fəlakət-faciə sözü azərbaycan dilində

fəlakət-faciə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fəlakət-faciə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Faciə
Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; tragediya. Attika faciəsi - (hərfi "keçilərin mahnısı"). Yunanıstanda lirika özünü arxaika dövründə ifadə etdiyi kimi, e.ə V əsr Afina ədəbi, bədii yaradıcılığın mərkəzi olanda, faciə(traqediya) və məsxərə(komediya) dili ilə danışdı. Faciə xorla,keçi dərisi geyinmiş və Dionisin daimi yoldaşlarını təsvir edən "satir"lar tərəfindən oxunan mahnılardan, difiramlardan yaranmışdı. Satirlərin yaxud "keçilərin" belə xorları, artıq e.ə VII əsrdə, bütün Yunanıstanda mövcud idi. Pisistratın, ümumdövlət Böyük Dionisilər bayramını təsis etməsinin sayəsində, xalqın Dionisi kultu indi artıq rəsmi hökumətin dəstəyinə arxalanmağa başladı.[1] Ən tanınmış faciə yazıçıları: Esxil, Sofokl, Evripid, Jan Rasin. Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirov olmuşdur. Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında yazdığı faciələri ilə dərin iz qoymuşdur. == Ədəbiyyat == История культуры Древней Греции и Рима. Москва "Высшая школа" 1990 səh.
Fəlakət
Fövqəladə hallar-qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şəraitdir. Bunun nəticəsində insan təlafatı,onun sağlamlığına və ətraf mühitə zərər, böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir.
Faciə (janr)
Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; tragediya. Attika faciəsi - (hərfi "keçilərin mahnısı"). Yunanıstanda lirika özünü arxaika dövründə ifadə etdiyi kimi, e.ə V əsr Afina ədəbi, bədii yaradıcılığın mərkəzi olanda, faciə(traqediya) və məsxərə(komediya) dili ilə danışdı. Faciə xorla,keçi dərisi geyinmiş və Dionisin daimi yoldaşlarını təsvir edən "satir"lar tərəfindən oxunan mahnılardan, difiramlardan yaranmışdı. Satirlərin yaxud "keçilərin" belə xorları, artıq e.ə VII əsrdə, bütün Yunanıstanda mövcud idi. Pisistratın, ümumdövlət Böyük Dionisilər bayramını təsis etməsinin sayəsində, xalqın Dionisi kultu indi artıq rəsmi hökumətin dəstəyinə arxalanmağa başladı.[1] Ən tanınmış faciə yazıçıları: Esxil, Sofokl, Evripid, Jan Rasin. Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirov olmuşdur. Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında yazdığı faciələri ilə dərin iz qoymuşdur. == Ədəbiyyat == История культуры Древней Греции и Рима. Москва "Высшая школа" 1990 səh.
Faciə janrı
Ekoloji fəlakət
Ekoloji fəlakət (ing.
Fəlakət filmi
Fəlakət filmi, mövzusu qarşıdan gələn və ya davam edən təbii fəlakət və ya kataklizm olan film janrıdır. Belə fəlakətlərə daşqınlar, zəlzələlər, sunamilər və ya toqquşmalar kimi təbii fəlakətlər; gəmi və ya təyyarə qəzaları və ya dünya miqyasında xəstəlik epidemiyaları kimi fəlakətlər daxildir. Döyüş filmlərinin alt janrı olan bu filmlərin süjet xətti çox vaxt müəyyən bir personaj və ya onların ailəsinin, ya da müxtəlif insanların fəlakətin baş verdiyi ana qədərki dövrünü, fəlakətin baş verdiyi anı və bəzən də fəlakətdən sonrakı nəticələr zamanı həyatda sağ qalma taktikalarını təsvir edən hadisələri göstərir.
Təbii fəlakət
Təbii fəlakət — böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisədir. Fəlakətin ilk xüsusiyyəti təbii olması, ikincisi can və mal itkisinə səbəb olması, bir digəri çox qısa zamanda meydana gəlməsi və son olaraq da başladıqdan sonra insanlar tərəfindən əngəllənə bilməməsidir. Bəzi fəlakətlərin yer üzünün haralarında daha çox olduğu bilinməkdədir. Məsələn; zəlzələ, uçqun, sel, donma kimi bəzi fəlakətlərin nəticələri zəlzələdə olduğu kimi birbaşa və dərhal ortaya çıxar, amma quraqlıqda olduğu kimi bəzilərinin nəticələri isə uzun bir zaman sonra və bilavasitə olaraq görülür. Sellərin öyrənilməsi, proqnozlaşdırılması və qarşısının alınması tədbirlərinin reallaşdırılması müasir dövrün çətin problemlərindəndir. Hazırda Yer kürəsində əhalinin sayının artması, insan resurslarının şəhərlərdə toplanması, antropogen-texnogen təsirlərin güclənməsi, eləcə də insanın təbii proseslərə müdaxiləsinin artması, ekosistemlərdə təbii qarşılıqlı əlaqələrin pozulması və mürəkkəb mühəndis konstruksiyalarının fəaliyyətinin genişlənməsi ilə əlaqədar təbii fəlakətlərin nəticələri daha mürəkkəb və daha təhlükəli xarakter alır. Məhz bu səbəbdən təbii fəlakətlərin artması və ziyanın çoxalması kimi neqativ tendensiyaların yaranmasına və inkişafına şərait yaradır. Hidrosferdə təbii və antropogen təsirlərin törətdiyi dağıdıcı nəticələri bu gün Xəzərin ekoloji durumunda daha parlaq müşahidələr etmək olar == Növləri == ==== Geoloji mənşəlilər ==== Bunlar birbaşa qaynağını yer qabığı ya da yerin dərinliklərindən edən təbii fəlakətlərdir: Zəlzələ Sürüşmə Vulkan püskürməsi Sunami === Meteoroloji mənşəlilər === Atmosfer dəki təbiət hadisələri nəticəsində meydana gəlirlər. Sel Eroziya Daşqın Uçqun Tufan Quraqlıq Meşə yanğınları İqlim dəyişiklikləri XortumMeteoroloji fəlakətlərin meydana gəlməsini hazırlayan əsas faktorlar atmosfer mənşəli olmasına baxmayaraq, bəzilərində fəlakətin meydana gəldiyi yerin xüsusiyyətləri də təsirli olmaqdadır. Sel, uçqun və sis buna nümunə olaraq verilə bilər.
Fəlakət diplomatiyası
Fəlakət diplomatiyası — quraqlıq diplomatiyası, zəlzələ diplomatiyası, tibbi diplomatiya, tsunami diplomatiyası, peyvənd diplomatiyası və vulkan diplomatiyası kimi anlayışları birləşdirən inkişaf edən anlayış. O, humanitar aksiyaların həm effektiv strategiyaları, həm də siyasi nəticələri ilə bağlıdır. == Quraqlıq diplomatiyası == Dünyanın ən böyük suyun duzsuzlaşdırıcı ölkələrdən olan İsrail və dünyanın ən çox su çatışmazlığı olan ölkələrdən olan İordaniya arasında 2021-ci ildə imzalanan müqaviləyə görə, İordaniya İsraildən su alır, əvəzinə isə İsrail İordaniyadan günəşdən gələn elektrik enerjisini alır. O zaman, İordaniya öz tarixində ən ağır quraqlıqlarıdanan birini yaşayırdı. == Zəlzələ diplomatiyası == Türkiyə və Yunanıstan arasındaki Kardak böhranıdan üç il sonra, 1999-cu ildə hər iki ölkədə baş verən zəlzələlər münasibətlərinin yaxşılaşdırmağı ilə nəticələnib. Öncə avqustun 17-də İstanbulun yanında yerləşən İzmit şəhərində baş verən zəlzələdən sonra Yunanıstan Türkiyəyə xilasediciləri, axtırış itləri, həkimləri, mobil xastəxanaları və humanitar yardımı göndərib. Bundan bir ay sonra, Yunanısatan paytaxt şəhəri Afina şəhərində də zəlzələ baş verib və bu dəfə Türkiyə Yunanıstana öz yardımını göndərmiş.2020-ci ildə Egey dənizində baş vermiş zəlzələ və tsunami ən çox Türkiyənin İzmir şəhərinə təsir edib. Yunanıstan Baş Naziri Kiriakos Mitsotakis Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək baş sağlığını bildirib və Türkiyəyə xilasedici komandaları gönərmiş.Araşdırmacı və jurnalist Güney Yılmazın fikrincə, 1999-cu ilin zəlzələləridən sonra Türkiyə-Yunanıstan münasibətlərində müşahidə olunan yaxınlaşma başqa siyasi amillərlə bağlı idi. 2020-ci ilin zəlzələsidən sonra, gözləmələrə baxmıyaraq, isə bu cür yaxınlaşma müşahidə olunmamış.2023-cü ildə Türkiyə və Suriyada baş vermiş zəlzələdən sonra Yunanıstan Türkiyəyə yardımını təklif etmiş ilk ölkə olub.Həm 1999-cu, həm də 2023-cü ildə İsrail Türkiyəyə yardım göndərən ölkələrin arasında idi. Halbuki, The Jerusalem Post üçün yazan Herb Keinon qeyd edir ki, 1999-cu ilin nümunəsi fəlakət diplomatiyasının siyasi təsiri qısa ömürlü olduğunu göstərir.
Aerozol katastrof (fəlakət)
AEROZOL KATASTROF (FƏLAKƏT) – təbii (məs., vulkan püskürməsi) və ya süni (məs. böyük nüvə konflikti) səbəblər nəticəsində aerozolun miqdarının kəskin yüksəlməsi. Atmosferdə geniş aerozol zonasının yaranması atmosferin saflığını azaldır, bununla əlaqədar Yer səthinə düşən günəş radiasiyasını zəiflədir. Bu isə, öz növbəsində iqlimin (havanın) soyumasına, geniş ərazilərdə bitkilərin donmasına, heyvanların, insanların soyuqdan və aclıqdan kütləvi qırğınına səbəb olur. Aerozol katastrof şübhəsiz, keçmiş geoloji dövrlərdə baş vermişdir. O, nüvə müharibəsi olarsa da baş verə bilər.
Təbii fəlakət filmi
Təbii fəlakət filmi - film qəhrəmanları qəzaya düşdüb və xilas olmağa çalışırlar. Spesifik növ triller və dram.Söhbət təbii fəlakət (qasırğa, zəlzələ, vulkan püskürməsi və s) barədə məlumat, həm də texnogen qəza (təyyarənin qəzaya uğraması, məsələn) barədə gedə bilər. 1990-cı illərdən başlayaraq inkişaf edən kompüter effektlərinin nəticəsində daha canlandırıcı və baxımlı filmlər çəkilməyə başladı,bunlara " Sürət ",Armageddon (film, 1998), tarixi fəlakət filmlərindən Titanik (film, 1997) kimi filmləri misal göstərmək olar.
"Neft Daşları"nda faciə
"Neft Daşları"nda faciə — 21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə. Hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir. == Səbəbləri == Faciənin baş verməsinin əsas səbəbi hava şəraiti olmuşdur. Belə ki, həmin vaxt Neft Daşlarında saniyədə 44 metr sürətlə güclü külək əsirdi ki, bu da 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğanın yaranmasına səbəb olmuşdur. Nəticədə dəniz özülü qasırğanın gücünə tab gətirməyərək dağılmış və həmin ərazidə olan 21 nəfər bataraq həlak olmuşlar. Onların batdığı yerdə səhərədək qışqırıq, köməyə çağırış səsləri eşidilsə də o dövrdəki texniki imkanlar şəraitində onlara kömək etmək mümkün olmamışdır. == Həlak olanlar == Hadisə nəticəsində "Neft daşları" Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları — Neft Daşlarının əsasını qoyanlardan M. P. Kaveroçkinin və S. Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olmuşdur.. Əksəriyyəti gənc və subay oğlan olan neftçi şəhidlərinin meyidlərini tapmaq mümkün olmamışdır Həlak olanlar bunlardır: Mixail Pavloviç Kaveroçkin; Süleyman Bağırov; İbrahim Qurban oğlu Sadıqov; Nikolay Duplixin; Məmməd Muradov; Bala Mirzəyev. Əbdülhəsən Babayev Hemidullah Elizade[mənbə göstərin] == Xatirəsi == Faciədən sonra hər il noyabrın 21-də onların batdığı yerə 21 dəst qərənfil atmaqla onların ruhları yad edilir.
Nadir şah (tarixi faciə)
"Nadir şah"(tarixi faciə) — Nəriman Nərimanov çar hökuməti orqanlarının təqiblərindən yaxa qurtarmaq üçün "Nadir şah" əsərində hadisələri İranın XVIII əsr tarixindən - Şah Sultan Hüseyn Səfəvinin dövründən təsvir edir. Tarixi faciədə Nadir amansız quldur, yenilməz sərkərdə, müdrik dövlət başçısı kimi verilmişdir. "Nadir şah"da XVIII əsr hadisələri təsvir olunsa da, XIX əsrin ictimai ruhu, əsarətdən səbri tükənmiş xalqın qəzəb və nifrəti, oyanma əlamətləri öz ifadəsini tapmışdır. == Məzmunu == Nəriman Nərimanovun "Nadir şah" tarixi faciəsində hadisələr Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dövründən başlayır. Dramaturq İranda hökm sürən özbaşınalığı və zülmü Şah Sultan Hüseynin dövlət başçısı kimi zəif olması ilə izah edir. Şah Sultan Hüseyn bütün gününü eyş-işrətdə keçirir. O, dövlətin daxili və xarici vəziyyətindən tamamilə xəbərsizdir. Bütün dövlət işlərini birinci vəziri Ədhəm xanın ixtiyarına vermişdir. Hakimiyyət başına keçmək arzusunda olan Ədhəm Şah Sultan Hüseynin ona olan etimadından və zəifliyindən sui-istifadə edir, ölkədə baş verən hadisələri ondan gizlədir, beləliklə, dövlətin iqtisadi və müdafiə qüdrətinin zəifləməsinə imkan yaradır. Odur ki, yerli hakimlər mahallarda özbaşınalıq edir.
Neft Daşlarında faciə (1957)
"Neft Daşları"nda faciə — 21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə. Hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir. == Səbəbləri == Faciənin baş verməsinin əsas səbəbi hava şəraiti olmuşdur. Belə ki, həmin vaxt Neft Daşlarında saniyədə 44 metr sürətlə güclü külək əsirdi ki, bu da 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğanın yaranmasına səbəb olmuşdur. Nəticədə dəniz özülü qasırğanın gücünə tab gətirməyərək dağılmış və həmin ərazidə olan 21 nəfər bataraq həlak olmuşlar. Onların batdığı yerdə səhərədək qışqırıq, köməyə çağırış səsləri eşidilsə də o dövrdəki texniki imkanlar şəraitində onlara kömək etmək mümkün olmamışdır. == Həlak olanlar == Hadisə nəticəsində "Neft daşları" Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları — Neft Daşlarının əsasını qoyanlardan M. P. Kaveroçkinin və S. Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olmuşdur.. Əksəriyyəti gənc və subay oğlan olan neftçi şəhidlərinin meyidlərini tapmaq mümkün olmamışdır Həlak olanlar bunlardır: Mixail Pavloviç Kaveroçkin; Süleyman Bağırov; İbrahim Qurban oğlu Sadıqov; Nikolay Duplixin; Məmməd Muradov; Bala Mirzəyev. Əbdülhəsən Babayev Hemidullah Elizade[mənbə göstərin] == Xatirəsi == Faciədən sonra hər il noyabrın 21-də onların batdığı yerə 21 dəst qərənfil atmaqla onların ruhları yad edilir.
Tenerife aeroportunda fəlakət (27 mart 1977)
Tenerife aeroportunda fəlakət — 27 mart 1977-ci ildə baş vermiş hadisə. Kanar adalarında İki Boeing 747 Tenerife Aerodromunda toqquşdu və 583 adam öldü. Bu qəza sərnişin təyyarə qəza tarixində ən çox can itkisi verən qəza olaraq tarixə düşdü. == Xarici keçidlər == Final reports from Spanish authorities and commentary from Dutch authorities (ing.) "KLM, B-747, PH-BUF and Pan Am, B-747, N736, collision at Tenerife Airport, Spain, on 27 March 1977." ( Arxivləşdirilib 15 avqust 2011 at the Wayback Machine) - Subsecretaría de Aviación Civil, Spain.

Oxşar sözlər

#fəlakət-faciə nədir? #fəlakət-faciə sözünün mənası #fəlakət-faciə nə deməkdir? #fəlakət-faciə sözünün izahı #fəlakət-faciə sözünün yazılışı #fəlakət-faciə necə yazılır? #fəlakət-faciə sözünün düzgün yazılışı #fəlakət-faciə leksik mənası #fəlakət-faciə sözünün sinonimi #fəlakət-faciə sözünün yaxın mənalı sözlər #fəlakət-faciə sözünün əks mənası #fəlakət-faciə sözünün etimologiyası #fəlakət-faciə sözünün orfoqrafiyası #fəlakət-faciə rusca #fəlakət-faciə inglisça #fəlakət-faciə fransızca #fəlakət-faciə sözünün istifadəsi #sözlük