Feodorit
Feodorit (təq. 393, Antioxiya – 457 və ya ən tezi 458 və ən geci 466) — Erkən dövr xristian dini ilahiyyatçısı və din xadimi.
== Həyatı ==
Məşhur xristian ilahiyyatçısı Feodorit təxminən 386 və yaxud 393-cü ildə Antioxiya (indiki Antakya) şəhərində doğulmuşdur. Onun həyatının ilk illəri haqqında çox az məlumat vardır. Əldə olan məlumatlarda, varlı ailədə dünyaya gəldiyi, anasının dindar qadın olduğu bildirilmişdir. Doğma şəhərində öz dövrünə görə yaxşı təhsil aldıqdan sonra, kilsəyə qatılmış, dyakon vəzifəsinədək yüksəlmişdir. Tarixçilər onun hələ bu dövrdən tərki-dünyalığa meyl göstərdiyini bildirirdilər.
== Dini fəaliyyəti ==
423-cü ildə Antakyanın yaxınlığındakı kiçik Kir şəhərində İsidorun yerinə yepiskop olmuşdur. Bu şəhərdəki ilk illəri çətin keçmişdir, belə ki, şəhər əhalisinin xeyli hissəsi qeyri-xristianlardan (yəhudi və bütpərəstlərdən) ibarət idi. Əhali arasında onun nüfuzu xeyriyyəçəliyinə görə yüksək idi, çünki, o hələ Antakyada yaşayarkən, əmlakının mühüm hissəsini fəqirlərə vermişdi, Kirə gəldikdən sonra isə qalan bütün əmlakını şəhərin abadlaşdırılmasına sərf etmişdir.