Fyodor sözü azərbaycan dilində

Fyodor

Yazılış

  • Fyodor • 99.0196%
  • FYODOR • 0.4902%
  • fyodor • 0.4902%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fyodor
Fyodor – ad. Fyodor Plevako – ən tanınmış rus vəkillərdən biri, hüquqşünas, natiq Fyodor Reşetnikov Fyodor Reşetnikov (yazıçı) — Fyodor Reşetnikov (rəssam) — Fyodor Tolbuxin — Sovet İttifaqı Marşalı (1944). Sovet İttifaqı Qəhrəmanı Fyodor Borisov — Rusiyalı keçmiş peşəkar velosiped yarışçısı. Fyodor Oxlopkov Fyodor Maxnov — tarixin ən uzun adamı.
Fyodor Abramov
Fyodor Aleksandroviç Abramov (rus. Фёдор Александрович Абра́мов; 29 fevral 1920[…], Verkola[d], Arxangelsk quberniyası[d] – 14 may 1983[…], Leninqrad) — sovet-rus yazıçısı. "Pryaslinı" trilogiyası (1958-1973), "Ev" romanı (1978), həmçinin "Pelageya" (1969), "Taxta atlar" (1970), "Keçmişə səyahət" (1974) hekayələrinin müəllifidir. Abramovun sosial təhlilə meyilli olan və dilinin rəngarəngliyi ilə seçilən nəsri İkinci Dünya müharibəsi illərində və müharibədən sonrakı illərdə insanların taleyini, şimal kəndlərinin problemlərini, kolxoz həyatının qeyri-təntənəli mənzərəsini, kəndli xarakteri və həyat tərzinin deformasiyasını əks etdirir. Ədəbi tənqid və jurnalistika ilə də məşğul olmuşdur. == Təltif və mükafatlar == "Lenin" ordeni (28.02.1980); II dərəcəli "Vətən müharibəsi" ordeni (08.06.1946); "Leninqradın müdafiəsinə görə" medalı ; "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı; SSRİ-nin digər medalları. == İstinadlar == == Əlavə ədəbiyyat == Life and work of F. Abramov / Ed. D. Gillespie. Evanston, 1997. Большакова А. Ю. Нация и менталитет: феномен «деревенской прозы» XX в.
Fyodor Bondarçuk
Fyodor Bondarçuk — (rus. Фёдор Бондарчук) (d. 9 may 1967-ci il, Moskva, Rusiya) — SSRİ və Rusiya aktyoru, rejissor, kino və televiziya prodüseri, musiqi video direktoru, teleaparıcısı və teleakademik. == Həyatı == Fyodor 1967-ci ildə mayın 9-u Moskvada doğulub. Sənətçi ailəsində doğulan Fyodorun atası sovet aktyoru, rejissor və ssenarist, SSRİ xalq artisti Sergey Bondarçuk və anası (Sovet və Rusiya aktrisası) İrina Skobseva olmuşdur. 1985-ci ildə məktəbi qurtarıb, rejissorluq fakültəsinə ümumrusiya dövlət kinematoqrafiya institutuna daxil oldu, və iki ilini donduraraq orduya getdi. İnstituta 1989-cu ildə qayıtdı, və dərhal Yuri Ozerovun çəkdiyi "Stalinqrad" (1989)-cu il filmində İvan adı rolunda yer aldı. Bu rol Fyodorun aktyor karyerasında ikinci oldu, çünki onun ilk debüt rol aldığı film olan "Boris Qodunov" filmində 1986-cı ildə kiçik rol ilə çıxış etmişdi. Bundan sonra Fyodor inustuta qayıdaraq inustutu uğurla başa vurduqdan sonra, onun uşaqlıq dostuları Stepan Mixalkov və Sergey Kojevnikovım ilə "Art Pictures" adlı Televiziya və film üçün çəkiliş, bundan başqa, müxtəlif TV proqramları, film və musiqi layihələr istehsalı ilə fəaliyyət göstərən şirkət qurdular. == Qazandığı uğurlar == Fyodor Bondarçuk 2005-ci ildə çəkdiyi "9-cu bölük" — (rus.
Fyodor Borisov
Fyodor Borisov (5 fevral 1887 — ölüm tarixi məlum deyil) — Rusiyalı keçmiş peşəkar velosiped yarışçısı. Fyodor Borisov Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fyodor Borisov birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Fyodor Buslayev
Fyodor İvanoviç Buslayev (rus. Фёдор Ива́нович Бусла́ев) (25.4.1818, Penza vilayətinin indiki Vadinsk kəndi –12.8.1897, Moskva ətrafındakı Lublino qəsəbəsi) — rus filoloqu və incəsənət tarixçisi. Peterburq Elmlər Akademiyasının akademiki (1860). == Həyatı == Moskva Universitetini bitirmiş (1838), həmin Universitetdə professor (1859–81), rus ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Rus dilinin tarixi, qədim rus ədəbiyyatı, şifahi xalq yaradıcılığına dair əsərlərin müəllifidir. Rus dilinin tədqiqində müqayisəli-tarixi metodun tərəfdarı kimi çıxış etmişdir. == Fəaliyyəti == Qədim rus və slavyan əlyazmalarının filoloji tədqiqatını aparmış və onları nəşr etdirmişdir. Buslayev 1840–60-cı illərdə yazdığı elmi əsərlərində rus mifoloji məktəbinin ən görkəmli nümayəndəsi kimi mifdə xalq yaradıcılığının dərin köklərini görmüş, onun linqvistik bərpasına çalışmışdır ("Rus xalq ədəbiyyatı və incəsənətinin tarixi oçerkləri". ). 1870-ci illərdə bu baxışlardan uzaqlaşmış və alman sanskritoloqu T. Benfeyin ideyalarına əsaslanaraq Avropanın bir sıra folklor süjetinin Şərqdən qaynaqlandığını göstərmişdir ("Səyyah povestlər və hekayələr", 1874).
Fyodor Dostoyevski
Fyodor Mixayloviç Dostoyevski (rus. Фёдор Михайлович Достоевский; 30 oktyabr (11 noyabr) 1821[…], Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası – 28 yanvar (9 fevral) 1881[…], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[…]) — rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri. Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə girdi. Atasının ölümünü burada xəbər aldı. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyinə girdi. Bir il sonra istefa verərək buradan ayrıldı. Ordudan ayrıldıqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı Yoxsul insanlar, 1846-cı ildə nümayiş olundu. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı. 1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışdığı iddiası ilə həbs olundu. Səkkiz ay həbsxanada qalan Dostoyevski, gülləyə düzülmək üzrəykən digər səkkiz məhbus yoldaşı ilə bağışlanıldı.
Fyodor Emin
Fyodor Aleksandroviç Emin (əsl adı Məhəmmədəmin bəy Hüseyn bəy oğlu; 1735[…], bilinmir – 18 (29) aprel 1770[…] və ya 27 aprel 1770, Sankt-Peterburq) — Rusiya yazıçısı və jurnalisti. == Həyatı == Fyodor Emin təxminən 1735-ci ildə İstanbul şəhərində doğulmuşdu. Osmanlı Yeniçəri ordusunda xidmət etmişdi. 1758-ci ildə Londona getmişdi. Orada Rusiya səfiri M. Qolitsinə yaxınlaşmışdı. Ondan pasport alıb, 1761-ci ildə Rusiyaya gəlmişdi. Xristianlığı qəbul etmişdi. Xaç suyuna salınarkən Fyodor Aleksandroviç adını qəbul etmiş, soyadını Emin saxlamışdı. O, ana dili olan türk dilindən başqa, italyan, ingilis, ispan, polyak və portuqal dillərini bilirdi. Fyodor Aleksandroviç Emin 16 aprel 1770-ci ildə vəfat edib.
Fyodor Erisman
Fyodor Erisman (әsl adı Fridrix Quldreyx) (24 noyabr 1842 – 1 dekabr 1915 və ya 13 noyabr 1915, Sürix) - rus–isveç hәkim-gigiyenisti. Rusiyada gigiyenanın banilәrindәn biri. == Bioqrafiyası == 1865-ci ildə Sürix Universitetinin tibb fakültәsini bitirmiş, göz xәstәliklәri üzrә ixtisaslaşma keçmişdir. 1869-cu ildә Peterburqa gәlmişdir. 1873-74-cü illәrdә Maks İosif Pettenkoferin yanında biliklәrini tәkmillәşdirmişdir. Rusiyada ilk dәfә olaraq "Gigiyena dәrsliyi" (1-3 c., 1872-77) nәşr etdirmişdir. 1879-cu ildә Moskvaya köçmüş vә burada Aleksandr Poqojev, Yevqraf Osipov vә Yevstafıy Dementyevlә birgә Moskva quberniyasının sәnaye müәssisәlәrinin sanitariya müayinәsini apararaq, nәticәlәrini 17 cilddә vә 2 әlavә buraxılışda nәşr etdirmişdir. 1882-96-cı illәrdә Moskva Universitetinin gigiyena kafedrasında professor işlәmişdir. Moskvanın su kәmәrinin, kanalizasiyasının vә suvarma tarlalarının bir sıra sanitariya mәsәlәlәrini vә mәktәb gigiyenası problemlәrini işlәyib hazırlamışdır. 1896-cı ildә polis tәrәfindәn hәbs olunan tibb fakültәsi tәlәbәlәrini müdafiә etdiyinә görә universitetdәn kәnar edilmiş vә Sürixә köçmüşdür.
Fyodor Kopılov
Fyodor İvanoviç Kopılov (rus. Фёдор Иванович Копылов; 1910 – dekabr 1979, Belqorod) — Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1956–1959). ÜİK(B)P-nın üzvü (aprel 1932-ci ildən). IV–V çağırış SSRİ Ali Sovetinin deputatı, polkovnik (1952). == Həyatı == 1910-cu ildə Rusiya imperiyasının Orlov quberniyasının Bryansk uyezdinin Bejitsya şəhərində yanğınsöndürən ailəsində anadan olub. 1928-ci ildə 2-ci dərəcəli məktəbi, 1931-ci ildə Bejitsyada maşınqayırma institunun iki kursunu bitirib. Eyni zamanda 1928-ci ilin yanvar ayından 1931-ci ilin sentyabar ayındaək "Красный Профинтерн" maşınqayırma zavodunda tornaçı işləyib. 1931-ci ilin sentyabrında Leninqrad Dağ İnstitutunun sürətli hazırlıq institutuna daxil olur. 1932-ci ildə oranı bitirdikdən sonra Karakandada geoloji kəşfiyyat bazasında mexaniki qazma üzrə mühəndis işləyib. В РККА: с ноября 1932-ci ilin noyabr ayındanFəhlə-Kəndli Qızıl Ordu sıralarında hərbi xidmətdədir.
Katolikos Fyodor
Katolikos Fyodor — Albaniyanın XXX katolikosu. Girdiman yepiskopluğundan seçilmişdi.
Fyodor Avelan
Fyodor Karloviç Avelan (isv. Theodor Kristian Avellan, rus. Фёдор Ка́рлович Авела́н; 31 avqust (12 sentyabr) 1839, Loviysa[d] – 17 (30) noyabr 1916, Petroqrad) — Rusiya hərbi və dövlət xadimi, general-adyutant (1903), tam admiral (1905), 1903–1905-ci illərdə Dənizçilik Nazirliyinin rəhbəri. == Həyatı == Avelan 1857-ci ildən Hərbi Dəniz Qüvvələrində xidmət, müxtəlif gəmi və birləşmələrə komandanlıq etmişdir. 1896-cı ildə köməkçi, 1896-cı ildən isə Baş Dəniz Qərargahının rəisi təyin edilmişdir. 1903-cü ildə Avelan Dənizçilik Nazirliyinin rəhbəri olmuşdur. Rusiya-Yaponiya müharibəsində (1904–1905) Rusiya donanmasını məğlub etməkdə günahlandırılaraq 1905-ci ilin mayında vəzifəsindən azad edilmişdir. 1914-cü ildə Avelan Dövlət Şurasının üzvü olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Авелан, Федор Карлович // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Fyodor Fedorenko
Fedor Demyanoviç Fedorenko (ukr. Федір Федоренко, ing. Feodor Fedorenko; 17 sentyabr 1907, Canköy, Tavriya quberniyası[d], Rusiya imperiyası – iyul 1987, Krım vilayəti[d], Ukrayna SSR, SSRİ) — SSRİ kolaborsionisti, Treblinka ölüm düşərgəsinin mühafizəçisi, insanların kütləvi qətlinin iştirakçısı. ABŞ məhkəməsi tərəfindən SSRİ-yə təhvil verilmiş və sovet məhkəməsinin hökmü ilə güllələnib. == Həyatı == Fyodor Fedorenko 17 sentyabr 1907-ci ildə Canköydə anadan olub. Milliyyətcə ukraynalıdı. Alman qoşunlarının SSRİ ərazisinə hücumundan sonra 23 iyun 1941-ci ildə Qırmızı Ordu sıralarına səfərbər olunaraq, yük maşını sürücüsü vəzifəsinə təyin edilib. 2-3 həftədən sonra Fedorenkonun xidmət etdiyi bölmə almanlar tərəfindən mühasirəyə alındı. O, mühasirədən qalmağa müvəffəq oldu. Lakin üç gün sonra almanlar Fedorenkonu yenə də əsir götürdülər.
Fyodor Steyngel
Fyodor Steyngel (ukr. Федір Рудольфович Штайнгайль; 26 noyabr 1870, Sankt-Peterburq – 11 fevral 1946, Drezden, İşğal Almaniyası) — Rusiya İmperiyasının Birinci Dövlət Dumasının Kiyev şəhərindən olan deputatı, Ukrayna Dövlətinin Berlindəki səfiri. Bioqrafiya Ruslaşmış Alman zadəgan ailəsindən olmuşdur. Atası Rudolf Vasilieviç Steyngel (1841-1892) mühəndis, Vladiqafqaz dəmir yolunun inşaatçısı idi. Uşaq ikən valideynləri ilə birlikdə Rusiyanın cənubuna köçür. O, gimnaziyanı bitirərək, Kiyev və Varşava universitetlərinin fizika-riyaziyyat fakültəsində təhsil alıb, lakin xəstəlik səbəbindən kursu başa vura bilməyib. O, (1918-ci ilə qədər) Kiyevdə və Rovno yaxınlığındakı Qorodok malikanəsində yaşamışdır. Təbiət elmləri ilə məşğul olmuş, zoologiyaya dair bir neçə elmi əsəri olmuşdur. İmperator Rus Entomoloji Cəmiyyətinin, Kiyev Təbiətşünaslar Cəmiyyətinin, Kiyev Təbiət Elmləri Dərnəyinin və digər elmi cəmiyyətlərin üzvü olmuşdur. Ukraynanın milli-ərazi muxtariyyətinin tərəfdarı olaraq çıxış edir.
Fyodor Çernozubov
Fyodor Qriqoryeviç Çernozubov (rus. Фёдор Григорьевич Чернозубов; 14 sentyabr 1863 – 14 noyabr 1919, Novoçerkassk) — Rusiya İmperator Ordusunun zabiti. 20 fevral 1915-ci ildə general-leytenant olmuşdur. O, 17 aprel 1901-ci ildən 10 dekabr 1902-ci ilə qədər Rusiya Qafqaz Ordusunda 1-ci Qafqaz kazak diviziyasının qərargah rəisi olmuşdur. 10 dekabr 1902-ci ildə Qafqaz qoşunlarının baş komandanı təyin edilmişdir. 30 iyul 1902-ci ildən 1 iyun 1906-cı ilə qədər İran kazak briqadasının süvari hazırlığının rəisi idi. 26 noyabr 1908-ci ildə Terek kazaklarının qərargah rəisi təyin olunmuşdur. O, hərbi kəşfiyyatla bağlı bir neçə məqalə dərc etmişdir.
Fyodor Korş
Fyodr Yevgeniyeviç Korş (4.5.1843-1.3.1915) — rus filoloq, professor, görkəmli dilçi. == Həyatı == Fyodr Yevgeniyeviç Korş 4 may 1843-cü ildə Moskva şəhərində anadan olmuşdur. Fyodr Korş 1 mart 1915-ci ildə Moskva şəhərində vəfat etmişdir. == Xarici keçidlər == Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: Энциклопедия «Слова о полку Игореве» Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: ЭНИ «Personalia» Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine Русский биографический словарь, сетевая версия Arxivləşdirilib 2005-05-18 at the Wayback Machine Биография на сайте «Поэзия Московского университета». Биография на сайте «Ярус». Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Биография на сайте «Грамота.ру». Шуточные стихи Ф. Е. Корша // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. - М., 1992. Т. II—III. Фонд на сайте Архив Российской академии наук.
Fyodor Kuzmin
Fyodor Kuzmin (17 aprel 1983) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fyodor Kuzmin Rusiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Fyodor Litke
Fyоdоr Pavlоviç Litkе (1797–1882) — rus səyyahı, tədqiqatçısı == Həyatı == F.R.Litkе Pеtеrburqda çinоvnik ailəsində anadan оlmuşdur. Yaşından validеynlərini itirmiş əmisinin yanında ağır həyat tərzi kеçirməklə böyüyən rus cоğrafiyaşünasıdır. Əmisinin yanındakı ağır həyat tərzinin Litkе bеlə хatırlayır: "Acından ölməyə qоymamaq üçün küçədən götürülən uşaq kimi baхırdılar, uşaqlıq dövrümdən хоşagələn hеç bir хatirə qalmadı." 1812-ci ildə 15 yaşında ikən dоnanmanda хidmət еtməyə başlayır. 1817-1819-cu illərdə V.M.Qоlоvninin rəhbərliyi altında "Kamçatka" gəmisində dünya səyahətində iştirak еdir. 1821-1824-cü illərdə Yеni Tоrpağın öyrənilməsi üçün təşkil оlunmş еkspеdisiyanın rəisi оlmuşdur. Dörd dəfə bu tоrpağa еkspеdisiya təşkil еtməklə əldə оlunmuş faktiki matеriallara əsaslanmaqla "Şimal Buzlu оkеanına dörd dəfə səyahət" əsərini yazır. Bu kitab оnun şöhrətlənməsində böyük əhəmiyyət kəsb еdir. Qоlоvinin təklifi ilə Yеni Tоrpaq еkspеdisiyasına rəhbərlik еdən Fyоdоr Pavlоviç Litkе adanın sahil хətlərinin dəqiqliklə öyrənilməsini və хəritəyə köçürülməsini qarşıya bir məqsəd kimi qоymuşdur. Səyahətin birinci ili dənizçilər Arktika şəraitində tədqiqat aparma üsulları ilə tnış оlurlar. Növbəti ilin yayında Kоla yarımadasında Murmansk sahillərini öyrənməklə Yеni tоrpağa dоğru üzürlər.
Fyodor Maxnov
Fyodor Maxnov (d. 6 iyun 1878 — ö. 28 avqust 1912) — tarixin ən uzun adamı. Onun 285 sm boyu olsa da rəsmi rekord 272 sm boyu olan Robert Uodlouya məxsusdur. == Həyatı == Fyodor Maxnov 6 iyun 1878-ci ildə Rusiya imperiyasının Vitebsk quberniyasında kəndli ailəsində anadan olmuşdur. O, hələ 12 yaşındaykən boyu 2 metri keçmişdi. Buna görə uşağın atası evin tavanını söküb, yenidən qurmalı olmuşdu. Evdə Fyodorun ayrıca çarpayısı, stolu, stulu vardı. 16 yaşında ikən alman Otto Blinder onu ölkəsinə aparır. Otto Blinderin məqsədi Fyodor Maxnov kimi qeyri-adi insandan istifadə etməklə məhəllə sirklərində yaxşı pul qazanmaq idi.
Fyodor Oxlopkov
Fyodor Matveyeviç Oxlopkov (rus. Фёдор Матвеевич Охлопков; 2 mart 1908, Tompon rayonu, Yakutiya MSSR – 28 may 1968, Tompon rayonu, Yakutiya MSSR) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi.1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına namizədliyi ilk 420 snayper qətlini hesabladıqdan sonra, lakin qeyri-müəyyən səbəblərə görə rədd edildi, iyirmi ildən çox keçəndən sonra 1965-ci ilin mayında Qələbə Gününün ildönümü ilə eyni vaxtda bu ada layiq görüldü. == Həyatı == Oxlopkov 3 mart 1908-ci ildə Krest-Xalcayda Yakut kəndli ailəsində anadan olub. Yalnız ibtidai təhsil almış və on iki yaşında yetim qalmış, ailəsini dolandırmaq üçün gənc yaşlarından müxtəlif işlərdə çalışmış, mədəndə yük daşıyan, sonra isə kolxozda mexanizator işləmişdir. O, işləmədiyi vaxtlarda Osoaviaximlə iti atıcılıq məşqində iştirak edib, dəqiqliyinə görə "Voroşilov atıcısı" nişanı alıb; 1929-cu ildən Komsomol üzvü idi. == İkinci Dünya Müharibəsi == 1941-ci ilin sentyabrında Qırmızı Ordu sıralarına çağırıldıqdan sonra 375-ci Piyada Diviziyasının 1243-cü Piyada Alayında pulemyotçu vəzifəsinə təyin edildi. Bu alayında əksəriyyəti sibirlilərdən və 1942-ci ilin yanvarında döyüşlərdə şəhid olmuş qardaşı Vasilinin də olduğu idi. Snayperçi olan Oxlopkov pulemyotçular dəstəsinin komandiri oldu. 1942-ci ilin oktyabrında, 1941-ci ilin dekabrında döyüş cəbhəsinə gəldikdən bir il keçməmiş, Fyodor 234-cü Piyada Alayına göndərildi və burada bacarıqlı atıcı olduğu üçün snayperçi oldu; Avqustun əvvəlində o, dördüncü dəfə döyüşdə yaralanmışdı, aldığı xəsarətin miqyası onu İvanovodakı xəstəxanaya təxliyə etməli idi. Həmin ay onun diviziyası şəxsi heyətinin təxminən 80%-ni düşmən hücumları nəticəsində itirdi.
Fyodor Plevake
Plevako Fyodor Nikiforoviç (1842 – 1909) – ən tanınmış rus vəkillərdən biri, hüquqşünas, natiq, həqiqi mülki müşavir == Həyatı == Moskva Universitetinin hüquq fakultəsində kurs bitirmişdir. Məhkəmə vəzifələrinə namizəd olmuşdur. 1870-ci ildə Moskva dairəsinin məhkəmə palatısının müvəkkil andlılar təbəqəsinə daxil oldu. Vəkil fəaliyyəti Moskvada keçmişdi. İlkin məhkəmə nitqləri böyük natiqlik istedadını göstərdi. Dinləməsi Ryazan dairə məhkəməsində keçirilən polkovnik Kosturbo-Koriskiy prosesində (1871-ci il) Plevakonun rəqibi müvəkkil andlı A.İ.Urusov olmuşdur və dinləciyilərə çox böyük təsir göstərmişdi, lakın sübutların ciddi təhlili ilə seçilən Plevako onun mövqeyini dağıtmışdır. Bundan başqa Plevakonun daha bir nitqi diqqəti cəlb edir, belə ki 1880-ci ildə 19-yaşlı Kaçka adlı bir qız, tələbə Bayroşevskinin qətlində təqsirli bilinmişdir (onunla sevgi əlaqəsində olmuşdur). Cavanlıqla elmi işlərlə məşğul idi: 1874-cü ildə Puxtanın roma mülki hüquq kursunu rus dilinə tərcümə edib nəşr etmişdir.
Fyodor Plevako
Plevako Fyodor Nikiforoviç (1842 – 1909) – ən tanınmış rus vəkillərdən biri, hüquqşünas, natiq, həqiqi mülki müşavir == Həyatı == Moskva Universitetinin hüquq fakultəsində kurs bitirmişdir. Məhkəmə vəzifələrinə namizəd olmuşdur. 1870-ci ildə Moskva dairəsinin məhkəmə palatısının müvəkkil andlılar təbəqəsinə daxil oldu. Vəkil fəaliyyəti Moskvada keçmişdi. İlkin məhkəmə nitqləri böyük natiqlik istedadını göstərdi. Dinləməsi Ryazan dairə məhkəməsində keçirilən polkovnik Kosturbo-Koriskiy prosesində (1871-ci il) Plevakonun rəqibi müvəkkil andlı A.İ.Urusov olmuşdur və dinləciyilərə çox böyük təsir göstərmişdi, lakın sübutların ciddi təhlili ilə seçilən Plevako onun mövqeyini dağıtmışdır. Bundan başqa Plevakonun daha bir nitqi diqqəti cəlb edir, belə ki 1880-ci ildə 19-yaşlı Kaçka adlı bir qız, tələbə Bayroşevskinin qətlində təqsirli bilinmişdir (onunla sevgi əlaqəsində olmuşdur). Cavanlıqla elmi işlərlə məşğul idi: 1874-cü ildə Puxtanın roma mülki hüquq kursunu rus dilinə tərcümə edib nəşr etmişdir.
Fyodor Raskolnikov
Fyodor Fyodoroviç Raskolnikov (rus. Фёдор Фёдорович Раскольников; 28 yanvar (9 fevral) 1892 və ya 1892, Sankt-Peterburq – 12 sentyabr 1939, Nitsa)— sovet hərbi və dövlət xadimi, diplomat. == Həyatı == 1892-ci ilin yanvarında Sankt-Peterburqda keşiş ailəsində dünyaya göz açır. Politexnik institutunda təhsil alır, 18 yaşı olanda bolşevik partiyasına üzv olur. 1-ci Dünya Savaşını "imperialistlərin savaşı" saydığından müharibədə iştirakdan imtina edir. Oktyabr İnqilabının fəal iştirakçısı, inqilabdan sonra Hərbi dəniz komissarı Trotskinin müavini. 1918-ci ilin dekabrında Tallində "Spartak" və "Avtroil" gəmilərinin ekipajı ilə birlikdə ingilislər tərəfindən əsir götürülür, 6 ay Brikston türməsində saxlanılır və Rusiyada saxlanılan 19 Britaniya zabiti ilə dəyişdirilir. 1919-cu ilin iyulundan Volqa-Xəzər hərbi donanmasının komandanı təyin olunur, Bakıda Sovet hakimiyyətinin qurulmasında iştirak edir, elə həmin dövrdə də Ənzəli ekspedisiyasına başçılıq edir. 2 dəfə Qızıl Ulduz ordeni ilə təltif olunur. 1922-ci ildən başlayaraq Raskolnikov artıq diplomatik fəaliyyətdədir.
Fyodor Reşetnikov
Fyodor Reşetnikov (yazıçı) —
Fyodor Soymonov
Fyodr İvanoviç Soymonov (rus. Фёдор Иванович Соймо́нов; 1692–22 iyul 1780) — Rusiya tədqiqatçısı, hidroqrafı, hərbi xadimi. == Həyatı == O, Moskva dənizçilik məktəbini bitirdikdən sonra üç illiyə donanma işini öyrənmək üçün Hollandiyaya getmiş, oradan qayıtdıqdan sonra donanma işinə cəlb edilmişdi. I Pyotrun Xəzər dənizinin qərb sahili əraziləri ilə maraqlanması F.İ.Soymonovun da bu işə cəlb edilməsilə nəticələndi və o, kapitan- leytenant Karl Fon Verdenlə birlikdə 1719-cu ildə bu əraziləri tədqiq etmək üçün göndərildi. Onların gərgin əməyi nəticəsində 1721-ci ildə Xəzər dənizinin qərb və cənub sahillərinin xəritəsi tərtib olundu. Həmin ildə tərtib olunmuş bu xəritə I Pyotr tərəfindən Paris Elmlər Akademiyasına hədiyyə olaraq göndərilmişdi. F.İ.Soymonov I Pyotrun başçılığı ilə rus qoşunlarının Xəzərsahili ərazilərə yürüş zamanı qoşunların tərkibində donanma zabiti kimi fəal iştirak etmişdi. 1727-ci ilə qədər Xəzərsahili ərazilərdə fəaliyyət göstərmiş bu donanma zabiti sonrakı illər- də yüksək vəzifələrdə işləmişdir. F.İ.Soymonov Xəzər dənizinin qərb sahillərini tədqiq etdiyi və bu ərazilərdə hərbi fəaliyyəti illərində öz xatirələrini qələmə almışdı. Onun xatirələri Q.R.Müller tərəfindən 1763-cü ildə çap edilmişdir.
Fyodor Tolbuxin
Fyodor İvanoviç Tolbuxin (4 (16) iyun 1894 – 17 oktyabr 1949[…], Moskva) — sovet hərbi xadimi, Sovet İttifaqı Marşalı (1944). Sovet İttifaqı Qəhrəmanı (7 may1965; ölümündən sonra) == Həyatı == Fyodor Tolbuxin 16 iyun 1894-cü ildə Rusiya imperiyasının Yaroslavl quberniyasında anadan olub. Rus mənşəli SSRİ hərbçisi, Sovet İttifaqının Marşalıdır. O, İkinci Dünya müharibəsində Bolqarıstana daxil olan Sovet Ordusunun lideri olmuşdur. Tolbuxin ümumiyyətlə İkinci Dünya müharibəsinin ən yaxşı sovet generallarından biri hesab olunur. Bəzi sovet komandirləri kimi vasvası, diqqətli və həddən artıq iddialı olmayan Tolbuxin həm komandir yoldaşları, həm də əsgərləri tərəfindən xüsusi hörmətlə qarşılanırdı. Tolbuxin çoxsayda mükafatlar və medallarla, o cümlədən müvafiq olaraq Sovet İttifaqının ən yüksək medalı və mükafatı hesab olan Qələbə ordeni və Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək Sovet ordenləri ilə təltif edilmişdir. Tolbuxin həm də paytaxt Belqradda azad Yuqoslaviyanın qəhrəmanı olmuşdur. Onun küllərinin olduğu qab Kreml nekropolunun divarında basdırılmışdır. == Mükafatları == Sovet İttifaqı Qəhrəmanı (07.05.1965) "Qələbə" ordeni (26.04.1945) "Lenin" ordeni (1944; 1945; 1965) Qırmızı Bayraq ordeni (1922; 1944) I dərəcəli Suvorov ordeni (1943; 1944) I dərəcəli Kutuzov ordeni (17.09.1943) Qırmızı Ulduz ordeni (22.02.1938) Müqəddəs Anna ordeni Müqəddəs Stanislav ordeni Georgi Dimitrov ordeni (1981) == İstinadlar == == Ədəbiyyat == Храпченков В. К. Солдат Отчизны в маршальских погонах.
Aleksandra Fyodorovna
Aleksandra Fyodorovna (rus. Алекса́ндра Фёдоровна; 6 iyun 1872[…], Darmştat – 17 iyul 1918[…], Yekaterinburq, Perm quberniyası[d]) — II Nikolay Romanovun yoldaşı.
Evqraf Fyodorov
Evqraf Stepanoviç Fyodorov (rus. Евгра́ф Степа́нович Фёдоров; d. 22 dekabr, 1853. Orenburq, Rusiya – ö. 21 may, 1919. Petroqrad, Rusiya) — Rusiya riyaziyyatçısı, kristalloqrafı. Kristalloqrafiyanın banilərindən biri, 1890-cı ildə "Düzgün fiqurlar sistemində simmetriya" əsərində ilk dəfə kristalların 230 simmetriya qrupunun olduğunu almışdır. Həndəsə və başqa sahələrdə əsərlərin müəllifidir.. == Həyatı == == Fəaliyyəti == 1890-cı ildə "Düzgün fiqurlar sistemində simmetriya" əsərində ilk dəfə kristalların 230 simmetriya qrupunun olduğunu almışdır. Həndəsə və başqa sahələrdə əsərlərin müəllifidir.
III Fyodor Alekseyeviç
III Fyodor Alekseyeviç (30 may (9 iyun) 1661 – 27 aprel,(7 may 1682) — 1676-cı ildən rus çarı, Romanovlar sülaləsindən, çar I Aleksey Mixayloviçinvə çariça Mariya Miloslavskayanın oğlu, çar V İvanın(doğma) və I Pyotrun böyük qardaşı (eyni qan). == Həyatı == Böyük qardaşı I Alekseyin ölümündən sonra taxtın varisi elan edilmiş Fyodor Alekseyeviç, Mariya Miloslavskayadan olan Aleksey Mixayloviçin bütün övladları kimi, çox zəif və xəstə bir uşaq idi. Tədqiqatçılar Fyodorun sinqa xəstəliyindən əziyyət şəkdiyini iddia edirdilər. Bu xəstəliyin əlaməti padşahın ən çox çəkdiyi ayaqların şişməsi idi. Atası və babası kimi Fyodor Alekseyeviç kral taxtına gənc yaşda gəldi — 15 yaşında gəldi. Müəllimlərindən biri Reç Pospolitadan olan Simeon Polotsk adlı təhsilli bir monarx idi,polyaklar kimi vacib olan hər şeyi ona aşılamışdı. Kral polyak dilində səlis danışırdı. Bəzi tədqiqatçılar onun latın dilini də bildiyini iddia edirdilər. Fyodor Alekseyeviç Avropa siyasəti ilə də maraqlanırdı. Boyar Dumasının iclaslarında ona və boyarlara səfirlik sifarişində tərtib olunan Qərb mətbuatının rəylərini oxuyurdular.
Lukin Mixail Fyodoroviç
Lukin Mixail Fyodoroviç (rus. Михаил Фёдорович Лукин; 18 noyabr 1892, Zubtsov, Tver quberniyası[d] – 25 may 1970, Moskva) - sovet hərbi xadimi, Rusiya Federasiyasının Qəhrəmanı (1993, ölümündən sonra), general-leytenant (6 iyun 1940) == Tərcümeyi-halı == Mixail Fyodoroviç Lukin 6([18] noyabr 1892-ci ildə Tver vilayətinin indiki Zubtsov rayonunun Poluxtino kəndində kəndli ailəsində anadan olmuşdur. Rusdur. 1913-cü ildən Rusiya ordusunda xidmətdə olmuş, I Dünya Müharibəsində iştirak etmişdir. 1916-cı ildə hərbi məktəbi bitirmiş, sonralar poruçik rütbəsində Barklay de Tolli adına Nesvij polkunun 4-cü rotasının komandiri olmuşdur. Lukin 1917-ci ildə Qırmızı Qvardiyaya daxil olmuş, 1918-ci ildən Oızıl Ordu sıralarında olmuşdur. 1918-ci ildə Fəhlə-Kəndli Qızıl Ordusunun Səhra Qərargahı yanında kəşfiyyatçılar kursunu bitirmişdir. 1919-cu ildə Ümumrüsiya Kommunist (bolşeviklər) Partiyasının tərkibinə daxil olmuşdur. Vətəndaş müharibəsi dövründə Mixail Lukin diviziya qərargah rəisinin köməkçisi, polk və briqada komandiri, diviziya qərargah rəisi olmuşdur. Döyüşlərdə fərqləndiyinə görə iki Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir.
Mariya Fyodorovna
Mariya Fyodorovna (rus. Мария Фёдоровна; 26 noyabr 1847[…], Kopenhagen – 13 oktyabr 1928) — Rusiya imperatoru III Aleksandrın həyat yoldaşı, imperator II Nikolayın anası, imperatriça. == Həyatı == Mariya Sofiya Frederika Daqmar (Daqmara) 14 oktyabr 1847-ci ildə Qlyuksburq şahzadəsi Kristian (sonradan Danimarka kralı IX Kristian) və Luiza Karolina Hessen-Kasselin dördüncü övladı olaraq dünayaya gəlir. İlk olaraq Daqmara çar II Aleksandrın böyük oğlu Nikolay Aleksandroviçlə nişanlansada bu izdivac baş tutmur. Belə ki, Romanovlar taxt-tacının vəliəhdi 1865-ci ildə 21 yaşında İtaliya səfərində vərəm xəstəliyindən vəfat edir. Qəfil ölüm sülalə üzvlərini sarsıldır. Bu zamanlarda Daqmara və çarın ikinci oğlu Aleksandr arasında yaxınlaşma olur. Aleksandr xatirələrində bu haqda yazır: 17 iyun 1866-cı ildə yeni cütlük Kopenhagendə nişanlanır. Həmin ilin 12 oktyabrında Qış sarayının kafedral kilsəsində provaslavlığı qəbul edən Daqmara növbəti gün Mariya Fyodorovna adını qəbul edir. 28 oktyabrda Aleksandr və Mariya Qış sarayının Böyük kilsəsində evlənirlər.
Mixail Fyodoroviç Romanov
Mixail Fyodoroviç Romanov (rus. Михаи́л Фёдорович Рома́нов, 12 iyul 1596 – 13 iyul 1645, Moskva, Çar Rusiyası) — Rusiyanın Romanovlar sülaləsindən olan ilk hökmdarı. == Həyatı == === İlk illəri === Mixail Fyodoroviç Romanov 1596-cı ildə boyar Fyodor Nikitiç və Kseniya İvanovnanın yeganə oğlu kimi dünyaya gəlib. O Rusiyanın Ryurikoviç sülaləsindən olan sonuncu çarı İvan Qroznının üçüncü oğlu Fyodor İvanoviçə qohumluğu çatırdı. Romanovlar sülaləsinin banisi Nikita Romanoviç Zaxarin-Yuryev uzun mûddət çar sülaləsinə ən yaxın adamlardan biri olub və ailəsi ilə birgə dövlətdə önəmli vəzifələr tutub. Ancaq Fyodor İvanoviçin ölümündən sonra başlayan və Rusiya tarixində hakimiyyət uğrunda mübarizə, hərcmərclik, İsveçlə müharibə ilə səciyyələnən və "qeyri-müəyyən dövr" adlanan zaman kəsiyi (rus. Смутное время) sülalə üçün acınacaqlı olur. Beləki çariça İrina Fyodorovnanın qısa müddətli hakimiyyətindən sonra taxta gələn Boris Qodunov üçün Romanovlar ailəsi hakimiyyət uğrunda əsas rəqiblərdən hesab edilirdi. Buna görə o 1601-ci ildə Nikitiç Romanoviç Zaxarin-Yuryenin oğulları Fyodor, Aleksandr, Mixail, İvan və Vasilini rahibliyə uyğun olaraq taraş edərək ailələri ilə birgə Şimali Uralda yerləşən Nırob şəhərinə sürgün edir. Fyodor və İvandan başqa digər qardaşlar kiçik aralıqlarla 1602-ci ildə vəfat edirlər.
Tatyana Fyodorova
Tatyana Fyodorova (20 mart 1978) — Azərbaycanı təmsil edən voleybolçu. Tatyana Fyodorova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Tatyana Fyodorova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Tereza Fyodorovna Ris
Tereza Fyodorovna Ris (rus. Тереза Фёдоровна Рис, d. 1874, Moskva, Rusiya imperiyası — ö. 1950, Luqano, İsveçrə) — Rus və Yəhudi əsilli Avstriya heykəltaraşı və rəssamı. == Bioqrafiyası == Tereza 1874-cü ildə, Rusiya imperiyasında yəhudi əsilli bir ailədə anadan olmuşdur. Moskva Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq Məktəbində (rus. Московское училище живописи, ваяния и зодчества) təhsil almağa başladı. Çox gənc yaşlarında Moskvada evləndi və uşaq saldı. Professoruna dərs vaxtı etdiyi hörmətsizliyə görə məktəbdən atıldı. 21 yaşında Vyanaya köçdü.
Yevgeni Fyodorov adaları
Yevgeni Fyodorov adalаrı — Kara dənizində yerləşən Nordenşeld arxipelaqına daxil olan iki adadan ibarət olan adalar qrupu (Şərq adaları). İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Coğrafiyası == Nordenşeld arxipelaqının şərq hissəsində qərarlaşır. Üstəlik Şərq adaları qrupunun tərkibinə daxildir. Bu qrupun isə şimal-şərq qutaracağını təşkil edir. Şimal burnu prupun şimal qutaracağını təşkil edir. Cənubdan, şərqdən və qərbdən bir sıra adalarla əhatələnmişdir. Qərbində Matros adası, cənubunda Volna adası və Bianki adası, şərqində Nord adası yerləşir. Bianki adasından Spokoynı boğazı ilə ayrılır. Adalar qrupundan 6 kilometr şimal-şərqdə Kolomeysev adaları yerləşir.
İvan Fyodorov
İvan Fyodorov (rus. Ива́н Фёдоров, (ukr. Іван Федорович, pol. Iwan Fedorowycz), 1525–16.12.1583)—Rusiyada mətbəənin əsasını qoyan şəxs. == Həyatı == 1553-cü ildə IV İoann Moskvada mətbəə üçün xüsusi bina tikməyi əmr etdi. 1550-ci illərə qədər "anonimləri" buraxıldı. Müəllifsiz materiallar, çıxış məlumatı, nəşrlər. Güman edirlər ki, İvan Fyodorov bu mətbəədə həmin üsulla işləyər. Amma burada o ayrı poliqrafiya qaydalarını öyrəndi. Əvvəl Rusiyada bu üsullar heç yerdə tətbiq edilmirdi.
Fyodorov armudu
Fyodorov armudu (lat. Pyrus fedorovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 5 m-dək olan, piramidal çətirli ağac və ya koldur. Budaqları uzun, nazik iynəlidir. Meyvələri yumru-yumurtavari, sarı, qırmızı xallıdır. == Ekologiyası == Quraqlığa, istiyə, soyuğa davamlı bitkidir. Torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Culfa rayonunun Camaldın kəndi yaxınlığında yayılmışdır. == İstifadəsi == Dekorativ bitki olduğundan tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.

Oxşar sözlər

#fyodor nədir? #fyodor sözünün mənası #fyodor nə deməkdir? #fyodor sözünün izahı #fyodor sözünün yazılışı #fyodor necə yazılır? #fyodor sözünün düzgün yazılışı #fyodor leksik mənası #fyodor sözünün sinonimi #fyodor sözünün yaxın mənalı sözlər #fyodor sözünün əks mənası #fyodor sözünün etimologiyası #fyodor sözünün orfoqrafiyası #fyodor rusca #fyodor inglisça #fyodor fransızca #fyodor sözünün istifadəsi #sözlük