal icra orqanlarının fəaliyyətini əlaqələndirmək; Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığının yoxlanılmasının təşkili, habelə digər qoşunların, hərbi birləşmələrin və orqanların səfərbərlik vəziyyətinə nəzarət; Rusiya Federasiyasının hərbi məsələlər üzrə beynəlxalq müqavilələrinin bağlanması üçün təkliflərin verilməsi; Baş Qərargah strukturunun bölmələri haqqında əsasnamənin təsdiq edilməsi; Silahlı Qüvvələrdə yüksək rütbəli zabitlər tərəfindən idarə olunacaq hərbi vəzifələrə dair təklifin baxılması üçün Rusiya Federasiyasının Müdafiə Nazirinə təqdim edilməsi. Baş Qərargah rəisi federal konstitusiya qanunlarına, federal qanunlara, Rusiya Federasiyasının digər normativ hüquqi aktlarına, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Rusiya Federasiyasının Müdafiə Nazirinin əmr və göstərişlərinə uyğun olaraq digər səlahiyyətləri də həyata keçirir.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (rus. Начальник Генерального штаба Вооружённых сил Российской Федерации) - Rusiya Silahlı Qüvvələrində hərbi mövqe. Baş Qərargah rəisi eyni zamanda Rusiya Müdafiə Nazirinin Birinci müavini vəzifəsini tutur. Baş Qərargah rəisinin səlahiyyətləri: Silahlı Qüvvələrin əməliyyat rəhbərliyi; Silahlı Qüvvələrin döyüş vaxtının təşkili və onlardan istifadənin təşkili; Digər qoşunların və hərbi birləşmələrin qurulması və inkişafı planlarının həyata keçirilməsində digər qoşunların və hərbi birləşmələrin komandanlığı və nəzarəti ilə məşğul olan federal icra orqanlarının fəaliyyətini əlaqələndirmək; Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığının yoxlanılmasının təşkili, habelə digər qoşunların, hərbi birləşmələrin və orqanların səfərbərlik vəziyyətinə nəzarət; Rusiya Federasiyasının hərbi məsələlər üzrə beynəlxalq müqavilələrinin bağlanması üçün təkliflərin verilməsi; Baş Qərargah strukturunun bölmələri haqqında əsasnamənin təsdiq edilməsi; Silahlı Qüvvələrdə yüksək rütbəli zabitlər tərəfindən idarə olunacaq hərbi vəzifələrə dair təklifin baxılması üçün Rusiya Federasiyasının Müdafiə Nazirinə təqdim edilməsi. Baş Qərargah rəisi federal konstitusiya qanunlarına, federal qanunlara, Rusiya Federasiyasının digər normativ hüquqi aktlarına, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Rusiya Federasiyasının Müdafiə Nazirinin əmr və göstərişlərinə uyğun olaraq digər səlahiyyətləri də həyata keçirir.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (universitet)
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ya tam adı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) (rus. Московский государственный институт международных отношений (университет) Министерства иностранных дел Российской Федерации) — Rusiya Federasiyasında beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi. İnstitutun nəzdnində 4 elmi-tədqiqat institutu, 8 fakültə fəaliyyət göstərir. Hazırda 6000 tələbəsi vardır. İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti. Qasım-Comərd Tokayev — Qazaxıstan Respublikasının 2-ci prezidenti.

"federasiyası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#federasiyası nədir? #federasiyası sözünün mənası #federasiyası nə deməkdir? #federasiyası sözünün izahı #federasiyası sözünün yazılışı #federasiyası necə yazılır? #federasiyası sözünün düzgün yazılışı #federasiyası leksik mənası #federasiyası sözünün sinonimi #federasiyası sözünün yaxın mənalı sözlər #federasiyası sözünün əks mənası #federasiyası sözünün etimologiyası #federasiyası sözünün orfoqrafiyası #federasiyası rusca #federasiyası inglisça #federasiyası fransızca #federasiyası sözünün istifadəsi #sözlük