Fəvvarələr sözü azərbaycan dilində

Fəvvarələr

Yazılış

  • Fəvvarələr • 64.6104%
  • fəvvarələr • 35.3896%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fəvvarələr meydanı (Bakı)
Fəvvarələr meydanı — Bakının ilk mərkəzi meydanlarından biri. Meydan Səbail rayonunun ərazisindəki Nigar Rəfibəyli küçəsinin Əhməd Cavad küçəsi ilə kəsişdiyi yerdə yerləşir. Meydanın mərkəzini fəvvarələr kompleksi bəzəyir. Meydan XIX-XX əsrə aid memarlıq abidələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “Araz” kinoteatrının binası, İSR Plaza oteli, Müqəddəs Qriqori kilsəsi və s. ilə, əhatə olunmuşdur. Meydanı əhatə edən hər üç küçə nəqliyyat vasitələri üçün bağlıdır.
Bern fəvvarələri
Bern şəhəri öz gözəl fəvvarələri ilə tanınır. Onların içərisində müxtəlif heykəllər ilə bəzədilmiş və XVI əsrdə heykəltaraş Hans Frayburq Ginqin emalaxanasında hazırlanmış fəvvarələrin adlarını qeyd etmək olar. == Tarix == Artıq XIII əsrdə, Bern şəhəri müxtəlif quyu, fəvvarə, bulaqlar və özəl hovuzların çoxluğu ilə fərqlənirdi. O dövrün səlnamələri bildirirdi ki, insanlar XIV əsrin sonlarında şəhərin 5 fəvvarəsindən su istifadə edirdilər. Bu beş fəvvarədən günümüzə kimi yalnız Ştettbrunnen (Əbədi fəvvarə) qorunub saxlanmışdı (1885-ci ildə fəvvarənin taxta elementləri daşla əvəz olunmuşdur). Ümumiyyətlə şəhərin köhnə fəvvarələri dedikdə, məhz taxta fəvvarələr nəzərdə tutulur. Yalnız 1520-ci ildə Berndə ilk daş fəvvarə yaradılmışdır. 1542 və 1546-cı illər arasında mövcud taxta fəvvarələr heykəltaraş Hans Frayburq Ginq tərəfindən tipik Bern üslubunda, yəni müxtəlif heykəllərlə və daş materiallarla əvəz edilmişdir. Eyni zamanda yararsız vəziyyətə düşmüş fəvvarələrin təmiri və onların yaxınlığındakı asayişin saxlanılması məqsədilə, şəhərdə xüsusi kontora yaradılmışdı. XVI əsrin fəvvarə və çeşmələri daim yenilənirdi, yaxşı məlumdur ki, məsələn 1712–13-cü illər arasında şəhərin bütün fəvvarələri ümumi yenidənqurma işlərinə məruz qalmışdır.
Roma fəvvarələri
Roma fəvvarələri (rus. Римские фонтаны) — öz konstruksiya və dizaynına görə «Peterhof» saray-park kompleksində yerləşən iki eyni fəvvarə. == Tarixi == Fəvvarələrin "Romalı" adlandırılmasının əsas səbəbi, onların xarici görünüşünün Romada, Müqəddəs Pyotr kilsəsinin qarşısındakı meydanda quraşdırılmış iki fəvvarədən götürülmüşdü. "Roma fəvvarələri" Peterhof parkında 1739-cu ildə, memarlar İvan Blank və İ.Davıdovun rəhbərliyi altında yaradılmışdır. O dövrlərdə fəvvarə taxta materiallardan hazırlanmış və qurğuşunlu kasalarla bəzədilmişdi. 1763-cü ildə o zamanın ən tanınmış memarı Rastrellinin rəhbərliyi altında fəvvarələr yenidən tikilmiş və postamentə quraşdırılmışdır. Taxta hissələrə "mərmər effekti" yaratmaq məqsədilə müxtəlif rənglərlə boyanmışdır. 1798— 80-ci illərdə artıq dağılmaya məruz qalmış Roma fəvvarələri kərpic, qranit və həmçinin mərmər üzlüklərlə yenidənqurma işlərinə məruz qalmışdır. Ağacdan hazırlanmış bütün dekorativ elementlər qurğuşunla əvəz olunmuşdu. Böyük Vətən müharibəsi zamanı, faşistlər mərmər üzlükləri zədələmiş, hovuzu dağıtmış, boru kəmərlərini isə tamamilə məhv etmişdilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.65 dəfə / 1 mln.
2002 ••••••• 3.43
2003 •••••• 3.15
2004 •••••••••• 5.39
2005 •••••••• 4.05
2006 ••••••••• 4.50
2007 ••••••••••• 5.92
2008 •••••••••••••••• 8.77
2009 •••••••••• 5.60
2010 ••••••••••••• 7.17
2011 ••••••••• 4.72
2012 ••••••••••••• 7.23
2013 •••••••••••••••••••• 11.23
2014 ••••••• 3.60
2015 ••••••••••••••••••• 10.38
2016 ••••••••••••••••••• 10.41
2017 •••••••••••••• 7.48
2018 ••••••••••••••••• 9.44
2019 ••••••••• 4.73
2020 ••••• 2.78

"fəvvarələr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fəvvarələr nədir? #fəvvarələr sözünün mənası #fəvvarələr nə deməkdir? #fəvvarələr sözünün izahı #fəvvarələr sözünün yazılışı #fəvvarələr necə yazılır? #fəvvarələr sözünün düzgün yazılışı #fəvvarələr leksik mənası #fəvvarələr sözünün sinonimi #fəvvarələr sözünün yaxın mənalı sözlər #fəvvarələr sözünün əks mənası #fəvvarələr sözünün etimologiyası #fəvvarələr sözünün orfoqrafiyası #fəvvarələr rusca #fəvvarələr inglisça #fəvvarələr fransızca #fəvvarələr sözünün istifadəsi #sözlük