Fərəcov sözü azərbaycan dilində

Fərəcov

Yazılış

  • Fərəcov • 99.5096%
  • FƏRƏCOV • 0.3395%
  • fərəcov • 0.1509%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fərəcov
Fərəcov — Azərbaycanda daha çox işlədilən soyad. Fərid Fərəcov — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977) Ənvər FərəcovƏnvər Fərəcov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər Fərəcov — yazıçı, publisist, geneoloq.Fərəc FərəcovFərəc Fərəcov (aktyor) — Azərbaycan aktyoru və rejissoru. Fərəc Fərəcov (memar) — Azərbaycan SSR Əməkdar memarı.Cəmil Fərəcov — Rejissor, ssenari müəllifi Əbdürrəhman Fərəcov —aktyor. Anar Fərəcov — aktyor. Sərdar Fərəcov — Azərbaycan bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının katibi. Ədalət Fərəcov — Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor. Nazim Fərəcov — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Əliqulu Fərəcov —iqtisadi elmləri namizədi, professor, Azərbaycan Respublikasının əməkdar iqtisadçısı. Əli Fərəcov — dilçi, filologiya elmləri doktoru, professor.
Anar Fərəcov
Cavid Fərəcov
Cavid Yaşar oğlu Fərəcov (1989; Qızılavar, Masallı rayonu, Azərbaycan SSR) — Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru. == Həyatı == Cavid Fərəcov 1989-cu ildə Masallı rayonunun Qızılavar kəndində anadan olub. == Hərbi xidməti == Cavid Fərəcov 2008-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət edir. Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru olan Cavid Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan, Cəbrayıl və Füzuli istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələrinin, canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəmil Fərəcov
Cəmil Əliqulu oğlu Fərəcov (13 fevral 1946, Bakı – 1 avqust 2023) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu (1969), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib (1974). 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyir. Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var idi. Cəmil Fərəcov Fərəcov 1 avqust 2023-cü ildə vəfat edib. “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. == Filmoqrafiya == Arvadım Mənim, Uşaqlarım Mənim (1978) "Azərbaycan" dünyanı gəzir (film, 1984) "Azərbaycan"da dəniz səyahəti (film, 1976) Ağır şkaf (film, 1971) Axırıncı maqın sonu (film, 1974) Ayna və Həmid (film, 1990) Azərbaycan kinosu-80 (film, 1996) Azərbaycan məktəbi yüksəlişdə (film, 1972) Azərbaycan və Nobel qardaşları (film, 1991) Başdan ayağa (film, 1973) Bəhrə (film, 1984) Bir səfərin izilə (film, 1980) Biz qayıdacağıq (veriliş, 2007) (II) Çay daşının göz yaşı... (film, 1971) Cəh-cəh həsrətində (film, 1983) Diplomlu mütəxəssis (film, 1974) Ev dirəyi-el dirəyi (film, 1982) Fərhad (film, 1987) Foto həvəskarı (film, 1985) Gecikmiş gündəlik (film, 1986) Gəmiqaya (film, 1981) Həmrəylik günü (film, 1976) İkinci həyat (film, 1984) İnsanlar, atlar, təkərlər (film, 1979) Kimdir müqəssir?
Füzuli Fərəcov
Füzuli Fərəcov (azərb. Fərəcov Füzuli Ataş oğlu; rus. Фараджев Физули Аташ оглы; d. 15 avqust, 1958-ci il) - Texnika elmləri namizədi. "Texno‑Svar TMZ" ASC‑nin baş direktoru. Buranın (kosmik gəmi) füzelyajının yığımının iştirakçısı. İctimai Elmlər Akademiyasının həqiqi üzvü. == Həyatı == Fərəcov Füzuli Ataş oğlu 1958-ci il avqustun 15-də Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kəndində çoxuşaqlı traktorçu ailəsində anadan olub. Hələ məktəbdə oxuyarkən o, fizikaya maraq göstərib. Odur ki, onillik təhsilini başa çatdırmaq üçün Bakıya gəlib, 1 saylı fizika-riyaziyyat təmayüllü internat-məktəbə daxil olub.
Fərid Fərəcov
Fərid Fərəcov (iqtisadçı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977). Fərid Fərəcov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Fərəc Fərəcov
Fərəc Fərəcov (aktyor) — Azərbaycan aktyoru və rejissoru. Fərəc Fərəcov (memar) — Azərbaycan SSR Əməkdar memarı. Fərəc Fərəcov (deputat) — Azərbaycan Respublikasının əməkdar jurnalist, deputat.
Kamran Fərəcov
Kamran Fərəcov (kapitan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi. Kamran Fərəcov (baş əsgər) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri, Vətən müharibəsi şəhidi.
Nazim Fərəcov
Nazim Fərəc oğlu Fərəcov (1960, Laçın) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Nazim Fərəcov 1960-cı ildə Laçın rayonunun Qazıdərə kəndində anadan olub. Orta təhsilini Laçın rayonunda alıb. 1978-ci ildə Azərbaycan xalq Təsərrüfatı (indiki İqtisadiyyat Universiteti) institutuna daxil olub. Oranı bitirdikdən sonra əmək fəaliyyətinə Sumqayıt şəhərində başlayıb. 1995–1996-cı illərdə Sumqayıt şəhər Ticarət İdarəsində baş direktor müavini, 1996–1998-ci illərdə Sumqayıt İctimai İaşə Trestinin direktoru vəzifəsində işləyib. Zakir Fərəcovun qardaşıdır. == Siyasi faəliyyəti == 1998–2000 illərdə Sumqayıt Dövlət Əmlak Komitəsi Sumqayıt Bölgə Özəlləşdirmə idarəsində rəis müavini işləyib, eyni zamanda Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə mərkəzində baş direktor əvəzi, Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi, Bakı şəhər Əhalinin Sosial Müdafiə idarəsində rəis və Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində müdir vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə keçirilən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə 121 saylı Laçın seçki dairəsindən millət vəkili seçilib.
Rafiq Fərəcov
Rafiq Fərəcov — Əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Vətən səsi" qəzetinin baş redaktoru. == Həyatı == Rafiq Fərəcov 1952–ci il dekabrın 18–də Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində müəllim ailəsində doğulub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. == Ailə vəziyyəti == Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə mətbuatdan başlayan Rafiq Fərəcov 1975–ci ilin oktyabrından 1979–cu ilin fevralınadək Krasnoselo rayonunda nəşr olunan “Dostluq” rayon qəzetində müxbir, məsul katib, 1979–cu ilin fevralından 1988–ci ilin dekabrınadək həmin qəzetin redaktor müavini, şöbə redaktoru vəzifələrində işləyib. Sonra qaçqınlıq həyatı başlayır və 1988–ci ildən Bakıda Azərbaycan Qaçqınlar Cəmiyyətində çalışır, 1992–ci ilin martında isə sevdiyi peşəsi üzrə işləməyə başlayır. Həmin ildən 1996–cı ilin aprelinədək “Vətən səsi” qəzetində şöbə müdiri, məsul katib, baş redaktorun müavini işləyən Rafiq Fərəcov hazırda bu qəzetin baş redaktorudur. Onun 35 ildən çox jurnalistlik fəaliyyətinin yarısı məhz “Vətən səsi” qəzeti ilə bağlıdır. Rafiq Fərəcov həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Sərdar Fərəcov
Sərdar Fərəculla oğlu Fərəcov (8 dekabr 1957, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycanın fəxri mədəniyyət işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru. == Həyatı == Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirmişdir. Hazırda Üzeyir Hacıbəylinin Ev Muzeyi - nin direktoru vəzifəsində çalışır. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilmişdir. == Mükafatları == 17 sentyabr 2019-cu ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. == Əsərləri == Opera"Şəngülüm, Məngülüm" (2000) - M. Müşfiqin nağılı əsasında uşaqlar üçün rok–operaOperetta"Müsyö Jordan və dərviş" (1998) - libretto müəllifindir "Bankir adaxlı" musiqili komediyası (2000) - libretto T. Vəliyevanındır "Səhnədə məhəbbət" (2000) - libretto Əli ƏmirlinindirDigər vokal əsərləriT. Taisoğlunun sözlərinə səs, xor və simfonik orkestr üçün "Böyük vətəndaş haqqında" Oda (1996); [S. Şahbəylinin söz. xor və estrada-simfonik orkestri üçün "Teatr himni" /Milli teatrın 125 illiyinə həsr olunub/ (1998); "Dədə Qorqud" Oratoriyası (1999); A' capella xoru və klarnet üçün Triptix /V.Səmədoğlunun 60 illiyinə həsr olunub/ (1999); M.Füzulinin söz. səs və simfonik orkestr üçün "Cəfadan qeyri" qəzəl-poeması (1994);İnstrumental əsərlərOrqan üçün "Qəsidə" (1991) - N. Gəncəvinin xatirəsinə Simli kvartet üçün 3 pyes (1991); Skripka və piano üçün pyeslər (2001).Orkestr üçünKiçik simfonik orkestr üçün "Yumoreska" (1995); Simfonik süita (1990) Balet süitası (1991) Simli orkestr üçün Süita (1995); Kamera orkestri üçün "Oxunmamış lay-lay" poeması (1995); "Matəm harayları" simfonik lövhəsi (2000); === Teatr tamaşalarına musiqi === "Ölüləri qəbirstanlıqda basdırın" /müəllif – İ.Şıxlı/,rejissor-R.Almuradlı/ (2005) "Onun iki qabırğası var" /müəllif – Əli Əmirli/ , "Sənsiz yaşaya bilmərəm" /müəllif – M.Haqverdiyev/ (1996); "Yeddi məhbusə" /müəllif – Əli Əmirli/, "Sevirəm səni, Türkiyə" /müəllif – Kamal Abdulla/ (1997); "İtkin ər" /müəllif – Əli Əmirli/, "Yaxşı padşahın nağılı" /müəllif – Anar/, "Molyer" /müəllif – M.Bulqakov/ (1998); "Səhra yuxuları" /müəllif – Anar/, "Şübhəli əhvalat" /müəllif – Qabil/, "Anamın gəlinlik paltarı" /müəllif – Ə.Qasımov/, "Yekəburun Cırtdan" /müəllif – V.Qauf/ (2001).
Tərlan Fərəcov
Fərəcov Tərlan Hüseyn oğlu — texnika elmləri doktoru == Həyatı == Fərəcov Tərlan Hüseyn oğlu Azərbaycan Respublikasının Puşkin rayonunda anadan olmuşdur. 1955-ci ildə "Neft yataqlarının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1955-1958-ci illərdə "Gürganneft" trestində müxtəlif vəzifələrdə işləmişdir. 1958-1968-ci illərdə AzETNÇİ-da böyük mühəndis işləmişdir. 1963-cü ildə "Quyuların qazılması zamanı elastik-plastik süxurların mexaniki xassələrinin və səmərəli dağılmasının tədqiqi" mövzusunda namizədlik, 1968-ci ildə isə "Böyük dərinliklərdə qazıma zamanı dağ süxurlarının dayanıqlığı və dağıdılması proseslərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968-1994-cü illərdə Fərəcov T.H. həmçinin AzNKİ-nun "Nəzəri mexanika" kafedrasında pedaqoji fəaliyyət göstərmiş, "Maşın və mexanizmlər nəzəriyyəsi" kafedrasının müdiri olmuşdur. == Elmi fəaliyyəti == Fərəcov T.H. dağ süxurlarının dağılması mexanikası sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: neft və qaz quyularının qazılması zamanı dağ süxurlarının dağılması və deformasiyası məsələlərinin tədqiqi. Fərəcov T.H. 45 elmi məqalənin və 1 monoqrafiyanın müəllifidir.
Vaqif Fərəcov
== Həyatı == Vaqif Nurəddin oğlu Fərəcov 1974-cü ildə Bakıda anadan olub. 20 nömrəli orta məktəbdə (1981-1991), Politexnik İnstitutunun avtomobil fakültəsində (1991-1996), Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində (2005-2009) təhsil alıb. 1993-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə video-montajçı kimi işləməyə başlayıb. “Səhər” musiqi və informasiya proqramında rejissor asssistenti (1994) və rejissor kimi fəaliyyət göstərib. Bir çox sənədli filmlərin (Heydər Əliyev haqqında), Yeni il şənlikləri, verilişlərin və kliplərin hazırlanmasında rejissor assistenti və rejissor kimi çalışıb. 2005-ci ildən İctimai Televiziyada çalışır. Burada çəkilən bir çox filmlərin ("Mugam", "Xəttatlıq", "Azərbaycanın milli kulinariyası", "Azərbaycanda yaşayan azsaylı xalqlar udinlər haqqında", "Küçə uşaqları", "Kür çayı" və "Heydər Əliyev-85") və verilişlərin ("Yeni Gün", "Azərbaycan palitrası", "Ötən günlərimi qaytara bilsən", "Gənclik həyatı", "Gecənin aydınlığı", "Aktual" tok-şousu, "Sağlam ol", "Salam əsgər") rejissorudur.
Zakir Fərəcov
Zakir Fərəc oğlu Fərəcov (3 fevral 1954, Qazıdərə, Laçın rayonu) — Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı. == Həyatı == Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1961–1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır. 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır. 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur. 1975-ci ildə D. Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-ci ildə həmin institutu bitirmişdir. 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı Birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur. Ailəlidir, 4 qızı, 1 oğlu, 11 nəvəsi var. Nazim Fərəcovun qardaşıdır.
Fərəc Fərəcov (aktyor)
Fərəc Əjdər oğlu Fərəcov (d. 21 fevral 1950, Xırdalan) — Azərbaycan aktyoru və rejissoru. == Həyat və yaradıcılığı == Fərəcov Fərəc Əjdər oğlu (Fərəculla Fərəcullayev) 1950-ci ilin fevral ayının 21-də Abşeron rayonun Xırdalan şəhərində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş, 1975-ci ildə Az.Dövlət İncəsən İnstitunun dram-kino aktyoru fakultəsini başa vuraraq 1982-ci ilədək institutun foto-kino laboratoriyasının müdiri işləmişdir. Elə o zamanlar kino həvəskarları klubunda da fəaliyyət göstərmiş və "İmperiya dəftərxanasının komendantı", "İnama etibarlı ol", "Adi əhvalat", Ə.Nesinin hekayəsi əsasında "Kiminə hay-hay, kiminə vay-vay" və s. filmlərini çəkmişdir. "İmperiya dəftərxanasının komendantı" Respublika festivalında 2-ci yerə, "İnama etibarlı ol" filmi isə 3-cü yerə layiq görülmüşdür. "Adi əhvalat" filmi isə 1978-ci ildə "Leninqrad və Baltikyanı respublikaların kiçik kino festivalı"nda iştirak etmişdir.Fərəc Fərəcov "Dağlar oğlu" tamaşasında Əliş roluna görə (rejissor Q.Mürsəlov) 1976-79-cu illərdə keçirilən "Ümumittifaq bədii özfəaliyyət festivalları"nın laureatı olmuşdur. Həmin dövrlərdə görkəmli rejissor, SSRİ xalq artisti Adil İsgəndərovun quruluş verdiyi S.Vurğunun "Xanlar" pyesində-Qalabəyi, daha sonra "Dağılan tifaq"da-Mirzə Bayram rolunu oynamışdır. Nəsir Sadıqzadənin quruluşunda S.Sveyqin "Sahildə bir ev" əsərində Rekurd obrazını yaratmışdır.
Zülfüqar Fərəcov
Zülfüqar Müseyib oğlu Fərəcov (27 aprel 1977; Əmiranlar, Xocavənd rayonu, Azərbaycan SSR — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zülfüqar Fərəcov 1977-ci il aprelin 27-də Xocavənd rayonunun Əmiranlar kəndində anadan olmuşdur. 1983-1992-ci illərdə orta təhsil almışdır. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Zülfüqar Fərəcov 1995-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Zülfüqar Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində snayper olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zülfüqar Fərəcov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində həlak olmuşdur.
Çingiz Fərəcov
Çingiz Əliş oğlu Fərəcov (21 sentyabr 1942, Xələfşə, Qaryagin rayonu – 15 dekabr 2016, Bakı) — Azərbaycan Kommunist Partiyası Xaçmaz Rayon, Dəvəçi Rayon və Astara Rayon partiya komitələrinin birinci katibi. == Həyatı == Çingiz Fərəcov 1942-ci ildə Füzuli rayonunun Xələfşə kəndində anadan olmuşdur. O, Şuşa şəhərindəki 5 nömrəli uşaq evində təhsil almışdır. Çingiz Fərəcov burada 1955-ci ildən pioner təşkilatında ictimai işlərə başlayır. Əvvəl manqa başçısı, sonralar isə dəstə rəhbəri və drujina sovetinin sədri seçilir. 1956-cı ildə uşaq evində ikən 7-ci sinfi bitirən Çingiz Fərəcov Şuşa Kənd Təsərrüfatı Texnikumunun baytarlıq fakültəsinə daxil olur. Uşaq evində və Şuşa rayon mədəniyyət şöbəsinin bədii özfəaliyyət kollektivlərinin fəal üzvü olan Çingiz Fərəcov Bakıda respublika olimpiadasında, 1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasında iştirak edir. 1960-cı ildə Şuşa Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə (qırmızı) diplomu ilə bitirib, Sumqayıt şəhərinin Altıağac kəndindəki heyvandarlıq sovxozunun 9 nömrəli qoyunçuluq briqadasında əvvəl baş çoban, sonra isə təsərrüfatda baytar texniki təyin olunur. O, 1962-ci ilin avqust ayında Daşkənd şəhərində keçirilən Sov. İKP Mərkəzi Komitənin birinci katibi N. S.Хruşşovun iştirak etdiyi, Orta Asiya və Azərbaycan respublikaları kənd təsərrüfatı qabaqcıllarının müşavirəsində iştirak edir.
İlkin Fərəcov
İlkin Sahib oğlu Fərəcov (13 aprel 1992; Füzuli rayonu, Azərbaycan — 16 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Fərəcov 1992-ci il aprelin 13-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Fərəcov oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı Kürdlər kəndi istiqamətində şəhid olub. Füzuli rayonunun Bala Bəhmənli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Fərəcov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Fərəcov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əbdürrəhman Fərəcov
Əbdürrəhman Mürsəlqulu oğlu Fərəcov (1892-1952)—aktyor, Leyli rolunun ilk ifaçısı. == Həyatı == == Fəaliyyəti == Bəllidir ki, "Leyli və Məcnun"un ilk tamaşası olduqca uğurlu keçib. Leyli rolunun da ifaçısı çayçı şagirdi Əbdürrəhman Fərəcov olub. Bir dəfə Üzeyir bəy Hacıbəyov çayxanada olarkən təsadüfən bu çayçı şagirdinin xoş zümzüməsini eşidərək səsinə valeh olub. Leyli rolunu yaratmaq üçün qadın tapılmadığından xəyalına məhz Əbdürrəhman Fərəcov gəlib. Həm səsinin məlahətini, həm də boy-buxununun incəliyini nəzərə alıb onu inandırıb ki, Leyli obrazını yarada bilər. Hüseynqulu Sarabski "Bir aktyorun xatirələri" adlı kitabında yazırdı: "Çox yalvar-yaxardan sonra Əbdürrəhman Fərəcovu Leyli rolunu oynamağa razı sala bildik". Amma Əbdürrəhman Fərəcov ikinci tamaşa zamanı Leyli rolunu oynamaqdan imtina edib. Məşədi Cəmil Əmirov muğam kursu açır. Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Əli Cavad oğlu, Əbdürrəhman Fərəcov və Musa Şuşinski kimi sənətkarlar bu kursdan faydalanır.
Ədalət Fərəcov
Fərəcov Ədalət Nurulla oğlu (d.1936) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor. == Həyatı == Ədalət Nurulla oğlu 1936-cı ildə Masallı rayonunun Öncəqala kəndində doğulub.
Əflatun Fərəcov
Əflatun Mircangir oğlu Fərəcov (7 oktyabr 1999; Osakücə, Lənkəran rayonu, Azərbaycan — 20 noyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əflatun Fərəcov 7 oktyabr 1999-cu ildə Lənkəran rayonunun Osakücə kəndində doqquzuşaqlı ailədə anadan olmuşdur. Ailəsində özü ilə birgə 5 bacısı və 4 qardaşı var idi. Atası Mircangir Fərəcov və anası Mahirə Səmədova Əflatun uşaq yaşında olarkən vəfat etmişdir. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Əflatun Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əflatun Fərəcov Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Bir müddət sonra tapılan nəşi 20 noyabr 2020-ci ildə Lənkəran rayonunda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əflatun Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əflatun Fərəcov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əflatun Fərəcov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əli Fərəcov
Fərəcov Əli Abbas oğlu — filoloq, dilçi, filologiya elmləri doktoru (1972), professor (1973). == Həyatı == Əli Fərəcov 1927-ci il iyunun 7-də Qərbi Azərbaycanda İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirəndən sonra İrəvan Pedaqoji Texnikumunda təhsil almışdır. Əmək fəaliyyətinə Zəngibasar rayonu kənd orta məktəbində müəllim kimi başlamışdır. Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində təhsil almışdır (1946-1951). Azərbaycan Dövlət Nəşriyyatında kiçik redaktor, redaktor, böyük redaktor, "Tədrisnəşr"də böyük redaktor vəzifələrində çalışmışdır (1951-1960). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1960-1964). "Şagirdlərdə morfoloji məfhumların mənimsənilməsinin metodik əsasları" müvzusunda doktorluq dissertasiyası (1972) müdafiə etmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ibtidai təhsil metodikası və pedaqogikası fakültəsində dekan müavini, filologiya fakültəsinin dekanı, eyni zamanda institutun "Elmi əsərləri"nin məsul katibi olmuşdur. Elmi-pedaqoji və metodik əsərləri və tərcüməçilik fəaliyyəti ilə tanınmışdır.
Əliqulu Fərəcov
Əliqulu Səttar oğlu Fərəcov (15 mart 1898, Ordubad, Naxçıvan qəzası – 20 yanvar 1981, Bakı) — iqtisadçı, iqtisad elmləri namizədi, professor (1939), Azərbaycan SSR əməkdar iqtisadçısı (1967). == Həyatı == Fərəcov Əliqulu Səttar oğlu, 15 mart 1898-ci il tarixində Ordubadda anadan olmuşdur. O, 1915-ci ildə Tiflis ticarət kurslarını, 1927-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Fərəcov, Azərbaycanda uçotun qurulmasında mühüm rol oynamış və bir növ banisi kimi tanınmışdır. O, bir çox sahibkar şirkət və firmalarda mühasib kimi işləmiş və 1917–1920-ci illərdə hesabdar-mühasiblər kursları (o vaxtlar Əliqulu Fərəcov kursu adlanırdı) açaraq onu o dövrün tələblərinə uyğun təşkil etmək üçün rus alim-mütəxəssislərini Azərbaycana dəvət edərək, onların təcrübəsindən istifadə etmişdir. Mühasibat uçotu ixtisası üzrə mütəxəssisləri daha təkmil formada hazırlamaq üçün Əliqulu Fərəcov kadr hazırlığının daha müasir orta ixtisas və ali təhsil sistemini seçməyə üstünlük vermiş, demək olar ki, ona nail olaraq bu kadrları hazırlayan "Statistika", "Kommersiya" texnikumlarının, Azərbaycan Dövlət Sənaye İnstitutunun nəzdində iqtisad fakültəsinin və sonradan bu fakültənin bazasında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun açılmasında və fəaliyyət göstərməsində iştirak etmişdir. Uzun müddət respublikanın ali məktəblərində dərs demişdir. Elmi-pedaqoji fəaliyyətilə yanaşı, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) prorektoru (1943–1944), Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) rektoru (1944–1950), bir sıra kafedraların, o cümlədən ADU-nun mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi kafedrasının (1959–1960) müdiri, ADU-nun (1962–1966) və AXTİ-nin məsləhətçi professoru (1966-cı ildən) olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat bölməsində (indiki İqtisadiyyat İnstitutu) baş elmi işçi, şöbə müdiri (1951–1958) işləmişdir. Fərəcov, Azərbaycanda iqtisadi təhsilin təşkilatçılarından idi. O, Azərbaycan dilində mühasibat uçotunun nəzəri və əməli məsələlərinə dair dərsliklər yazmış, konkret iqtisadiyyata dair elmi terminlər işləyib hazırlamış, mühasibat uçotunun nəzəri, texniki və tarixi məsələlərinə, k.t.
Əlisa Fərəcov
Əlisa Yusif oğlu Fərəcov (17 mart 1961, Ucar şəhərində, Azərbaycan SSR) — Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, istefada olan polkovnik-leytenant, 1-ci Qarabağ müharibəsinin və Azərbaycan təhlükəsizlik orqanlarının veteranı, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin üzvü. nın 30-cu ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən]] == Həyat və fəaliyyəti == === Təhsili === 1984-cü ildə Voronej Dövlət Memarlıq-İnşaat Universitetini (rus. ВГАСУ — Воронежский государственный архитектурно-строительный университет), 1989-cu ildə isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını (rus. высшие курсы КГБ СССР в г. Тбилиси) bitirmişdir. === Fəaliyyəti === 1989–2011-ci illərdə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (hazırkı Dövlət Təhlükəsizliyi Xidməti) müxtəlif ərazi strukturlarında xidmət etmiş, əməliyyat müvəkkilindən şöbə rəisinin müavini vəzifəsinədək yüksəlmişdir. 2011-ci ildə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin "b" bəndinə(yaşa görə) uyğun olaraq polkovnik-leytenant hərbi rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. 2015-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətini davam etdirir. === Ailəsi === Ailəlidir, 3 övladı və 1 nəvəsi vardır. == İstinadlar == == Xarici keçidlər == == Təltifləri == 1.
Ənvər Fərəcov
Ənvər Səyyad oğlu Fərəcov (28 iyun 1952, Sarov, Qasım İsmayılov rayonu – 11 sentyabr 1991, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ənvər Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1974-cü ildə mexanikləşdirmə fakültəsini bitirir və Goranboy rayonunun "Azərbaycan" kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayır. 1981-ci ildə həyatını daxili işlər orqanları ilə bağlayır. 1990-cı ildə Özbəkistan Ali Milis Məktəbini bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir. == Döyüşlərdə iştirakı == 18 avqust 1991-ci il. Ənvər Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır.
Fərid Fərəcov (iqtisadçı)
Fərid Fərəcov (23 iyun 1927, Bakı – 19 aprel 2000, Bakı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977), Azərbaycan Respublikasının əməkdar iqtisadçısı (1972). Ə.S.Fərəcovun oğludur. == Həyatı == Azərbaycan Dövlət Xalq Təsərrüfatıİn-tunu (indiki İqtisad un-ti) (1949)və Azərb. Milli EA İqtisadiyyat bölməsinin (indiki İqtisadiyyat İn-tu) aspiranturasını (1953) bitirmiş, həmin vaxtdan burada kiçik və baş elmi işçi (1953-57), Bakı Ali Partiya Məktəbində konkret iqtisadiyyat kafedrasının müdiri (1957-76), Azərb. SSR Dövlət Plan Komitəsi sədrinin müavini və birinci müavini(1981-93), İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzində baş elmi işçi (1993 ildən)nvəzifələrində çalışmışdır. Sənayenin iqtisadiyyatına,onun inkişaf və sahə quruluşu, iqtisadi islahatların, texniki tərəqqinin, işin keyfiyyətinin ictimai istehsalın səmərəliliyinə təsiri, sənayenin idarə edilməsi problemlərinə dair tədqiqatların, o cümlədən bir neçə monoqrafiya və kitabın müəllifidir.
Fərid Fərəcov (professor)
Fərid Fərəcov (23 iyun 1927, Bakı – 19 aprel 2000, Bakı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977), Azərbaycan Respublikasının əməkdar iqtisadçısı (1972). Ə.S.Fərəcovun oğludur. == Həyatı == Azərbaycan Dövlət Xalq Təsərrüfatıİn-tunu (indiki İqtisad un-ti) (1949)və Azərb. Milli EA İqtisadiyyat bölməsinin (indiki İqtisadiyyat İn-tu) aspiranturasını (1953) bitirmiş, həmin vaxtdan burada kiçik və baş elmi işçi (1953-57), Bakı Ali Partiya Məktəbində konkret iqtisadiyyat kafedrasının müdiri (1957-76), Azərb. SSR Dövlət Plan Komitəsi sədrinin müavini və birinci müavini(1981-93), İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzində baş elmi işçi (1993 ildən)nvəzifələrində çalışmışdır. Sənayenin iqtisadiyyatına,onun inkişaf və sahə quruluşu, iqtisadi islahatların, texniki tərəqqinin, işin keyfiyyətinin ictimai istehsalın səmərəliliyinə təsiri, sənayenin idarə edilməsi problemlərinə dair tədqiqatların, o cümlədən bir neçə monoqrafiya və kitabın müəllifidir.
Fərid Fərəcov (əsgər)
Fərəcov Fərid Yaşar oğlu (11 noyabr 1998, Muğanlı, Ağcabədi rayonu – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərəcov Fərid Yaşar oğlu, 11 noyabr 1998- ci ildə Ağcabədi rayon Muğanlı kəndində dünyaya göz açmışdır .Ailənin 3 uşağınnan ortancıl uşaq olan Fəridin özündən böyük qardaşı,kiçik olan bacısı var . 2005- ci ildə Ağcabədi rayon ,Muğanlı kəndində Sərvan Quliyev adında orta məktəbdə 1 - ci sinifə getmişdir . 2016-cı il eyni məktəbin 11 ci sinifini bitirmişdir . == Hərbi xidməti == Fərəcov Fərid ,məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır .2016-2017 ci illərdə Qusarda hərbi xidmətdə olmuşdur . Hərbi xidmətdə topcu olaraq fəaliyyət göstərmişdir. === İkinci Qarabağ müharibəsi === Sentyabr ayının 27- dən könüllü olaraq İkinci Qarabağ müharibəsinə yollanmışdır. Füzuli istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 20 oktyabrda həlak olmuşdur.Muğanlı kəndində dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Fərid Fərəcov, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Fərəc Fərəcov (deputat)
Fərəc Fərəcov (azərb. Fərəcov Fərəc Rza oğlu;‎1947, Yaycı, Culfa rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikası əməkdar jurnalist == Həyatı == Fərəc Fərəcov 1947-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olub. === Təhsili === 1971-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib. === İctimai-siyasi fəaliyyəti === 7 il Naxçıvan Mətbuat Şurasının sədri vəzifəsində çalışıb, onun təşəbbüsü ilə "Muxtar respublika mətbuatı: Dünən və bu gün", "Jurnalist" kitabları çap olunub. Ədəbi fəaliyyəti ilə yanaşı, muxtar respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. İkinci, üçüncü, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub və hazırda beşinci cağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
Fərəc Fərəcov (memar)
Fərəcov Fərəc Səttar oğlu (27 yanvar 1912 – 7 sentyabr 1990) — Azərbaycan SSR Əməkdar memarı.
Fərəc Fərəcov (əməkdar jurnalist)
Fərəc Fərəcov (azərb. Fərəcov Fərəc Rza oğlu;‎1947, Yaycı, Culfa rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikası əməkdar jurnalist == Həyatı == Fərəc Fərəcov 1947-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olub. === Təhsili === 1971-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib. === İctimai-siyasi fəaliyyəti === 7 il Naxçıvan Mətbuat Şurasının sədri vəzifəsində çalışıb, onun təşəbbüsü ilə "Muxtar respublika mətbuatı: Dünən və bu gün", "Jurnalist" kitabları çap olunub. Ədəbi fəaliyyəti ilə yanaşı, muxtar respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. İkinci, üçüncü, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub və hazırda beşinci cağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
Kamran Fərəcov (Kapitan)
Kamran Qılman oğlu Fərəcov (14 yanvar 1978; Astara rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Fərəcov 1978-ci il yanvarın 14-də Astara rayonunun Səncərədi kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kapitanı olan Kamran Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Fərəcov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Astara rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Kamran Fərəcov (baş əsgər)
Kamran İlqar oğlu Fərəcov (14 fevral 1996; Şirvan, Azərbaycan — 24 oktyabr 2020; Çanaqçı, Xocalı rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Fərəcov 1996-cı il fevralın 14-də Şirvan şəhərində anadan olub. Şirvan şəhər 11 saylı tam orta məktəbdə təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Kamran Fərəcov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Quba rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri olan Kamran Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Fərəcov oktyabrın 24-də Şuşanın azad edilməsi gedişatında Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kübra Fərəcova
Kübra Yəhya qızı Fərəcova (16 may 1907, Quba – oktyabr 1988, Bakı) — Azərbaycan pediatrı və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru (1970), professor (1971), Azərbaycan SSR əməkdar həkimi (1960), səhiyyə əlaçısı (1964). Kübra Fərəcova 1938–1939-cu illərdə Azərbaycan SSR xalq səhiyyə komissarı, 1943–1947-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1947–1950-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri olmuşdur. == Həyatı == Kübra Yəhya qızı Fərəcova 1907-ci il may ayının 16-da Qubada qulluqçu ailəsində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya köçmüş və ilk təhsilini burada almışdır. Dördsinifli rus-tatar (rus-Azərbaycan) məktəbini bitirdikdən sonra təhsilini H. Z. Tağıyevin qızlar gimnaziyasında davam etdirmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Kübra Fərəcova ibtidai məktəblər üçün müəllimlər hazırlayan 3 aylıq kursu bitirərək Kürdəmirdə məktəb təşkil etmiş və burada qadınlar arasında savadsızlığın ləğvi istiqamətində fəaliyyət göstərmişdir. Kübra Fərəcova 1924-cü ildə Göyçaya köçmüş, iki il burada və Ağdaşda müəllimlik etmişdir. 1926-cı ildə Qazaxda məskunlaşaraq orada uşaq bağçasında tərbiyəçilik etmişdir.Kübra Fərəcova 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1933-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Həmin illərdə o, ÜİK(b)P üzvlüyünə qəbul olunmuşdur. Həkimlik diplomunu aldıqdan sonra Azərbaycan LKGİ Mərkəzi Komitəsində "Ana və uşaqların mühafizəsı" adlı elmi iş üzərində Elmi-Tədqiqat İnstitutunda çalışmalar aparmışdır.1937-ci ildə Kübra Fərəcova Azərbaycan SSR xalq səhiyyə komissarının müavini vəzifəsində irəli çəkilmiş, bir neçə aydan sonra isə Azərbaycan SSR xalq səhiyyə komissarı təyin edilmişdir.
Məlahət Fərəcova
Məlahət Novruz qızı Fərəcova — tarix üzrə fəlsəfə doktoru, dosent, Avropa Şurasının nəzdində CARP–PRAT (Prehistoric Rock Art Trails / Cultural Routes of the Council of Europe) təşkilatının Direktorlar Şurasının üzvü (2020-ci ildən), Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun Paleoincəsənət Araşdırma Mərkəzinin YUNESKO Qayaüstü İncəsənət Abidələri layihəsinin məsləhətçisi (2015-ci ildən), İçərişəhər Muzey Mərkəzinin direktor müavini (2019-cu ildən). == Həyatı == Məlahət Fərəcova 1958-ci il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur. 1965–1975-ci illərdə 154 №-li məktəbdə təhsil alıb. 1976–1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix fakültəsini fərqlənmə ilə bitirmişdir. M.Fərəcova 2005-ci ildə elmlər namizədi alimlik dərəcəsini almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə 114 nömrəli məktəbdə başlamışdır. 1981–1995-ci illərdə Azərbaycan Ensiklopediyası və Azərbaycan Dövlət Xalça Muzeyində kiçik elmi işçi, şöbə müdiri vəzifələrində çalışmış, 1995–2015-ci illərdə Qobustan dövlət tarixi-bədii qoruğunun direktoru təyin olunmuşdur. O, 2016–2019-cu illərdə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru olmuşdur. 2019-cu il 18 yanvar tarixindən İçərişəhər Muzey Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunub. 1995–2015-ci illərdə Qobustan Milli Tarix Bədii qoruğunun direktoru olduğu müddətdə qoruq 2007-ci ildə YUNESKO Dünya Mədəni İrs siyahısına daxil edilmişdir, Azərbaycanda və Qafqazda birinci interaktiv muzey inşa olunub (2011-ci il) , 2012-ci ildə UNESCO hərbi münaqişələr zamanı "gücləndirilmiş mühafizə" statusunu Qobustan abidələrinə verilib , Qobustan qoruğunun yeni muzeyi Avropa şurası tərəfindən 2013-cü İlin Avromuzeyi mükafatına layiq olunub , 2015-ci ilin noyabr ayında Avropa Şurasnn nəzdində olan beynəlxalq CARP–PRAT(Prehistoric Rock Art Trails) təşkilatının üzvü olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 9.77 dəfə / 1 mln.
2002 •••• 3.43
2003 •••••••••••• 10.63
2004 ••••••• 5.73
2005 ••••••• 6.07
2006 ••••••••• 7.88
2007 •••••••••••••••••••• 18.39
2008 ••••••••••••• 11.21
2009 ••••••••••••••• 13.28
2010 ••••••••••••••• 12.89
2011 ••••••••••••••• 13.30
2012 ••••••••••••••• 12.99
2013 ••••••••• 7.73
2014 ••••••• 6.35
2015 ••••• 3.74
2016 ••••••••• 7.64
2017 •••••••• 6.67
2018 ••••••••• 7.94
2019 •••••••••• 8.62
2020 •••••• 5.17

"fərəcov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fərəcov nədir? #fərəcov sözünün mənası #fərəcov nə deməkdir? #fərəcov sözünün izahı #fərəcov sözünün yazılışı #fərəcov necə yazılır? #fərəcov sözünün düzgün yazılışı #fərəcov leksik mənası #fərəcov sözünün sinonimi #fərəcov sözünün yaxın mənalı sözlər #fərəcov sözünün əks mənası #fərəcov sözünün etimologiyası #fərəcov sözünün orfoqrafiyası #fərəcov rusca #fərəcov inglisça #fərəcov fransızca #fərəcov sözünün istifadəsi #sözlük