fosforit sözü azərbaycan dilində

fosforit

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fosforit • 88.8889%
  • Fosforit • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fosforit müharibəsi
Fosforit müharibəsi (est. Fosforiidisõda) — Estoniya SSR-da 1980-ci ildə başlamış genişmiqyaslı ekoloji etirazlar. Etirazlara səbəb ölkənin şimal şərqində olan fosforit yataqlarının işlənməsi ilə bağlı planlar idi. Etirazlar uğur qazanmaqla yanaşı həm də, Estoniyanın azadlığı uğrunda hərəkatın inkişaf etməsinə də təsir etdi. Etirazçılar ekoloji tarazlığın pozulmasından qorxduqları qədər həm də digər sovet respublikalarından bura işçilərin gətirilməsindən və nəticədə demoqrafik balansın pozulmasından da narahat idilər. Etirazların uğur qazanması siyasi tələbli etirazların da inkişafına və sovet hökumətinin də nüfuzunun düşməsinə səbəb oldu. == Ümumi məlumat və başlanğıc == Fosforit yataqların Estoniyanın şimalında müxtəlif ərazilərdə tapılmışdı. O cümlədən də Avropada ən böyük fosforit yatağı da Lyaene-Virumaa bölgəsinin Rakvere rayonunda tapılmışdı. Estoniyada fosforit yatağının işlənməsinə 1924-cü ildə Maardu yaxınlığında başlanılır. Digər mədənlərin də kəşfiyyatı və işlənməsi 1991-ci ilə qədər davam edib.
Fosforitlər
Fosforitlər — 50%-dən çoxu apatit və ya martinit qrupuna aid amorf və ya mikrokristallik kalsium fosfatlarından ibarət olan süxurlar. Fosforitlər P2O5 miqdarının aşağı həddi 18%-dir. Geoloji-kəşfiyyat işində tərkibində 5% P2O5 olan fosforitlər fosforit filizləri adlanır. Təmiz fosforitlərin rəngi ağ, lakin təbiətdə rəngləyici maddələrin qarışığından asılı olaraq, adətən, qara və boz, nadir hallarda yaşıl, qırmızı, sarı və açıq boz rəngdə olur. Fosforitlərin quruluşu massiv, jelvak, dənəvər, kavernalı, şlakabənzər, çaqıllı, teksturu-təbəqəli, axın formalıdır. Fosforitlər: lay, jelvak (konkresiya), dənələr, qabıqlı, karst, ada, mağara və metamorfizləşmiş əsas tiplərə ayrılır. Birinci 4 tip dənizin dibində, ehtimala görə, 30–300 m dərinlikdə əmələ gəlir. Onlar biokimyəvi (Buşinski, 1966), kimyəvi (Kazakov, 1939) və ya biogen (Mensfild-Brongerema-Sanders) mənşəli hesab edilirlər. Fosforitlər quruda, dəniz və okean dibində geniş yayılaraq estuaridən dərin su fatsiyalarına qədər fosforitli çökmələrin batimetrik sırasını əmələ gətirir. Əsasən, fosfat gübrələri kimi, daha az elementar fosfor almaq üçün istifadə edilir.

fosforit sözünün leksik mənası və izahı

fosforit sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. фосфорит (осадочная горная порода, состоящая из апатита (фосфата кальция) с примесями глин, карбонатов и других веществ – используется как сырье для получения фосфора и фосфорных удобрений) II прил. 1. фосфоритный. Fosforit unu почв. фосфоритная мука 2. фосфоритовый

    Azərbaycanca-rusca lüğət / fosforit

fosforit sözünün inglis dilinə tərcüməsi

fosforit sözünün fransız dilinə tərcüməsi

fosforit sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yunancadan] хим. фосфорит (ччил миянрун, гужлу авун патал кӀвалахардай фосфат галай минерал; киреждин къван, шимедин къван ва мс.).

    Azərbaycanca-ləzgicə lüğəti / fosforit

Oxşar sözlər

#fosforit nədir? #fosforit sözünün mənası #fosforit nə deməkdir? #fosforit sözünün izahı #fosforit sözünün yazılışı #fosforit necə yazılır? #fosforit sözünün düzgün yazılışı #fosforit leksik mənası #fosforit sözünün sinonimi #fosforit sözünün yaxın mənalı sözlər #fosforit sözünün əks mənası #fosforit sözünün etimologiyası #fosforit sözünün orfoqrafiyası #fosforit rusca #fosforit inglisça #fosforit fransızca #fosforit sözünün istifadəsi #sözlük