fəvvarələri sözü azərbaycan dilində

fəvvarələri

Yazılış

  • fəvvarələri • 96.0784%
  • Fəvvarələri • 3.9216%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bern fəvvarələri
Bern şəhəri öz gözəl fəvvarələri ilə tanınır. Onların içərisində müxtəlif heykəllər ilə bəzədilmiş və XVI əsrdə heykəltaraş Hans Frayburq Ginqin emalaxanasında hazırlanmış fəvvarələrin adlarını qeyd etmək olar. == Tarix == Artıq XIII əsrdə, Bern şəhəri müxtəlif quyu, fəvvarə, bulaqlar və özəl hovuzların çoxluğu ilə fərqlənirdi. O dövrün səlnamələri bildirirdi ki, insanlar XIV əsrin sonlarında şəhərin 5 fəvvarəsindən su istifadə edirdilər. Bu beş fəvvarədən günümüzə kimi yalnız Ştettbrunnen (Əbədi fəvvarə) qorunub saxlanmışdı (1885-ci ildə fəvvarənin taxta elementləri daşla əvəz olunmuşdur). Ümumiyyətlə şəhərin köhnə fəvvarələri dedikdə, məhz taxta fəvvarələr nəzərdə tutulur. Yalnız 1520-ci ildə Berndə ilk daş fəvvarə yaradılmışdır. 1542 və 1546-cı illər arasında mövcud taxta fəvvarələr heykəltaraş Hans Frayburq Ginq tərəfindən tipik Bern üslubunda, yəni müxtəlif heykəllərlə və daş materiallarla əvəz edilmişdir. Eyni zamanda yararsız vəziyyətə düşmüş fəvvarələrin təmiri və onların yaxınlığındakı asayişin saxlanılması məqsədilə, şəhərdə xüsusi kontora yaradılmışdı. XVI əsrin fəvvarə və çeşmələri daim yenilənirdi, yaxşı məlumdur ki, məsələn 1712–13-cü illər arasında şəhərin bütün fəvvarələri ümumi yenidənqurma işlərinə məruz qalmışdır.
Roma fəvvarələri
Roma fəvvarələri (rus. Римские фонтаны) — öz konstruksiya və dizaynına görə «Peterhof» saray-park kompleksində yerləşən iki eyni fəvvarə. == Tarixi == Fəvvarələrin "Romalı" adlandırılmasının əsas səbəbi, onların xarici görünüşünün Romada, Müqəddəs Pyotr kilsəsinin qarşısındakı meydanda quraşdırılmış iki fəvvarədən götürülmüşdü. "Roma fəvvarələri" Peterhof parkında 1739-cu ildə, memarlar İvan Blank və İ.Davıdovun rəhbərliyi altında yaradılmışdır. O dövrlərdə fəvvarə taxta materiallardan hazırlanmış və qurğuşunlu kasalarla bəzədilmişdi. 1763-cü ildə o zamanın ən tanınmış memarı Rastrellinin rəhbərliyi altında fəvvarələr yenidən tikilmiş və postamentə quraşdırılmışdır. Taxta hissələrə "mərmər effekti" yaratmaq məqsədilə müxtəlif rənglərlə boyanmışdır. 1798— 80-ci illərdə artıq dağılmaya məruz qalmış Roma fəvvarələri kərpic, qranit və həmçinin mərmər üzlüklərlə yenidənqurma işlərinə məruz qalmışdır. Ağacdan hazırlanmış bütün dekorativ elementlər qurğuşunla əvəz olunmuşdu. Böyük Vətən müharibəsi zamanı, faşistlər mərmər üzlükləri zədələmiş, hovuzu dağıtmış, boru kəmərlərini isə tamamilə məhv etmişdilər.

Oxşar sözlər

#fəvvarələri nədir? #fəvvarələri sözünün mənası #fəvvarələri nə deməkdir? #fəvvarələri sözünün izahı #fəvvarələri sözünün yazılışı #fəvvarələri necə yazılır? #fəvvarələri sözünün düzgün yazılışı #fəvvarələri leksik mənası #fəvvarələri sözünün sinonimi #fəvvarələri sözünün yaxın mənalı sözlər #fəvvarələri sözünün əks mənası #fəvvarələri sözünün etimologiyası #fəvvarələri sözünün orfoqrafiyası #fəvvarələri rusca #fəvvarələri inglisça #fəvvarələri fransızca #fəvvarələri sözünün istifadəsi #sözlük