geomor sözü azərbaycan dilində

geomor

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • geomor • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abraziya (geomorfologiya)
Abraziya proses — dəniz dalğaları və axınların köklü süxurları mexiniki parçalama prosesidir. Abrazion proses nəticəsində sahil yuyulur, hamarlaşır və abrazion düzənliklər, terraslar və b. relyef formaları əmələ gəlir.Abraziya — akkumulyativ hamarlanma səthi dəniz dalğalarının abrazion- akkumulyativ fəaliyyəti ilə əlaqədar yaranan üfüqüyə yaxın səthdir. Abraziya qalıq qayalar — abrazion proseslər nəticəsində cilalanmış, dağılmaya davamlı möhkəm süxurlardan ibarət qayalar. Dəniz, göl səviyyəsindən yüksələn divar, dəniz boğazı, qüllə, konus və s. formalarda olur. Sinonim: Kekurlar. == Ədəbiyyat == Геологический словарь, М: Недра, 1978 В. Б. Караулов, М. И. Никитина. Геология.
Geomorfogenez
Geomorfogenez – (rus. геоморфогенез, ing. geomorphogenesis) yer səthi relyef formalarının onların inkişaf tarixi ilə əla¬qədar yaranması.
Geomorfologiya
Geomorfologiya (q.yun. γῆ — Yer + μορφή — Forma + λόγος — Tədris) — çox mürəkkəb daxili və xarici quruluşa malik olan relyefdə baş verən bütün prosesləri, qanunauyğunluqları öyrənən elm. Yer səthində yaranan relyef formaları açıq (çay dərələri, yarğan, qobu və s.) və ya qapalı (təpə, çalalar, çüxurlar, karst qıfları və s.) olurlar. Onlar həmçinin müsbət (qabarıq) və ya mənfi (çökək) formalara malik olurlar. Ən böyük müsbət formaya materik qalxmaları, mənfi formaya isə okean çökəkliyi aiddir.Relyef dedikdə, yerin bütün kələ-kötürlüklərinin məcmuyu nəzərdə tutulur.O, müxtəlif istiqamətli daxili ( endogen ) və xarici ( ekzogen ) geoloji proseslərin yer qabığına təsiri nəticəsində yaranır. Həm də bu və ya digər prosesin üstünlük təşkil etməsi, onun davamiyyəti və coğrafi zonallığı əsas rol oynayır. Əgər endogen proseslər ( tektonik və vulkanik ) yer səthində ilkin müsbət və mənfi formalar əmələ gətirir. == Relyefin formaları. == Yer səthində inkişaf etmiş bütün relyef formaları endogen və ekzogen qüvvələrin qarşılıqlı təsirinin məhsulu olub, müsbət və mənfi, sadə və mürəkkəb olmaqla planetar relyef, meqarelyef, makrorelyef, mezorelyef, mikrorelyef və naporelyef kateqoriyalarına ayrılır. Planetar relyef – tektonik mənşəli olub, bir planet kimi Yerin zahiri görünüşünü müəyyənləşdirən yer səthinin ən iri elementlərini – materikləri və okeanları əhatə edir.
Geomorfoloji Skil
Geomorfoloji Skil (rus. геоморфологичеcкий цикл, ing. geomorphological cycle) -coğrafi sikl – hər-hansı ərazinin tektonik hərəkətlərlə Dünya okean səviyyəsindən yüksəyə qaldırılmasından başlayaraq müx-təlif ekzogen proseslərin təsiri ilə hamarlanaraq əvvəlki səviyyəsinə yaxın vəziyyətdə peneplen əmələ kəsilməsinə qədər, relyefin ardıcıl dəyişməsi. İqlim şəraitindən və əsas aparıcı denudasion amillərdən asılı olaraq G.s. su-erozion, arid, buz-laq, dəniz, karst və b. sikllərə ayrılır. Hər bir sikl relyefin morfoloji əlamətlərinə görə bir-birindən fərqlənən gənclik, yetkinlik, qocalıq və zəiflik mərhələlərinə ayrılır. Nəzəriyyə 19 əsrin axırlarında amerika geomorfoloqu U.Devis tərəfindən irəli sürülmüşdür.
Geomorfoloji amillər
Geomorfoloji amillər - relyef əmələgəlmə amilləri, bütün yer kürəsinin yaxud onun hər hansı regionunun relyefini formalaşdıran endogen (Tektonika, vulkanizm) və ekzogen(eroziya, deflyasiya, karst və b.) amillərin məcmu. Keçmiş sovet geomorfoloqu İ.S.Şukin (1969) tərəfindən təklif edilmişdir.
Geomorfoloji anomaliya
Geomorfoloji anomaliya-Mojayevə görə lokal sahələrin relyefini və relyef əmələgətirici proseslərini ətraf ərazilərin relyefindən fərqləndirən genetik, morfoloji, yaxud yaş xüsusiyyətləri.Mənşəyinə görə: G.a.endogen (tektonik pillə, palçıq vulkanı və s.), ekzogen (ayrı-ayrı moren tirələri, kamlar və s.) qarışıq mənşəli (dərənin morfologiyasında dəyişiklik, inkişafda olan strukturanın tağının yuyulması və s.) ola bilər.G.a.əksəriyyəti sonuncu kateqoriyaya aiddir.
Geomorfoloji mərhələ
Geomorfoloji mərhələ- İ.P. Gerasimov və Y.A.Meşəryakov (1964) tərəfindən irəli sürülmüşdür.G.m.Yerin inkişaf tarixində geoloji mərhələdən təcrid olunmuş müstəqil mərhələ kimi qiymətləndirilir.G.m.vaxt cəhətdən neotektonik mərhələyə müvafiq gəlsədə də onların hər birini müstəqil mərhələ kimi ayırmaq lazımdır.Neotektonik hərəkətlər Yerin müasir geomorfoloji quruluşunu formalaşdıran hərəkətlərdir. G.m.Mezezoyun xeyli hissəsini və bütünlüklə kaynazoyu əhatə edir.Bu dövrdə cavan platformalar və dağlar (Alp və qismən Mezazoy dağ sistemləri) formalaşmışdır.Bu dövrdə cavan materiklər yaranmış və onlar materiklərin qədim özülü ətrafında birləşərək materik çıxıntılarını birləşdirir.Mis: Qərbi Sibir, Turan və Qərbi Avropa cavan platformaların yaranması və onların Sibir və Şərqi Avropa sipərləri ətrafında birləşməsi nəticəsində nəhəng Avrasiya platforması yaranmışdır. Mezokaynozoy dövründə cavan platforma, dağ və dağarası çökəkliklərin yaranması; Yer səthində Alp, Qafqaz, Himalay, Kordilyer, And dağları, Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi, Mərkəzi Asiyanın quru (Uyqur) çökəkliklərin yaranması;Avrasiyanın şərq sahili boyunca dərin tektonik yarıqlarla müşayət olunan qövsvari dağlar adalar sistemi formalaşması və s.Gətirdiyimiz misallar geomorfoloji mərhələnin ayrılmasına tam əsas verir.
Geomorfoloji rayonlaşdırma
== Ümumi məlumat == Elmin və texnikanın müasir dinamik inkişafı coğrafi təbəqənin müxtəlif komponentləri arasında səbəb-nəticə əlaqəsinin formalaşma və işləmə qanunuyğunluqlarının daha səmərəli və effektiv tədqiqat yollarının hazırlanmasını tələb edir. Bu məqsədlə Azərbaycanın müasir relyefinin və onun geoloji-tektonik quruluşunun formalaşmasının qanunauyğunluqlarının aşkara çıxarılmasının çox mühüm elmi-təcrübi əhəmiyyəti vardır. Azərbaycan ərazisi morfotektonik cəhətdən Böyük və Kiçik Qafqazın şərq, həmçinin İran və Cənubi Qafqaz dağlıq yaylalarının bəzi hissələrini özündə birləşdirən Alp-Himalay qırışıq zonasına aiddir. Tədqiqat ərazisi çox mürəkkəb geoloji-tektonik quruluşa malik olmaqla, tektonik örtüyün, maqmatik və palçıq vulkanizminin geniş inkişafı iri morfostrukturların yayılma istiqamətinin tez-tez dəyişməsi ilə yeni tektonik və müasir seysmotektonik proseslərin aktivliyi, həmçinin ekzogen relyef əmələgətirici proseslərin kəskin differensiasiyası ilə seçilir. Azərbaycanın relyefi qlobal Avrasiya və Ərəbistan litosfer tavalarının qarşılaşması və toqquşması sahəsidir. Belə ki, bu ərazinin müasir morfotektonik karkası mezotetis okean qabığının Skif tavasının altına, Anadolu-İran tavasının (Misxana-Dərələyəz) isə Ön Qafqaz tavasının altına subduksiyası nəticəsində formalaşmışdır. Bu zaman baş verən müxtəlif morfotektonik proseslər nəticəsində mürəkkəb tərkibli geomorfoloji vilayətlər əmələ gəlmiş, Böyük və Kiçik Qafqaz, Talış dağlıq sistemlərinin, eləcə də geniş Kür dağarası çökəkliyinin intensiv differensiasiyalı üfüqi və şaquli tektonik hərəkətləri yaranmışlar. Azərbaycan daxilində Böyük Qafqaz Baş Qafqaz, Yan və Niyaldağ silsilələri, həmçinin çoxsaylı dağ qolları və dağarası çökəkliklərdən və s. ibarət olan iri və mürəkkəb quruluşlu meqantiklinori təşkil edir. Böyük Qazfqaz mezozoy, paleogen, neogen və dördüncü dövrün çökmə, qismən də maqmatik süxurlarından təşkil olunmuşdur.
Geomorfoloji səviyyələr
Geomorfoloji səviyyələr-(rus. геоморфологические уровни, ing. geomorphic levels) 1) uzun müddət tektonik sabitlik dövrlərində ayrı-ayrı ekzogen proseslərin təsiri nəticəsində hamarlanmış səciyyəvi relyef formalarının əmələ gəldiyi, yer səthinin hipsometrik səviyyələri. 4 planetar səviyyə ayrılır: -abrazion-akkumulyativ; erozion peneplen; qar xətti səviyyəsi; dağların zirvələr səthi; 2) düzəlmə səthlərində olduğu kimi.
Geomorfoloji terminlərin izahlı lüğəti
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir.Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Geomorfoloji terminlərin izahlı lüğəti (AMEA)
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir.Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Konstruktiv Geomorfologiya
Konstruktiv Geomorfologiya-(rus. конструктивная геомор-фология, ing. constructive geomorphology) geomorfologiyanın bir bölməsi, daha geniş mənada, tətbiqi geomorfologiya. Yer səthində mövcud olan və onu mürəkkəbləşdirən relyef formalarının təcrübi məqsədlər üçün istifadə etmək yollarını izah edir və onu istiqamətləndirir.

"geomor" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#geomor nədir? #geomor sözünün mənası #geomor nə deməkdir? #geomor sözünün izahı #geomor sözünün yazılışı #geomor necə yazılır? #geomor sözünün düzgün yazılışı #geomor leksik mənası #geomor sözünün sinonimi #geomor sözünün yaxın mənalı sözlər #geomor sözünün əks mənası #geomor sözünün etimologiyası #geomor sözünün orfoqrafiyası #geomor rusca #geomor inglisça #geomor fransızca #geomor sözünün istifadəsi #sözlük