fosfor sözü azərbaycan dilində

fosfor

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fosfor • 90.2655%
  • Fosfor • 9.7345%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fosfor
Fosfor (P) – (yunanca "İşıqdaşıyan") D. İ. Mendeleyevin elementlərin dövri sistemində 15-ci element. Fosforun təbiətdə 3 allotropik modifikasiyası bilinməkdədir. Ağ, qara və qırmızı fosfor. Ağ fosfor zəhərlidir. Onu qızdırdıqda qırmızı fosfora çevrilir. Qırmızı fosfor kükürd və şüşə qırıntıları ilə birlikdə kibrit istehsalında istifadə olunur. == Kəşfi == Ağ fosfor 1669-cu ildə Hamburqlu ehtiyat əsgər Xenninq Brand tərəfindən kəşf olunmuşdur. Belə ki, insan bədənindən qızıl əldə etmək arzusuna düşən Xenninq bu məqsədlə sidikdən istifadə etməyə başlayır. Bir neçə gün saxladıqdan sonra sidiyi kolbada yüksək temperaturda qaynadır, pasta halına düşən maddəni yenidən qaynadır və nəticədə bəyaz rəngli maddəciklər görür. Asanlıqla yanan və demək olar ki, soyuq yanan bu maddə onu heyrətləndirir.
Fosfor oksidləri
Fosfor oksidləri — Fosfor azot kimi yeddi müxtəlif oksid əmələ gətirir. Bu oksidlərdən ikisi: fosfor (III) oksid P2O3 və fosfor (V) oksid P2O5 hərtərəfli öyrənilmişdir. Fosfor (III) və (V) oksidin bir ümumi xüsusiyyəti vardır: onlar hətta buxar halında da dimer formasında olur. Yəni bu oksidlərin həqiqi formulları P4O6 və P4O10 kimidir. Onların daha sadə emprik formulları P2O3 və P2O5 kimi göstərilir. Fosfor (III) oksid ağ rəngli, zəhərli, kristal maddədir. İşıqda davamsızdır, əvvəl saralır, sonra isə qızarır. Bu fosfor (III) oksidin qismən parçalandığını və reaksiya məhsullarından birinin qırmızı fosfor olmasını göstərir. Qızdırdıqda disproporsiyalaşır. Fosfor oksidləşdikdə oksigen çatışmırsa fosfor (III) oksid əmələ gəlir.
Fosfor oksidi (V)
4P + 5O2 ---2P2O5 Fosfor (V) oksidkimyəvi xassələrinə görə digər turşu oksidlərinə oxşayır. Temperaturdan və götürülən suyun miqdarından asılı olaraq müxtəlif turşular alınır. P2O5 + H2O ---0*C 2HPO3 P2O5 + 2H2O---20*C H4P2O7 P2O5+ 3H2O---100*C 2H3PO4 P2O5 suuducu xassəyə malikdir. Məsələn,o nitrat tuşusunu N2O5-ə,perxlorat turşusunu isə Cl2O7-Yə çevirir.
Fosforamid
Fosforamid molekulyar formulu O=P(NH2)3 olan kimyəvi birləşmədir. Bu, hidroksil qruplarının hər birinin bir amin qrupu ilə əvəz olunduğu fosfor turşusunun törəməsidir. Fosforamid fosforilxloridin ammonyak ilə reaksiyasından yaranır. Polyar həlledicilərdə həll olan ağ bərk maddədir. Nəmli havada ammonium duzuna hidroliz olunur: 2 H2O + OP(NH2)3 → NH4+[HPO3(NH2)] + NH3Natrium hidroksid ilə reaksiya ammonyakın ayrılması nəticələnir:[1] NaOH + OP(NH2)3 → NaO2P(NH2)2 + NH3Tiofosforil birləşməsi P(=S)(NH2)3 tiofosforil-xloridin ammonyak ilə reaksiyasından alınmışdır. == Fosforamidlər == Əsas məqalə: Fosforamidlər Fosforamid həmçinin fosforamidlər adlanan bir sıra törəmələrin sintezi üçün əsas birləşmədir.[2] Nümunə birləşmə polyar həlledici heksametilfosforamiddir (HMFA). == İstinadlar == ^ Robert Klement, Otto Koch (1954). "Phosphoroxy‐triamid und Phosphorthio‐triamid". Chemische Berichte. 87 (3): 333–340.
Fosforit müharibəsi
Fosforit müharibəsi (est. Fosforiidisõda) — Estoniya SSR-da 1980-ci ildə başlamış genişmiqyaslı ekoloji etirazlar. Etirazlara səbəb ölkənin şimal şərqində olan fosforit yataqlarının işlənməsi ilə bağlı planlar idi. Etirazlar uğur qazanmaqla yanaşı həm də, Estoniyanın azadlığı uğrunda hərəkatın inkişaf etməsinə də təsir etdi. Etirazçılar ekoloji tarazlığın pozulmasından qorxduqları qədər həm də digər sovet respublikalarından bura işçilərin gətirilməsindən və nəticədə demoqrafik balansın pozulmasından da narahat idilər. Etirazların uğur qazanması siyasi tələbli etirazların da inkişafına və sovet hökumətinin də nüfuzunun düşməsinə səbəb oldu. == Ümumi məlumat və başlanğıc == Fosforit yataqların Estoniyanın şimalında müxtəlif ərazilərdə tapılmışdı. O cümlədən də Avropada ən böyük fosforit yatağı da Lyaene-Virumaa bölgəsinin Rakvere rayonunda tapılmışdı. Estoniyada fosforit yatağının işlənməsinə 1924-cü ildə Maardu yaxınlığında başlanılır. Digər mədənlərin də kəşfiyyatı və işlənməsi 1991-ci ilə qədər davam edib.
Fosforitlər
Fosforitlər — 50%-dən çoxu apatit və ya martinit qrupuna aid amorf və ya mikrokristallik kalsium fosfatlarından ibarət olan süxurlar. Fosforitlər P2O5 miqdarının aşağı həddi 18%-dir. Geoloji-kəşfiyyat işində tərkibində 5% P2O5 olan fosforitlər fosforit filizləri adlanır. Təmiz fosforitlərin rəngi ağ, lakin təbiətdə rəngləyici maddələrin qarışığından asılı olaraq, adətən, qara və boz, nadir hallarda yaşıl, qırmızı, sarı və açıq boz rəngdə olur. Fosforitlərin quruluşu massiv, jelvak, dənəvər, kavernalı, şlakabənzər, çaqıllı, teksturu-təbəqəli, axın formalıdır. Fosforitlər: lay, jelvak (konkresiya), dənələr, qabıqlı, karst, ada, mağara və metamorfizləşmiş əsas tiplərə ayrılır. Birinci 4 tip dənizin dibində, ehtimala görə, 30–300 m dərinlikdə əmələ gəlir. Onlar biokimyəvi (Buşinski, 1966), kimyəvi (Kazakov, 1939) və ya biogen (Mensfild-Brongerema-Sanders) mənşəli hesab edilirlər. Fosforitlər quruda, dəniz və okean dibində geniş yayılaraq estuaridən dərin su fatsiyalarına qədər fosforitli çökmələrin batimetrik sırasını əmələ gətirir. Əsasən, fosfat gübrələri kimi, daha az elementar fosfor almaq üçün istifadə edilir.
Fosforlu Cevriyə (Türk romanı)
Fosforlu Cevriyə (Türk romanı) (türkcə:Fosforlu Cevriye) — Türkiyə yazıçısı Suat Dərvişin 1944-1945-ci ildə mətbuatda yayınlanan, 1968-ci ildə kitab kimi nəşr etdirdiyi roman == Haqqında == Romanda 1930-cu illərdə İstanbulun Galata məhəlləsində yaşayan bir küçə qızı Cevriyenin polisdən qaçan bir kişiyə olan sevgisindən bəhs olunur. Sadə dildə yazılmış əsərdə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların obrazı yaradılmışdır. Roman dörd hissədən ibarətdir: "Polis bölməsində ayna var", "Qızın qolunda bir möhür var", "Gözlərindən bəllidir Cevriyəm" və "Qara bir sevginiz var". 1944-1945-ci illər arasında təfriqə halında yayınlanan romanın motivləri əsasında 1959-cu ildə “Fosforlu Cevriyə”, 1969-cu ildə isə “Mənə Fosforlu deyirlər” adı ilə film çəkilmişdir. 1968-ci ildə May Yayıncılık tərəfindən bir kitab kimi nəşr olunmuşdur. Müəllif 1972-ci ildə romanını ssenari şəklində işləyərək aktrisa Gülriz Sururiyə həsr etmişdir. Əsərə 2008-ci ildə bir musiqi mətni yazılmış və Gülriz Suririnin rəhbərliyi ilə Ankara Dövlət Teatrları tərəfindən səhnələşdirilmişdir. === Məzmun === Pozğun qadın olan Cevriyə, əlində heroin tutulduğuna görə sürgünə göndərilir, lakin sevdiyi adama qovuşmaq üçün sürgündən qaçır. Polis tərəfindən tutulduqda yenidən sürgün olunacağından qorxaraq polis bölməsinə girməyə qorxur. Vəziyyəti bilən dostu Top Melahət, onu dəstəkləyir və Cevriyənin qaçma planını izah edir.
Fosforlu gübrələr
Fosforun oksidləşmiş birləşmələri bütün canlı orqanizmlərə lazımdır. Fosfat turşusu nuklein turşularının tərkibinə daxildir və onlarda fosforun miqdarı P2O5-ə hesablanmaqla 20%-ə çatır. Fosfor bitkilərin digər üzvi birləşmələrində də olur (fitində, lesitində saxarofosfatlarda). Fitində 27,5% P2O5 olur. Xüsusi rol makroerqik birləşmələrə aiddir, onların tərkibində fosfor daxildir (ATF, ADF və s.). Bu birləşmələrin hidrolizi zamanı sərbəst enerjinin miqdarı bir mol üçün 60 kC olur. ATF (adenozin trifosfat turuşusu) hüceyrələrdə üzvi birləşmələrin parçalanması zamanı əmələ gələn enerjinin əsas akseptorudur, enerjinin ötürücüsü və təminatçısıdır. Bu enerji zülalların, piylərin, nişastanın, aminturşuların və digər maddələrin sintezi üçün vacibdir. Bitkilərdə fosforun miqdarı azota nəzərən 2 dəfə azdır. O, əsasən meyvələrdə və toxumlarda olur.
Fosforlu üzvi birləşmələr
Fosforlu üzvi birləşmələr - tərkibində fosfor olan birləşmələrə deyilir.
Fosforun dövranı
Fosfor- bioloji və biokimyəvi proseslərdə böyük rol oynadığı üçün mühüm kimyəvi elementlərdən biri sayılır. Litosferdə fosforun əksər hissəri kristal süxurlar olub apatitlərin tərkibində olur (95%).
Oksidləşdirici fosforlaşma
Oksidləşdirici fosforlaşma – bioloji oksidləşmənin xüsusi növü olmaqla, hüceyrə və toxumalarda adenozindifosfatın (ADF) fosfat turşusu iştirakında adenoziltrifosfata (ATF) çevrilməsi prosesidir: ADF + H3PO4→ ATF + H2O == Oksidləşdirici fosforlaşma prosesinin baş verməsi == Hidrogen ionlarının oksidləşmə substratından oksigenə qədər çoxmərhələli daşınma prosesində ilkin substrat bütün enerjisini itirir. Bu enerji hüceyrədə tənəffüs zəncirinin hər bir mərhələsində tədrici olaraq zəngin enerjili ATF molekulları şəklində toplanır. Ona görə də bioloji oksidləşmənin normal gedişi üçün onun hər bir mərhələsində ADF və fosfat turşusunun olması zəruridir. Qeyd etmək lazımdır ki, oksidləşmə prosesində fasiləsiz olaraq ATF əmələ gəlməsinə fosfat turşusu sərf olunur. == Oksidləşdirici fosforlaşma prosesinin kəşfi == 1930-cu ildə rus biokimyaçısı V.A.Engelhardt eritrositlər üzərində tədqiqat apararaq oksidləşdirici fosforlaşma ilə toxuma tənəffüsü arasında əlaqə olduğunu müəyyən etdi. Sonralar aydın oldu ki, oksidləşdirici fosforlaşma mitoxondrilərdə baş verir. «Mitoxondri» termini hələ 1900-cü ildə elmə daxil olsa da, bu hüceyrə orqanoidi bioloji mənbələrdən ilk dəfə 1934-cü ildə əldə olunubdur. 1946-cı ildə isə Klod və Xoçkin göstərmişlər ki, si-toxromoksidaza mitoxondrilərdə yerləşir. Mitoxondrilər membranla əhatə olunmuş yumurtaşəkilli hissəciklərdir. Onların forması hüceyrənin növündən, funksional vəziyyətindən asılıdır.
Fosforlu Cevriyə
Fosforlu Cevriyə (Türk romanı) (türkcə:Fosforlu Cevriye) — Türkiyə yazıçısı Suat Dərvişin 1944-1945-ci ildə mətbuatda yayınlanan, 1968-ci ildə kitab kimi nəşr etdirdiyi roman == Haqqında == Romanda 1930-cu illərdə İstanbulun Galata məhəlləsində yaşayan bir küçə qızı Cevriyenin polisdən qaçan bir kişiyə olan sevgisindən bəhs olunur. Sadə dildə yazılmış əsərdə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların obrazı yaradılmışdır. Roman dörd hissədən ibarətdir: "Polis bölməsində ayna var", "Qızın qolunda bir möhür var", "Gözlərindən bəllidir Cevriyəm" və "Qara bir sevginiz var". 1944-1945-ci illər arasında təfriqə halında yayınlanan romanın motivləri əsasında 1959-cu ildə “Fosforlu Cevriyə”, 1969-cu ildə isə “Mənə Fosforlu deyirlər” adı ilə film çəkilmişdir. 1968-ci ildə May Yayıncılık tərəfindən bir kitab kimi nəşr olunmuşdur. Müəllif 1972-ci ildə romanını ssenari şəklində işləyərək aktrisa Gülriz Sururiyə həsr etmişdir. Əsərə 2008-ci ildə bir musiqi mətni yazılmış və Gülriz Suririnin rəhbərliyi ilə Ankara Dövlət Teatrları tərəfindən səhnələşdirilmişdir. === Məzmun === Pozğun qadın olan Cevriyə, əlində heroin tutulduğuna görə sürgünə göndərilir, lakin sevdiyi adama qovuşmaq üçün sürgündən qaçır. Polis tərəfindən tutulduqda yenidən sürgün olunacağından qorxaraq polis bölməsinə girməyə qorxur. Vəziyyəti bilən dostu Top Melahət, onu dəstəkləyir və Cevriyənin qaçma planını izah edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.98 dəfə / 1 mln.
2005 ••••••••• 2.02
2006 ••••••••••• 2.48
2007 •••••• 1.27
2008 •••••••••••••••••••• 4.87
2009 •••••••••••• 2.72
2010 •••••••••••• 2.72
2011 •••••• 1.46
2012 ••••••• 1.63
2013 •••••••••••• 2.77
2014 ••• 0.51
2015 •• 0.34
2016 •••••••••••••••••• 4.34
2017 ••••• 0.98
2018 ••••• 1.05
2019 •••••••••••• 2.78
2020 ••••••••••• 2.52

fosfor sözünün leksik mənası və izahı

  • 1 [yun. phos, phoros – işıqsaçan] Bəzi mineralların, heyvanların sümüklərinin, heyvan və bitki toxumalarının tərkibində olan, tezalışan və qaranlıqda işıq verən kimyəvi maddə. Ağ fosfor. Qırmızı fosfor.

    Azərbaycan dilinin izahlı lüğəti / fosfor

fosfor sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. фосфор (химический элемент, легко воспламеняющееся и светящееся в темноте вещество, содержащееся в некоторых минералах, в организме животных и растений). Ağ fosfor белый фосфор, qırmızı fosfor красный фосфор, физиол. fosfor mübadiləsi обмен фосфора II прил. фосфорный. хим. Fosfor turşusu фосфорная кислота, fosfor anhidridi фосфорный ангидрид, фото. fosfor örtüyü фосфорное покрытие 2. фосфорический (светящийся бледным светом, подобно фосфору), фосфоричный. Fosfor alovu фосфорическое пламя, fosfor işığı фосфорический свет.

    Azərbaycanca-rusca lüğət / fosfor

fosfor sözünün inglis dilinə tərcüməsi

fosfor sözünün fransız dilinə tərcüməsi

fosfor sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun. phos, phoros-işıqsaçan] фосфор (бязи минералрик, гьайванрин кӀарабрик, пепейрик ва мс. жедай фад цӀай кьадай ва мичӀи чкада цӀарцӀар гуз экв гудай химический затӀ); ağ fosfor лацу фосфор.

    Azərbaycanca-ləzgicə lüğəti / fosfor

"fosfor" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fosfor nədir? #fosfor sözünün mənası #fosfor nə deməkdir? #fosfor sözünün izahı #fosfor sözünün yazılışı #fosfor necə yazılır? #fosfor sözünün düzgün yazılışı #fosfor leksik mənası #fosfor sözünün sinonimi #fosfor sözünün yaxın mənalı sözlər #fosfor sözünün əks mənası #fosfor sözünün etimologiyası #fosfor sözünün orfoqrafiyası #fosfor rusca #fosfor inglisça #fosfor fransızca #fosfor sözünün istifadəsi #sözlük